Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-50/2025 06.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İdiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyəcəsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vergi öhdəliklərini vaxtında və lazımi qaydada icra edir. Fəaliyyətinin əsas istiqaməti taxıl və toxumların topdan satışından ibarətdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərarına əsasən Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsini müvəqqəti icra edən, böyük dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X3 tərəfındən onun sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2018-dekabr 2020-ci il tarixədək olan dövrü əhatə edilməklə, növbəti Səyyar vergi yoxlamasını aparmış və nəticəsini 19 noyabr 2021-ci il tarixli, **********145948 nömrəli aktla rəsmiləşdirmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş **********145948 nömrəli akta əsasən güya o, yoxlamanın əhətə ediyi dövrdə gəlir vergisi üzrə 516206,37 manat, əlavə dəyər vergisi (ƏDV) üzrə isə ümumilikdə 842152,27 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırmışdır. Hesablanmış vergi borcları üzrə 813127,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********153607 nömrəli qərar qəbul edilmiş, lakin həmin qərar ünvanına göndərilməmiş, ona təqdim edilməmiş, yalnız rəsmi müraciəti əsasında xx.xx.2022-ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Qeyd edir ki, Səyyar vergi yoxlaması qeyri-obyektiv və qərəzli aparılaraq həqiqətə uyğun olmayan akt tərtib edilmişdir. Belə ki, yoxlama ilə əhatə olunan dövrdə və ondan əvvəl o, vergi qanunvericiliyinə uyğun olaraq bütün vergiləri vaxtında dövlət büdcəsinə ödədiyindən onun dövlət büdcəsinə aktda göstərilən məbləğdə vergi borcunun olması mümkün deyildir. Əslində gəlir vergisi üzrə borcun yaranması idxal olunan malların dəyərinin yoxlayıcı tərəfındən orta bazar satış qiymətindən daha yüksək hesablanması ilə bağlı olmuşdur. Bu isə özü-özlüyündə gəlir vergisi üzrə borcun yaranmasına gətirib çıxartmışdır. Əlavə dəyər vergisi üzrə vergi borcunun yaranması isə yoxlayıcı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin nəzərə alınmaması səbəbindən yaranmışdır. Əgər yoxlayıcı tərəfindən qeyd edilən normanın tələbləri nəzərə alınsaydı, ƏDV üzrə vergi borcu yarana bilməzdi. Göründüyü kimi, gəlir vergisi və ƏDV üzrə vergi borcunun yaranması yoxlayıcı tərəfındən səyyar vergi yoxlamasınm qeyri-obyektiv və qərəzli aparılması, habelə Vergi qanunvericiliyinin tələblərini nəzərə almaması ilə bağlı olmuş və nəticədə onun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyi haqqında xx.xx.2022-ci il tarixdə **********153607 nömrəli əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, həmin qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli **********144763 nömrəli qərarı əsasında, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmış, nəticəsi xx.xx.2021-ci il tarixli, **********145948 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması fərdi sahibkar İddiaçı iştirakı və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, nəzarət kassa aparatından alınmış dövri fiskal hesabatları və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********960500 nömrəli bildiriş, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211560319 nömrəli çıxarış, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli tələbnamə xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən imzalanaraq bir nüsxələri qəbul edilmişdir. Tələbnamədə qeyd olunan müddət ərzində heç bir sənəd təqdim edilmədiyindən, bu hal xx.xx.2021-ci il tarixdə aktla rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, **********145965 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumatlar, NKA-dan aylar üzrə alınmış fiskal hesabatlar, NKA tətbiq edilməklə aylar üzrə satılmış malların siyahısı və aylar üzrə malların hərəkətinə dair cədvəllərin götürülməsi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və təqdim edilməyən sənədlərlə bağlı akt tərtib edilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixə vergi ödəyicisinin sahibliyində qalıq qalmış və yoxlama dövrü ərzində idxal edilmiş və alınmış malların satışı vergi ödəyicisi tərəfindən EQF və NKA tətbiq edilməklə həyata keçirilmişdir. NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Malların bazar qiymətlərinin Vergi Məcəlləsinin 14-cü maddəsinin digər müddəalarına uyğun müəyyənləşdirilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilimişdir. Vergi ödəyicisi xx.xx.2021-ci il tarixli, **********147793 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarla xx.xx.2021-ci il tarixdə tanış edilmiş, ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə xx.xx.2021-ci il tarixdə protokol tərtib edilmiş və vergi ödəyicisi protokolu imza etməklə bir nüsxəsini qəbul etmişdir. Yoxlama zamanı ekspert rəyindən istifadə edilmiş, ekspertin təqdim etdyi qiymətlər (bazar qiymətləri), vergi ödəyicisinin pərakəndə satdığı mallara tətbiq etdiyi qiymətlər ilə müqayisə edilmiş və Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğun olaraq yaranmış 30 % fərq ekspert tərəfindən nəzərə alınmaqla müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablama aparılmışdır. Həmçinin yoxlama zamanı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ-nın şimal-qərb hissəsi ünvanında yerləşən obyektinə (təsərüfat subyektinə) baxış keçirilmiş, baxışın nəticəsi xx.xx.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Baxış zamanı obyektdə hər hansı bir mal qalığı müəyyən edilməmişdir. ÖMV üzrə-vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində idxal olunan taxıl məhsullarının daşınması ilə bağlı beynəlxalq daşımaya görə MARİNE SHİPPİNG AND FORWARDİNG LTD-yə ödənilmiş 1851920,0 manat məbləğdən ödəmə mənbəyində vergi tutulmadığı üçün yoxlama zamanı 6% dərəcə ilə ümümilikdə 111115,68 manat, o cümlədən 2018-ci ilin 1-ci rübü üzrə 29622,83 manat, 2-ci rübü üzrə 39994,69 manat, 3-cü rübü üzrə 21016,12 manat, 4-cü rübü üzrə 20482,04 manat ÖMV məbləği hesablanmışdır. ƏDV üzrə - vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövr ərzində taxıl məhsullarınınbuğda, arpa, qarğıdalı, soya şrotu, soya paxlası, günəbaxan yağı, texniki çiyid məhsullarının idxalı, alışı və satışı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin həmin mallara EQF tətbiq edilməklə tətbiq edilən qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətləri ekspert tərəfindən müəyyənləşdirilmiş, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla 30% fərq yaranan mallara ekspert tərəfindən müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablamalar aparılmışdır. 2018-ci il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 23871340,67 manat, ƏDV azad olunan əməliyyatların həcmi 5108228,14 manat, ƏDV məbləği 4296841,33 manat, əvəzləşən ƏDV məbləği 3231228,93 manat, büdcəyə hesablanan ƏDV məbləği 1065612,39 manat olmuşdur. Yoxlama ilə, EQF tətbiq edilməklə satılmış malların dəyərinin Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildiyi, NKA tətbiq edilməklə pərakəndə satılmış malların dəyərinin nağd qaydada ödənildiyi nəzərə alınmaqla 2018-ci il ərzində ƏDV-yə cəlb edilən əməliyyatların həcminin 23578807,71 manat, ƏDV-dən azad olunan əməliyyatların həcminin 10173436,19 manat, ƏDV məbləği 4244185,39 manat, əvəzləşən ƏDV məbləği 2391982,99 manat, büdcəyə hesablanan ƏDV məbləğinin 1852202,41 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində ƏDV-dən azad olunan dövriyyənin 5065208,5 manat gizlədilməsi səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri (Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məğləği qəbul olunur.) nəzərə alınmaqla 839245,94 manat ƏDV məbləğinin artıq əvəzləşdirildiyi, ƏDV-yə cəlb edilən dövriyyənin 292532,96 manat artıq göstərilməsi səbəbindən ƏDV-nin 52655,93 manat artıq hesablandığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üçün ƏDV-si üzrə təqdim edilən bəyannaməsində ƏDV-dən azad olunan əməliyyatların həcmi 4492172,07 manat göstərilmişdir. Lakin yoxlama ilə qeyd olunan dövrdə vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və digər əməliyyatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı mallar müqayisə edilmiş, qalıq qalmış malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olması müəyyən edilməmişdir. Yoxlama zamanı əskik gələn, yəni satışı sənədlərlə təsdiq olunmayan həmin malların satışı Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövründə, yəni 2020-ci ilin dekabr ayında bazar qiymətləri ilə nəzərə alınmışdır. Nəticədə 2020-ci ilin dekabr ayında ƏDV-yə cəlb edilən dövriyyənin 308679,16 manat, ƏDV-dən azad olunan dövriyyənin 1639623,2 manat olmaqla, büdcədən yayındırılmış ƏDV məbləğinin 55562,25 manat olması müəyyən edilmişdir. Yoxlama ilə ƏDV-nin ümumilikdə 842152,28 manat azaldılması müəyyən edilmişdir. Gəlir vergisi üzrə - Vergi ödəyicisi tərəfindən təqdim olunan 2018-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 28979568,81 manat, ümumi gəlirdən çıxılan xərclər 28773725,99 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF ayırmaları, 28631894,26 manat malın dəyəri, 21125,18 manat bank xidməti üzrə xərclər, 114543,88 manat sair xərclər), vergiyə cəlb olunan gəlir 205842,82 manat, gəlir vergisi 41168,56 manat göstərilmişdir. Yoxlama ilə 2018-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 33660983,68 manat, ümumi gəlirdən çıxılan xərclərin 31362704,24 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF xərci, 29177527,23 manat malın dəyəri, 9311,56 manat icarə haqqı, 16868,5 manat bank xidməti üzrə xərclər, 2044376,72 manat nəqliyyat xərcləri, (o cümlədən 192448,46 manat rezidentlər üzrə, 1851928,26 manat qeyri rezidentlər üzrə) 108458,01 manat digər xərclər)), vergiyə cəlb olunan gəlirin 2298279,44 manat, gəlir vergisinin 459655,89 manat olması müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunan 2019-cu il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 4492172,07 manat, ümumi gəlirdən çıxılan xərclər 4456122,07 manat (o cümlədən malın dəyəri 4456122,07 manat), vergiyə cəlb olunan gəliri 36050 manat, gəlir vergisi 7210 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu il ərzində vergi ödəyicisinin gəlirlərinin və xərclərinin olmadığı müəyyən olunmuşdur. 2020-ci il üçün vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı malların müqayisəsi zamanı sənədlərlə təsdiq olunmayan malların satışı Vergi Məcəlləsinin 67.15ci maddəsinin tələblərinə əsasən yoxlama dövrünün sonuna, yəni 2020-ci ilin dekabr ayında nəzərə alınmaqla hesablama aparılmış, aparılmış hesablamalarla 2020-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 1948302,36 manat, ümumi gəlirdən çıxılan xərclərin 1423657,14 manat (o cümlədən malın dəyəri 1423657,14 manat), vergiyə cəlb olunan gəlirin 524645,22 manat, gəlir vergisinin 104929,04 manat olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən hesablanmış gəlir vergisi məbləğləri nəzərə alınmaqla yoxlama ilə gəlir vergisinin ümumilikdə 516206,37 manat azaldıldığı, o cümlədən 2018-ci ildə 418487,33 (459655,89 - 41168,56) manat azaldıldığı, 2019-cu ildə 7210 (0 - 7210) manat artıq hesablandığı, 2020-ci ildə 104929,04 (104929,04 - 0) manat azaldıldığı müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 1625935,44 manat azaldıldığı, 156461,11 manat artıq hesablandığı müəyyən olunmuşdur. O cümlədən: 523416,37 manat gəlir vergisinin azaldılması, 7210,0 manat artıq hesablanması; o cümlədən: 991403,38 manat ƏDV-nin azaldılması, 149251,11 manat artıq hesablanması; o cümlədən: 111115,68 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğin, vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1625935,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 812967,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda onu da qeyd edirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərar sifarişli poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin qeydiyyat yeri üzrə yaşayış ünvanına göndərilmişdir. Göndərilən sənəd köçüb qeydi edilməklə geri qaytarılmışdır. Vergi ödəyicisi xx.xx.2022-ci il tarixli, **********835300 nömrəli məktubla müraciət edərək ünvan məlumatlarında dəyişikliklərin olmasına baxmayaraq vergi orqanına məlumat vermədiyini bildirmişdir. Qeyd olunan səbəbdən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərar xx.xx.2022-ci il tarixli, **********468500 nömrəli məktubla yenidən vergi ödəyicisinə göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı iddiaçının “əlavə dəyər vergisi üzrə 393.774,40 manat, gəlir vergisi üzrə 28.054,98 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 111.115,68 manat olmaqla cəmi 532945,06 manat və bu məbləğə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 266472,53 manat”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş maliyyə sanksiyası üzrə 160,0 manat, ümumilikdə isə 799577,59 məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş və ekspertiza tədqiqatlarının dəyəri olan 200,0 (iki yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh və iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətlərinə münasibətdə təmin edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yoxlama 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqında” xx.xx.2021-ci il tarixli **********144763 nömrəli qərarı əsasında, vergi ödəyicisinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmış, nəticəsi xx.xx.2021-ci il tarixli **********145948 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması fərdi sahibkar İddiaçı iştirakı və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, nəzarət kassa aparatından alınmış dövrü fiskal hesabatları və vergilərin hesablanılması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********960500 nömrəli bildiriş, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********144763 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211560319 nömrəli çıxarış, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********144776 nömrəli tələbnamə xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindənimzalanaraq bir nüsxələri qəbul edilmişdir. Tələbnamədə qeyd olunan müddət ərzində heç bir sənəd təqdim edilmədiyindən, bu hal xx.xx.2021-ci il tarixdə aktla rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli **********145965 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi tərəfindən imzalanaraq götürülmüşdür. Yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumatlar, NKA-dan aylar üzrə alınmış fiskal hesabatlar, NKA tətbiq edilməklə aylar üzrə satılmış malların siyahısı və aylar üzrə malların hərəkətinə dair cədvəllərin götürülməsi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş protokolla rəsmiləşdirilmiş və təqdim edilməyən sənədlərlə bağlı akt tərtib edilmişdir. Həmçinin xx.xx.2018-ci il tarixə vergi ödəyicisinin sahibliyində qalıq qalmış və yoxlama dövrü ərzində idxal edilmiş və alınmış malların satışı vergi ödəyicisi tərəfindən EQF və NKAtətbiq edilməklə həyata keçirilmişdir. NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Malların bazar qiymətlərinin Vergi Məcəlləsinin 14-cümaddəsinin digər müddəalarına uyğun müəyyənləşdirilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya Ekspert dəvət edilimişdir. Vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********147793 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərarla xx.xx.2021-ci il tarixdə tanış edilmiş, ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə xx.xx.2021-ci il tarixdə protokol tərtib edilmiş və vergi ödəyicisi protokolu imza etməklə bir nüsxəsini qəbul etmişdir. Yoxlama zamanı Ekspert rəyindən istifadə edilmiş, ekspertin təqdim etdyi qiymətlər (bazar qiymətləri), vergi ödəyicisinin pərakəndə satdığımallara tətbiq etdiyi qiymətlər ilə müqayisə edilmiş və Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə uyğunolaraq yaranmış 30% fərq ekspert tərəfindən nəzərə alınmaqla müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablama aparılmışdır. Həmçinin yoxlama zamanıxx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ-nın şimal-qərb hissəsi ünvanında yerləşən obyektinə (təsərüfat subyektinə) baxış keçirilmiş, baxışın nəticəsi xx.xx.2021-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Baxış zamanı obyektdə hər hansı bir mal qalığımüəyyən edilməmişdir. ÖMV üzrə - vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində idxal olunan taxıl məhsullarının daşınması ilə bağlı beynəlxalq daşımaya görə MARİNE SHİPPİNG AND FORWARDİNG LTD-yə ödənilmiş1851920.0 manat məbləğdən ödəmə mənbəyində vergi tutulmadığı üçün yoxlama zamanı 6% dərəcə ilə ümümilikdə 111115.68 manat , o cümlədən 2018-ci ilin 1-ci rübü üzrə 29622.83 manat, 2-ci rübü üzrə 39994.69 manat, 3cü rübü üzrə 21016.12 manat, 4-cü rübü üzrə 20482.04 manat ÖMV məbləği hesablanmışdır. ƏDV üzrə- vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövr ərzində taxıl məhsullarının-buğda, arpa, qarğıdalı, soya şrotu, soya paxlası, günəbaxan yağı, texniki çiyid məhsullarının idxalı, alışı və satışı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin həmin mallara EQF tətbiq edilməklə tətbiq edilən qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətləri ekspert tərəfindən müəyyənləşdirilmiş, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla 30% fərq yaranan mallara ekspert tərəfindən müəyyən edilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə hesablamalar aparılmışdır. 2018-ci il ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 23871340,67 manat , ƏDV azad olunan əməliyyatların həcmi 5108228,14 manat, ƏDV məbləği 4296841,33 manat, əvəzləşən ƏDV məbləği 3231228,93 manat, büdcəyə hesablanan ƏDV məbləği 1065612,39 manat olmuşdur. Yoxlama ilə, EQF tətbiq edilməkləsatılmış malların dəyərinin Vergi məcəlləsinin 166-cı maddəsinə əsasən müəyyən edildiyi, NKA tətbiq edilməkləpərakəndə satılmış malların dəyərinin nağd qaydada ödənildiyi nəzərə alınmaqla 2018-ci il ərzində ƏDV-yə cəlb edilən əməliyyatların həcminin 23578807,71 manat, ƏDVdən azad olunan əməliyyatların həcminin 10173436,19 manat, ƏDV məbləği 4244185,39 manat, əvəzləşən ƏDV məbləği 2391982,99 manat, büdcəyə hesablanan ƏDV məbləğinin 1852202,41 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində ƏDV-dən azad olunan dövriyyənin 5065208,05 manat gizlədilməsi səbəbindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri (Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dənazad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məğləği qəbul olunur.) nəzərə alınmaqla 839245.94 manat ƏDV məbləğinin artıq əvəzləşdirildiyi, ƏDV-yə cəlb edilən dövriyyənin292532,96 manat artıq göstərilməsi səbəbindən ƏDV-nin 52655,93 manat artıq hesablandığımüəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üçün ƏDV-si üzrə təqdim edilən bəyannaməsində ƏDV-dən azad olunan əməliyyatların həcmi 4492172,07 manat göstərilmişdir. Lakin yoxlama ilə qeyd olunan dövrdə vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və digər əməliyyatların aparılmadığı müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı mallar müqayisə edilmiş, qalıq qalmış malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olması müəyyən edilməmişdir. Yoxlama zamanı əskik gələn, yəni satışı sənədlərlə təsdiq olunmayan həmin malların satışı Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövründə, yəni 2020-ci ilin dekabr ayında bazar qiymətləri ilə nəzərə alınmışdır. Nəticədə 2020-ci ilin dekabr ayında ƏDV-yə cəlb edilən dövriyyənin308679,16 manat, ƏDV-dən azad olunan dövriyyənin1639623,2 manat olmaqla, büdcədən yayındırılmış ƏDV məbləğinin 55562,25 manat olmasımüəyyən edilmişdir. Yoxlama ilə ƏDV-nin ümumilikdə 842152.28 manat azaldılması müəyyən edilmişdir. Gəlir vergisi üzrə - Vergi ödəyicisi tərəfindən təqdim olunan 2018-ci il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 28979568,81 manat, ümumi gəlirdən çıxılan xərclər 28773725,99 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF ayırmaları, 28631894,26 manat malın dəyəri, 21125,18 manat bank xidməti üzrə xərclər, 114543,88 manat sair xərclər), vergiyə cəlb olunan gəlir 205842.82 manat, gəlir vergisi 41168,56 manat göstərilmişdir. Yoxlama ilə 2018-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 33660983,68 manat, ümumi gəlirdən çıxılan xərclərin 31362704,24 manat (o cümlədən 5030,75 manat əmək haqqı, 1131,92 manat DSMF xərci,29177527,23 manat malın dəyəri, 9311,56 manat icarə haqqı, 16868,05 manat bank xidməti üzrə xərclər, 2044376,72 manat nəqliyyat xərcləri,(o cümlədən 192448,46 manat rezidentlər üzrə, 1851928,26 manat qeyri rezidentlər üzrə) 108458,01 manat digər xərclər) ), vergiyə cəlb olunan gəlirin 2298279,44 manat, gəlir vergisinin 459655,89 manat olmasımüəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunan 2019-cu il üçün gəlir vergisi bəyannaməsində ümumi gəlir 4492172,07 manat, ümumi gəlirdən çıxılan xərclər 4456122,07 manat (o cümlədən malın dəyəri 4456122,07 manat) , vergiyə cəlb olunan gəliri 36050 manat, gəlir vergisi 7210 manat göstərilmişdir. Yoxlama ilə 2019-cu il ərzində vergi ödəyicisinin gəlirlərinin və xərclərinin olmadığı müəyyən olunmuşdur. 2020-ci il üçün vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi ödəyicisinin aldığı, idxal etdiyi və satdığı malların müqayisəsi zamanı sənədlərlə təsdiq olunmayan malların satışı Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə əsasən yoxlama dövrünün sonuna, yəni 2020-ci ilin dekabr ayında nəzərə alınmaqla hesablama aparılmış, aparılmış hesablamalarla 2020-ci il ərzində vergi ödəyicisinin ümumi gəlirinin 1948302,36 manat, ümumi gəlirdən çıxılan xərclərin 1423657,14 manat (o cümlədən malın dəyəri 1423657,14 manat), vergiyə cəlb olunan gəlirin 524645,22 manat, gəlir vergisinin 104929,04 manat olmasımüəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən hesablanmış gəlir vergisi məbləğləri nəzərə alınmaqla yoxlama ilə gəlir vergisinin ümumilikdə 516206,37 manat azaldıldığı, o cümlədən 2018-ci ildə 418487,33 (459655,89 - 41168,56 ) manat azaldıldığı, 2019-cu ildə 7210 (0 - 7210) manat artıq hesablandığı, 2020-ci ildə 104929,04 (104929,04 - 0) manat azaldıldığı müəyyən edilmişdir. Yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 1625935,44 manat azaldıldığı, 156461,11 manat artıq hesablandığı müəyyən olunmuşdur. o cümlədən: 523416,37 manat gəlir vergisinin azaldılması, 7210.0 manat artıq hesablanması; o cümlədən: 991403,38 manat ƏDV-nin azaldılması, 149251,11 manat artıq hesablanması; o cümlədən: 111115,68 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğin, vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1625935,44 manat azaldılmasına görə azaldılmış vergi məbləğinə 812967,72 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1- ci maddəsinə əsasən vergi ödəyicisinə 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-151/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət etmişdir. Tələbimi onunla əsaslandırmışdım ki, mən hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Fəaliyyətimin əsasını taxıl və toxum məhsullarının topdan və pərakəndə satışı təşkil edir. Fəaliyyət göstərdiyim dövrdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün vergi öhdəliklərimi vaxtında və lazımi qaydada icra etmişəm. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli, **********144763 nömrəli qərarına əsasən mənim sahibkarlıq fəaliyyətim üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbəti Səyyar vergi yoxlaması aparılmış və nəticəsi 19 noyabr 2021-ci il tarixli, **********145948 nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş **********145948 nömrəli akta əsasən güya mən yoxlamanın əhətə ediyi dövrdə gəlir vergisi üzrə 516.206,37 manat, əlavə dəyər vergisi (ƏDV) üzrə isə 842.152,27 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırmışam. Hesablanmış vergi borcları üzrə 813.127,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla belə, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********153607 nömrəli qərar qəbul edilmiş, lakin həmin qərar ünvanıma göndərilməmiş, məııə təqdim edilməmiş, yalnız rəsmi müraciətim əsasında xx.xx.2022-ci il tarixdə mənim elektron kabinetimə yerləşdirilmişdir. Səyyar vergi yoxlaması qeyri obyektiv və qərəzli aparılaraq həqiqətə uyğun olmayan vergi borcu hesablanmışdır. Belə ki, yoxlama ilə əhatə olunan dövr üzrə mən vergi qanunvericiliyinə uyğun olaraq bütün vergiləri vaxtında dövlət büdcəsinə ödəmişəm. Hətta 2018-ci ilin əvvəllərində mən ƏDV üzrə dövlət büdcəsinə 800.000 (səkkiz yüz min) manat artıq ödəniş etmişəm. Odur ki, mənim ƏDV üzrə dövlət büdcəsinə borcum olmamışdır. Gəlir vergisi üzrə də dövlət büdcəsinə borcum olmamışdır. Əslində gəlir vergisi üzrə borcun yaranması idxal olunan malların dəyərinin yoxlayıcı tərəfindən orta bazar satış qiymətindən daha yüksək götürülərək hesablanması ilə bağlı olmuşdur. Əlavə dəyər vergisi üzrə vergi borcunun yaranması isə yoxlayıcı tərəfindən Azərbaycan Respublikası Vergi məcəlləsinin 175.4-cü maddəsinin tələblərinin nəzərə alınmaması səbəbindən yaranmışdır. Əgər yoxlayıcı tərəfindən qeyd edilən normanın tələbləri nəzərə alınsaydı, ƏDV üzrə vergi borcu yarana bilməzdi. Odur ki, göstərilənlərə əsasən məhkəmədən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyim haqqında xx.xx.2022-ci il tarixdə **********153607 nömrəli qərarı əsassız və qanunsuz hesab edərək ləğv etməyi xahiş etmişdim. Şirvan İnzibati məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarı ilə iddia tələbim qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkalıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyər vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqımda» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı İddiaçının əlavə dəyər vergisi üzrə 393.774, 40 manat, gəlir vergisi üzrə 28.054, 98 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 111.115, 68 manat olmaqla cəmi 532945,06 manat və bu məbləğə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 266472,53 manat», habelə «vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə iddiaçıya tətbiq olunmuş maliyyə sanksiyası üzrə 160,0 manat, ümumilikdə isə 799577,59 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi)) hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş və iddia qalan hissədə rədd edilmişdir. Lakin mən Şirvan İnzibati məhkəməsinin 24 may 2024-cü il tarixli, 2- 1(120)-151 /2024 saylı qərarının ƏDV, ÖMV və maliyyə sanksiyasının tətbiqi hissəsi ilə razı deyiləm, hesab edirəm ki, qərar qeyd edilən hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, 2018-ci ilin əvvəllərində, yəni növbədən kənar səyyər vergi yoxlaması keçirilməzdən əvvəl mən dövlət büdcəsinə 800.000 (səkkiz yüz min) manat artıq ƏDV ödəmişəm. Odur ki, ƏDV üzrə mənə borc hesablana bilməzdi. Eyni zamanda tərəfimdən dövlət büdcəsinə 800.000 (səkkiz yüz min) manatdan artıq əlavə dəyər vergisi ödədiyim nəzərə alınaraq mənə ƏDV üzrə borc hesablana bilməzdi, habelə maliyyə sanksiyası tətbiq edildiyi halda belə, hər-bir vergi növü üçün maliyyə sanksiyası ayrıca hesablanmalı idi. 393.774, 40 manat əlavə dəyər vergisi borcuna isə maliyyə sanksiyası tətbiq edilməməli idi. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə görə vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yaşaşı ƏDV-dən azad olunan əməliyyatlar apararkən, bu əməliyyatlara aid olunan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı- ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlər, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Bu Məcəlləsinin istinad edilən 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bunlarla yanaşı, qeyd edirəm ki, ödəmə mənbəyində tutulan vergi üzrə hesablanmış 111.115, 68 manat vergi borcu da əsaslı hesab edilə bilməz. Belə ki, «İkiqat vergi tutmanın aradan qaldırılmasına dair» xx.xx.1997-ci il tarixli Sazişin tələblərinə uyğun olaraq ÖMV tərəfimizdən tam icra edilmiş və bununla bağlı hesabatlar məhkəməyə təqdim edilmişdir. Lakin ÖMV-yə dair təqdim etdiyimiz hesabat sənədldəri məhkəmə tərəfindən araşdırılmamış və müvafiq qaydada qiymətləndirilməmişdir. Odur ki, mübahisələndirilən məhkəmə qərarı ÖMV-yə aid hissədə də əsaslı və qanuni hesab edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)- 151/2024 saylı qərarını ƏDV, ÖMV və maliyyə sanksiyası hissəsində ləğv edib, həmin hissədə iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında içtirak edən İddiaçı apellyasiya şikayətinə dəqiqləşmə verərək onun dəlillərini müdafiə etdiyini, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti dəlillərinin əsassız olduğun bildirərək və Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarının ödəmə mənbəyində tutulan 111.115,68 manat vergiyə görə təbiq edilmiş 55.557,84 manat maliyyə sanksiyası istisna olmaqla, əlavə dəyər vergisi üzrə - 393.774,40 manat, gəlir vergisi üzrə - 28.054,98 manat vergi məbləğinə tətbiq edilmiş 210.914,69 manat maliyyə sankisyasının tətbiq edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında içtirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini və şikayətin dəqiqləşməsini müdafiə etdiyini, cavabdeh tərəfindən verilən apellyasiya şikayəti dəlillərinin əsassız olduğun bildirərək və Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarının 393.774,40 manat, gəlir vergisi üzrə - 28.054,98 manat vergi məbləğinə tətbiq edilmiş 210.914,69 manat maliyyə sankisyasının tətbiq edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: ... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin:
1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu;
2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
4. media subyektinin adı, məlumatın yayılma tarixi;
5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link);
6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. ...
«İnzibati icraat haqqında» Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, cavabdehin və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır, iddiaçının apellyasiya şikayəti isə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir . Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddian təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında faktiki mal qalığının olmadığını əks etdirən mühasibat sənədləri mövcud deyildir. Yoxlama aktından da göründüyü kimi, vergi orqanı tərəfindən az hesablanmış vergi məbləği mal qalığının olmaması əsas götürülərək yoxlama dövrünün sonuna, yəni 2020-ci ilin dekabr ayına hesablanmışdır. Halbuki, iş materiallarına əsasən vergi ödəyicisinin 2019-2020-ci illər üzrə gəlirlərinin və xərclərinin olmadığı müəyyən edilmişdir. Habelə, SVY aktında yoxlama ilə ƏDV məqsədləri üçün vergitutma obyekti müəyyən edilərkən hesablama forması (qaydası) göstərilməmiş, bununla bağlı hər hansı cədvəl (idxal edilən və satılan malların müqayisəsini əks etdirən cədvəllər) məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda vergi orqanı tərəfindən dəvət edilmiş ekspert rəyinə əsasən NKA tətbiq edilməklə pərakəndə qaydada satılan mallara tətbiq olunan qiymətlərin aşağı olması, o cümlədən EQF tətbiq edilməklə satılan malların qiymətindən aşağı olması səbəbindən pərakəndə satılan malların bazar qiymətlərinin müəyyənləşdirilərkən bununla bağlı hər hansı cədvəl (çeşidlərə tədbiq olunmuş eyni çeşidlər üzrə qiymətlərlə bağlı) tərtib edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq ekspertiza tədqiqatı ilə vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlər) əsasən ƏDV üzrə cəlb olunan dövriyyəsi nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan əlavə dəyər vergisi 393774,40 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ekspertiza tədqiqatı ilə təqdim olunmuş iş materialları və əlavə edilmiş sənədlər nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə fərdi sahibkar İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan gəlir vergisi 28054,98 manat məbləğində müəyyən olunmuş və qeyd olunduğu kimi, vergi ödəyicisinin 2019-2020-ci illər üzrə gəlirlərinin və xərclərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********145965 nömrəli qərarının, 22 fevral 2021-ci il tarixli, KY211560319 nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli, **********960500 nömrəli bildirişin, xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli “Tələbnamə”nin və xx.xx.2021-ci il tarixli aktın surətlərindən görünür ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə “vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması” məqsədi ilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, yoxlama müddəti 30 gün müəyyən olunmuş, bu barədə məlumat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilmiş, vergi ödəyicisinə “növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” bildiriş verilmiş və yoxlanılan dövrə aid xx.xx.2021-ci il tarixli, **********144776 nömrəli “Tələbnamə”də qeyd olunan sənədlərin 15 iş günü müddətində təqdim olunması iddiaçıdan tələb olunmuş, sənədlər fərdi sahibkar İddiaçı tərəfindən təqdim olunmadığından bu barədə müvafiq akt tərtib olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərarının, xx.xx.2021-ci il tarixli protokol və aktın surətlərinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə yoxlama üçün zəruri olan bütün sənədlərin (kassa mədaxil-məxaric sənədləri, NKA-nın fiskal hesabatları, qaimə və vergi hesab-fakturaları, baş kitab, dövriyyə cədvəlləri, jurnal-orderlər, DSMF-na təqdim edilmiş hesabatlar, malların alış və satış sənədləri, yük gömrük bəyannamələri, əmək haqqının ödəniş cədvəlləri, elektron və kağız daşıyıcıda tərtib edilmiş bütün mühasibat sənədləri, gəlir, xərc sənədləri və s.) təqdim olunması iddiaçıdan tələb olunmuş, sənədlərin bir hissəsi yoxlamaya təqdim edilmiş, bu barədə müvafiq protokol və akt tərtib olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146269 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147469 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147790 və **********147793 nömrəli, xx.xx.2021-ci il tarixli, **********147809 nömrəli və xx.xx.2021-ci il tarixli, **********15047 nömrəli qərarlarının surətlərindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə təyin olunmuş növbəti səyyar vergi yoxlamasının müddəti müxtəlif vaxtlarda artırılmış, dayandırılmış, həmin dövr üzrə ekspertiza təyin olunmuş, ekspert rəyi alındıqdan sonra səyyar vergi yoxlaması bərpa edilmiş, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********145948 nömrəli “səyyar vergi yoxlaması aktı”nın surətindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2018-ci ildə əlavə dəyər vergisinin 935841,13 manat azaldılması, 149251,11 manat artıq hesablanması, 2020-ci ildə 55562,25 manat azaldılması, 2018-ci ildə gəlir vergisinin 418487,33 manat azaldılması, 2019-cu ildə 7210,00 artıq hesablanması, 2020-ci ildə 104929,04 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2018-ci ildə 111115,68 manat azaldılması, ümumilikdə vergilərin 1625935,44 manat azaldılması, 156461,11 manat artıq hesablanması, əlavə hesablamanın 1476684,33 manat təşkil etməsi müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinə 813127,74 manat, o cümlədən 2019-cu və 2020-ci illərdə vergi hesabatlarının və arayışların vaxtında verilməməsinə görə 160 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. İş materiallarında olan «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli mübahisələndirilən qərarının surətindən görünür ki, fərdi sahibkar İddiaçı xx.xx.2018- ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan sahibkarlıq fəaliyyəti dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlaması ilə büdcəyə çatası vergilərin ümumilikdə 1625935,44 manat azaldılması, 156461,11 manat artiq hesablanması, əlavə hesablamanın 1476684,33 manat təşkil etməsi, maliyyə sanksiyasının 813127,74 manat, o cümlədən vergi hesabatlarının və arayışların vaxtında verilməməsinə görə 160 manat məbləğində tətbiq edilməli olduğu təsdiq olunmuş və vergi ödəyicisinin qeyd olunan məbləğlərdə vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********227000 nömrəli “Tələbnamə”nin surətindən görünür ki, «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarına əsasən büdcəyə çatası cəmi 2282602,07 manat vəsaitin 5 gün müddətində ödənilməsi fərdi sahibkar İddiaçı tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında “Müvafiq yoxlama dövrünə uyğun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV və gəlir vergisini məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir?” məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında verilmiş 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı rəydə ekspert “ekspertizaya təqim edilmiş iş materiallarında olan vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlər) əsasən fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan ƏDV-nin və gəlir vergisinin cəmi məbləği 421.829,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əlavə dəyər vergisi üzrə - 393.774,40 manat; gəlir vergisi üzrə - 28.054,98 manat olduğunu” vurğulamışlar. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin olunaraq ekspertlər qarşısında – “Müvafiq yoxlama dövrünə uyğun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarla müəyyənləşdirilmiş dövriyyə üzrə İddiaçı ödəməli olduğu ƏDV, ÖMV və gəlir vergisinin məbləğləri ayrı-ayrılıqda nə qədərdir? Həmin dövriyyə üzrə İddiaçı vergi borcu nə qədərdir? - Yoxlanılan dövr üzrə malların həmin illər üzrə satışının bazar qiyməti nə qədərdir?- Yoxlanılan dövr üzrə malların həmin illər üzrə satışının bazar qiyməti həmin illər üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsindən 30 faizdən aşağı və ya yuxarı (fərqlənmək) aşırmı? - Yoxlanılan dövr üzrə bazar qiyməti tətbiq edilməklə iddiaçı tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması (Səbəbləri və əsasları göstərilməklə) müəyyən olunur?” məzmununda suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 22 may 2023-cü il tarixli, 9/2003-9/2089 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Birinci sual üzrə: - Rəyin tədqiqat hissəsində göstərldiyi kimi, ekspertizaya təqdim edilmiş iş materiallarında olan vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədərı mallarırı hərəkət cədvəlləri, Eqaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannmə məlumatları və digər sənədlər) əsasən fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət bübcəsinə hesablanmalı olan olan 393.774,40 manat məbləğində ƏDV-nin, 28.054,98 manat məbləğində gəlir vergisinin və 111.115,68 manat məbləğində ÖMV olmaqla ümumilikdə 532.945,06 manat məbləğində vergilərin ödənilməməsi müəyyən edilir. İkinci-üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərldiyi kimi, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, anoloji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərardadda və iş materiallarında qeyd edilən malların xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək təxminən orta bazar satış qiyməti rəyin cədvəl məlumatlarında öz əksini tapmışdır. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan yük gömrük bəyannamələrinə əsasən fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal edilmiş buğda, arpa, qarğıdalı, soya şrotu, günəbaxan yağı, soya paxlası, texniki çiyid məhsullarının alış (invoys) qiymətləri, olkə üzrə təşəkkül tapan qiymətlərlə müqayisə edilərkən malın maya dəyəri ilə müəyyən edilən satış qiymətləri arasında əsaslı fərqin olduğu müəyyən edilir. Belə olan halda qeyd edilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş sual üzrə yoxlanılan dövrdə bazar qiyməti tətbiq edilməklə iddiaçı tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə idxal edilmiş məhsulların alış (maya dəyəri) qiymətləri ilə müəyyən edilən orta bazar qiymətləri arasında olan əsaslı fərqlər uyğunlaşdırıldıqdan sonra fiziki şəxs tərəfindən konkret olaraq hansı növ vergilərin, hansı məbləğdə azaldılması müəyyən edilə bilər. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlamsı aparılmışdır. Aparılmış yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********145948 nömrəli Səyyar vergi yoxlaması AKT-ı tərtib edilmişdir. Həmin aktdan görünür ki, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Həmin aktdan həmçinin görünür ki, cavabdeh 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci tarixli Qərarına əsasən İddiaçı vergi yoxlamasının əhatə etdiyi dövr ərzində (xx.xx.2018-xx.xx.2020) taxıl və toxumun topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi məqsədi ilə “Azərekspertiza” Birliyinin eksperti X6 həvalə olunmuşdur. Həmin ekspert tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən yoxlanılan dövr ərzində İddiaçı tərəfindən satılmış məhsulların satış qiyməti müəyyən edilmşdir. Cabvabdeh 6 saylı Ərazi Vergilər İdarəsinin həmin aktı və aktda göstərilən ekspert rəyini rəhbər tutub, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli Qərar qəbul etmişdir. İddiaçı verginin bu qaydada hesablanmasına etiraz edir və qəbul edilmiş həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən edilmiş işin faktiki halları, o cümlədən cavabdehin və iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir: Belə ki, inzibati hüquqa əsasən inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan məhkəmə kollegiyası ilk öncə cavabdehin qəbul etdiyi inzibati aktın formal-hüquqi baxımdan qanuniliyini müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********145948 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aparılmış səyyar vergi yoxlaması ərzində dəfələrlə yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilmişdir. Eyni zamanda səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********145948 nömrəli səyyar vergi yoxlaması aktdan görünür ki, “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150247 saylı qərar qəbul edilmişdir. Lakin, iş materialında olan olan xx.xx.2021-ci il tarixli, KY211560319 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi İddiaçı barəsində səyyar vergi yoxlamasının aparılması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəyyən edilmiş və yalnız xx.xx.2021-ci ilə kimi səyyar vergi yoxlaması müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qeydiyyatdan keçmiş və “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150247 saylı qərar qeydiyyatdan keçməmişdir (bax 2-ci cild, vərəq 195,196). Başqa sözlə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2021-ci il tarixli, KY211560319 nömrəli Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi aparılmış səyyar vergi yoxlaması ərzində dəfələrlə yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilsə də və həmin qərarlar qeydiyyatdan keçsə də, xx.xx.2021-ci ildən sonra yoxlama müddətinin dayandırılması və uzadılması ilə bağlı qərarlar qəbul edilməmiş və həmin qərarlar o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********150247 saylı qərar qeydiyyatdan keçməmişdir. İşin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə vergi ödəyicisi olan İddiaçı barəsində xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi (akt tərtib olunduğu vaxta kimi) yoxlama müddətinin uzadılması və aparılması ilə bağlı qərarlar qəbul olunub-olunmaması, əgər olunubsa həmin qərarın əslini və ya təsdiq olunmuş surətini, eyni zamanda xx.xx.2021-ci ildən sonra səyyar vergi yoxlamasının aparılması və yoxlama müddətinin uzadılması ilə bağlı qərarların, o cümlədən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli **********150247 saylı qərarın AR Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilibedilməməsi barədə məlumatı və həmin məlumatları özündə əks etdirən sənədlərin əslini və ya təsdiq olunmuş surətini qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə təqdim etməyinizi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən məhkəmənin tələb etdiyi həmin sənədlər və məluamtlar təqdim olumamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. Əlavə vergi yoxlamasının tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmadığına baxmayaraq həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4, 3.4.16, 3.4.18, 3.4.19-cu bəndlərinə əsasən, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri. Göründüyü kimi, vergi yoxlamalarının müddətinin dayandırılması, artırılması (uzadılması), yoxlamanın nəticəsi və aşkarlanmış qanun pozuntusunun məzmunu barədə məlumatlar da Reyestrə daxil edilməsi tələb olunan məlumatlar sırasındadır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndində deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, yoxlamanın reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə kimi (akt tərtib olunduğu vaxta kimi) yoxlama müddətinin uzadılması və aparılması ilə barədə qərar qəbul olunmadığından və həmin qərarlar, o cümlədən “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********150247 saylı qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun reyestrdə qeydə alınmadığından həmin sənədlərə əsaslanaraq cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlaması iddiaçıya münasibətdə hüquqi nəticə yaratmır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 38.2, 38.7 və 39-cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələri vergi orqanına səyyar vergi yoxlamasının müddətinin artırılması və dayandırılması ilə bağlı hüquqi imkan tanıyır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə (yoxlamanın keçirildiyi vaxt qüvvədə olan redaksiyasına) görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və yalnız müstəsna hallarda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsində isə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın dayandırılmasının mümkün olduğu hallar təsbit edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilik tərəfindən yoxlamanın dayandırılması imkanlarının nəzərdə tutulması yoxlama zamanı tam və hərtərəfli araşdırmanın, başqa sözlə, yoxlama ilə bağlı inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinin təmin edilməsi məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan, o cümlədən, inzibati orqanlar tərəfindən əsassız olaraq uzun müddət davam edən yoxlamalarla vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsinin, eləcə də sahibkarlıq fəaliyyəti üzərində nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normaları ilə vergi ödəyiciləri barəsində aparılan yoxlamaların müddətini dəqiq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunverici yalnız “müstəsna hallarda” ifadəsindən istifadə etməklə, vergi orqanının istədiyi sıradan bütün hallarda deyil, yalnız bunun həqiqətən zəruri olduğu, həm də iş üzrə obyektiv düzgün qərarın qəbulu baxımından zəruri olduğu hallarda yoxlamanın müddətinin uzadılmalı olduğunu nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “müstəsna hallarda” ifadəsi qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyrimüəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anlayışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən cavabdeh) müəyyən hədlərdə qiymətləndirmə azadlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “müstəsna hallarda”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Məhkəmə həmçinin hansı halların müstəsna hal kimi qiymətləndirilməsi əsaslarını və kriteriyalarını da yoxlamağa haqlıdır. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlamasının keçirilməsinin müddətlərini dəqiq müəyyən etmişdir. İnzibati orqanlar tərəfindən keçirilən icraatın konkret müddətlər ilə məhdudlaşdırılması inzibati icraatın iştirakçılarını onların hüquqlarının müdafiəsi ilə bağlı və ya onların hüquqlarına müdaxilə təşkil edə biləcək proseslərdəki həddən artıq gecikdirmələrdən (həmçinin sui-istifadə hallarından) qorumaq, o cümlədən inzibati icraatın səmərəliliyinə nail olmaq məqsədlərinə xidmət edir. Odur ki, qanunvericilikdə hər bir inzibati orqanın fəaliyyətində ağlabatan müddətlər müəyyən edilmiş və inzibati orqanların həmin müddətlər çərçivəsində hərəkət etməsi öhdəlik kimi müəyyən edilmişdir. Bununla belə, qanunvericilik, o cümlədən vergi qanunvericiliyi müddətlərlə bağlı müəyyən istisnalar da nəzərdə tutur. Qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz və müstəsna hallarda yoxlamanın keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsi isə yoxlamanın hansı hallarda dayandırıla biləcəyini təsbit edir. Həmin əsaslardan biri də səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsidir ki (əmək qabiliyyəti bərpa olunanadək), hazırkı iş üzrə cavabdeh bu hala istinadən yoxlamanı dəfələrlə dayandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudaşdırmış və inzibati icraatın ağlabatan müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui-istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı iddiaçının ərizəsi əsasında yoxlamanı dəfələrlə dayandırsa da (VM-nin 38.7.2-ci maddəsi), həmin şəxsin həqiqətən əmək qabiliyyətini itirməsini təsdiq edən sənədləri tələb etməmiş və bu halın mövcudluğunu araşdırmamış, uzun müddət əmək qabiliyyətinin itirilməsi nəticəsində fərdi sahibkarın səlahiyyətlərinin başqa şəxs tərəfindən icra edilə bilməsi imkanını müzakirə etməmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsində “vergi ödəyicisinin rəhbərinin və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” halının dayandırmaya əsas kimi göstərilməsində qanunvericinin niyyəti yuxarıda qeyd edildiyi kimi, inzibati icraatın çərçivəsində obyektiv araşdırma və inzibati icraatda maraqlı şəxslərin iştirakının təmin edilməsi kimi prinsiplərə xidmət edir ki, vergi orqanı 38.7.2-ci maddəyə istinadən yoxlamanı dayandırdıqda, həmin ərizənin nəzərə alınmamasının obyektiv araşdırma prinsipinə kölgə salacağı halından (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz əmək qabiliyyətinin itirilməsi halı mövcud olduqda mümkündür. Ona görə də, cavabdeh inzibati orqan yoxlamanı dayandırmaq üçün yalnız bu barədə ərizəni yetərli saya bilməz, o həm də ərizəyə əmək qabiliyyətinin itirildiyini təsdiq edən sübutların əlavə olunmasını da yoxlamalıdır. Hazırkı işdə isə icraatı aparan inzibati orqan bu qaydada davranmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icraat materiallarından müəyyən olunur ki, iddiaçı yoxlamanın dayandırılmasına dair ərizə verərkən yalnız müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyini bildirmiş, bu halı təsdiq edən sənədi təqdim etməmişdir. Cavabdeh də həmin sənədi tələb etməmişdir. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın qarşısındakı məqsədlərə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın dəfələrlə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. Hazırkı mübahisəyə münasibətdə vergi yoxlamasının keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın dayandırılması üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt qanunun tələblərinə uyğun olmayan inzibati icraatın nəticəsində qəbul edildiyindən, həmin inzibati akt formalhüquqi baxımdan qanunsuz olmuş və onun ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1741/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-1090/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-2120/2024 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa, məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyinə qiymət verilməsindən ötrü aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 124.3-cü maddəsinə görə rezident müəssisələrə və ya qeyrirezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsində aşağıdakı məzmunlarda dəyişikliklər (1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir) edilmişdir: - (1 yanvar 2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) bu Məcəllənin 124.4cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; - (1 yanvar 2019-cu il tarixdən qüvvədə olan redaksiyada) Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.1) barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; (14.3.2) təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; (14.3.4) müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; (14.3.5) daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə dəyişiklik edilmiş və həmin Qanun 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmişdir. Sözügedən maddələr həmin dəyişiklikdən əvvəl və sonra aşağıdakı redaksiyalarda verilmişdir: - (56.1-ci maddə əvvəlki redaksiyada) Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz; - (56.1-ci maddə hazırkı redaksiyada) AR Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, AR Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə AR Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir; - (85.4-cü maddə əvvəlki redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; - (85.4-cü maddə hazırkı redaksiyada) Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Belə ki, cavabdeh vergi orqanı iddiaçı barəsində tərtib edilmiş səyyar vergi yoxlaması aktını və hazrıki mübahisələndirilən qərarı “Azərekspertiza” Birliyinin eksperti X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Həmin rəydə Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində bazar qiymətlərinə təsir edə bilən amillərin nəzərə alınması görünmür. Halbuki, Vergi Məcəlləsinin 14.6.1.4 və 14.6.1.6-cı maddələrinin tələblərinə müvafiq olaraq malların təqdim edildiyi yer, keyfiyyəti və digər istehlak göstəricilərinin səviyyəsi və qiymətlərə təsir edə bilə digər şərtlər nəzərə alınmalı idi. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsində vergilər hesablanması üçün bazar qiymətini nəzərə alınmasının qanuni əsasları sadalanmışdır. Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2021-ci il tarixli, **********144763 nömrəli qərara əsasən xx.xx.2021-ci il il tarixdən səyyar vergi yoxlamasına başlamış, xx.xx.2021-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması barter (mal mübadiləsi) əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə və müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda həyata keçirilə bilər. VM-də vergitutma məqsədləri üçün bazar qiymətinin müəyyənləşdirilməsi üçün zəruri məlumatların dairəsi onların əldə edilməsi mənbələri, qiymətlərə təsir edən amillər, bazar qiyməti haqqında məlumat toplamaq mümkün olmadıqda istifadə edilən qiymətləndirmə üsulları, ayrı-ayrı hallarda bazar qiymətinin müəyyənləşdirilməsi xüsusiyyətləri ilə bağlı müddəalar öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ mülki hüquqda aksepti olmayan oferta adlanır. Yəni, ekspert rəyində qeyd edilən məlumat mənbələrindəki informasiyalar əsas götürülməklə malın bazar qiyməti müəyyən edilə bilməzdi. Ekspert rəyindən də görünür ki, ekspert bazar qiyməti dedikdə, malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti olduğunu qeyd etsə də, verdiyi rəydə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiymətlərə deyil, yalnız təklifə (ofertaya) istinad edərək, malın orta satış qiymətini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2012-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarına görə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Həmçinin, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, vergi orqanı tərəfindən bu halların heç biri üzrə araşdırma aparılmamış, əksinə hüquq normalarının tələbinə zidd şəkildə iddiaçının satdığı məhsulların bazar qiymətinin müəyyən edilməsindən ötrü birbaşa ekspertiza təyin edilmiş və həmin ekspert rəyinin nəticəsinə uyğun əsassız vergi hesablanmışdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə satılan məhsulların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni növ məhsulları alan və satan, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. Ümumiyyətlə, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı iddiaçının mühasibat uçotu tələblərinə cavab verən rəsmi ilkin sənədlərdə satış qiymətləri ilə təqdim etdiyi malların dəyəri ilə deyil, “Azərekspertiza” Birliyinin eksperti X7 tərəfindən müəyyən olnumuş qiymətlər əsas götürülərək vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.6 və 14.2-ci maddələrinin tələblərinə zidd hesab olunur. Bununla belə məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatı ilə vergi ödəyicisinin yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlər) əsasən ƏDV üzrə cəlb olunan dövriyyəsi nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan əlavə dəyər vergisi 393774,40 manat məbləğində müəyyən edilmişdir. Həmçinin ekspertiza tədqiqatı ilə təqdim olunmuş iş materialları və əlavə edilmiş sənədlər nəzərə alınmaqla SVY-nın əhatə etdiyi dövr üzrə fərdi sahibkar İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2018-ci il üzrə dövlət büdcəsinə hesablanmalı olan gəlir vergisi 28054,98 manat məbləğində müəyyən olunmuş və vergi ödəyicisinin 2019-2020-ci illər üzrə gəlirlərinin və xərclərinin olmadığı müəyyən edilmişdir. Beləliklə də məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bundan başqa cavabdeh inzibati orqanın (vergi orqanının) xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 57, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergilər, maliyyə sanksiyaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümumiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının apellyasiya şikayətininin məzmunundan və iddiaçının, o cümlədən vəkilinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarı ilə razılaşmır. Hesab edir ki, maliyyə sanksiyasının təbiq edilməsinə əsas olmamışdır. Çünki, onun əlavə vergi öhdəliyi yaranmamış və hesabat dövrü üçün qanunla ödəməli olduğu əlavə dəyər vergisi və gəlir vergisi onun tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə apardığı araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət dövrü üçün ƏDV və gəlir vergisi bəyannamələri təqdim etmiş və həmin bəyannamələr üzrə bəyan etdiyi vergisini əvəzləşdirmiş və tam şəkildə ödəmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən, o cümlədən cavabdeh vergi orqanının Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı məktubdan və ona əlavə olumuş şəxsi hesab vərəqələrindən görünür ki, İddiaçı 2018-ci il üçün gəlir vergisini 41168,56 manat həcmində bəyan etmiş və həmin fəaliyyət dövrü üçün 46114,67 manat məbləğində vergi vəsaiti ödəmiş və həmin ödənişlər şəxsi hesab vərəqində öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 15 dekabr 2022-ci il tarixli, 9/6636 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlama dövrü üzrə əməliyyatlarını əks etdirən elektron daşıyıcıda olan məlumatlara (o cümlədən malların hərəkət cədvəlləri, E-qaimə fakturalar, yük gömrük bəyannamələri, NKA qəbzləri, mal qalığı barədə məlumatlar, şəxsi hesab vərəqəsi, vergi ödəyicisinin bəyannamə məlumatları və digər sənədlərə) əsasən fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə hesablanmalı olan ƏDV-nin və gəlir vergisinin cəmi məbləği 421.829,38 manat, o cümlədən: əlavə dəyər vergisi üzrə - 393.774,40 manat; gəlir vergisi üzrə - 28.054,98 manatdır. Göründüyü kimi, iddiaçının yoxlama dövrü üçün ödəməli olduğu vergi məbləği 28.054,98 manat olduğu halda, onun tərəfindən faktiki olaraq 46114,67 manat məbləğində vergi ödənilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı hesabatda təqdim etdiyi vergi düzgün olmuş (azaldılmamış, əksinə göstərməli olduğu vergidən artıq göstərmiş) və həmin vergi öhdəliyini vaxtında icra etmiş və onun əlavə öhdəliyi yaranmamışdır. Vergi öhdəliyi yaranmadığı üçün isə ona maliyyə sanksiyası tətbiq edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət dövrü üçün müəyyən edilmiş 393.774,40 manat əlavə dəyər vergisi və 28.054,98 manat gəlir vergisi üzrə maliyyə sanksiyası tətbiq edilməsinin qanuni əsası olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 73-cı maddəsinin İİ hissəsinə əsaslanaraq qeyd edir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən hüquq normasının tələbindən göründüyü kimi, maliyyə sanksiyası o halda tətbiq oluna bilər ki, hesabatda göstərilən vergi məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən az olsun və yaxud verginin ödənilməsindən yayındırılsın. Lakin, işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı göstərməli olduğu vergi məbləğini vergi hesabatında göstərmiş və həmin məbləği tam şəkildə (hətta artıq həcmdə) dövlət büdcəsinə ödəmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlavə vergi öhdəliyi yaranmadığına yəni, hazırki qərarla müəyyən edilən vergi məbləğini vergi hesabatında göstərdiyinə və vaxtında dövlət büdcəsinə ödədiyinə görə həmin vergi məbləği (ƏDV və gəlir vergisi) üzrə cavabdeh tərəfindən maliyyə sanksiyasının təbiq edilməsi əsassız, həmin maliyyə sanksiyasın silinməsinin tələb edilməsi hissəsində iddiaçının iddia tələbi və apellyasiya şikayəti əsaslı olmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərini isə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı qismən, yəni ödəmə mənbəyində tutulan 111.115,68 manat vergiyə görə təbiq edilmiş 55.557,84 manat maliyyə sanksiyası istisna olmaqla, əlavə dəyər vergisi üzrə - 393.774,40 manat, gəlir vergisi üzrə - 28.054,98 manat vergi məbləğinə tətbiq edilmiş 210.914,69 manat maliyyə sankisyasının tətbiq edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarı 393.774,40 manat əlavə dəyər vergisinə və 28.054,98 manat gəlir vergisinə görə tətbiq edilmiş 210.914,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. «Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********153607 nömrəli qərarı 393.774,40 manat əlavə dəyər vergisinə və 28.054,98 manat gəlir vergisinə görə tətbiq edilmiş 210.914,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-151/2024 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.