Məhkəmə qərarları › İş №2-1(106)-516/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-516/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-516/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X8, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 nümayəndəsi X6 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(120)-551/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı təşkilata verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafiq Dağ-Mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 29 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Şirvan İnzibati məhkəməsində iddia qaldırmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadı ilə, İddiaçı "Zamiq-X” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı "qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 nömrəli qərardadının ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(106)-280/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilmiş və Şirvan İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1724/2022 saylı qərardadı ləğv edilərək iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-645/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “qərarın ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi qalmaqla, iddia tələbinə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 xx.xx.2020-ci il tarixli, 23/20 saylı qərarı və həmin qərarla bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 22 saylı qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2020-ci il tarixli, 23/10 nömrəli qərarının İddiaçı MMC-yə aid olan hissədə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 22 saylı qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(120)-551/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X16 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilməsi və qərarların ləğv olunması nəticəsində həmin inzibati aktların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılaraq İddiaçı MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı üzrə istifadə olunmamış dövr üzrə dağ mədən aktının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X16 X4 üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçı təşkilat müvafıq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafıq Dağ-mədən işləri, dağburuq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. İddiaçı təşkilat qeydiyyatdan keçdikdən sonra İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kənd ərazisindən 2,0 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmiş, İmişli Rayon İcra Hakimiyyəti tərəfındən 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafıq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra aidiyyəti üzrə cavabdeh təşkilata müvafiq müraciət edilərək, Qum-Çınqıl hasilatı üçün “Bəhrəmtəpə-İ” yatağında və ona ayrılan torpaq sahəsinin hüdudlarında fəaliyyətə başlanmasına dair müvafıq icazə istəmişlər. Cavabdeh təşkilat tərəfındən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir. Bundan sonra iddiaçı təşkilat tərəfındən aidiyyəti üzrə cəmiyyətə ayrılan torpaq sahəsində müvafıq fəaliyyətə başlanmışdır. Həmçinin Milli Sertifıkatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli uyğunluq sertifkatına əsasən iddiaçı təşkilatın istehsalı etdiyi məhsul müvafıq tələblərə uyğundur. Eləcə də iddiaçı təşkilatın fəaliyyəti həmçinin Sənayedə X7 və X13 Agentliyi tərəfındən verilən 17 iyul 2020 saylı müvafıq çıxarışa əsasən dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı təşkilat tərəfındən 2022ci ilin mart ayına qədər işlədiyi həmin ərazidə həmişə müvafıq qanunverciliyin tələblərinə, o cümlədən ekoloji qaydalara və müvafıq istismarla bağlı təlimatlara, ətraf mühutun qorunması və s. hallara həmişə diqqətlə yanaşmış və fəaliyyəti dövründə bunla bağlı hər hansı nöqsana yol verilməmişdir. Lakin 2022-ci ilin aprel ayının 08-də İmişli Rayon İcra Hakimiyyəti tərəfındən İddiaçı MMC-ə ayrılan Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinə dair 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2016-cı il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilməsi qərara alınmışdır. (müvafıq olaraq tərəflərindən mübahisələndirilmişdir). Həmin sərəncamın məzmununa diqqət yetirdikdə məlumatlı olmuşlar ki, məhz buna əsas cavabdeh təşkilat tərəfindən onlara ayrılmış 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktının ləğvi əsas olmuş, yəni onlar tərəfındən cəmiyyətə verilmiş müvafıq akt ləğv edildiyindən hazırda torpaq sahəsinə dair müvafıq sərəncam da ləğv edilməlidir. Bundan sonra şifahi maraqlanarkən məlum olmuşdur ki, həmin cavabdeh təşkilat tərəfındən həmin akt 29 aprel 2021-ci il tarixli qərarla ləğv edilmiş, səbəb kimi isə həmin toraq sahəsindən istifadə edilmədiyi qeyd edilmişdir. Lakin həmin qərarın surəti cəmiyyətə hazırkı vaxta kimi rəsmi qaydada təqdim edilməmişdir. (bunla bağlı hazırda aidiyyəti quruma müvafiq sorğu ilə müraciət edərək, həmin qərarın surətinin onlara təqdim edilməsini xahiş etmişlər). Lakin hazırda müvafiq iddia müddətinin keçməməsi ilə əlaqədar həmin icra hakimiyyətinin sərəncamı və onlardan aldıqları şifahi məlumat əsasında iddianı qaldırırlar. Həmin aktı isə hesab edirlər ki, aşağıdakılara görə tamamilə qanunsuz və əsassız olmaqla əlverşsiz inzibati akdır. Belə ki, ilk öncə qeyd edirlər ki, həmin qərar əlverşsiz inzibati akt olmaqla iddiaçı təşkilatın hüquqlarını tamamilə məhdudlaşdırır və ona verilmiş hüquqdan əsassız məhrum etməsinə səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfındən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv oluıımalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan əlavə hesab edirlər ki, həmin əlverişsiz inzibati akt qəbul edilərəkən bu barədə iddaçıya hər hansı bir məlumat verilməmiş, ümumiyyətə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq inzibati icraat haqqında qanunun tələbləri tamamilə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfındən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qanunverciliyin qeyd edilən tələbindən görünür ki, inzibati orqan inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən xidməti vəzifəsindən irəli gələn öhdəliklərinə əməl etməyərək, mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, yalnız öz mülahizələrinə əsaslanmaqla inzibati akt qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati akt əlverşsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmaqla qəbul edilmişdir. Digər tərəfdən həmin izibati aktın hansısa monitorinq apararaq cavabdeh tərəfındən hansısa pozuntulara yol verildiyi, həmin torpaq sahəsindən təyinatı üzrə iki il müddətində istifadə edilmədiyi qeyd edilmişdir. Hansı ki, bununla bağlı hər hansı bir sübut olmadığı halda inzibati orqanın heç bir inzibati araşdırma aparmadan birtərəfli qaydada həmin nəticəyə gəlməsi də tamamilə əsassızdır. "Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı abzasına əsasən Yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 7-ci abzasında Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 4-cü bəndində isə yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılması göstərilmişdir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində isə lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafıq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə Lisenziya və icazə dayandırılır. Hazırkı iş üzrə isə qanunverciliyin qeyd edilən yerin təkindən istifadənin göstərilən şərtlərlə ləğv edilməsi üçün müəyyən qaydaları imperativ şəkildə müəyyən etmişdir. Belə ki, həmin maddənin tələbi isə iki hissədən ibarətdir. 1-ci hissə müvafıq olaraq, yerin təkinin istifadəçisinin icazədə göstərilən müddətdə bu hüququ həyata keçirməsi, 2-ci hissə isə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamaması. Hər iki şərtin məcmu halında olması məhz müvafiq səlahiyyətli orqana ilk öncə həmin hüququnun ləğvi əsasını vermir və inzibati orqan tərəfindən həmin hüququ dayandırılması öhdəliyi qoyur. Yəni, icazə verən orqan ilk öncə həmin halların hər ikisi baş verdikdə yerin təkindən istifadə hüququ dayandırılmalı, bundan sonra həmin qanunun və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan digər şərtləri icra etməlidir. Belə ki, bundan sonra icazə verən orqan müvafiq yerin təkinin isitifadəçisinə qanunla müəyyən edilmiş qaydada müvafiq xəbərdarlıq edərək, ona lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair xəbərdarlıq etməli idi. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya belə bir dayandırma qərarı, habelə xəbərdarlıq barədə məlumat yollamamış, ümumiyyətlə qeyd edilən qanunun göstərilən müdəallarına əməl etməmişdir. Bundan sonra inzibati orqan tərəfındən həmin xəbərdarlığın müvafıq nəticəsi olaraq, həmin inzibati icraat haqqında qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq, araşdırma aparmaqla iddiaçının müvafıq xəbərdarlığa əməl edib-etməməsini, bununla bağlı nöqsanların aradan qaldırlıb-qaldırılmaması barədə halları araşdırmaqla maraqlı şəxsin istirakını təmin etməklə müvafıq qərar qəbul etməli olduğu halda inzibati orqan göstərilən qanunverciliyin bütün müddəalarını pozaraq, birtərəfli əlverşsiz inzibati qərar qəbul etmişdir. Ona görə də, həmin əlverşsiz inzibati akt ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(120)-551/2024 saylı qərarı ilə iddia təmin olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Agentlik "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Agentliyin əməkdaşları tərəfindən Araz çayının hövzəsində yerləşən qum-çınqıl karxanalarının monitorinqi zamanı İmişli rayonu ərazisində "Bəhrəmtəpə-İ” yatağından qum-çınqıl çıxarılması üçün "Zamiq-X” MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli "Dağ-mədən ayırması” Aktı ilə ayrılmış 2 ha yer təki sahəsində baxış zamanı böyük (ümumi sahəsi 3.20 ha olan) süni göl aşkar edilmiş, lakin baxış zamanı hasilat işlərinin aparılmaması aşkar edilmiş, bununla bağlı vətəndaş sahədə artıq işləmədiyini bildirmişdir. Bu səbəbdən X11 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə "Zamiq-X” MMC-yə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli "Dağ-mədən ayırması” aktının əsli, ayrılmış yer təki sahəsinin istifadə olunmadığı təqdirdə, Agentliyə təhvil verilməsi tələb olunmuşdur. Agentliyin əməkdaşları tərəfindən 21 sentyabr - 23 oktyabr 2020-ci il tarixlərində Aran coğrafi-iqtisadi rayonunun İmişli rayonunda fəaliyyət göstərən karxanaların monitorinqi zamanı müəyyən olunmuşdur ki, "Dağ-mədən ayırması aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin daxilində 182 800 m3, xaricində isə 109 936 m3 faydalı qazıntı hasil edilmişdir. "Dağ-mədən ayırması” aktı ilə 2 ha ərazi yer təkində istifadə üçün ayrılmasına baxmayaraq, istismarçı 3.2 ha ərazidə qadağan olunmuş hidromexaniki qurğu ilə hasilat işləri aparmışdır. Ərazinin bir qismi “Bəhrəmtəpə-1” yatağı hüdudlarından kənarda yerləşir. Qeyd olunanlar 2018 və 2021-ci ilin peyk şəkillərində öz əksini tapır. Göstərilənlərə baxmayarq İddiaçı MMC tərəfindən Mineral xammal bazasının bərpası üzrə Dövlət Fonduna ayırmaların ödənişi təmin edilməmişdir. Yer təki sahəsindən kənarda aparılmış hasilata görə X16 X3 29 aprel 202l-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya verilmiş “Dağ-mədən ayırması” aktı ləğv edilmişdir. Ləğv edilmiş “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahədə artıq faydalı qazıntı ehtiyatı tükənmişdir, həmin əraziyə “Dağ-mədən ayırması” aktı verilə bilməz, çünki 2 ha sahədən artıq ərazidə qazıntı işləri aparılmışdır. Odur ki, X11 29 aprel 2021-ci il tarixli, 22 saylı qərarı ilə xx.xx.2018-ci il tarixli, 01021 saylı “Dağ-mədən ayırması” aktı ilə ona verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən ləğv edilmişdir. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu il bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırırıq ki, İddiaçı MMC iddia müddətini ötürmüşdür. Belə ki, X16 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 22 saylı qərarı müvafiq qaydada iddiaçıya poçt göndərişi vasitəsilə xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X16 X5 tərəfindən Şirvan İnzibati Məhkəməsinə müraciət olunur. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpəİ” yatağından qum-çınqıl hasilatı məqsədilə verilmiş 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayırması” Aktının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası məhkəmə baxışı içlasını işin hallarına əsasən iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 səlahittəli nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarları mübahisələndirmişdir. -Birinci instansiya məhkəməsində cavadeh tərəfin etirazlarından biri də, iddia müddətinin ötməsi ilə bağlı olsa da, mübahisəli qərarın iddiaçı tərəfə çatdırılması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC X20 Filialının İddiaçı MMC-yə ünvanladığı 13 may 2022-ci il tarixli 77 nömrəli məktubunda göstərilmişdir ki, ETSN-nin X16 X5 tərəfindən 29 aprel 2021-ci il tarixdə sizə ünvanlanan məktubun "xxxx" MMC-yə və onun səlahiyyətli nümayəndəsinə təqdim olunmasının aşkar edilməsi müəyyən edilməmişdir. Belə ki, həmin vaxtdan uzun müddət keçdiyi üçün həmin dövrə aid qeydiyyat və çatdırma sənədlərini əldə etmək mümkün deyildir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-i xx.xx.2014-cü il taridə qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli, 19 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısı ilə İddiaçı MMC-i arasında Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 nömrəli sərəncamı əsasında 25 il müddətinə müqavilə bağlanmışdır. -Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 89 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-yə rayonun Xubyarlı kəndi ərazisində yerləşən dövlət fondundan qum-çınqıl materialının çıxarılması üçün 2,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayonu İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli, 111 saylı Sərəncamı və 03 avqust 2017-ci il tarixli, 19 saylı icarə müqaviləsi ləğv edilmişdir. -Azərbaycan Respublikası İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 nömrəli sərəncamından görünür ki, İddiaçı MMC-i rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətə qum-çınqıl materialının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüquqi ilə ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Aktın surətindən görünür ki, İmişli rayonu İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov, böyük məsləhətçisi Orxan Nağıyev, İddiaçı MMC-nin rəhbəri Namiq Xankişiyevin iştirakı ilə, İddiaçı MMC-nə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 21 fevral 2018-ci il tarixli, 01021 nömrəli dağmədən ayırması Aktından görünür ki, “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçı MMC-yə verilən dağ-mədən ayırması Azərbaycan Respublikası İmişli rayonu inzibati ərazisində 2,0 ha torpaq sahəsi təşkil edir. Dağ-mədən ayırması müddəti 5 il olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi EL-366/2018 nömrəli, xx.xx.2018-ci il tarixli lisenziyadan görünür ki, İddiaçı MMC-nə dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növünü həyata keçirməyə icazə verilmişdir. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X7 və X13 Agentliyi tərəfindən İddiaçı MMC-nə göstərilən hüquqi və fiziki şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli A-11763 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 xx.xx.2021- ci il tarixli, 22 nömrəli qərarından görünür ki, 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağmədən ayırması" aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 xx.xx.2020-ci il tarixli, 000258 nömrəli Aktından görünür ki, “Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2118 sərəncamının icrası ilə əlaqədar olaraq Ekologiya və təbii sərvətlər Nazirliyinin tapşırığı ilə İmişli rayonu ərazisində yerləşən İddiaçı MMC-yə məxsus qum-çınqıl karxanasına baxış keçirilmişdir. İddiaçı MMC-nin əlaqələndirici şəxsi ilə əlaqə saxlanılmış və həmin şəxs bildirmişdir ki, onlar artıq karxana fəaliyyəti göstərmirlər. “Dağ-mədən ayırması" aktı üzrə hüquqi şəxsə verilmiş karxana sahəsində daxildə 20000 kv.m sahədə orta istismar dərinliyi 9,14 metr olmaqla 182700, xaricində 12028 kv.m sahədə orta istismar dərinliyi 9.14 metr olmaqla 109936 kv.m həcmində hasilat aparılmışdır. Markseyder planında və İmişli rayonu İcra Hakimiyyətinin torpaq sahəsinin planında kordinatlar şərti olduğundan ərazidə kənarlara çıxmalar müəyyən edilə bilinmədi. Ərazinin bir qismi “Bəhrəmtəpə-İ” yatağı hüdudlarından kənarda yerləşir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 xx.xx.2022-ci il tarixli, 000054 nömrəli Aktında göstərilmişdir ki, “14” oktyabr 2022-ci il tarixində İmişli rayonu “Bəhrəmtəpə-1-ci” qum-çınqıl yatağında yerləşən İddiaçıMMC-yə məxsus karxana sahəsinə baxış keçirən zaman aşağıdakılar aşkar edildi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 951/V nömrəli əmrinin icrası ilə əlaqədar olaraq İmişli rayonu ”Bəhramtəpə-İ” qum-çınqıl yatağında yerləşən İddiaçı MMC-yə məxsus karxana sahəsinə nümayəndə İlham Məhərrəmovun iştirakı ilə baxış keçirilmiş. İddiaçı MMC-yə 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağmədən ayırması" aktı ilə 2,0 ha sahə qum-çınqıl hasilatı məqsədi ilə 5 il müddətinə istifadəyə verilmişdir. Əraziyə bundan əvvəl xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş 258 nömrəli akt tərtib edilmişdir.Həmin aktın nəticəsinə əsasən X16 X3 İdarə heyətinin xx.xx.2021-ci il tarixli, 24 nömrəli qərarı ilə Azərbaycan Respublikasının “Yerin təki haqqında” qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr” haqqında qanunun 26.1.9-cu maddəsinə əsasən İddiaçı MMC-nin yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Buna baxmayaraq fəaliyyəti davam etdirilmişdir. Sahədə ölçü işləri aparılan zaman müəyyən olunmuşdur ki, əraziyə bundan əvvəl keçirilmiş xx.xx.2020-cu il tarixli baxışdan hazırki baxışadək olan dövr ərzində X-756739 Y-4406851, X-756754, Y- 4406809, X-756711, Y-4406786, X756692, Y-4406802, X-756711, Y-4406852 kordinatları daxilində 2654 kv.m sahədə orta istismar dərinliyi 8 metr olmaqla 21232 kv.m həcmində faydalı qazıntı hasilatı aparılmışdır. Markseyder planında qeyd olunan kordinatlar şərti olduğundan hasilat sahəsinin ayrılmış sahəsinin daxilində və ya kənarında olduğunu müəyyən etmək mümkün olmadı. Lakin qeyd etmək lazımdır ki, xx.xx.2020-cı il tarixli 258 nömrəli akt nəzərə alındıqda MMC-nin hasilat apardığı ümumi ərazi ona ayrılmış 2.0 ha ərazidən böyükdür. Nəticə olaraq yerin təkindən istifadə hüququnun ləğv edilməsinə baxmayaraq fəaliyyət davam etdirilməklə İddiaçı MMC tərəfindən “Yerin təki haqqında” Qanunun 9,10,21,46-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı MMC-nin hasilat sahəsinin peyk vasitəsilə çəkilmiş fotoları təqdim edilmişdir. -Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalovun xx.xx.2023-cü il tarixli, 23-12-02-01- 000081 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə qarşı cinayət işinin başlanması rədd edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/9265 nömrəli ekspert rəyinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamına əlavə edilmiş cizgidə koordinatlar, döngə nöqtələri arasında məsafələr, istinad nöqtələrindən məsafələr qeyd olunmadığından, eləcə də xx.xx.2018-ci il tarixli, 01021 nömrəli "Dağmədən ayrılması” aktının əlavəsi olan markşeyder planında döngə nöqtələrinin koordinatları şərti olaraq göstərildiyindən (künc nöqtələrinin X və Y koordinatları altı və yeddi rəqəmli olmalı olduğu halda, markşeydər planında həmin koordinatlar beş rəqəmli göstərilmişdir), qeyd olunan sənədlər əsasında İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində olan (İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı ilə "Zamiq-X” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar torpaq sahəsi kimi iddia olunan) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, “kadastrportali.az” elektron kadastr portalında qeyd olunan məlumatlara əsasən İddiaçı faktiki istifadəsində olan (iddia olunan) torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Dövlət Ehtiyyat fondu torpaqlarına aiddir. Torpaq sahəsinin cizgisi və koordinatları rəyin tədqiqat hissəsində göstərilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01021 nömrəli “Dağmədən ayrılması” aktı ilə İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadığından, qeyd olunan torpaq sahəsinin sənəd üzrə koordinatları ilə İddiaçı faktiki istifadəsində olan (iddia olunan) torpaq sahəsinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır.İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01021 nömrəli “Dağ-mədən ayrılması” aktı ilə İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-İ” qum-çınqıl yatağında qum-çınqıl hasilatı məqsədi ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar olan torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmadığından, həmin sənədlərdə qeyd olunan torpaq sahəsindən kənarda hasilat aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 111 saylı sərəncamı ilə İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 2,0 hektar torpaq sahəsi kimi iddia olunan sahənin ərazinin yanında yerləşən gölün kənarında yerləşdiyi, hasilat aparılmayan boş ərazi olduğu, ərazinin daxilində iddiaçının istifadəsində olan bir mərtəbəli tikililərin və müxtəlif qurğuların yerləşdiyi müəyyən olundu. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 X15 rayonu ərazisində “İmişli”, “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” qum-çınqıl yataqlarında keçirilmiş monitorinqlərin nəticələrinə dair xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarının 2ci bəninə əsasən göstərilmişdir ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən istifadə etməyən İddiaçınə müvafiq bildirişlər göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılması təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14- 785/23 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X16 X5 X22 tərəfindən Zamiq-X” MMCdə (VÖEN **********) 2020-2021-ci illərdə keçirilən yoxlamaların 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri”ndə qeydiyyatı ilə bağlı müraciətə baxılmışdır. Bildiririk ki, sorğu edilən dövr ərzində adıçəkilən qurum tərəfindən İddiaçı MMC-də yoxlamanın keçirilməsi ilə bağlı Reyestrə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X5 tərəfindən Zamiq-X” MMC-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 36/237 nömrəli məktubunda göstərilmişdir ki, İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə-1” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 21 fevral 2018-ci il tarixli 01021 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə sizə ayrılmış yer təki sahəsinə tərəfinizdən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmişdir. Baxış keçirilən vaxt ayrılmış sahədə hasilat işlərinin aparılmaması müəyyən edilmişdir, lakin sahə əvvəllər istismar edilmiş və yerin təkindən 293 052 m3 qum-çınqıl qarışığı hasil edilmişdir. Fəaliyyət göstərdiyi vaxtlarda yer təkindən çıxarılmış faydalı qazıntılara görə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mineral-xammal bazasının bərpasına yönəldilmiş ayırmaların ödənilməsini və 5 gk (geoloji-kəşfiyyat) statistik hesabatın verilməsini təmin etməlidir. Sahədə fəaliyyəti təmin olunmazsa, bu barədə Agentliyi müəyyən olunmuş qaydada məlumatlandıraraq müvafiq icazə sənədinin əslini təhvil vermək tələb olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2021ci il tarixli, 3-16-5/2-11-4910/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X16 X5 X22 tərəfindən İddiaçınə (VÖEN **********) məxsus ərazilərdə 2020-2021-ci illərdə keçirilən yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınıb-alınmaması barədə sorğuya baxılmışdır. 2020-2021-ci illərdə adıçəkilən sahibkarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X16 X5 X22 tərəfindən yoxlamanın aparılması ilə bağlı məlumat “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X16 X5 X22 tərəfindən qəbul edilmiş “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 22 nömrəli qərara əsasən, xx.xx.2018-ci il tarixli, 01021 saylı “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi bu Qərarı 2 iş günü müddətində İddiaçınə təqdim olunması və ya sifarişli poçt göndərişi vasitəsi ilə göndərilməsini yerin təki istifadəçisinə aid torpaqayırma sənədlərinin (sərəncam, qərar, müqavilə və s.) ləğv olunması ilə bağlı aidiyyatı üzrə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə müraciət göndərilməsi təmin edilməsi qərara alınmışdır. -Müəyyən edilmişdir ki, İddiaçı MMC xx.xx.2014-cü il tarixdə İmişli rayonu, Buludlu kəndində qeydiyyatdan keçmişdir və təşkilat müvafıq olaraq, xx.xx.2018-ci il tarixdə İqtisadi İnkişaf Nazirliyindən müvafıq Dağ-mədən işləri, dağ-buruq qazmalarının aparılmasına dair lisenziya almış və fəaliyyətə başlamışdır. -İmişli Rayon İcra Hakimiyyətinin 03 avqust 2017-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Xubyarlı kəndi ərazisindən 2,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmişdir, bundan sonra tərəflər arasında eyni tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müvafıq olaraq, ona torpaq sahəsinin yerquruluşu planı verilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan sonra cavabdeh təşkilat tərəfındən 21 fevral 2018-ci il tarixli, 01021 saylı müvafıq Dağ-Mədən ayırma Aktına əsasən 5 il müddətinə icazə verilmişdir və iddiaçı təşkilat tərəfındən aidiyyəti üzrə cəmiyyətə ayrılan torpaq sahəsində müvafıq fəaliyyətə başlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X16 X3 21 fevral 2018-ci il tarixli, 01021 saylı aktı ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilməsinə dair xx.xx.2020-ci il tarixdə 000258 nömrəli akt tərtib edilmişdir. Cavadeh inzibati orqan həmin akta əsaslanaraq iddiaçının barəsində xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar qəbul edilmiş və həmin qərarın 2-ci bəndinə əsasən göstərilmişdir ki, “Dağmədən ayırması” Aktı ilə ayrılmış sahədən istifadə etməyən İddiaçınə müvafiq bildirişlər göndərilərək icazə sənədinin əslinin Agentliyə qaytarılması təmin edilməsi qərara alınmışdır. Həmin qərarı qəbul etdikdən sonra cavabdeh inzibati orqan həmin qərara əsaslanaraq xx.xx.2018-ci il tarixli, 01021 saylı “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən, bu qərar imzalandığı gündən ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 22 nömrəli qərarı qəbul etmişdir. -Bundan əlavə 21 fevral 2018-ci il tarixli, 01021 saylı Dağ-Mədən ayırması aktı ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 2 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüş və həmin ərazidən kənarda qumçınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Bütün qeyd olunanlardan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının müvafiq rəyindən göründüyü kimi, koordinatlar müəyyən olunmasa da, iddiaçı tərəfindən görülmüş işlər, müəssisəyə aid avadanlıqlar və tikililər icarə verilmiş 2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir, cavabdeh tərəfindən keçirilən yoxlama aktında göstərilən göl həmin ərazidən kənarda yerləşir, orada hər hansı işin görülməsi, texnika və digər ləvazimatların olması aşkar olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, mübahisəli dağ-mədən aktı verilərkən, ərazinin koordinatları da həmin akta əlavə olunmalı idi. Lakin cavabdeh tərəf özü həmin koordinatları təqdim edə bilməmiş, nəticədə mübahisəli aktın ləğv olunmasına əsas olan halların mövcudluğunu sübut edə bilməmişdir. Bu hallar isə iddia tələbinin dəlillərinin əsaslı olması qənaətinə gəlmək üçün kifayət qədər yetərli haldır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(120)-551/2024 saylı qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov Hakimlər: Cahid İmanov Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar