Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-507/2025 17.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və Y00225544CQR nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(120)-1051/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 13241 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü İddiaçı aldığı travma ilə bağlı “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Vegetativ damar davamsızlığı-nevrotik təzahürlərlə. Partlayış travması (xx.xx.2020), burunun yumşaq toxumalarının yad cismi (metal qəlpə), “Çoxsaylı karyes” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. “Salyan Rayonlararası Psixiatriya” Xəstəxanasının xx.xx.2023-cü il tarixli 508 saylı məktubunda qeyd olunmuşdur ki, “...Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından 09 mart 2023-cü il tarixli göndərişə cavab olaraq bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Salyan RPX-də Həkim məsləhət komissiyasında yoxlanılıb. Diaqnoz: F 06.3 Əhval ruhiyyənin üzvi mənşəli (affektiv) pozulması-depressiv epizodlar özünə xəsarət yetirmələrlə, F 43.1 Uzanmış gedişli posttravmatik stress pozuntusu. Ambulator müalicəsinin davamı və kənar şəxsin nəzarəti zəruridir.” “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2127 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə F 06.3”dır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə; Ağırlaşma: F06-Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Depressiv epizodlar, intihar fikirləri ilə, F.06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi mənşəli emosional labil estenik pozğunluq, F43.1. Posttravmatik stress pozuntusu, Postravmatik stress pozuntusu ilə bağlı xx.xx.2023-cü il tarixli G00155775UCS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4123 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd olunmuşdur ki, “...Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0”dır. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T742/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...1.2.3. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli G00155775UCS Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş Əsas xəstəlik: F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə. Ağırlaşmalar: F06. Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Depressiv epizodlar, intihar fikirləri ilə. F43.1. Posttravmatik stress pozuntusu; F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil (astenik) pozğunluq“ xəstəliklər onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, onun xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı düşüncəsi aydın, bələdliliyi tam qorunmuş, zahirən sakit olmuş, əhval-ruhiyyə fonu sabit olmuş, tənqidi tam saxlanılmış, Psixiatriya Xəstəxanalarından olan çıxarışlardakı diaqnozlar mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, sosial adaptasiya durumu” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən o, 05-xx.xx.2024cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında “F070- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Bu xəstəlik onun hərbi xidmət dövrü ilə birbaşa əlaqəlidir. - İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi qeyd edilməmişdir. ... İddiaçının xroniki həzm pozğunluğu əlamətləri ilə əlaqədar onun tibbi sənədlərində hər hansı bir qeydiyyat yoxdur. 4.5. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi idman reablitasiyası kursları keçirlər. Xəstəliyin dərman müalicəsi yoxdur.” Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, D-z: F07.0 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, Ağırlaşma: F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə, F43.1. Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu ilə bağlı xx.xx.2024-cü il tarixli Y00225544CQR nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriiya Xəstəxanası” Publik hüquqi şəxsin 18 sentyabr 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...Sizin 2-1(106)-507/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.1995-ci il təvəllüdlü, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan İddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Təkrar xx.xx.2025-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə.” Salyan Rayonlararası Psixatriya Xəstəxanasının məhkəməyə ünvanladığı 25 sentyabr 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...Sizin 18 iyul 2025-ci il tarixli 2-1(106)-507/2025 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.1995-ci il təvəllüdlü Şammədov X2 RMX-nın müvafiq göndərişlərinə əsasən 28 aprel 2022-ci il və 01 aprel 2023-cü il tarixlərdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası Həkim psixiatrik komissiyasında müayinələrdə olmuşdur. Aparılan psixiatrik tibbi müayinələrə və təqdim edilmiş tibbi sənədlərə əsasən ona F07.8. Partlayış travmasından sonra (xx.xx.2020-ci il tarixli) yaranan psixi və davranış pozuntusu, depressiv əlamətlərin üstünlüyü ilə özünəxəsarət yetirmələrlə, F06.3. Əhval-ruhiyyənin üzvi mənşəli (affektiv) pozuntusudepressiv epizodla özünə xəsarət yetirmələrlə, F43.1 “Uzanmış gedişli postravmatik stress pozuntusu” diaqnozları təsdiq edən tarixlərə uyğun tibbi rəylər təqdim edilmişdir. Xəstəyə təyin olunmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 7.5.1.1 və 7.6.2.2- ci bəndlərinə uyğundur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və Y00225544CQR nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərəkən partlayış travması nəticəsində burun sümüklərinin açıq, yerini dəyişmə sınığı, hər iki aşağı burun keçəcəyinin sinexiyaları ilə fəsadlaşan, sağ burun qanadının burun belinin sağ yarısının dəlib keçən, sol qaş nahiyyəsinin yaralanması, burunun yumşaq toxumalarının yad cismi (metal qəlpə) (yaralanma, kontuziya, travma) diaqnozu ilə xəsarətlər almışdır. Aldığı xəsarətlər ilə əlaqədar müalicələr almış, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətləri əzab verdiyindən Biləsuvar RMX tərəfindən müayinə üçün Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatirya Xəstəxanasına göndərilmiş, orada həkim psixiator tərəfindən müayinə olunmuş və ona “partlayış travmasından sonra (xx.xx.2020) yaranan pisixi və davranış pozuntusu, depressiv əlamətlərin üstünlüyü, özünə xəsarət yetirmələri ilə F07.8” diaqnozu təyin edilmişdir. Bu xəstəliyi ilə bağlı ona müşayətçiyə zərurət olması da göstərilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müalicə almış, sonradan ev şəraitində təyin edilmiş dərmanları qəbul etmiş, müsbət nəticəsi olmamışdır. Bunula bağlı ardıcıl olaraq aşağıda qeyd olunan tarixlərdə müalicələr qəbul etmiş: xx.xx.2023-xx.xx.2023 ci il, xx.xx.2023xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, əsas xəstəlik F06.6 üzvi mənşəii emosional labil (astenik) pozğunluq, yanaşı xəstəlik F43.1 posttravmatik stress pozğunluğu kimi diaqnoz qoyulmuşdur. MRT müayinəsi üçün Masllı rayonunda yerləşən "xxxx" MMC-yə göndərmişdirlər. Həmin MMC-nin xx.xx.2023-cü il tarixli 357 saylı arayşına əsasən baş nahiyyəsində qəlpə olduğundan müayinə baş tutmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Pisixiatiriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli 4207 saylı Həkim pisixiatr komissiyasının rəyinə əsasən xəstəliyimin dinaqnozu: Üzvi (İİ Qarabağ mübahirbəsi zamanı alınmış kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyanın enməsi ilə F07.0 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bəndində F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu kimi xəstəlik əlliyin müəyyən olunmasına əsasdır. Almış olduğu xəsarətlər nəticəsində ağır xəstə olması, ardıcıl və davamlı olaraq dəfələrlə müalicə alması və həmin xəstəliyin mövcudluğunu tibb müəssisələri tərəfindən verilmiş tibbi rəylər ilə təsdiq edilməsinə baxmayaraq, cavabdeh ona əllik təyin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə. Üzvi mənşəli emosional labil astenik pozğunluq. Postravmatik stress pozuntusu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Biləsuvar rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 13241 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu, Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Vefetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Partlayış travması (xx.xx.2020), burnun yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” kimi müəyyənləşdirilmişdir; “Çoxsaylı kariyes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 7943/2023 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (partlayış travması) emosional-labil pozuntu. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli, 8153/23 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (partlayış travması) emosional-labil pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 12699/23 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 2485 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Düşüncəsi aydın, bələdiyi tam qorunmuş, zahirən sakit olmuş, ünsiyyət zamanı göz kontaktı qurumamışdır. Əhval-ruhiyyə fonu sabit olmuş, tənqibi tam saxlanmışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, sosial adaptasiya durumu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarı”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(120)-1051/2025 saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: ƏMAS-da vətəndaşa dair xx.xx.2021-ci il tarixindən etibarən ocaqçı, qazanxana qurğusu kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Cavabdeh tərəfindən əyani müayinə nəticəsində iddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (yüngül) ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Göndərişdə qeyd olunan diaqnoz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq iddiaçıda xəstəliyin mövcud olması nəticəsinə gəlmişdir. Halbuki, ekspert rəyi ilə şəxsdəki ağırlaşmalar sübut edilmir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
7.5.1. posttravmatik stres pozuntusu F43.1
7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını və nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 13241 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü İddiaçı aldığı travma ilə bağlı “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil pozuntu. Mülayim dərəcədə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Vegetativ damar davamsızlığı-nevrotik təzahürlərlə. Partlayış travması (xx.xx.2020), burunun yumşaq toxumalarının yad cismi (metal qəlpə), “Çoxsaylı karyes” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. “Salyan Rayonlararası Psixiatriya” Xəstəxanasının xx.xx.2023-cü il tarixli 508 saylı rəyinə əsasən iddiaçıya Diaqnoz: F 06.3 Əhval ruhiyyənin üzvi mənşəli (affektiv) pozulması-depressiv epizodlar özünə xəsarət yetirmələrlə, F 43.1 Uzanmış gedişli posttravmatik stress pozuntusu qoyulmuş, ambulator müalicəsinin davamı və kənar şəxsin nəzarətinin zəruriliyi bildirilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2127 nömrəli Həkim psixiatr komissiyasının rəyinə əsasən iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə F 06.3” diaqnozu qoyulmuşdur. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə; Ağırlaşma: F06-Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Depressiv epizodlar, intihar fikirləri ilə, F.06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, üzvi mənşəli emosional labil estenik pozğunluq, F43.1. Posttravmatik stress pozuntusu, Postravmatik stress pozuntusu ilə bağlı xx.xx.2023-cü il tarixli G00155775UCS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4123 nömrəli Həkim psixiatr komissiyasının rəyinə əsasən iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu qoyulmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T742/2024 nömrəli ekspert rəyində göstərilir ki, “...İş materiallarında olan tibbi sənədlərinə əsasən iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün xx.xx.2023-cü il tarixli G00155775UCS Forma 088 göndərişində XBT10 kodu ilə qeyd edilmiş Əsas xəstəlik: F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə. Ağırlaşmalar: F06. Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Depressiv epizodlar, intihar fikirləri ilə. F43.1. Posttravmatik stress pozuntusu; F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil (astenik) pozğunluq“ xəstəliklər onun anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, onun xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı düşüncəsi aydın, bələdliliyi tam qorunmuş, zahirən sakit olmuş, əhvalruhiyyə fonu sabit olmuş, tənqidi tam saxlanılmış, Psixiatriya Xəstəxanalarından olan çıxarışlardakı diaqnozlar mütəxəssislər tərəfindən “Üzvi mənşəli əhval-ruhiyyə pozuntusu, sosial adaptasiya durumu” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. İddiaçı Respublika Psixiatriya Xəstəxanasında “F070- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Bu xəstəlik onun hərbi xidmət dövrü ilə birbaşa əlaqəlidir. İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi qeyd edilməmişdir. İddiaçının xroniki həzm pozğunluğu əlamətləri ilə əlaqədar onun tibbi sənədlərində hər hansı bir qeydiyyat yoxdur. Belə xəstəliyə düçar olmuş şəxslər sahə poliklinikasında qeydiyyata götürülürlər və mütəmadi idman reablitasiyası kursları keçirlər. Xəstəliyin dərman müalicəsi yoxdur.” Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, D-z: F07.0 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, Ağırlaşma: F06.3. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar, intihar fikirləri ilə, F43.1. Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu ilə bağlı xx.xx.2024-cü il tarixli Y00225544CQR nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriiya Xəstəxanası” Publik hüquqi şəxsin 18 sentyabr 2025-ci il tarixli məktubuna əsasən iddiaçı dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Təkrar xx.xx.2025-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndərişlər, məhkəmə sorğusunun cavablandırılması və s.), o cümlədən xx.xx.2024-cü il tarixli T742/2024 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndərişlər, işdə olan olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsləri tərəfindən verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində ayrı-ayrı vaxtlarda, o cümlədən Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş sonuncu xx.xx.2024-cü il tarixli Y00225544CQR nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçı sonuncu qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(120)-1051/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.