Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-509/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(120)-772/2025 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kənd təsərrüfatından istifadəyə görə xx.xx.2013-cü il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 aprel 2025-ci il tarixli, 2-1(120)- 772/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mulkiyyətındə olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını odəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ilk əmək fəaliyyətinə isə 1978-ci ilin iyun ayından başlamış, onun əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, hal-hazırda əmək stajı 18 il 09 ay 16 gün müəyyən edilsə də, onun ümumi əmək stajı 25 ildən yuxarıdır. Həmçinin fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olmuş, lakin həmin illər onun əmək stajına daxil edilməmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavab olaraq məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmişdir. Adı qeyd edilən cavabdan artıq 1 ildən çox vaxt keçsə də, bügünədək bunun heç bir nəticəsi olmamışdır. Sığorta ödənişinin çeklərinin əldə edilməsindən ötrü Azərbaycan Beynəlxalq Bankının Cəlilabad rayon filialına müraciət etdikdə, oradan bildirildi ki, sığorta sənədləri ilə bağlı sığorta ödənişləri bankın arxivində saxlanılmamışdır. Sosial sığorta sənədlərinin saxlanılmaması və bunun fondun arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına təhvil verilməməsi vətəndaş olaraq onun günahı deyildir və bu məsuliyyət müəssisənin öz üzərinə düşür. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, xx.xx.2020-ci il tarixdə (64 il 6 aya) çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 09 av 16 gün təşkil edir. Sözügedən dövrə iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli arayışa əsasən xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı dövr, ******* nömrəli hərbi biletinin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət illəri, xx.xx.1978-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün avtomatlaşdırılmış qaydada da yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının müraciətinə müvafiq olaraq araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirliyin elektron proqram təminatında 2013-cü il üzrə İddiaçı aid təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (bundan sonra - Forma B2) və ona uyqun təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (bundan sonra - Forma B3) aşkar edilməmişdir. 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sıqortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyqun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, həmçinin iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə S.Evvazov **********0 saylı sığortaedənin uçot nömrəsi ilə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs" kimi 25 iyun 2021-cı il tarixdə uçota alınmışdır. Araşdırma zamanı MEİS-də yə köhnə proqram təminatlarında iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. 2013-cü il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməsi sığortaedən tərəfindən təqdim edilmiş Forma B2 məlumatları və ona uyğun təqdim edilmiş Forma B3 məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövrlər üzrə müvafiq hesabat məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar İddiaçı fərdi şəxsi hesabında əks olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -xx.xx.2013-cü il tarixli, 26 nömrəli qəbzin surətindən görünür ki,iddiaçı tərəfindən fiziki şəxs kimi məcburi dövlət sosial sığorta ödəyicisi olaraq "xxxx" ASC-nin Cəlilabad filialı vasitəsi ilə 6 manat 20 qəpik ödəniş etmişdir. -JN-614 KOD 80601004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə 0.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X3, X6, X4 və X5 mülkiyyətinə verilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-102316/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair fiziki şəxs kimi uçot məlumatları aşkar edilməmişdir. -Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X2 22 saylı Regional Xəzinadarlıq İdarəsinin xx.xx.2024-cü il tarixli, 3232/22-399/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məcburi sosial sığorta haqları bir neçə ödəniş sənədlərinin cəmi şəklində xəzinədarlıq orqanlarına daxil olduğu və ödəyicilərin fərdi uçotu xəzinədarlıq orqanlarında aparılmadığı üçün məktubda göstərilmiş 2013-cü il üzrə İddiaçı adından məcburi sosial sığorta haqları üzrə ödənişlərin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvartn 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq 25 il olaraq hesablanır. “Sostal sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: sığortaedən və şığortaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı şaxlanmaşını və mühafizəsini təmin etmək (10.2.1); sığortaolunana onun rnüraçiətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi səxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək (10.2.2). Şərh olunan normalardan göründüyü kimi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq hüquqları olduğu kimi, dövlət orqanın da sığortaedən və şığortaolunan tərəfindən təgdim olunan məlumatların fərdi şəxsi heşablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı şaxlanmaşı və mühafizəsini təmin etmək, sığortaolunana onun rnüraçiətinə əsasən fərdi səxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək fəzifəsi var. Hazırki halda cavabdeh inzibati orqan iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaması əsası ilə pensiya təyinatından imtina etməsi fonunda inzibati orqanın özünün də vəzifələrini düzgün icra etməməsi görünür. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, şəxsin mulkiyyətındə olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə görə ödəmiş olduğu sosial sığorta haqlarının elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması onun təqsiri ilə bağlı olmayan hal kimi qəbul edilir və pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi nəzərdə tutulmur. Beləliklə, şin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2-1(120)-772/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-509/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-509/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver