Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-499/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-3888/2024 saylı qərardadından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ( bundan sonra mətndə DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı 150.000 ( yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçı satılmışdır. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X2 və X14 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X30 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X19, X15, İddiaçı və X3 qarşı AN-İN * * * * * * * və AN-İN * * * * * * * saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələb etmişlər. İddiaçıların müraciətləri üzrə Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)- 145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X11 və X14 cavabdehlər X12, X8 və İddiaçı, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)- 749/2024 iş nömrəsi ilə icraatındadır. İddiaçıların iddia tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Qəriblər kəndi ərazisində yerləşən həmin torpaq sahəsi əvvəllər Stadion tipli idman meydançası olsa da sonradan Masallı rayon Qəriblər Bələdiyyəsinin qərarı ilə həmin torpağın təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaq sahəsinə aid edilmişdir. Belə ki, Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin yaşayış kateqoriyalı torpaq sahəsi hesab edildiyi açıq şəkildə görünür. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edildiyini bildirirlər. Əhalinin ümumi istifadəsi üçün yeni stadion başqa ərazidə yenidən inşa edilmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançası üçün torpaq sahəsi kəndin şimalında yerləşir. Bu səbəblə həmin torpaq sahəsini alarkən bu sənədlərlə tanış olan və bələdiyyənin qərarına etimad edən cavabdehlərdə torpaq sahəsinin təyinatına münasibətdə hər hansı bir şübhə yarana bilməzdi. Eləcə də dövlətin mərkəzi hakimiyyət orqanlarından hesab olunan DƏDRX-in 8 saylı Ərazi İdarəsi də alıcıların torpaq üzərində olan mülkiyyət hüququnu tanımışdır ki, bu da sözügedən alğısatqı müqaviləsi üzrə verilmiş çıxarışlarla öz təsdiqini tapır. Belə ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İnzibati icraat haqqında qanunun 13-cü maddəsi ilə müəyyən olunmuş “etimad hüququnun qorunması” prinsipinə əsaslanaraq bildiririk ki, indiki halda bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alğı-satqı müqavilələrinə və həmin müqavilələr əsasında aparılmış hüquqlarının Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etmiş və üzərində fərdi yaşayış evləri inşa etmiş şəxslərin hüquqları mütləq şəkildə qorunmalıdır. Həmin tikililər ümumiyyətlə özbaşına tikilmiş və ya yaşanması qadağan olunmuş bir ərazidə tikilmiş olsaydı belə kommunal xidmətlər üzrə xərclər ödənirsə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən həmin şəxslər köçürülərkən əvvəlki şəraitə uyğun yeni yaşayyış yeri ilə təmin olunmalıdırlar və ya buna uyğun kompensasiya ödənilməlidir. Hətta bu hallarda belə kompensasiyanın ödənilməsi nəzərədə tutulursa, demək ki, hazırki halda qanuni şəkildə torpağı əldə etmiş, hüquqları dövlət tərəfindən rəsmi şəkildə tanınmış şəxslərin tikdikləri yaşayış evinin sökülməsi və onların həmin ərazidən çıxarılması zamanı bunun müqabilində dövlət tərəfindən mütləq əvəz-kompensasiya ödənməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində e-2-1(120)- 3888/2024 saylı mülki iş üzrə cəlb edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi təmin olunacağı təqdirdə maddi zərər üzrə kompensasiyanın ödənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsi zərurəti vardır. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-3888/2024 saylı qərardadı (Rəşidə Quliyeva) ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-3888/2024 saylı qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçı satılmışdır. Qeyd edək ki, həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilmişdir. Toıpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X2 və X14 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X30 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X19, X15, İddiaçı və X13ma qarşı AN- İN ******* və AN-EN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələb etmişlər. İddiaçıların müraciətləri üzrə Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alğı-satqı müqaviləsinin və onun əsmda verilmiş çıxarışların ləğv edilməsini qət etmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)- 6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra İddiaçılar X11 və X14 cavabdehlər X12, X8 və İddiaçı qızma, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)- 749/2024 iş nömrəsi ilə icraatındadır. ‘‘Nazirliyin vəzifələrindən biri dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməkdir”. Bununla bağlı nəzərinizə çatdırırıq ki, hazırki iş üzrə AR Maliyyə Nazirliyinin üçüncü şəxs qismində cəlb edilməsi barədə müraciətin əsas məqsədi iddia tələbi təmin olunacağı təqdirdə dəymiş zərərin dövlət büdcəsindən ödənilməsinin təmin edilməsi və bu prosesdə dövlət orqanının iştirakının təmin edilməsidir. AR Maliyyə Nazirliyi haqqında Əsasənamənin qeyd etdiyimiz müvafiq maddəsindən də göründüyü kimi dövlət büdcəsinə nəzarət Maliyyə Nazirliyinin vəzifəsidir və iddia tələbi təmin edilərsə kompensasiya dövlət büdcəsi hesabına məhz Maliyyə Nazirliyi tərəfindən ödənəcəkdir. Maliyyə Nazirliyinin iştirakı təmin edildiyi halda eyni zamanda kompensasiyanın ödənilməsində hər hansı bir süni maneə də mövcud olmayacaqdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-3888/2024 saylı qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində e-2-1(120)- 3888/2024 saylı mülki iş üzrə cəlb edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və qərardadını onunla əsalandırmışdır ki, hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyinə görə, onun hazırki inzibati məhkəmə icraatına cəlb olunması barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, hazırki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6301/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X11 və X14 cavabdehlər Masallı rayon Qəriblər kənd Bələdiyyəsinə, Masallı regional “ASAN xidmət” Mərkəzinə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ANİN ******* və AN-İN ******* saylı 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alğı-satqı müqavilələrinin ləğv olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-605/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd olunması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2655/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1517/2020 nömrəli iş üzrə 11 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Apellyasiya İnstansiyası məhkəməsinin 2(106)-146/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilmiş, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X9 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0,8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ №0647062 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********48 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1600 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X4 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X16 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.6 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı -satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********45 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1200 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X16 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X19 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********46 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 2400 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq X12 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə İddiaçı arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1200 manat pulun Qəriblər Bələdiyyəsindən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6301/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslər X19, X6 və İddiaçı tərəfindən birgə, X19 tərəfindən ayrıca verilmi kassasiya şikayətlərinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (106)-145/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə iş materialından müəyyən olunur ki, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X17 arasında 03 aprel 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 aprel 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* qeydiyyat, **********47 reyestr nömrəli çıxarış məhkəmə qərarı əsasında ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2024 saylı xx.xx.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında iddiaçılar X5 və X7 cavabdehlər X12, X10, İddiaçı və üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılmas tələbinə dair” mülki iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Hal-hazırda məhkəmə mübahisələri davam etdiyi üçün iddiaçıya məxsus daşınmaz əmlak sökülməmiş, söküntüyə görə kompensasiya ödəyəcək cavabdeh (inzibati orqan) müəyyən edilməmiş, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Məhkəmələr tərəfindən çıxarılacaq qərarlar da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmamışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq, işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermək üçün aşağıda qeyd edilən hüquqi dəyərləndirməyə nəzər yetirməyi zəruri hesab edir Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin qərardadda aşağıdakılar qeyd edilmişdir: 18-ci bənd: Məhkəmə tərkibinin qənaətinə görə üçüncü şəxs qismində Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları üçüncü şəxs kimi proses iştirakçısı olan Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. 19-cu bənd: Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməsi, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir. 37-ci bənd: Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. 38-ci bənd: Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. 76-cı bənd: Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirməni hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutulması qərara alınarsa, tutulacaq kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Beləliklə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında formalaşmış hüquqi mövqeyini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-3888/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-499/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-499/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver