Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-505/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı və vəkili XN iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-N(N20)-657/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 06 iyun 2024-cü il tarixli, 2-N(N20)- 657/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N iyun N2-ci il tarixindən 23 avqurst N3-cü il tarixinə kimi Füzuli rayonunda yerləşən 723-cü batalyonda döyüşdə olmuşdur. Bu əsasla ona müvafiq status və vəsiqə verilməlidir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin arayışına əsasən iddiaçının xx.xx.N2-ci il tarixdən hərbi xidməti barədə məlumat olmadığından ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-657/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və idddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı və vəkili məhkəmə iclasında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq vəkil bildirdi ki, iddiaçının döyüş tapşırıqlarını yerinə yetirməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə iş materiallarında kifayət qədər sübut olmasına baxmayaraq, birinci instansiya məhkəməsi sübutları nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyinin xx.xx.N8-ci il tarixli, 26/2-NN93 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 44 nömrəli əmri ilə hissəyə qəbul edilmiş və xx.xx.N2-ci il tarixli, 72 nömrəli əmri ilə hissədə xidmətdə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.20N5-ci il tarixli, 9/2-3N84 nömrəli məktubunda qeyd edilmişdir ki, xidmətini davam etdirmək üçün hərbi komissarlıqdan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 44 nömrəli əmrilə (səh.56, §7) şəxsi heyət siyahısına salınmış, bütün növ təminatlarla təmin olunmuşdur. Komandirin N iyul N2-ci il tarixli 72 nömrəli əmrilə (səh.90, §2, sıra-438, əmrdə atasının adı yazılmamışdır) İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Füzuli rayonunda.döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. -Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N0N78 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2- 7745 nömrəli məktubundan görünür ki, hərbi komissarlıqdan təlim toplanışa çağırılmış, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 44 nömrəli əmrilə (əsas: §-7, səh-5Ş) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 72 nömrəli əmrində (əsas: §-2, səh-90, sıra-438, əmrdə atasının adı yazılmamışdır) Füzuli rayonunda N2-ci ilin iyul ayı üçün (0N.07-xx.xx.N2) döyüş tapşırığını yerinə yetirmiş hesab edilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N2- xx.xx.N3-cü il və N nömrəli hərbi hissə komandirinin N2-ci il, mayavqust N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023- cü il tarixli, 4/2-2074 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 72 nömrəli əmrində (əsas: §-2, səh-90, sıra-438, əmrdə atasının adı yazılmamışdır) Füzuli rayonunda N2-ci ilin iyul ayı üçün (0N.07- xx.xx.N2) döyüş tapşırığını yerinə yetirmiş hesab edilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək olan nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N2-ci il, may-dekabr N3-cü il, yanvar- dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. -702 saylı hərbi hissənin xx.xx.2008-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı N (() saylı hərbi hissənin şəxsi heyət sıyahısına xx.xx.N2-ci ildə daxil edilmiş və Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022- ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 72 nömrəli əmrində (əsas: səh.-90, §2, sıra-438; qeyd: əmrdə atasının adı yazılmamış, adının qarşısında “0N.07.92- 3N.07.92” qeyd edilmişdir) sıravi İddiaçı iyul N2-ci il tarixdə Füzuli rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N8 avqust N2-ci il tarixli 94 nömrəli əmrində (əsas: səh.-N09, §N; qeyd: əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə qeyd edilmişdir) N MAB-ün hərbi qulluqçusu N.A.Əliyevin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024- cü il tarixli, 755 nömrəli məktubunda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 72 nömrəli əmrində (əsas: §-2, səh-90, sıra-438, əmrdə atasının adı yazılmamışdır) Füzuli rayonunda N2-ci ilin iyul ayı üçün (0N.07- xx.xx.N2) döyüş tapşırığını yerinə yetirmiş hesab edilən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 702(723) nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N2- ci il, may-dekabr N3-cü il, yanvar- dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır . -N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 722 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin məktubnda qeyd edilən tarixlərdə olan sənədləri Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi arxivinə təhvil verildiyi üçün, vətəndaş İddiaçı birinci Qarabağ müharibəsində hansı istiqamətdə döyüş əməliyyatlarına cəlb olunması barədə hərbi hissədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən NNci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğəcə və sonu müəyyən edilmişdir: başlanğəc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaəqdar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2-N(N20)-657/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-505/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-505/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver