Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-510/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı “pozulmuş hüquqlarının bərpası və s.” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3001/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “pozulmuş hüquqlarının bərpası və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təşkilatçılıqla sifarişli məqsədlərə xidmət edilib, səlahiyyətli peşə - vəkillik və nümayəndəlik fəaliyyətlərilə bağlı, bu peşə fəaliyyətlərinə edilmiş çoxsaylı təşkili və planlı müdaxilələrin nəticəsi olaraq, məhz təşkili bu müdaxilələr nəticəsində pozulmuş hüquqlarının prosessual bərpasına prosessual ciddi maneçiliklər törətməkdə davam edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Vətəndaşların qəbulu və şikayətlər şöbəsi”nin müdiri X4 imzaladığı çoxsaylı cavab məktublarında əsaslı və haqlı şikayətlərinin qanuni əsaslarla mümkün olan real prosessual həllini sifarişli rədd edərək, vəzifədən sui-istifadə və hakimiyyət həddi aşılmalarla, qanunla qorunan hüquqlarını ciddi pozub, əslində şərəf və ləyaqətini ləkələyən və şəxsiyyətini alçaldan hərəkətlərə yer verdiyi çoxsaylı bu məktublarla barəsində soyadının və ata adının dəyişdirilməsi nəticəsi olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 308, 309-ci maddələrində və s. normalarda nəzərdə tutulan çoxsaylı cinayət hadisələrini rəsmi sənədlərin məlum tələbləri və məlum tələbkarlığı üzərində sifarişli bir tələbkarlıqla da prosessual törətdiyini rəsmi bəlli etdiyindən səlahiyyətli bu şəxs barəsində cinayət qanunvericiliyinin məlum tələbkarlığında prosessual tədbirlər görülməsinə ciddi və əsaslı önəm verilməklə, məhz səlahiyyətli peşə fəaliyyətlərində bağlı olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının çoxsaylı pozulması faktlarının prosessual qapanılması məqsədinə əməli hərəkətləri ilə qanunsuz bir xidmət edib, Qanunların, əsas Qanunun tələblərini ciddi və əhəmiyyətli dərəcədə pozub, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun “QANUN” mahiyyətinə ciddi bir hörmətsizliyi prosessual sənədlərlə rəsmi nümayiş etdirdiyindən, səlahiyyətli peşə-vəkillik, nümayəndəlik fəaliyyətlərinə qarşı ciddi qanun pozuntularına dəstək verməklə, sifarişli bir ədalətsizliyini də, şərəf və ləyaqətinin ləkələnməsi və şəxsiyyətinin alçaldılması ilə imzaladığı çoxsaylı rəsmi sənədlərlə prosessual təmin edildiyini bəlli etdiyindən səlahiyyətli dövlət qulluqçusu olan vəzifəli bu şəxsin Anar Cəfərovun hərəkətlərinin qanunsuz hesab edilməsini müəyyənləşdirən məhkəmə qərarını qəbul etməklə, barəsində cinayət işi qaldırılmasını təmin edəcək əsaslandırılmış məhkəmə qərarını pozulmuş məhkəmə müdafiə hüququnun prosessual bərpası tələbkarlığının təmin etdirilməsi və iflic bir vəziyyətə salınmış olmayan və bu gün görünməyən məhkəmə nəzarətinin bərpası tələbkarlığında qəbul etdirməklə, hadisələrin, məhz effektli məhkəmə müdafiə hüququ tələbkarlığında prosessual tənzimlənilməsinə önəm verib, bunun icrasına da daha ciddi prosessual nəzarətin məhkəmə nəzarəti qaydasında təmin edilməsinə hüquqi təminatın yaradılması tələbkarlığında prosessual təmin etdirib, pozulmuş Qanunların, məhz “QANUN” mahiyyətinin bərpası tələbkarlığına hörmət edilərək, buna prosessual əməl edilməsini tələb etməklə, X3 hərəkətləri, hərəkətsizliyi və qanunun həzm edə bilmədiyi bu cür davranışları qanunsuz hesab edilməlidir. Səlahiyyətli peşə-vəkillik və nümayəndəlik fəaliyyətilə bağlı, qanunla qorunan hüquqlarının əsaslı və qanuni müdafiəsini sifarişli məqsədlər naminə bu gün prosessual yox edib, çoxsaylı qanunsuz cavab məktubları ilə mənəvi əzabları, mənəvi sarsıntıları ona yaşadaraq, şərəf və ləyaqətinin sifarişli ləkələnib, şəxsiyyətinin də alçaldılması ilə səlahiyyətli peşə fəaliyyətlərində bağlı bu gün işgüzar nüfuzuna prosessual zərbə endirən çoxsaylı qanunsuz cavab məktublarını prosessual sifarişli gündəmə gətirib, məqsədyönlü süni süründürməçilik hallarına prosessual meydan verməsi ilə bu gün çoxsaylı məlum ədalətsiz məhkəmə aktlarının prosedura uyğun olaraq, tərəfindən edilmiş əsaslı şikayətlər üzrə Konstitusiya Məhkəməsində qanuni əsaslarla öyrənilməsinə imkan vermədən, haqlı, ədalətli şikayətlərinin məlum tələbkarlığında bu gün ləğv edilib, hüquqi qüvvədən salınması tələb edilən ədalətsiz məhkəmə aktlarının müdafiəsində qalmaqla, məhz sifarişli məqsədlər naminə prosessual zəruri və vacib olan əməli hərəkətləri ilə çoxsaylı ciddi maneçilikləri barəsində barələrində törədən səlahiyyətli bu məmurun sifarişli icra hərəkətlərinin gündəmə gətirilməsi, birmənalı onun ədalətsizliyə xidmət edən sifarişli davranışlarını da rəsmi bəyan edib, məhz çoxsaylı bu cür hərəkətləri, hərəkətsizliyi və davranışları ilə çoxsaylı ədalətsiz məhkəmə aktlarının müdafiə hüququnun pozulması üzərində prosessual qüvvədə qalmasına sifarişli xidmət etdiyindən, həmin məhkəmə aktlarının birmənalı qanuni və əsaslı müzakirəsinin də birbaşa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palata iclasının qərardadı ilə öyrənilməsi, araşdırılması vacib və olduqca zəruri olan bu məsələlərin sifarişli tələbkarlıqla prosessual inkar edilməsinə yönəldildiyindən, çoxsaylı əsaslı və qanuni şikayətlərinin bu gün mahiyyəti əsaslarının sifarişli bir tələbkarlıqla rədd edilib, çoxsaylı bu ərizələrin prosessual əsaslı tələbkarlığında bu gün Konstitusiya Məhkəməsi Plenumuna ünvanladığı əsaslı və qanuni, ədalətli və obyektiv çoxsaylı bu məlum şikayətlərinin prosessual öyrənilib, prosessual araşdırmasını mahiyyətcə yox edərək, məhz bu məkanda Palata iclasının müvafiq məhkəmə qərardadın bu gün qanunlarla çıxardılmasına prosessual imkan verməyib, əslində hadisələrin Plenum iclasına keçrilməsinə qanuni bir şəraiti qəsdli və qərəzli olaraq, sifarişli yaratmadığından, X3 qəsdli və qərəzli olan bu cür hərəkətləri vəzifədən sui-istifadə olub, birmənalı hakimiyyət həddi aşılması tələbkarlığında məqsədyönlü və sifarişli formada ciddi qanun pozuntuları ilə tərtib edərək sifarişli məqsədlər naminə imzaladığı çoxsaylı bu məktubların da etibarsız sayılmasına dəlalət etdiyindən, çoxsaylı məktubların etibarsız sayılmasını müəyyən edən məhkəmə aktını qəbul edəsiz. Şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini alçaldan və peşə fəaliyyətlərində bağlı işgüzar nüfuzuna prosessual zərbə endirən Anar Cəfərovun bu gün vəzifədən suiistifadə edərək, qanunun həzm edə bilmədiyi çoxsaylı ədalətsizlikləri rəsmi imzaladığı çoxsaylı sənədlərlə prosessual gündəmə gətirib, məhz qanunsuzluqları və ədalətsizliklər girdabında qanunsuz prosessual hərəkətləri və davranışları ilə Baş Prokurorluqdan tutmuş çoxsaylı aşağı prokurorluq orqanlarınadək, aşağı instansiya məhkəmələrindən tutmuş Ali Məhkəmənin kassasiya icraatı mərhələsinədək, hətta, yarımçıq əlavə kassasiya şikayətinin həyata keçirilməsinə Ali Məhkəmə Plenum iclasında önəm verilənədək, ciddi tələbkarlıqla da Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum iclasından tutmuş bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlum tərkibli Palata iclasının məlum tərkibli hakimlərinədək sifarişli tələbkarlıqla bir qrup səlahiyyətli dövlət məmurlarının maraq dairəsinə xidmət edə-edə, onların cinayətkar əməllərini prosessual ört-basdır edilməsi üzərində cinayətkar çoxsaylı vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilmələrindən kənarda saxlayıb, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq rəhbərliyini və ayrı-ayrı çoxsaylı vəkilləri də bu gün satın alıb, mahiyyətcə öz iradələrinə tabe etdirən çoxsaylı səlahiyyətli məlum tərkibli qüvvələrin qanunsuz cinayətkar əməllərinə prosessual dəstək nümayiş etdirərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq səlahiyyətli üzvü olan sabiq vəkilə və onun səlahiyyətli vəkillik fəaliyyətinə planetdə görünməyən prosessual zərbə vurmaqda davam edən hərəkətləri, haqqın və ədalətin müdafiəsi əksinə yönəldilib, insan və vətəndaş hüquq və azadlıqlarının əsaslı müdafiəsinin rədd edilməsilə əsaslı olmayan ciddi və əsasız çoxsaylı tələbkarlıqlarda edilən və endirilən çoxsaylı ədalətsiz bu cür planlı zərbələrin sifarişli həyata keçrilməsi tələbkarlığında, təşkilatçılıqla planlı həyata keçrilən sifarişli məlum çoxsaylı prosessual qanunsuzluqlar və prosessual bu cür ədalətsizlikklər, birmənalı sifarişli mahiyyət və sifarişli məzmun kəsb etməklə, əslində bu gün bir daha “SABİQ” səlahiyyətli bu vəkilin özünə və peşə fəaliyyətinə qarşı yönəldilib, uzun illərdən bəri prosessual tüğyan edən çoxsaylı hadisələrin kökündə və əsasında da insan və vətəndaş hüquq və azadlıqlarının birbaşa müdafiəçisi olmaqla “Sabiq” səlahiyyətli proses iştirakçısı kimi prosessual görünən səlahiyyətli bu vəkilə,-İddiaçı münasibətdə əlbəttə, məhz onun səlahiyyətli peşə-vəkillik fəaliyyətinə münasibətdə, ciddi və əhəmiyyətli qanun pozuntularını rəsmi bəlli edib, əqli mülkiyyətinin bu gün prosessual danılması mümkün olmayan məhsulunun sifarişli inkar edilməsi nəticəsi olaraq, prosessual şikayətlərdə, prosessual ərizələrdə və prosessual müraciətlərində çoxsaylı görünən əsaslı prosessual tələbkarlığını yox edib, əlbəttə, məhz proses iştirakçısı olan bu vəkilə qarşı ədalətsizliklə, “Sabiq” bu vəkilin təşkilatlanmış fomada əsaslı və qanuni görünməyən sifarişli bir ittihamının məlum acı nəticələri prosessual müstəvidə çoxsaylı mənəvi sarsıntıları və mənəvi əzabları qanunun həzm edə bilmədiyi tələbkarlıqla Anar Cəfərov kimi ədalətsiz növbəti digər bir məmurun da sifarişli yoğrulan prosessual hücumlarını bu gün gündəmdə edib, mənəvi əzabları və mənəvi sarsıntıları bizlərə prosessual müstəvidə Konstitusiya Məhkəməsindən bir daha səlahiyyətli bu məmurun timsalında da, Anar Cəfərov kimi bir dövlət qulluqçusunun maraqları üzərində qanunsuz hərəkətlərinin vəzifədən sui-istifadə nəticələrini qanunsuzluqlar girdabında prosessual ona yaşadıb, 200.000 manat məbləğ dəyərində növbəti mənəvi bir zərbəni və mənəvi bir ziyanı bu gün bizlərə çoxsaylı prosessual vurulduğunu bəlli edib, əlbəttə, məhz şərəf, ləyaqətinin qəsdən ləkələndirilməsi, şəxsiyyətinin alçaldılmasının və işgüzar nüfuzunun aşağı salınması özəyindən, haqqında mənfi rəy yaradıb, ictimaiyyət arasında, yaxınları və doğmaları arasında hörmətdən salındığını rəsmi sənədlərlə məlum edərək, Konstitusiya Məhkəməsi Aparatı adından prosessual sifarişli danışıq etməsi, ciddi bir ədalətsizlik olub, təşkili bu haqsızlıqların planlı yoğrulmaqla, əlbəttə, prosessual bu mübarizəsinə qarşı sifarişlərlə bağlı olan ədalətsizliyin məlum arqumentləri bu gün peşə fəaliyyətləri ilə əlaqədar onun prosessual əqli mülkiyyət hüququnun əksinə yönəldilərək, məhz səlahiyyətli peşə fəaliyyətləri ilə bağlı olaraq, pozulmuş hüquqlarının bərpası uğrunda apardığı haqlı və ədalətli mübarizəsinə göstərilən prosessual çoxsaylı ciddi maneçiliklərin özəyində bir daha, məhz bu gün Anar Cəfərov kimi səlahiyyətli dövlət məmurunun da qanuna zidd hərəkətləri və hərəkətsizliyindən əyani göstərib, çoxsaylı rəsmi sənədlərin məntiqsiz, əsassız və qanunsuz prosessual tələblərində və məlum tələbkarlığında bu gün prosessual olan, həm də, prosessual görünən çoxsaylı məmur özbaşınalığını, X3 timsalında da rəsmi bəyan edib, rəsmi göstərilməklə, bu gün çoxsaylı hakimiyyətdən sui-istifadə və vəzifə həddinin aşılması ilə həyata keçirildiyini prosessual bəlli edib, rəsmi sənədlərlə bəyan edərək, mənəvi işgəncələr, mənəvi sarsıntılar və mənəvi iztirablar fonunda bu gün ona vurulan mənəvi ziyan pulunun qanunla tənzimlənən taleyinə münasibətdə də həmin ziyan pulun 200.000 manat məbləğ bu pulun mövcud reallıqlar və məlum həqiqətlər fonunda prosessual mənəvi ziyan olduğunu göstərib, bunu da prosessual açıqlayıb, sifarişli və təşkili yoğrulan bu ədalətsizliyi bəlli edib, prosessual məlum etdiyindən, zərərçəkmiş şəxs kimi tanınmağını müəyyənləşdirən məhkəmə aktını qəbul etməklə, həmin məbləğ ziyan pulun prosessual qət edilərək, X2 və bu gün ona məlum edilməyən, prosessual sənədlərlə də əslində görünməsi mümkün olmayan edilməyən başqa müəyyənləşdiriləcək digər səlahiyyətli şəxslərdən, poçt-rabitə zərfi üzərində yazılışlar etmiş və şərəf və ləyaqətini ləkələməklə, şəxsiyyətini alçaltmış şəxslərdən bu ziyan pulunun müştərək tutularaq, əlbəttə, məhz ona ödənilməsini bu gün qanuni əsaslarla təmin edəcək əsaslı bir qərarın prosessual qəbul edilməsinə ciddi önəm verməklə, əsaslı, ədalətli, haqlı və qanuni məhkəmə aktının çıxarılmasına prosessual önəm verməklə hüquqi təminatını yaradıb, X1 bilməyən prosessual bu ədalətsizliklərinə və prosessual bu qanunsuzluqlarına son qoyulmasına dair əsaslandırılmış müvafiq məhkəmə qərarını qəbul edəsiz. Bu gün AR-sı Konstitusiya Məhkəməsində, məhz “Vətəndaşların qəbulu və şikayətlər şöbəsi”nin müdiri X3, o cümlədən müvafiq olaraq kimliyi ona məlum olmayan və sənədlər üzrə də bu gün prosessual görünməyən səlahiyyətli dəftərxana işçisinin, məhz kimliyi qanuni əsaslarla müəyyən edilməklə, onların ona və peşə fəaliyyətlərinə qarşı sifarişli yönəldilən qanunsuz hərəkətləri insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təminatçı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının və Konstitusiya Məhkəməsinin normal iş fəaliyyəti əksinə qarşı sifarişli yönəldilib, məhz şərəf və ləyaqətinin də sifarişli ləkələndirilib, şəxsiyyətinin sifarişli alçaldılması üzərində də bu gün insan və vətəndaş hüquq və azadlıqlarının pozulması faktına prosessual dəstək nümayiş etdirməsilə peşə fəaliyyətlərilə bağlı işgüzar nüfuzunun sifarişli və məqsədyönlü alçaldılaraq, məhz bu fəaliyyətinin aşağı salınması tələbkarlığında bütövlükdə ali bu təşkilata qarşı, onun fəaliyyətinə qarşı ciddi hörmətsizliyini rəsmi bəlli edib, bu məkanda da prosessual çoxsaylı ədalətsizliklərin sifarişli prosessual gündəmə gətirildiyini rəsmi bəyan etməklə, əslində bu gün ədalət mühakiməsinin qanunla qorunan maraqları ziddinə sifarişli yönəldilərək, sifarişli bir tələbkarlıqla yoğrulan bu cür ədalətsizliklərin məhz prosessual hökm sürməsinə prosessual təşkili meydanı bu cür yaratması ilə sifarişli yoğrulan çoxsaylı bu məlum ədalətsizlikləri, bu gün prosessual qanunsuzluqlar girdabından da rəsmi sənədlərlə bəlli edib, çoxaylı faktiki proses iştirakçısı olduğu səlahiyyətli peşə-vəkillik və nümayəndəlik fəaliyyətlərinin mahiyyəti əsaslarının prosessual sifarişli rədd edilməsi ilə dövlətin hüquq məkanında, birmənalı olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının bu gün vəkilin timsalında pozulması faktlarının planlı, təşkili, sifarişli üsulla prosessual qapanılaraq, çoxsaylı digər hüquq və azadlıqların pozulması faktlarını da bir daha prosessual gündəmə gətirilməsinə etmiş olduğu çoxsaylı xidmətlər, bu dövlət qulluqçu Anar Cəfərovun, Konstitusiya Məhkəməsinin 13 aprel 2005-ci il tarixli Palata iclasının qanunsuz qərardadından xüsusi bəhərləndiyini bəlli etməklə, əslində hüquq müdafiəçisinin, sabiq səlahiyyətli vəkil, bu günün "xxxx" MMC-nin direktoru İddiaçı barəsində, məhz səlahiyyətli peşə fəaliyyətlərilə bağlı olaraq, onun bu gün qanunlarla, konstitusion normalarla, Avropa Konvensiyası və beynəlxalq hüquq normaları ilə qorunaraq, birbaşa müdafiə edilən hüquqlarını prosessual yox edib, Azərbaycan Respublikası Konstitusiyasına və “Konstitusiya Məhkəməsi haqqında” Qanuna, “Dövlət Qulluğu haqqında” Qanuna, digər çoxsaylı müvafiq məlum qanunlara qarşı, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun çoxsaylı məlum qərarlarına qarşı ciddi bir hörmətsizliyinin bu cür təşkili sifarişli gündəmə gətrilməsi, ona qarşı, şərəf və ləyaqətinə qarşı, şəxsiyyətinə qarşı, son olaraq, bu günkü proses iştirakçısı olduğu səlahiyyətli peşə, vəkillik və nümayəndəlik fəaliyyətlərinə qarşı birbaşa yönəldilib, haqlı və ədalətli mübarizənin əleyhinə istiqamətləndirilməklə, pozulmuş hüquqların prosessual bərpasına imkan vermədiyindən Anar Cəfərov barəsində müvafiq xüsusi qərardadın qanuni əsaslarla çıxarılmasına ciddi önəm verib, haqqın və ədalətin müdafiəsinə prosessual rəvac verilməsinin təmin edilərək, barəsində tədbir görülməsi və gələcək bu kimi çoxsaylı neqativ halların qarşısının alınması məqsədilə ədalət mühakiməsinin qanunla qorunan mənafeyinin və maraqlarının müdafiəsinin tələbkarlığı baxımından, vəkilin timsalında insan və vətəndaş hüquq və azadlıqlarının daha dəhşətli bir pozuntusu ilə bağlı, pozulmuş hüquqların mahiyyəti tələbkarlığının bərpasının təmin etdirilməsi baxımından və Konstitusiya Məhkəməsinin normal iş fəaliyyətinin bərpa edilib, prosessual möhkəmləndirilməsi baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə göndərilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 24 aprel 2025-ci il tarixli 2- 1(120)-3001/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3001/2025 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakını təmin etmədən baxaraq, qarşı tərəfin maraqlarının təmin edilməsi yönümündə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İddiaçı ilə cavabdeh orqan arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. İddiaçı Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinə qarşı pozulmuş hüquqlarının bərpası və s. xahiş edir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti deyil, inzibati idarəçiliyin tənzimlənməsinə yönələn fəaliyyətləri inzibati mübahisənin predmeti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Lakin, qeyd edilən qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və mülki hüquqi qaydada həyata keçirdiyi fəaliyyətinə şamil olunmur. Göründüyü kimi, inzibati orqanların bütün fəaliyyəti deyil, məhz inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Göründüyü kimi, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin nümayəndəsinin iştirakının təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilikdə göstəriş yoxdur ki, hakim işə proses iştirakçılarının iştirakı olmadan baxa bilməz. Əksinə, İPM-in 62.3-cü maddəsində göstərilir ki, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Bu onun deməyə əsas verir ki, hakim İPM-in 62.3-cü maddəsinin tələbinə əməl etməklə işə mahiyyəti üzrə baxa bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-3001/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.