Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-498/2025 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququna dair aparılmış qeydin qismən ləğv edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, üçüncü şəxs maraqlı şəxs1 vəkili və nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı “mülkiyyət hüququna dair aparılmış qeydin ləğv edilməsi və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X8 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair (zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər maraqlı şəxs1 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, adi cəlbetmə qaydasında məhkəmnə icraatına cəlb edilmiş üçüncü şəxs maraqlı şəxs2) inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **/**- ****/** saylı məktubla Astara rayon dövlət notariat ofisində ##.##.1989-cu il tarixdə 1-H-** reyestr nömrəsi ilə notariat işinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Notariat işindən görünür ki, ##.##.1989-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ##.##.1974-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 62.5 kv.m olan fərdi yaşayış evinə münasibətdə nəvələri - X3 və X2 vərəsə kimi tanınmışdır. AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli **/**- ****/** saylı məktubla Astara rayon dövlət notariat ofisində ##.##.1989-cu il tarixdə 10D-10 reyestr nömrəsi ilə notariat işinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Notariat işində olan ##.##.1989-cu il tarixli 259 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin 31.25 kv.m hissəsi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Notariat işində olan ##.##.1989-cu il tarixli müqavilədən görünür ki, X3 şəhəri, M.Hüseyn küçəsi, ev 5 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini anası X11 bağışlamışdır. Cavabdeh tərəfindən “Arxivdə saxlanılan nüsxə ilə eynidir” qeydi ilə təsdiq edilərək məhkəməyə təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportundakı qeydlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən inventar nömrəsi 259 olan fərdi yaşayış evinə dair texniki pasport avqust 1989-cu il tarixdə tərtib edilmiş, fərdi yaşayış evinin tikildiyi il 1958, sahəsi 86.1 kv.m, fərdi yaşayış evi üzərində pay - X2 münasibətdə ½, X5 münasibətdə ½ hissə qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür k, ünvan 6 ünvanında yerləşən A literli fərdi yaşayış evi üzərində X4 ½ hissə, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə mülkiyyət hüququ ##.##.2016-cı ildə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Astara şəhəri, Mehdi Hüseyn küçəsi ünvanında yerləşən * saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, habelə ona düşən həmin 1/2 hissə payın təkrarən mərhum anasının adına qeydiyyata alınması proseduru ilə əlaqədar Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli 2023-cü il ## #### tarixli müraciətinə ** saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Araşdırma nəticəsində məlum oldu ki, mübahisələndirilən həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq ## ### 1989-cu il tarixli 1H-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ½ hissədə olmaqla İddiaçı və digər ½ hissədə isə qardaşı X2 mərhum babası X1 miras qalmışdır. Xidmətin Milli Qeydiyyat Sistemində hər hansı bir əmlaka dair yaranmış hüquqların qeydiyyatı təqdim olunmuş hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Həmin fərdi yaşayış evinin 1/2 hissəsinin mərhum ananızın adına keçməsi barədə arxiv statuslu sənədlərin sırasında hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır. Miras əmlak olaraq həmin fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd olaraq ## ### 1989-cu il tarixli, № *H-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində ½ hissədə olmaqla İddiaçı və digər ½ hissədə isə qardaşı X2 hüquqları tanınmış və sonradan isə hər ikisinin adından notarial təsdiqlənmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Mərhum ananınzın ½ hissədə pay hüquqları dövlət reyestrində qeydə alınmadığı səbəbdən hazırki ərizənizdə barəsində qeyd olunan miras paya dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması mümkünsüzdür.” Seriya III-ЖГ ****** nömrəli şəhadətnamədən görünür ki, X4 1985-ci ildə nikaha daxil olmuş və “Sadıxova” soyadını qəbul etmişdir. Seriya AZ-İ ****** nömrəli şəhadətnamədən görünür ki, X8 ##.##.2017-ci ildə ölmüşdür. Məhkəmə sorğusu əsasında cavabdeh1 Publik Hüquqi Şəxsin ** saylı Lənkəran ərazi idarəsi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...ünvan 5 ünvanları eynilik təşkil edir. Həmin ünvanda hal-hazırda iki fərdi yaşayış evi mövcuddur. Belə ki, hazırki iş üzrə iddiaçının anasına bağışladığı fərdi yaşayış evi 1958-ci il tarixində tikilmiş və ümumi sahəsinin 88.3 kv.m olması müəyyən olunmuşdur. Həmçinin, həmin ünvanda hal-hazırda yeni fərdi yaşayış evi mövcuddur ki, həmin fərdi yaşayış evinin ümumi sahəsi 208.2 kv.m təşkil edir və 2010-cu il tarixdə tikilmişdir. Yeni fərdi yaşayış evi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına olmuş və ##.##.2016cı il tarixdə tam mülkiyyət olaraq onun adına sənədləşdirilmişdir. Çıxarışlarda qeyd olunan A1 literli fərdi yaşayış evi 2010-cu il tarixdə tikilmiş yeni fərdi yaşayış evidir ki, həmin yeni fərdi yaşayış evi X9 aidiyyət təşkil etmir. Çıxarışlarda qeyd olunan A literli fərdi yaşayış evi 1958-ci ildə tikilmiş köhnə fərdi yaşayış evidir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən köhnə evin ½ hissəsi və təzə evin hamısı, eləcə də İddiaçı tərəfindən yalnız köhnə evin ½ hissəsi maraqlı şəxs1 bağışlanmış və maraqlı şəxs1 ##.##.2016-cı il tarixində ümumi hər iki evə çıxarış əldə etmişdir. Belə ki, 2010-cu ildə tikilmiş ümumi sahəsi 208.2 kv.m olan fərdi yaşayış evi hal-hazırda maraqlı şəxs1 mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin X9 aid olması barədə hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyil. 1958-ci ildə inşa edilmiş və hal-hazırda ümumi sahəsi 88.3 kv olan köhnə fərdi yaşayış evi ##.##.2023-cü il tarixli daşınmaz əmlakın alğısatqısı müqaviləsinə əsasən hal-hazırda maraqlı şəxs2 məxsusdur.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiyası məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “RX seriyalı, ******* saylı çıxarışın qismən (İddiaçı aid hissədə- A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, ##.##.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsini və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin ölmüş X9 aid olması və bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və qardaşı X2 1989-cu il tarixdə ünvan 4 ünvanda 600 kv/metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ½ hissədə pay verilmişdir. Həmin evin ½ hissəsinin mülkiyyətində olduğunu əsas götürərək, həmin hissədəki payını anası X9 ## ### 1989-cu ildə bağışlamışdır. Anasına bağışladığı ev ## ###### 1989-cu il tarixdə 259 nömrə ilə qeydə alınmışdır. Həmin tarixdən evin ½ hissəsi anasının mülkiyyətindədir. Anası ## ####### 2017-ci il tarixdə vəfat etmiş, həmin dövrə qədər o, mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsini heç kimə bağışlamamış və kiməsə satmamışdır. Lakin DƏDRX-nin ** saylı Lənkəran ərazi idarəsi ## ### 2016-cı il tarixdə ona məlum olmayan sənədlərə əsasən anasına məxsus fərdi yaşayış evinin ½ hissəsini onun adına qeydə almışdır. Həmin qeydiyyat vəsiqəsi saxta tərtib olunmuş, onun həmin ünvanda hər hansı bir mülkiyyəti yoxdur, evin ½ hissəsi anasına məxsusdur və onun mülkiyyətindədir. Cavabdehin etirazları: İddiaya etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Üçüncü şəxsin etirazı: Üçüncü şəxslər tərəfindən iddiaya etiraz daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın qismən (İddiaçı aid hissədə-A literli fərdi yaşayış evi ½ hissə; ********** qeydiyyat nömrəsi ilə, ##.##.2016-cı il tarixdə qeydə alınmış) ləğv edilməsi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) ölmüş Hüseynova Zinyyət (Zinyət) Rüstəm qızına aid olması, bu hüququn qeydə alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan narazı qalan üçüncü şəxs maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. c) kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1n ** saylı Lənkəran ərazi idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Cavabdehin apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri ümumən imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Apellyasiya şikayətlərinə etiraz: Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən, ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı 1989-cu il tarixdə mərhum anasına bağışlamış olduğu və 1989-cu il tarixli 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla X5 adına qeydə alınmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini qanuna zidd olaraq İddiaçı adına ##.##.2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışla qeydə alınmış və ##.##.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə ilə İddiaçı mübahisəli fərdi yaşayış evinin ½ hissəsini maraqlı şəxs1 hədiyyə etmişdir. Bununla da cavabdeh orqan tərəfindən mərhum X11 mülkiyyət hüquqları pozulmuş və 1989-cu il tarixli, 259 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportla fərdi yaşayış evi X2 və X5 adına qeydə alınmış olsa da, cavabdeh orqan tərəfindən bu hüquqmüəyyənedici sənəd olaraq qəbul edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iş üzrə qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, ##.##.1989-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ##.##.1974-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 62.5 kv.m olan fərdi yaşayış evinə münasibətdə nəvələri - X3 və X2 vərəsə kimi tanınmışdır. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 31.25 kv.m hissəsi üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınmış və o, ##.##.1989-cu il tarixli müqavilə ilə ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini anası X11 bağışlamışdır. Cavabdeh tərəfindən “Arxivdə saxlanılan nüsxə ilə eynidir” qeydi ilə təsdiq edilərək məhkəməyə təqdim edilmiş fərdi yaşayış evinin texniki pasportundakı qeydlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən inventar nömrəsi 259 olan fərdi yaşayış evinə dair texniki pasport avqust 1989-cu il tarixdə tərtib edilmiş, fərdi yaşayış evinin tikildiyi il 1958, sahəsi 86.1 kv.m, fərdi yaşayış evi üzərində pay - X2 münasibətdə ½, X5 manasibətdə ½ hissə qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür k, ünvan 6 ünvanında yerləşən A literli fərdi yaşayış evi üzərində X4 ½ hissə, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə mülkiyyət hüququ ##.##.2016-cı ildə qeydiyyata alınmışdır. Sonradan həmin fərdi yaşayış evi üzərində X4 və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyət hüququnu maraqlı şəxs1 bağışlamışlar, maraqlı şəxs1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, o, həmin fərdi yaşayış evini (A literli fərdi yaşayış evi) maraqlı şəxs2 satmış, mübahisəli fərdi yaşayış evi hazırda sonuncunun mülkiyyətindədir. Ali Məhkəmənin göstərişinə uyğun məsələlər araşdırılmış və müəyyən edilmişdir ki, ünvan 5 ünvanları eynilik təşkil edir. Həmin ünvanda hal-hazırda iki fərdi yaşayış evi mövcuddur. Mübahisəli fərdi yaşayış evi 1958-ci il tarixdə tikilmiş və ümumi sahəsi 88.3 kv.mdir. Mübahisəli fərdi yaşayış evinə (A literli fərdi yaşayış evi) münasibətdə əlavə tikili inşa edilməmişdir. Digər fərdi yaşayış evi (A1 literli fərdi yaşayış evi) isə yeni fərdi yaşayış evidir və ümumi sahəsi 208.2 kv.m-dir. Yeni fərdi yaşayış evi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2016-cı il tarixdə tam mülkiyyət olaraq onun adına sənədləşdirilmişdir. İşin araşdırılmasından müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət, ümumi yararlı sahəsi 31.25 kv.m, yaşayış sahəsi 21.4 kv.m olan evinin ½ hissəsini ##.##.1989-cu il tarixli müqavilə ilə anası X11 bağışlamasına baxmayaraq, cavabdeh tərəfindən ünvan 6 ünvanında yerləşən A literli fərdi yaşayış evi (mübahisəli fərdi yaşayış evi) üzərində X4 ½ hissə, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə mülkiyyət hüququnu ##.##.2016-cı ildə qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə dair arxiv statuslu sənədlər sırasında X11 adına hüquqmüəyyənedici sənəd aşkar edilmədiyini bildirsə də, özünün birinci instansiya məhkəməsinə təqdim etdiyi ## ##### 2023-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş arxiv sənədlərində texniki göstəriciləri O.Sadıxovun və Z.Hüseynovanın adlarına işlənmiş 1989-cu il tarixli, 259 inventar nömrəli yaşayış evinin texniki pasportunun verilməsinə əsas kimi bağışlama müqaviləsi (“Arxivdə saxlanılan nüsxə ilə eynidir” qeydi aparılaraq) əlavə edilmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh orqan mübahisəli evin iddiaçı tərəfindən payının ½ hissəsini X11 bağışlanması və müvafiq müqavilə bağlanması barədə məlumatlı olduğu halda, habelə texniki göstəricilərin Z.Hüseynovanın adına işlənməsinə baxmayaraq, sonradan evin paylı mülkiyyət kimi iddiaçının və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adlarına ½ hissədə qeydə alınmasını həyata keçirmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdeh orqan mübahisəli fərdi yaşayış evinə münasibətdə iddiaçının ¼ hissədə, X8 ¼ hissədə və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə mülkiyyət hüququnu qeydə almalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilərək, seriya RX ******* nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə rəsmiləşdirilən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (A literli fərdi yaşayış evi) İddiaçı ¼, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə payı istisna olmaqla qalan (X6 üçün nəzərdə tutulan ¼) hissədə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı aparılmış qeydin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Seriya RX ******* nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə rəsmiləşdirilən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (A literli fərdi yaşayış evi) İddiaçı ¼, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ½ hissədə payı istisna olmaqla qalan (X6 üçün nəzərdə tutulan ¼) hissədə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı aparılmış qeydin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-498/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-498/2025
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver