Məhkəmə qərarları › İş №2-1(106)-501/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-501/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-501/2024 29.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “X24 Company” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)- 2174/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “X15" MMC-nin riskli vergi ödəyicisi siyahısından çıxarılması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2174/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbi dəqiqləşdirilərək, iddiaçı və cavabdeh olduğu kimi qalmaqla iddia tələbinə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməsi və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2174/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, cavabdeh olduğu kimi qalmaqla İddiaçı əsl iddiaçı “X24 COMPANY” MMC ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında DVX-nin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********958900 saylı qərara əsasən "X15" MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: “Vergi ödəyicisi tərəfindən xx.xx.2022- "xx.xx.2023-cü il tarixində 14.842326,69 manat dəyərində “Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans v s. “ təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin ZAQATALA RAYONU, AŞAĞİ TALA ünvanında X21 OĞLU-ndan (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X22 X3 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən İddiaçı MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinəəsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X17 ƏZİM OĞLU-ndan icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6 786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarix həmin yatağınehtiyatının 133 214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisitərə findən təqdim edilmiş 10 365 097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir.” Yuxarıda göstərilənlər barəsində tərəfimizdən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırılması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Təqdim edilmişməktublarda aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023 tarixli**********170500 saylı məktubuna cavab olaraq bildirmək istəyirik ki,sözügedən məktubda vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2023-cü il tarixilərində 14,8 milyon manat dəyərində “Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və sair” təqdim edildiyi, lakin həmin malların alışının müəyyən edilmədiyi qeyd olunmuşdur. Eynizamanda, vergi ödəyicisinin ünvan 1i ünvanında X10 (VÖEN -**********) icarəyə götürülmüş karxanasının mövcud olsa da, X22 X2 əldə edilmiş məktuba əsasən Agentlik tərəfindən İddiaçınə yer təkindən istafadəyə icazə sənədinin (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Bununla yanaşı X10 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığının, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğunun bildirildiyi və müvafiq məbləğ üzrə riskli əməliyyatın aparıldığı qeyd olunmuşdur. Göstərilənlərə əlaqədar olaraq bildirilir ki, İddiaçıin tərəfdaşlıq etdiyi müəssisələr üzrə onların sifarişlərinəəsasən, görülən işlərin operativliyi, təcili xarakter daşıdığıvəverilən sifarişlərə təcili zərurət olduğu üçün qeyd olunan dövr ərzində İddiaçı tərəfindən tələb olunan daş materialı, qırmadaş, qum, çınqıl, atsep və sair üzrə materialların vaxt və məsafə baxımından dahatez sifarişçinin qeyd etdiyi ünvana çatırılması üçün Qusar rayonunda müəssisəmizin əməkdaşlıq etdiyi X7 tədarük edilmişdir. Belə ki, qum- çınqıl materiallarının əsas hissəsi hazırda İddiaçı müqaviləəsasında icarəyə götürdüyü Qusar rayonu Həsənqala kəndi ərazidsində yerləşən (“TALEH-A.T.”) (VÖEN - **********) X5 göndərilməsi təmin edilmişdir. Lakin İddiaçı Qusar rayonu Həsənqala kəndi ərazisində yerləşənX7 istifadə etdiyi halda bu barədə heç bir rəsmiləşdirməişi aparılmamış və həmin karxanadan istafdə barədə müvafiq Vergi Orqanına məlumat verilməmişdir. 01 iyul 2023-cü il tarixdən isə həmin karxanadan istiafə barədə rəsmiləşdirmə aparılmış və müvafiq Vergi Orqanında qeydiyyata qoyulmuşdur. Bununla yanaşı onu qeyd etməliyik ki, İddiaçı xx.xx.2022 - xx.xx.2023-cü il tarixilərində qum-çınqıl alışı 14,8 milyon manat deyil 10,6 milyon manat təşkil etmişdir. Hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamiləəsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmam təmin edilməlidir. Qeyd etmək istəyir ki, riskli vergi ödəyicisi hesab edilməməsi barədə qəbul edilmiş qərardada qeyd edilən əsaslar aradan qaldırılmışdır. Lakin bu kimi hallar vergi orqanı tərəfindən nəzərə alınmamış və riskli vergi ödəyicisi barədə qərar ləğv edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında qərarında aşağıdakılar qeyd edilmişdir: Həmin qərarın 1-ci maddəsinəəsaəsən, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin qərarın 2-ci maddəsinəəsasən, Riskli vergi ödəyicisinin meyarları haqqında qeyd edilmişdir ki, Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədəməlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habeləəvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrədövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icraorqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin qanunun 3-cü maddəsinə əsasən, Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Yuxarıda göstərilən hallardan da aydın həmin qərarın 2.1.4-cü maddəsində göstərilən hallar müəyyən olunduğu üçün müəssisə riskli vergi ödəyicisi hesab edilmişdir. Lakin qeyd etdiyimiz kimi həmin səbəblər müəssisə tərəfindən aradan qaldırılmış və bu barədə vergi orqanına məlumat təqdim edilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən müraciətlərə məhəl qoyulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinəəsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündəəks etdirən əlavəərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinəəsasən bu Məcəllədə başqa qayda nəzərdətutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 74-cü maddəsinəəsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktınqəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinəəməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçınə riskli əməliyyatların aparılması barədə xx.xx.2023-cü il tarixli **********780700 nömrəli Bildiriş göndərilərək, bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşaği Tala ünvanında X10 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X22 X2 əldə edilmiş məktuba (**********811500) əsasən Agentliktərəfindən "X15" MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6,786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133,214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir”. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanına təqdim edilməsi təklif edilmiş, əks halda aparılan əməliyyatlara uyğun olaraq qanunamüvafiq Qərar qəbul olunacağı bildirilmişdir. Vergi ödəyicisinin nüməyəndəsi tərəfindən qeyd olunan məsələ ilə əlaqədar vergi orqanına əsaslı sənədlər təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən müvafiq araşdırmalar apararaq, xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında aparılmış 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." malların satışının həyata keçirildiyi, həmin malların 4477229.19 manat hissəsinin alışının müəyyən edildiyi, qalan 10365097,5 manat dəyərində mallarınisə alış sənədinin olmadığı müəyyən edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci bəndinə-bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda və 3.1.2-ci bəndinə-vergi ödəyicilərinin aldığı və yaidxal etdiyi malların həcmindən artıq həcmdəmallar təqdim etməsi halı aşkar edildikdə(artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əsasən 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin risklivergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs kimi adı dəyişilərək “X24 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinəəsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinəəsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədiilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar əsasında riskli vergi ödəyicisi hesab edilmiş iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması haqqında iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinəəsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-2174/2024 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçınə Riskli əməliyyatların aparılması barədə xx.xx.2023-cü il tarixli **********780700 nömrəli Bildiriş göndərilərək, bildirilmişdir ki. vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində 14842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşağı Tala ünvanında X10 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X22 X2 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X15" MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağmədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il uzrə 6,786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133,214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ********.5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir”. Məhkəmə qərarını əsaslandırarkən qeyd edir ki, vergi orqanı operativ müşahidə və digər yoxlama keçirilmədən cavabdeh orqan tərəfindən qaydaları pozaraq risklilik haqqında qərar verilmişdir. Lakin hansı qaydaların pozulduğu qeyd edilməmişdir. Belə ki, riskli vergi ödəyicisinin, riskli əməliyyatları aparan şəxs olduqda və 3.1.2-ci bəndinə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməsi üçün operativ müşahidə və digər yoxlama keçirilməsi nəzərdə tutulmamışdır. Vergi orqanı ƏDV sub-uçot hesabı üzrə mədaxil- məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə təqdim edilmiş mallar (görülmüş işlərin, göstərilmiş xidmətlərin), mövcud uçot baza məlumatları üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar etmişdir. Bundan əlavə vergi ödəyicisində səyyar vergi yoxlaması keçirilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən operativ müşahidə və digər yoxlama keçirilməməsi səbəbindən çıxardığı “Vergi ödəyicisinin riskli vergi ödəyicisı hesab edilməsi barədə" qərarın ləğv edilməsi əsas ola bilməz. Bundan əlavə, Məhkəmə qərarını əsasəlandırarkən daş, qum,çınqıl çaydan yığıldığı üçün hər hansı alış sənədinə ehtiyac olmadığını bildirmişdir. Lakin, vergi ödəyicisinin “Talaçay” qum-çınqıl yatağında yerin təkindən istifadə hüququ olmadığı üçün qeyd olunan mallara qeyd olunan sənədlərə zərurət yaranır. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********958900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin tarixdə iddiaçının elektron qutusuna göndərilmiş xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Eyni zamanda iddiaçı ilə cavabdeh vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” Müqaviləsinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-2174/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-2174/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 109.9-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının tələbi (dəqiqləşdirildikdən sonra) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın ləğv edilməsi və İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar (yoxlama aktı) qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əssən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin Meyarların 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinədair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisiolması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyicilər tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Həmin Meyarların 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan görünür ki, riskli vergi ödəyicisi ilə bağlı vergi orqanı iki növ qərar qəbul edə bilər - vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə və vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə. Qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyisicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı təsisçisinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı adı “X24 COMPANY” olaraq nizamnaməyə dəyişiklik edilmişdir. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilsin. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və (3-cü şəxsə etibarnamə vermək səlahiyyəti) direktor X16 həvalə olunmuşdur. Cəmiyyətin yeni redaksiyada nizamnaməsi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, EL-149/2020 qeydiyyat nömrəli lisenziyaya əsasən,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçıə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmək üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin İddiaçınə ünvanlanmış Riskli əməliyyatların araşdırılması barədəməktubuna əsasən, məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən barəsində aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdimetməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə), bəndlərinə uyğunluğu müəyyən edilmişdir. Riskin məzmunu barədə: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində 14 842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala Rayonu, Aşağı Tala ünvanında X10 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X22 X2 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X15" MMC-yə yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdə təqdim edildiyi üçün aparılmışəməliyyat riskli hesab edilir." Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədəaşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğu vergi orqanına təqdim etməli olduğu bildirilir. Sənədlər:malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri yol vərəqələri invoys əldə edilmiş elektron qaimələrin tarixi, seriya və nömrələri bank hesabından çıxarış (ƏDV qeydiyyatı olmayan vergi ödəyiciləri üzrə) mülkiyyətində olan və ya icarəyə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərilmiş xidmətlər üzrə mal- material sərfi barədə sənədlər operativ vergi nəzarəti zamanı aşkarlanan və müvafiq qaydada aktlaşdırılaraq maliyyə sanksiyası tətbiq olunan mal qalığı riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat vergi ödəyicisi tərəfindən inventarizasiya zamanı artıq gələn malların elektron qaimə-faktura ilə təqdim edilməsi halı üzrə - inventarizasiya zamanı əmlakın (qiymətlilərin) artıq gəlməsi barədə akt (protokol) əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Araşdırmada şəxsən iştirak edəcəyi təqdirdə şəxsiyyətin təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyi təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda apardığı əməliyyatlara uyğun olaraq qanunamüvafıq qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1-ci, 89.3-cü, 109.9-cu, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur. Riskli vergi ödəyicisi, əmtəəsiz və riskli əməliyyatlar barədə əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarə Heyətinin xx.xx.2023-cü il tarixli, **********409500 saylı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 293 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X11 dövlət balansının aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən X11 illik hesabat balansı hesabat ilindən sonrakı ilin fevral ayının 1-dək təqdim edilir. "X15" MMC-yə (VÖEN **********) yer təkindən istifadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilməmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. Yerin təkindən istifadə hüququ verən icazənin qüvvəsi icazə sahibinin təsisçisi (iştirakçısı) olduğu hüquqi şəxslərə, habelə icazənin sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Fiziki şəxs X14 (VÖEN: **********) Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 3 ha ərazi üçün xx.xx.2019-cu il tarixdən 5 il müddətinə 01189 nömrəli yer təkindən istafadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmişdir. F.Muradov tərəfindən təqdim edilmiş 5 geoloji kəşfiyyat (5 gk) statistik hesabatına əsasən 2022-ci il üzrə 6786 m3 faydalı qazıntı hasilatı aparılmışdır. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 2022-ci il üzrə X11 Balansı Hesabatına əsasən(5 GK foması) Fəxrəddin Muradov tərəfindən “Talaçay qum-çınqıl” yatağı 1977-ci ildən istismara verilmişdir, xx.xx.2023-cü ilə olan balans ehtiyatı 133.214 olmuşdur, hesabatın təqdim edildiyi tarix xx.xx.2023-cü il tarix olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 X4 xx.xx.2024-cü il tarixli, 3-14-19/2- 482/2024 saylı məktubuna əsasən, “X15" MMC-yəyerin təkindən istifadəyə icazə sənədi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-21/2-4194/2024 saylı məlumatın təqdim edilməsi haqqında məktubuna əsasən, “X15" MMC-yə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun (icazənin) verilib-verilməməsi və tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma fəaliyyətinə verilmiş lisenziyanın əlavəsində qeyd edilən xüsusi torpaq işlərinin hansı halları əhatə etməsi barədə məlumatın verilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin müvafiq müraciətinə İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır. “X15" MMC-yə verilmiş 18 iyun 2020-ci il tarixli EL-149/2020/1 qeydiyyatnömrəli lisenziya əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı’’nın 1ci bəndinə əsasən xüsusi torpaq işləri “ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi” və “enmə quyularının və kessonların qurulması” xidmətlərini özündə ehtiva edir. SözügedənCəmiyyətə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə“Dağ-mədon ayırması” statusunun (icazənin) verilməsinə dair məlumat reyestrdə qeydə alınmamışdır. Bununla bağlı daha ətraflı məlumat almaq üçün icazəni verən dövlət orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********177800 saylı məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2-1(120)-2174/2024 nömrəli İddiaçın2023-cü ilin avqust ayında “Asan İmza” dan istifadə barədə məktubuna 8 saylı ƏraziVergilər İdarəsində baxılmışdır. Müraciətə əsasən bildirilir ki, “X15" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 yanvar 2023-cü il tarixdə Asan imzanın alınması ilə bağlı müraciət etmişdir və Asan imza sertifikatı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə verilmişdir və 2023-cü ilin Avqust ayında Asan imza sertifikatı aktiv olmuşdur. Asan İmza sertifikatın və İddiaçın 2023-cü ilin avqust ayında Vergi orqanı ilə yazışmaları barədə hesabatı qoşma olaraq təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı, yuxarıda qeyd edildiyi kimi, iddiaçını riskli vergi ödəyicisi hesab etmiş və onun barəsində «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərar qəbul etmişdir. Cavabdehin həmin qərarından görünür ki, o, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.2-ci bəndlərində nəzərdə tutulanriskli əməliyyat apardığı qənaətinə gəlmişdir. Yəni, cavabdeh orqan tərəfindən mübahisəli qərarda və İddiaçınə ünvanlanmış Riskli əməliyyatların araşdırılması barədə tarixi və nömrəsi qeyd olunmayan məktubunda qeyd edilmişdir ki, riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi orqanı tərəfindən barəsində aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskliəməliyyatları aparan şəxs olduqda, 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə), bəndlərinə uyğunluğu müəyyən edilmişdir. Riskin məzmunu barədə: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində 14 842326,69 manat dəyərində "Daş materialı, qırmadaş, Qum, çınqıl, atsep, ballans və s." təqdim edilmiş, lakin həmin malların alışı müəyyən edilməmişdir. Vergi ödəyicisinin Zaqatala rayonu, Aşağı Tala ünvanında X10 (VÖEN **********) icarəyə götürülmüş karxanası mövcud olsa da, X22 X2 əldə edilmiş məktuba (**********811500) əsasən Agentlik tərəfindən "X15" MMC-yə yer təkindən istifadəyə icazə sənədi (“Dağ-mədən ayırması Aktı”) verilmədiyi bildirilmişdir. Həmçinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ verən icazənin sahibi icazədən yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz. X1 icarəyə götürülmüş Zaqatala rayonu ərazisində yerləşən “Talaçay” qum-çınqıl yatağında 2022-ci il üzrə 6786 kub.m faydalı qazıntı hasilatı aparıldığı bildirilmiş, xx.xx.2023-cü il tarixə həmin yatağın ehtiyatının 133214 kub.m olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 10365097,5 manat dəyərində mallar artıq həcmdətəqdim edildiyi üçün aparılmış əməliyyat riskli hesab edilir." Hazırda iddiaçı onun riskli vergi ödəyicisi olması barədə qərarın ləğv edilməsini tələbedir, həmin qərarda göstərilənlərlə razılaşmadığını və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia edərək onu mübahisələndirir və bununla da iddiaçı həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olmaq istəyir. Məhkəmə kollegiyası qeyd edir ki, riskli vergi ödəyicisinin əməliyyatlarını riskli hesab edən zaman müəssisənin riskliliyini cavabdeh inzibati orqan müşahidə etməli, inzibati orqan tərəfindən hər hansı şübhəli hal müəyyən edildikdə operativ nəzarət qaydasında akt tərtib etməlidir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatın həqiqətən həyata keçirildikdə buna dair əsaslı sübutlar təqdim edilməlidir. Lakin, iddiaçı barəsində vergi orqan tərəfindən əvvəllər keçirilmiş səyyar yoxlaması və digər aktlarda əmtəəsiz əməliyyatların həyata keçrilməsi barədə məlumatlar qeyd edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisnaolmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (ığıdlıdlaşob) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. İşin müəyyən edilmiş halarından görünür ki, cavabdeh inzibati orqan operativ nəzarət qaydasında yerində obyektlərə baxış keçirməmiş, istehsalat həcminin müəyyən edilməsi üzrə hüquqlarından qanuna müvafiq olaraq isifadə etməmiş və qanunun tələblərinə əsasən, inzibati orqanın üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, cavabdeh inzibati orqan inzibati icraat qaydasında həmin risklilik əlamətləri üzrə irəli gələn halları araşdırmalı, hasilatla məşğul olan müəssisəyə aldığı mal ilə satdığı arasında miqdar fərqi qoymalı deyildir. Həmçinin vergi orqanı operativ nəzarət qaydasında müşahidə keçirərək qum-çınqıl hasilatı aparılan obyektlər üzrə müəssisələrin və obyektlərin gücünü, onların hasilatını müəyyən etmək imkanı olduğu halda heç birini həyata keçirməmiş, alış-satış üzrə fərqlərin mövcud olduğuna istinad etmişdir. Müəssisə faktiki olaraq vergi uçotuna almışdır və bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30-34-cü maddələrinin tələblərinə riayət etmişdir. İddiaçının Zaqatala rayonu, Aşağı Tala ünvanında icarəyə götürdüyü karxanası mövcuddur. Bu barədə cavabdeh inzibati orqana məlumat verilmişdir. Həmin karxanada vergi ödəyicisi tərəfindən çay yatağından daş, çınqıl çıxarılıb hasil edilir və satılır. Cavabdeh inzibati orqanda yatağın ehtiyatının miqdarı, faydalı qazıntı aparılması məlumatı mövcud olmuşdur. Ümumiyyətlə cavabdeh inzibati orqan iddiaçının vergi uçotuna alınmış obyektlərinin olduğunu nəzərə almamış və həmin obyektlər üzrə heç bir araşdırma aparmamışdır. Belə ki, idiaçının vergi uçotunda ümumilikdə 18 fəaliyyət obyektininin (**********- 15002, **********-55001, **********-47001, **********-55001 və s.) olduğu müəyyən edilmişdir. Qeyd edilən obyektlərdə iddiaçı müxtəlif inşaat materiallarının istehsalı, hasilatı və digər fəaliyyət sahələri ilə məşğul olmuşdur. Təqdim edilən materiallardan görünür ki, iddiaçının Qusar, İmişli, Saatlı rayonlarında da karxana fəaliyyəti üzrə vergi uçotunda obyektləri omuşdur. Əgər bu faktları yoxlamaq vergi orqanının hüquqlarına və vəzifələrinə aid edilmişdirsə bu vəzifəni yerinə yetirmədən Vergi Məcəlləsinin 50-ci maddəsinin tələblərinə əsasən operativ nəzarət müşahidə və digər yoxlama keçirilmədən cavabdeh orqan tərəfindənqaydaları pozaraq risklilik haqqında qərar verilmişdir. Hansı sənədlərin, məktub, icazələrin mövcudluğu, kimə hansı icazə verilməsi, obyektin qeydiyyatı, vergi uçot məlumatlarının mövcudluğu sənədlərdə öz təsdiqini tapsa da, vergi orqanı bütün bu qeyd edilənlərinmövcudluğunu şübhəli hesab etdiyi halları araşdırmadan risklilik haqqında qərar qəbul etmişdir. Əslində cavabdeh vergi orqanının bu qeyd edilən hərəkətləri inzibati icraat qaydalarına və Vergi Məcəlləsinin tələblərinə əsasən pozuntu hesab edilir. Cavabdeh orqan tərəfindən icarəyə götürülmüş karxanada daş çınqılın alış sənədinin olmamasını qanun pozuntusu hesab edilmişdir. Halbuki, karxana istehsal obyekti olduğu üçün burada daş, qum, çınqıl çaydan yığılır hər hansı alış sənədinin olması zərurəti yoxdur. Göstərilən alış sənədi isə cavabdeh orqan tərəfindən tam araşdırılmamışdır. Lakin, cavabdeh heç bir əsaslı səbəb olmadan iddiaçını Meyarların 2.1.1, 3.1.2-ci bəndlərində nəzərdə tutulanriskli əməliyyat apardığını əsas gətirərək xx.xx.2023-cü il tarixli, **********958900 nömrəli qərarı ilə onu riskli vergi ödəyicisi hesab etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********958900 saylı qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(120)-2174/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar