Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-503/2024 25.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, XXX saylı qərarından Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, XXX saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan (xx.xx.2023-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə X5 İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, XXX saylı qərarın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: - Birinci instansiya məhkəməsinin gəldiyi nəicə iş üzrə mühüm əhəmiyyəli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. -“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan müddəalarına əsasən) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan üçüncü şərtə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1,20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. -İddiaçı Mərkəzi Filiala verdiyi “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin arayışında xx.xx.1983-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Belə ki, İddiaçı işlədiyi quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bundan əlavə İddiaçı tərəfindən təqdim edilən “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 03 may 2023-cü tarixli, 04 nömrəli arayışına əsasən, müvafiq güzəştli arayışın İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edildiyi qeyd olunmuşdur. Müvafiq güzəştli arayışdan müəyyən olunur ki, müəssisənin sənədləri saxlanılmamış, güzəştli arayış verilməsinə əsas olan sənədlər mövcud deyildir. Bununla da qanunvericilikdə müəyyən olunan 3-cü şərt müəyyən olunmur. Beləliklə birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli XXX nömrəli məhkəmə qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı məhkəmə iclasında iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, XXX saylı qərarının qüvvəsində saxlanılmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. -“Əmək pensiyaları haqqında” Qanun: -3.1-ci maddəyə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -9.1-ci maddəyə əsasən (hazırda qüvvədə olan müddəalarına əsasən) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəyə əsasən, 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan üçüncü şərtə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1,20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a), polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılarvəzifəsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı aşağıda qeyd olunan və tədqiq olunmuş sübutlara əsaslanır: -Mingəçevir Energiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli, 06 nömrəli güzəştli iş stajı haqqında arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən hal - hazırda Mingəçevir “Enerjiquraşdırma” ATSC-ti adlandırılan “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən (əmr 144k,xx.xx.1983-cü il) 2-ci dərəçəli çilingər vəzifəsinə işə qəbul olmuş,xx.xx.1983-cü il tarixdə (əmr 198k, xx.xx.1983-cü il) 3-cü dərəçəli quraşdırıcıçilingər peşəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixdə (əmr 79k,xx.xx.1999-cu il ) işdən azad edilmişdir. İşlədiyi müddətdə Azərbaycan DRES-da bilavasitə poladdan hazırlanmış bakların, mazut ötürmə sistemlərinin, turbinin, çənlərin, rezervuarların, aşağılegirli polad boruların, yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırılması, buxar qazanlarının daxilində,qapalı otaqlarda legirlənmiş polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. Xüsusi zərərli iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs-küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksək temperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi nəzərdə tutulur.İddiaçı quraşdırfcı çilingər vəzifəsindəki yerinə yetirdiyi vəzifə öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu bəndində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə guraşdırıcılar peşəsinin vəzifə öhdəlikləri ilə eynilik təşkil edir. Həmin Siyahıda polad konstruksiyalar dedikdə, hər istehsalat sahəsinə uyğun polad konstruksiyalar nəzərdə tutulur ki, energetika istehsalatında polad konstruksiyalar dedikdə, əsasən, hazırki arayışda birinci abzasda sadalanan polad konstruksiyalar nəzərdə tutulur. Trest “Qafqazenerjiquraşdırma” Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. Mingəçevir Enerjiquraşdırma ATSC-nin sədri: Hazırki arayışın verilməsilə İddiaçı daha əvvəlki tarixdə verilmiş 04 nömrəli, 03 may 2023-cü il tarixli güzəştli iş stajı barədə arayış öz qüvvəsini (istehsalat sahəsinin və vəzifə adının mexaniki səhv səbəbilə düzgün göstərilmədiyi üçün) itirmiş hesab edilir. -Mingəçevir Energiquraşdırma ATSC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 08 nömrəli məktubunda göstərilmişdir ki, müəssisədə çalışan quraşdırıcı çilingərlər bu vəzifədə çalışan işçilər üçün ümumi (eyni) olan əmək funksiyalarını yerinə yetirirlər ki, bu əmək funksiyaları onlara aid olan vəzifə təlimatının tərkib, hissəsi sayılır. Həmin vəzifə təlimatı ilə əlaqədar aşağıdakıları nəzərə çatdırılır. Quraşdırıcı çilingər müsəssisə rəhbərinin əmri ilə mövcud əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Quraşdırıcı çilingər birbaşa iş icraçısına hesabat verir.
1. Quraşdırıcı çilingər bilməlidir: -nominal təzyiqi 4-dən 9,8 MPa-dan (40-dan 100 kqs/sm2-ə qədər) yuxarı olan diametri 200 mm-ə qədər olan boru kəmərlərinin çəkilməsi qaydaları, onlar üçün dayaqların və bərkidicilərin növləri; -kompensatorların növlərini və onların quraşdırılması qaydalarım; -boru kəmərlərinin, mazut ötürmə sistemlərinin, çənlərin, rezervuarların hidravlik və pnevmatik sınaqlarının aparılması qaydalarını; -quraşdırma işlərini yerinə yetirərkən armatur avadanlıqlarından istifadə qaydalarını; -diametri 40 mm-dən çox olan aşağılegirli borulardan hazırlanmış boru kəmərlərinin quraşdırılması qaydaları; -9,8 MPa (100 kqf/sm2) qədər nominal təzyiq üçün boru kəmərlərinin quraşdırılması qaydaları və tələbləri.
2. Vəzifə öhdəliklərinə aiddir, amma sadalananlarla məhdudlaşmır: -2.1. Diametri 200-dən 1200 mm-ə qədər olan aşağı legirli boruların qapalı şəraitdə flanşlarla birləşdirilməsi; -2.2. Armaturların quraşdırılması ilə 4-dən 9,8 MPa (40-dan 100 kqf/sm2) yuxarı nominal təzyiq üçün diametri 200 mm-ə qədər olan boru kəmərlərinin quraşdırılması; -2.3. Armaturların quraşdırılması ilə 4 MPa (40 kqf/sm2) qədər nominal təzyiq üçün diametri 200-dən 400 mm-ə qədər olan boru kəmərlərinin quraşdırılması; -2.4. Yüksək gərginlikli elektrik ötürücü xətlərin keçdiyi polad dirəklərin quraşdırlması; -2.5. Rezervuarların, polad bakların, çənlərin quraşdırılması; -2.6.Turbinin və buxar qazanlarının daxilində (qapalı şəraitdə) ehtiyat hissələrin quraşdırılması, sınaqdan keçirilməsi; -2.7. Mazut ötürmə sistemlərinin quraşdırılması.
3. Hüquqları Quraşdırıcı çilingər aşağıdakı hüquqlara malikdir: -3.1. Təşkilat rəhbərliyindən öz vəzifələrini yerinə yetirməkdə köməklik göstərməyi tələb etmək. -3.2. Təşkilatın rəhbərliyi ilə görüləcək işlərlə bağlı layihələri ilə tanış olmaq. -3.3. Təşkilatın rəhbərinə və bilavasitə rəhbərinə işlərin görülməsi və keyfiyyəti ilə bağlı təkliflər vermək. -3.4. Vəzifələrini yerinə yetirmək üçün lazım olan məlumatları almaq. Quraşdırıcı çilingərlər tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafıkinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində, südlə və xüsusi geyimlə təmin olunmaqla qeyd edilən işləri həyta keçirirlər. Bu vəzifədə çalışan işçilərin əmək haqqına daim 8 faizlik ağır və zərərli iş şəraitində işlədikləri üçün əlavə hesablanıb ödənilmişdir. İllik ödənişli əmək məzuniyyət günlərinə eyni səbəblərlə 6 günlük ödənişli məzuniyyət günü hesablanaraq təqdim edilmişdir. Xüsusi zərərli və ağır iş şəraiti dedikdə, zəhərli buxarların tənəffüs sisteminə təsiri, yüksək həddə səs-küy, elektromaqnit dalğalarının bütün orqanizmə təsiri, yüksəktemperatur, yanğın və partlayış təhlükəli şəraitdə qeyd edilən işlərin həyata keçirilməsi, iş yerində işlərin yerinə yetirildiyi ərzidə kəskin hündürlük fərqləri (1,8 metr və yuxarı), qapalı şəraitdə işləyən zaman partlayış təhlükəsi və oksigen çatışmazlığı, yüksək elektrik gərginliklə təmaz səbəbilə ölüm təhlükəsi və s. nəzərdə tutulur. -Bundan başqa iddiaçının apellyasiya baxışı iclasında təqdim etdiyi Mingəçevir Enerjiquraşdırma ATSC-nin 21 noyabr 2024-cü il tarixli Şirvan Apellyasiya Məhkəməsinə təqdim etmək üçün verilmiş arayışdan görünür ki, iddiaçının işlədiyi çilingər vəzifəsinin öhdəliklərinə həmin quraşdırıcı-çilingərlərin quraşdırdıqları polad-beton konstruksiyaların mövcud və ya tikilməkdə olan qurğuların texnoloji sxeminə qoşmaqdan ibarət olmuşdur. xx.xx.1983-xx.xx.1999-cu illərdə işlədiyi quraşdırcı-çilingər peşəsinin “Güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu bəndində qeyd olunmuş polad-beton konstruksiyalar peşəsi ilə eynilik təşkil edir.....Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyinin 20 mart 1997-ci il tarixli 16-4/1 npmrəli Kollegiya Qərarı ilə qəsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 aprel 1997-ci il tarixdə qeydiyyata alınmış və qeydiyyat nömrəsi 42 olan “Tikinti, quraşdırma və təmir-tikinti işlər bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitbçası, 3-cü bölmədə “Təmir, quraşdırma və təmir tikinti işləri” adlı normativ -hüquqi sənədin 166-cı səhifəsində “Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı”adlı paraqraf 313-də 3-cü ixtisas dərəcəsinin əmək xüsusiyyətləri ilə eynilik təşkil edir. -İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur, 60 yaş xx.xx.2023-cü ildə tamam olmuşdur, mübahisəsiz ümumi iş stajı 25 il 06 ay 05 gün təşkil edir. Bu hal cavabdeh inzibati orqan tərəfindəndən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. İddiaçının tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Mingəçevir Enerjiquraşdırma ATSC tərəfindən verilmiş və yuxarıda istinad edilmiş arayışdan göründüyü kimi, iddiaçının işlədiyi xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda “29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aiddir. Belə ki, əmək funksiyaları qarşılıqlı təhlil edildikdə, qeyd olunan siyahı ilə uyğun təşkil etdiyi müəyyən olunur. Bu baxımdan iddiaçının çilingər vəzifəsinin qarşısında məhz “quraşdırıcı” sözünün olması, onun həmin siyahıda qeyd olunan əmək vəzifələrini icra etməmə anlamına gəlməməlidir. İddiaçıya məxsus əmək kitabçasından və güzəştli arayışdan göründüyü kimi, o, “Qafqazenerjiquraşdırma” trestində xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 2-ci dərəcəli çilingər peşəsi, xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3-cü dərəcəli quraşdırıcı-çilingər peşəsi vəzifəsində işləmiş, bu dövrlər də 12 il 06 aydan artıq təşkil edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Nəzərə alınmalıdır ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Həmin sahələrdən biri də əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəştlə bağlıdır. Bu sahənin tətbiqi dairəsi də Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş siyahı üzrə müəyyən olunur. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə mübahisəli qərar qəbul edilmiş və bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, XXX saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.