Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-504/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(120)-2303/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin vergi öhdəliklərini yerinə yetirmədiyi üçün borcu yaranmış, bildiriş verilməsinə, sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 38698.66 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən siyahıya alınmış əmlakın satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(120)-2303/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-2303/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixəqeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş38698.66 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 38700 manat məbləğində siyahıya alınmış (Hacıqabul rayonu, Nəvahi (Navahi) qəsəbəsiünvanında yerləşən 0.38704 (0.387) hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi) əmlak vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi "xxxx"Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərdadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 38700 manat məbləğində siyahıya alınmış (Hacıqabul rayonu, Nəvahi (Navahi) qəsəbəsi ünvanında yerləşən 0.38704 (0.387) hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi) əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində iddiaçı orqan olan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə iddia ərizəsinin geri qaytarılması barədə rəsmi ərizə ilə müraciət etmiş və bildirmişdir ki, vergi borcu ilə bağlı yaranmış əsas aradan qalxmışdır. Göstərilən ərizə faktiki olaraq iddiaçının öz tələbindən könüllü şəkildə imtina etdiyini və artıq işin predmeti olan borcun ödənildiyini göstərir. İPM-nin55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 2303/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və iddiaçı tərəfindən iddiadan rəsmi imtina olduğu üçün iş üzrə icraata xitam verilsin. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə iddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olan səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak – dəyəri 38700 manat məbləğində olan Hacıqabul rayonu, Navahi qəsəbəsi ünvanında yerləşən 0.387 hektar yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan torpaq sahəsi siyahıya alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə sorğu ünvanlanaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırki vaxtda vergi borcunun olub-olmaması, olması halında həmin borcun yaranma əsasları və həcmi (məbləği) barədə məlumat və həmin məlumatı özündə əks etdirən sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusu əsasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən təqdim edilən 3-21-2-3/2-735832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixə icraat vərəqəsinə əsasən xx.xx.2024-cü il traixli **********0, **********3 və **********1 nömrəli qərarlar üzrə borc tam təmin edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmayaraq həllini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin olunması barədə cavabdehin məlumatını iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(120)-2303/2025 saylı qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-504/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-504/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver