Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-500/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət Ilham oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə, Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2rşı “##.##.2022-ci il tarixli qərarın ona aid hissədə ləgv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 02 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları: Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci tarixli qərarında qeyd edilmişdir ki, “...Ağcabədi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X4 döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1994-cü ilə kimi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin ##.##.2015-ci il tarixli **** saylı göndərişi, ##.## 2015-ci il tarixli *** saylı arayışı, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli *** saylı məktub, stasionara qəbul kitabından çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əlillik təyinatına dair “Alt sistem”dən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2016-cı ildə X14 XIX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90- T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T91- Boyun..., Diaqnozun mətni: Qarın boşluğu və çanaq orqanlarının travmasının nəticələri. Keçirilmiş K.B.T qalığı. Dəqiqləşdirilməmiş ensefalopatiya, travmatik ensefalopatiya, Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.. diaqnozu ilə 5 il müddətinə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmaqla ikinci dərəcəli əlillik təyin edilmişdir. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən iddiaçı barəsində əsas diaqnoz: T90.8-Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə beyin travmasının qalığı, Ağırlaşmalar: F48.0-Nevrasteniya, kəskin asteno nevrotik pozğunluq, G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya diaqnozu ilə ##.##.2022-ci il tarixli R********HLT nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2022-ci il tarixdə daxil edilmişdir. Agentliyin Tibbi-sosial eksper komissiyasının noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Komissiya ##.##.2022-ci il tarixdə 19 nəfər və 9 nəfər müxtəlif tarixlərdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
16. Ağcabədi rayon sakini ##.##.1974-cü il təvəllüdlü X4 (FIN:*******) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən ##.##.2015-cl il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri əsəbilikdən, (uşaqlarını döyür), yuxusuzluqdan olmuş, qəbul etdiyi medikamentoz preparatlardan depakin, finlepsin istifadə etdiyini ifadə etmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, aktiv psixopraduktiv əlamətlər, davranış pozuntusu müəyyən edilməmişdir. Təqdim edilmiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ##.##.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Bazal qanqliyalar səviyyəsində keçirilmiş hadisə ilə bağlı böyüyü 12 mm olmaqla qlioz ocaqlar izlənilir. Alın payının sol nahiyəsində 12x8 mm ölçüdə ensefalomalyasiya sahəsi izləndi” kimi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ##.##.2022-ci il tarixli elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Paroksizmal aktivlik izlənildi” kimi qeyd olunsa da, əyani müayinə zamanı anamnestik məlumatlarda epitutmalar barədə heç bir şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli EEQ dalğalarını təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti rəyin etmir” barədə qərar qəbul edilmişdir.” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...X4 hal-hazırda “Üzvi mənşəli emosional labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6)” müəyyən edilir. Göstərilən diaqnozu təqdim edilmiş tibbi sənədlərin tədqiqi və hazırki müayinə zamanı X4 üzvi mənşəli emosional labil (astenik) pozuntu diaqnozunun kriterilərini əks etdirən şikayətləri və hazırki müayinə zamanı yoxlanılan şəxsin psixi statusu sübut edir.” “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli **-*-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...X4 əlillik diaqnozu psixiatrik statuslu olduğu üçün ərazi üzrə ixtisaslı xəstəxana olan X1 Dispanserinə ##.##.2025ci il tarixdə “Ağcabədi RMX” PHŞ-dən göndəriş əsasında X1 Dispanserində həkim müayinəsində olmuş və ona ##.##.2025-ci il tarixdə “Üzvi mənşəli emosional labil pozuntu (F06.6)” diaqnozu qoyulmuşdur. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...X4 ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi “Keçirilmiş K.B.T qalığı” və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi “Keçirilmiş kəllə beyin travmasının qalığı” diaqnozı ilə stasionar müalicə almışdır.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2022-ci il tarixli qərarın ona aid hissədə ləgv edilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 02 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının əsaslandırması:
Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1993-cü il tarixdə Füzuli rayonu istiqamətlərdə gedən döyüşlərdə yaralanaraq, ##.##.1994-cü il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu” diaqnozu ilə stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə şəhadətləndirilərək, yuxarıda qeyd olunan diaqnoz təsdiqlənmiş və həmin travmanın “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” sübut edilmişdir. ##.##.2016-cı il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlilik təyin edilmişdir. Keçən bu illər ərzində dəfələrlə müalicədə olsada, səhhətində irəliləyiş olmamış, əksinə xəstəliyi daha da ağırlaşmışdır. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən barəsində əsas diaqnoz: T90.8- Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə beyin travmasının qalığı, Ağırlaşmalar: F48.0-Nevrasteniya, kəskin asteno nevrotik pozğunluq, G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya diaqnozu ilə ##.##.2022-ci il tarixli R********HLT nömrəli göndəriş rəsmiləşdirilmiş, lakin əsassız olaraq əlillik təyinatından imtina edilmişdir. Cavabdehin etirazları:
Etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalığı; Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı əyani müayinədə olmuş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ## ###### 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Ağcabədi rayon sakini ##.##.1974-cü il təvəllüdlü X4 (FIN:*******) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri əsəbilikdən, (uşaqlarını döyür), yuxusuzluqdan olmuş, qəbul etdiyi medikamentoz preparatlardan depakin, finlepsin istifadə etdiyini ifadə etmişdir. Müayinə zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, aktiv psixopraduktiv əlamətlər, davranış pozuntusu müəyyən edilməmişdir. Təqdim edilmiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ##.##.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Bazal qanqliyalar səviyyəsində keçirilmiş hadisə ilə bağlı böyüyü 12 mm olmaqla qlioz ocaqlar izlənilir. Alın payının sol nahiyəsində 12x8 mm ölçüdə ensefalomalyasiya sahəsi izləndi” kimi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ##.##.2022-ci il tarixli elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Paroksizmal aktivlik izlənildi” kimi qeyd olunsa da, əyani müayinə zamanı anamnestik məlumatlarda epitutmalar barədə heç bir şikayət bildirməmiş, ekspertiza üçün əhəmiyyətli EEQ dalğalarını təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti rəyin etmir” barədə qərar qəbul edilmişdir.” Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməsi, Tibbi-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli *******0005 qərarının iddiaçıya aid hissədə ləgv edilməsi və X4 “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlilliyin təyin edilməsi öhdəliyi (orqanizmin funksiyalarının 35-60 % itirilməsi) ilə əlaqədar Diaqnoz: “Üzvi mənşəli emosional labil pozuntu” F 06.6 diaqnozu üzrə 02 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, göndərişdə qeyd olunan diaqnoz təsdiqini tapmadığı halda məhkəmə ekspert rəyinə əsaslanaraq, xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxarmaqla inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, xəstəliyini tibbi sənədlər sübut edir. Sonda İddiaçı şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X14na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
6.1. Başın travmalarının nəticələri T90 7.6.2. baş beynin zədələnməsi və F06 disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən “Üzvi mənşəli emosional labil pozuntu” F 06.6 diaqnozu üzrə 35-60 faiz orqanizmin funksiyalarının pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə imkan veririr. Işin müəyyən edilmiş hallarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci tarixli qərarı ilə iddiaçıya döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı travma ilə bağlı “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu” diaqnozu qoyulmuş və həmin travmanın “Hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” təsdiqlənmişdir. Iddiaçıya ##.##.2016-cı ildə X14 XIX Sinif –Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T91-Boyun..., Diaqnozun mətni: Qarın boşluğu və çanaq orqanlarının travmasının nəticələri. Keçirilmiş K.B.T qalığı. Dəqiqləşdirilməmiş ensefalopatiya, travmatik ensefalopatiya, Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.. diaqnozu ilə 5 il müddətinə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmaqla ikinci dərəcəli əlillik təyin edilmişdir. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən iddiaçı barəsində əsas diaqnoz: T90.8-Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə beyin travmasının qalığı, Ağırlaşmalar: F48.0-Nevrasteniya, kəskin asteno nevrotik pozğunluq, G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya diaqnozu ilə ##.##.2022-ci il tarixli R********HLT nömrəli göndəriş rəsmiləşdirilmiş, cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli qərar ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2022-ci il tarixdə daxil edilmişdir. Iddiaçı inzibati qaydada qərardan şikayət etmiş, lakin şikayət təmin edilməmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **** saylı ekspert rəyində qeyd edilmişdir ki, “...X4 hal-hazırda “Üzvi mənşəli emosional labil (astenik) pozuntu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6)” müəyyən edilir. Göstərilən diaqnozu təqdim edilmiş tibbi sənədlərin tədqiqi və hazırki müayinə zamanı X4 üzvi mənşəli emosional labil (astenik) pozuntu diaqnozunun kriterilərini əks etdirən şikayətləri və hazırki müayinə zamanı yoxlanılan şəxsin psixi statusu sübut edir.” Iddiaçı X1 Dispanserində həkim müayinəsində olmuş və ona ##.##.2025-ci il tarixdə “Üzvi mənşəli emosional labil pozuntu (F06.6)” diaqnozu qoyulmuşdur. Iddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixə kimi “Keçirilmiş K.B.T qalığı” və ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi “Keçirilmiş kəllə beyin travmasının qalığı” diaqnozı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 stasionar müalicə almışdır. Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən qərar sistemə ##.##.2022-ci il tarixdə daxil edilmişdir. Həmin qərarın, o cümlədən qərardan inzibati qaydada verilmiş şikayət əsasında qəbul edilmiş qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Iddia ərizəsi ##.##.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti apellyasiya şikayətinin dəlili deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə bildirilir ki, cavabdeh apellyasiya şikayətində göndərişdə qeyd olunan diaqnoz təsdiqini tapmadığı halda ekspert rəyinə əsaslanaraq, mübahisələndirilən qərarın qəbul edilməsini bildirsədə, bu belə deyil. Belə ki, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2022-ci il tarixli R********HLT nömrəli göndərişdə əsas diaqnoz: T90.8-Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə beyin travmasının qalığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda “T90 Başın travmalarının nəticələri” olaraq göstərilmişdir. Meyarların 7.6.2-ci bəndində isə “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06” kodu altdında göstərilmişdir. Yəni, Meyarların 7.6.2-ci bəndində birbaşa göstərilir ki, F06 “Baş beynin zədələnməsi və disfunksiyası” və ya somatik xəstəliklə bağlı digər pozuntular ilə əlaqədar yaranır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ekspert rəyi ilə qoyulmuş F06 diaqnozu göndərişdə əsas diaqnoz olaraq göstərilmiş “T90.8-Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, keçirilmiş kəllə beyin travmasının qalığı” ilə əlaqədardır. Cavabdehin iddia etdiyi kimi heç də göndərişdə olmayan diaqnoz deyil. Şikayətin digər dəlili ilə bağlı isə bildirilir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş və s.), o cümlədən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **** saylı ekspert rəyi ilə iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na - “7.6.2 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, Qiymətləndirmə: 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” orqanizmin funksiyalarının pozulması faizi - 35-60, orqanizmin funksiyalarının pozulması müddəti - 2 il müddətinə” uyğun əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə xüsusi səbəbdən - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci tarixli qərarı ilə ona qoyulmuş “Qapalı kəllə-beyin travması, asteno-nevrotik vəziyyət, nevrozabənzər davranış pozğunluğu” diaqnozu hazırkı diaqnoz ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Iddiaçı barəsində “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 tərəfindən ##.##.2022-ci il tarixli R********HLT nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2 və 7.6.2.1-ci bəndlərinə uyğun əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 tərəfindən verilmişdir. Həmçinin, iddiaçı X1 Dispanserində də həkim müayinəsində olmuş və ona ##.##.2025-ci il tarixdə ekspert rəyində qeyd olunan “Üzvi mənşəli emosional labil pozuntu (F06.6)” diaqnozu qoyulmuşdur. Əlillik təyinatı sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən - ##.##.2022-ci il tarixdən təyin edilməlidir. Birinci instansiya məhkəməsi Tibbi-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli *******0005 qərarını iddiaçıya aid hissədə ləğv etmişdir. Halbuki, həmin qərar iddiaçı barəsində tərtib edilmiş göndərişin qiymətləndirilməsi nəticəsində yalnız iddiaçı barəsində qəbul edilmişdir. Sərgilən mövqedən görünür ki, qərar hissəvi ləğv edilmişdir. Bu səbəbdən qərar həmin hissədə dəyişdirilməlidir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Tibbi-Sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli *******0005 nömrəli qərarı ləğv edilsin. Iddiaçı X4 ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2 və 7.6.2.1-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X2 üzərinə qoyulsun. “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X2 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.