Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-51/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-2261/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 25 may 2023-cü il tarixli, 2- 1(120)-2261/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “xx.xx.2021-ci il tarixdə təyin edilmiş 2-ci dərəcə əlillik səbəbinin “Ümumi xəstəlik ilə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı travmanın (diaqnoz: döş qəfəsinin yuxarı 1/3-nin ön divarının dəlib keçən güllə yaralanması, sağ bazunun yuxarı 1/3-nin güllə yaralanması, yumşaq toxumaların zədələnməsi ilə) hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını qeyd edilmişdir. Ona xx.xx.2021-ci il tarixdə ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. TSEK diaqnozu olaraq isə baş beynin xəstəliyi, travması və disfuksiyası nəticəsində yaranan digər üzvü mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin travması nəticəsində davranış pozuntuları” diaqnozu qoyulmuşdur. Onda aşkar edilən davranış pozuntusu məhz aldığı hərbi travma ilə bağlı olsa da ona ümumi xəstəliklə bağlı əlillik dərəcəsi təyin edilmişdir. Belə ki, yumşaq toxumaların zədələnməsi nəticəsində onun sinir sistemimdə ciddi problemlər yaranmış və son illərdə isə bu problemlər kəskinləşmişdir. Cavabdeh orqan düzgün qiymətləndirmə aparmayaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin etmək əvəzinə, ümumi xəstəliklə bağlı ikinci dərəcə əlillik dərəcəsi təyin etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Neftçala rayon mərkəzi xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “Xəstəliklərin Beynəlxalq Təsnifatı XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ bazunu dəlib keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısına toxunub keçən güllə yarası imtinanın əsas səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir səbəbi ilə imtina verilmişdir. Neftçala rayon mərkəzi xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “Xəstəliklərin Beynəlxalq Təsnifatı V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ bazunu dəlib keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısına toxunub keçən güllə yarası. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyinin travması nəticəsində davranış pozuntuları, imtinanın əsas səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlillik təyininə əsas verən xəstəliyin səbəb əlaqəsi düzgün seçilməmişdir səbəbi ilə imtina verilmişdir. Neftçala rayon mərkəzi xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “Xəstəliklərin Beynəlxalq Təsnifatı V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-FQ9 - Simptcmatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası: . nəticəs.. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində cdlu silahla və digər adi silah növiəri ilə törədiimiş zədələnmələr, Sağ bazunu dəlib keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısına toxunub keçən güllə yarası. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəii şəxsiyyət və davranış pozğunluqları, Baş-beyinin travması nəticəsində davranış pozuntuları. Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası,o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd edilmiş dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 167 nömrəli Qərarından görünür ki, Neftçala RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Neftçala Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin yuxarı 1/3-nin ön divarının dəlib keçən güllə yaralanması. Sağ bazunun yuxarı 1/3-nin güllə yaralanması, yumşaq toxumaların zədələnməsi ilə” 01.04 1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhabətiəndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Sağ bazunun dəlib keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısının toxunub keçən güllə yaralanması” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -“Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-63/2-345/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində “Sağ bazunun dəlib keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısının toxunub keçən güllə yaralanması, bir neçə sinirin bazu nahiyyəsində zədələnməsi” (əsas diaqnoz-kod S44.7), ağırlaşması “Sağ yuxarı ətrafın parezi” (G83.2),”Orta sinirin zədələnməsi" (G56.4), “Baş beyin travması nəticəsində davranış pozuntusu” (F07.8) forma 88 nömrəsi V00023792QLL müvafiq tibbi sənəd 02.11,2022-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. -“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 1897 nömrəli ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, xx.xx.1969-cü il təvəllüdlü İddiaçı T92.4 sağ bazunun yuxarı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət sağ oksillar və mil sinirinin neyropatiayası, hərəkəti, hissi pozulmalar diaqnozu qoyulmuşdur. - Əliilik təyinatı üzrə altsistemdən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin səbəbi ümumi xəstəlik qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********5 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 98 nömrəli Məsləhət vərəqində diaqnoz "Sağ bazu və döş qəfəsinin odlu silah yaralanmasından sonra dəlib keçən yarası. Keçirilmiş sağ bazunu dəlib keçən və döş qəfəsinin sağ yarısının toxunub keçən qüllə yaralanmasından sonrakı vəziyyət. Kazualgiya. Bas beynin travması nəticəsində davranış pozulması” kimi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Müayinənin nəticələri aksillar və radial sinirin xronik dövr aksonal zədələnməsinin lehinədir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Hal-hazırda əlillik təyinatına əsas verən psixi xəstəliyinin hərbi səbəb əlaqəsi təsdiqlənməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin T08/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı adına Elmi-Tədqiqat Bərpa İnstitutunda tərtib edilmiş xəstəlik tarixinin çıxarışında qeyd edilmişdir ki, o, 21.10-xx.xx.2023-cü il tarixlərdə “Mononeyropatiyalarm dəqiqləşdirilmiş növləri-Sağ aksillar və radial sinirin zədələnməsi, rezidual dövr, sağ yuxarı ətrafın periferik tipli parezi, daimi ağrı sindromu, xroniki Ll-Sl radikulopatiya, yerişin pozulması” diaqnozu ilə müalicədə olmuşdur. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Neftçala rayon mərkəzi xəstəxanası” Phş-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli, V00025899DUT saylı, xx.xx.2022-ci il tarixli, V00023792QLL saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S44.7-yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, sağ bazunun dəlib-keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısının toxunub keçən güllə yaralanması, bir neçə sinirin bazu nahiyəsində zədələnməsi. Ağırlaşma: G83.2-yuxarı ətrafın monoplegiyası, sağ yuxarı ətrafın parezi; G56.4-kauzalgiya, orta sinirin zədələnməsi. Yanaşı xəstəliklər: F07.8-baş beynin xəstəliyi, travması və disftınksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu, baş beyin travması nəticəsində davranış pozuntusu” xəstəlikləri xəstə stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasmda müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Vətəndaş İddiaçı əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarma dair” Əsasnamənin 2.4,4. bəndinə uyğun ümumi xəstəlik ilə əlaqədar Tibbi-Sosial Ekspert komissiyası tərəfindən təyin edilmiş müddətsiz ikinci dərəcə əlillik qərarı düzgün olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsin T162/2024 nömrəli ekspert rəyində qeyd edilir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Neftçala rayon mərkəzi xəstəxanası” Phş-də tərtib edilmiş xx.xx.2022- ci il tarixli, V00025899DUT saylı, xx.xx.2022-ci il tarixli, V00023792QLL saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S44.7-yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, sağ bazunun dəlib-keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısının toxunub keçən güllə yaralanması, bir neçə sinirin bazu nahiyəsində zədəiəııməsi. Ağırlaşma: G83.2-yuxarı ətrafın monoplegiyası, sağ yuxarı ətrafın parezi; G56.4- kauzalgiya, orta sinirin zədəiəııməsi. Yanaşı xəstəliklər: F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu, baş beyin travması nəticəsində davranış pozuntusu” xəstəlikləri xəstə stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Vətəndaş İddiaçı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: S44,7-yuxarı ətraf qurşağı və bazu səviyyəsində bir neçə sinirin travması, sağ bazunun dəlib-keçən (xx.xx.1994) və döş qəfəsinin sağ yarısının toxunub keçən güllə yaralanması, bir neçə sinirin bazu nahiyəsində zədələnməsi” Əsas diaqnozu ilə Yanaşı xəstəlik: “baş beynin xəstəliyinin, travmasmm, sinir və davranış pozğunluğu”nım bir-biri ilə heç bir əlaqəsi yoxdur, lakin hərbi xidmət dövrü ilə səbəb əlaqəsinin təyini üçün baş beynin MRT müayinəsindən keçməsi məsləhətdir. -Bioloji Təbabət Klinikası tərəfindən verilmiş 10 may 2024-cü il tarixli arayışda qeyd edilir ki, iddiaçının MRT müayinənin keçirilməsindən bədənində yad cisim (qəlpə) olması səbəbindən imtina edilmişdir. Məhkəmə kollegiyasının 24 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və baş beynin xəstəliyinin, travmasının, sinir və davranış pozğunluğunun iddiaçının əvvəllər aldığı xəsarətlərlə (döş qəfəsinin və sağ bazunun güllə yaralanması və onun nəticələri) səbəbli əlaqəsinin öyrənilməsi üçün rəyin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsə havalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 31 may 2024-cü il tarixli, 4188 nömrəli məktubda (rəy) qeyd edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı müşahidə olunan psixi pozuntu onun fiziki xəstəliyinin (müharibədə aldığı zədələrin) nəticəsi olduğu üçün “Üzvi, şəxsiyyət pozuntusu” kimi qiymətləndirilir. Azərbaycan Respublikasında qəbul olunmuş Xəstəliklərin Beynəlxalq Təsnifatında üzvi xəstəliklər yalnız baş beynin xəstəlikləri və zədələnməsi ilə əlaqədar olmayıb, həmçinin ikincili səbəblərdən (metobolik, endikrinoloji, nevroloii və s.) yarana bilər. Göründüyü kimi iddiaçıda hazırda mövcud olan sinir sistemi ilə bağlı xəstəliyin onun əvvəllər aldığı taravmalarla səbəbli əlaqəsi müvafiq sahə üzrə ixtisaslaşmış həkim müayinəsi nəticəsində öz təsdiqini tapmışdır. Odur ki, cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyinatı zamanı onun xəstəliyinin səbəbli əlaqəsini nəzərə almaması, bununla əlaqədar ətraflı araşdırma aparmaması onun hüquqularının məhdudlaşdırılması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, iddia əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-2261/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-51/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-51/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver