Məhkəmə qərarları › İş №2-1(106)-5/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-5/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-5/2025 25.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)-280/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbinin “hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət edilən vaxtdan əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hazırki vaxta kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Cavabdeh isə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş və hər ay ödəməyə başlamışdır. İddiaçı təkrarən rəsmən cavabdehə müraciət edərək ona 57 yaşdan pensiya təyin etməsini xahiş etmişdir. Lakin cavabdeh 24 dekabr 2021-ci il tarixli, **********7 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixinə kimi iddiaçının ümumi stajı 25 ildən az - 24 il 8 ay 22 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona 60 yaşdan təyin edilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən rədd edildiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubu 06 yanvar 2022-ci il tarixində (cavabdehin yerləşdiyi ərazi üzrə) poçt şöbəsinə daxil olmuş, 10 yanvar 2022-ci il tarixində poçtalyonla iddiaçıya çatdırılmışdır. İddiaçı qeyd edir ki, o, orta məktəbi bitirdikdən sonra Aznefttikinti Trestinin 2 nömrəli Tikinti Quraşdırma İdarəsində xx.xx.1979-xx.xx.1980-ci il tarixində fəhlə işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982xx.xx.1983-cü il tarixində X1 Əli-Bayramlı sahəsində 2-ci dərəcəli çilingər, xx.xx.1983xx.xx.1983-cü il tarixində 15 nömrəli Yol-İstismar sahəsində traktorçu, xx.xx.1983xx.xx.1984-cü il tarixində Əli-Bayramlı Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər işləmişdir. xx.xx.1984-cü il tarixində Şirvanneft NQÇİ-də quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixində işdən çıxmışdır. xx.xx.1984-cü il tarixində X4 İdarəsində traktorçu vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1988-ci il tarixində işdən çıxmışdır. 12 fevral 1988-10 may 1988-ci il tarixində Ukraynanın Donetsk vilayətində “Ukrayna” kolzoxunda traktorçu işləmişdir. xx.xx.1988-xx.xx.1989-cu il tarixində Cənubenerji istilikizolyasiya Kombinatında istiliyə davamlı materialla işləyən hörgüçü vəzifəsində işləmişdir. xx.xx.1989-cu il tarixində X4 İdarəsində qaldırıcı maşinist vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin müəssisədə (bir neçə dəfə idarənin yenidən təşkil olunmasını nəzərə almaqla) çalışır. Yuxarıda qeyd edilən əmək stajları üst-üstə 5 ay 17 gün təşkil edir ki, bu da cəmi 25 il 2 ay 22 günlük ümumi iş stajımın olmasını sübut edir. Qeyd edilənlərə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 24 may 2018-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehə iddia tələbinə qarşı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin sübutetmə yükü qismində cavabdehə təqdim etdiyi sənədlər əsasında güzəştli iş stajını mübahisələndirmir; Şəxsi hesabında toplanmış pensiya kapitalının ölkə üzrə müəyyən edilmiş minimum əmək pensiyasından az olmayan pensiya təyinatına imkan verdiyini qəbul edir. Hesab edir ki, qeyd etdiyi bu iki məsələ hazırki iddia işində mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. İddiaçının güzəştli iş stajı Şirvanneft NQÇİ-də (və onun sonrakı hüquqi varislərində) çalışarkən elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsində topladığı iş stajıdır ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qəararı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2. Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 2130200a -14012 qaldırıcıların maşinistləri peşəsinə uyğundur. Cavabdehin iddiaçının 01 yanvar 2006-cı ilı tarixinə kimi ümumi iş stajının guya 25 ildən az olması səbəbi ilə 57 yaşdan pensiya təyinatından imtina etmişdir. Halbuki belə deyildir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilməmiş iki staj dövrünü nəzərə almamışdır. Belə ki, iddiaçı Aznefttikinti Trestinin 2 nömrəli Tikinti Qraşdırma İdarəsində xx.xx.1979-xx.xx.1980-ci il tarixində fəhlə işləmişdir. Həmin staj dövrü 2 ay 20 gün təşkil edir. Digər iş stajı dövrü isə 12 fevral 1988-10 may 1988-ci il tarixində Ukraynanın Donetsk vilayətində “Ukrayna” kolzoxunda traktorçu işləməyidir. İlkin sübutetmə yükü qismində iddiaçı bu barədə həmin iki staj dövrünü təsdiq edən hər iki arayışın əsllərini cavabdehə təqdim etmiş, buna baxmayaraq, cavabdeh həmin stajları nəzərə almamış və beləliklə 01 yanvar 2006-cı il tarixinə olan ümumi iş stajımın 25 ildən az olmasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 N-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (sonradan - Əsasnamə) (hazırda qüvvədən düşmüşdür, lakin ümumi və güzəştli əmək stajımla bağlı hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuşdur) İİ. Əmək stajını təsdiq edən sənədlər bölməsində qeyd edilir: İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqada, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiq edici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda qeyd edilən iki staj dövrünün ondan asılı olmayan səbəblərlə əmək kitabçasında qeyd edilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdeh öz imtina məktubunda iddiaçının ümumi iş stajının 01 yanvar 2006-cı il tarixinə kimi 24 il 8 ay 22 gün olmasını bildirir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)-280/2023 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: İddiaçının 57 yaşının tamam olması; İddiaçının xx.xx.2018-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2018-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1983-cü il tarixli ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, 0, xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə “Azərnefttikinti” trestinin 2 nömrəli Tikinti-Quraşdırma idarəsinin 2-ci sahəsində, xx.xx.1982- xx.xx.1983-cü il tarixlərdə “X1 ” Əli-Bayramlı sahəsində, xx.xx.1983-cü il tarixlərdə 15 nömrəli yol istismar sahəsində, xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Əli- Bayramlı Tikinti-Quraşdırma İdarəsində, xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə, xx.xx.1984- 01,02.1988-ci il tarixlərdə “Şirvanneft” neft-qaz çıxarma idarəsində, xx.xx.1988-xx.xx.1989cu il tarixlərdə “Cənubenerjiistilikizolyasiya Kombinatında”, xx.xx.1989-xx.xx.2019-cu il tarixlərdə X4 İdarəsində, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə “Shirvan Drilling Limited” şirkətində, xx.xx.2020-ci il tarixdən hazıradək “X8 Limited” şirkətində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan SOCAR-ın 10 iyun 2021-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdə 137 nömrəli əmrlə “Azərnefttikinti” trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin 2-ci sahəsinə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə 18 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan “X8 Limited” şirkətinin 09 iyul 2021-ci il tarixli 44 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdə 36 nömrəli əmrlə “Şirvanneft” neft-qaz çıxarma idarəsinin 3 saylı neft-qazçıxarma sexinə 2-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə 102 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “X8 Limited” şirkətinin 09 iyul 2021-ci il tarixli 45 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdə 186 nömrəli əmrlə X4 İdarəsinin traktor bölməsində 5-ci dərəcəli dartıcı maşinist peşəsinə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə 17 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdən də göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajı 25 ildən azdır (24 il 8 ay 22 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər. Həmçinin qeyd edilməlidir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilib ödənilən güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)-280/2023 saylı məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)- 280/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının əmək fəaliyyətinə dair yəni sığorta stajını təsdiq edən əmək kitabçasının olmamasına əsaslanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə “Ukraniya” kolxozunda işləməsinə dair xx.xx.1988-ci il tarixli arayışını, X5 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışını, X9 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışını və digər sənədlərini) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X5 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışını, X9 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışını, həmçinin “Ukraniya” kolxozunun xx.xx.1988-ci il tarixli arayışını, əmək kitabçasını, hərbi biletini iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24 dekabr 2021-ci il tarixli, **********7 nömrəli məktubunda İddiaçı izah edilmişdir ki, sizə Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq 24 may 2021-ci il tarixindən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il, 08 ay, 22 gün: 24 aprel 1980-28 iyun 1982-ci il, 05 avqust 1982-17 fevral 1983-cü il, 22 aprel 1983-24 iyun 1983-cü il, 22 iyul 1983-28 fevral 1984-cü il, 19 aprel 1984- 12 noyabr 1984cü il, 13 noyabr 1984- 01 fevral 1988-ci il, 01 iyun 1988- 20 fevral 1989-cu il, 23 mart 1989- 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus BT-İ № ******* nömrəli əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və halhazıradək işləyir. İşdə olan Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00374 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1979xx.xx.1980-ci il tarixlərdə “Aznefttikinti” trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinin 2-ci sahəsinə 2-ci dərəcəli fəhlə işləmişdir. İşdə olan “X8 Limited” şirkətinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə ümumi iş stajı 40 il, 08 ay, 26 gündür. xx.xx.2006cı il tarixinə ümumi əmək stajı 25 il, 02 ay, 18 gündür. İşdə olan “X8 Limited” şirkətinin eyni məzmunlu xx.xx.2021-ci il tarixli 46 nömrəli və xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışlarından görünür ki, İddiaçı ümumi əmək stajı 12 iyul 2021-ci il tarixinə 40 il, 08 ay, 26 gün, 01 yanvar 2006-cı il tarixinə isə ümumi əmək stajı 25 il, 02 ay, 18 gün, güzəştli şərtlərlə əmək stajı isə 16 il, 09 ay, 09 gün təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda iddiaçının xx.xx.2006-cı ilədək 24 il 8 ay 16 gün ümumi iş stajının, 16 il 9 ay 8 gün güzəştli şərtlərlə əmək stajının olması qeyd edilmişdir. İşdə olan X9 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1977-ci illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. İşdə olan X5 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-1979-cu illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. İşdə olan Şirvan şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(032)-85/2024 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 1976-1980-ci illərdə Bakı kolxozunda işləməyi barədə arxiv sənədlərində qeyd olunan Bağırov Pənah kimi qeyd edilmiş şəxsin İddiaçı olması faktının müəyyən olunması barədə ərizəsi təmin edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)-960/2024 nömrəli qətnaməsindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(032)-85/2024 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Sabirabad rayon Bakı kolxozundakı 1976-1977-ci illərdə olan əmək fəaliyyətini təsdiq edən 21 noyabr 2022-ci il tarixli, 637 nömrəli və 1978-1979-cu illərdə Sabirabad Bakı kolxozundakı əmək fəaliyyətini təsdiq edən 10 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2024cü il tarixli, 2(102)-3949/2024 nömrəli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2(106)-960/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı eyni məzmunlu 24 may 2023-cü il tarixli, 3-17-1/2-115433/2023 nömrəli və 06 iyun 2023-cü il tarixli, 3-17-1/2-127669/2023 nömrəli məktublarından görünür ki, İddiaçı arxiv arayışlarında qeyd olunan məlumatlara əsasən kolxozda işlədiyi 1976-1979-cu il tarixlər üzrə sığorta stajı 1 il 9 ay 23 gün təşkil edir. Beləliklə, məhkəmə araşdrıması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya 60 yaşdan yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə penssiya təyin edilməsini xahiş etmiş, lakin onun xx.xx.2006-cı il tarixnə kimi 25 il ümumi sığorta stajının kifayət etməməsi əsas gətirilərək, müraciətininin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin ilkin imtinasından və yazılı etirazın surətindən müəyyən olunur ki, iddiaçının hərbi xidmət illəri və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınaraq iddiaçının xx.xx.2006-cı il tarixnə kimi mübahisələndirilməyən 24 il 8 ay 22 gün ümumi is stajının olduğunu qəbul edir. Cavabdeh tərəfindən iddiaçının X9 şəhər filialının xx.xx.2022-ci il tarixli, 637 nömrəli arxiv arayışında və X5 rayon filialının xx.xx.2022-ci il tarixli, 141 nömrəli arxiv arayışında qeyd edilən 1976-1977-ci illərdə və 1978-1979-cu illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işlədiyi dövrləri ümumi sığorta stajı kimi nəzərə alınmamışdır. Buna səbəb həmin dövrlərin əmək kitabçasında qeyd edilməməsi olmuşdur. Beləliklə də cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixnə kimi mübahisəsiz 16 il 9 ay güzəştli sığorta stajının olduğunu qəbul edtsə də, kifayət edən (25 il) ümumi sığorta stajının olmadığnını bildirir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq və işin faktiki hallarına hüquqi qiymət vermək üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə müəyyən edilir:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işinitəşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. X6 Şirvan şəhər filialı və Sabirabad rayon filialı tərəfindən təqdim olunmuş arxiv arayışları və həmin arayışların verilməsinə əsas olan kolxozçuların əmək günlərinin uçotu kitabından çıxarışları, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunur ki, iddiaçı 1976-1977-ci illərdə və 1978-1979-cu illərdə Sabirabad rayonu “Bakı” kolxozunda işləmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1976-1977-ci və 1978-1979-cu illərə dair təqdim etdiyi arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı eyni məzmunlu 24 may 2023-cü il tarixli, 3-17-1/2-115433/2023 nömrəli və 06 iyun 2023-cü il tarixli, 3-17-1/2-127669/2023 nömrəli məktublarından görünür ki, arxiv arayışlarında qeyd olunan məlumatlara əsasən İddiaçı kolxozda işlədiyi 1976-1979-cu il tarixlər üzrə sığorta stajı 1 il 9 ay 23 gün təşkil edir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Мəhkəmə kollegiyası Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X9 şəhər filialının və Sabirabad rayon filialının arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə kollegiyası vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il tarixədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində müəyyən olunan mötəbərlik prezumpsiyası normaları nəzərə alınmalı və müvafiq arayışlarda göstərilən illər sığorta stajı kimi qəbul edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İşin hallarından görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşdan yəni xx.xx.2018-ci il tarixində yaransada, hazırki tələblə bağlı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsini və AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirlməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət edilən vaxtdan əvvəlki 3 il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının “hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət edilən vaxtdan əvvəlki 3 il üçün ödənilməsi” öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)-280/2023 saylı qərarı dəyişdirilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar