Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-517/2025 29.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-753/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) ilkin olaraq xx.xx.2014-cü il tarixdə X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Diskogen mənşəli C3-C4-C5-C6-C7 radikulopatiya davamlı kökcük ağrılarla yuxarı ətrafların yüngül paraperezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:2-2 diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə əlillik; xx.xx.2015-ci il tarixdə X1: Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumların xəstəlikləri=>:M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42-Onurğanın osteoxorondrozu => M42.1-Yaşlıl; Diaqnozun mətni: Diskogen mənşəli C3-C4-C5-C6-C7 radikulopatiya davamlı kökcük ağrılarla yuxarı ətrafların yüngül paraperezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:2-2 diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən iddiaçıya əsas diaqnoz: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə lll-İV dərəcə ikitərəfli koxliar nevrit lll-İV dərəcə; Ağırlaşmalar: G45.0- Vertebrobazılyar arterial sistem sindromu. Beyin qan dövranı pozğunluğu, Diskogen boyun və bel faqərələnnin osteoxondrozu, G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Dissirkulyar ensefalopatiya, H93.3- Eşitmə sinirinin xəstəlikləri, ikitəfli koxliar nevrit lll-İV dərəcəli, R52.2-Digər daimi ağn. Davamlı kokcuk ağrı sindromu ilə, M42.0-Onurğanın gənclik osteoxondrozu, Onurğanın osteoxondrozu diaqnozu ilə bağlı xx.xx.2023-cü il tarixli İ00119829XGB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərar ilə “Diaqnoz əlillik təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. LOR Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iddiaçının müayinəsinə dair tibbi sənəddə qeyd edilmişdir ki, “...Test nəticəsi:TEOAE: Sol qulaq testən keçmədi Sağqulaq testən keçmədi Timpanometriya: Sağ qulaq Tip A akastik testlər alındı, Sol qulaq Tip A akastik testlər alındı. Hava yolu Clieck Bera: Sol qulaqda 80 dB nHL Clic uyaran şiddətindi refuction polaritədə 31.1 ratedə V dalğa əldə olundu. Sağ qulaq 80 dB nHL Clic uyaran şiddətindi refuction polaritədə 31.1 ratedə V dalğa əldə olundu. Nəticə: İkitərəfli ağır dərəcədə (İV dərəcə) Sensonevral eşitmə azlığı.” Azərbaycan Tibb Universitetinin X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-2-20-2/2-50/2025 nömrəli məktubda və məktuba əlavə olunmuş həkim rəyində qeyd edilmişdir ki, “...Xəstə İddiaçı Azərbaycan Tibb Universitetinin X2 dəvət olundu və mütəxəssis tərəindən müayinə olundu. Bununla bağlı həkim rəy Sizə göndərilir. xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 85 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” Azərbaycan Tibb Universitetinin X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28-20-2/2-331/2025 nömrəli məktubda və məktuba əlavə olunmuş həkim rəyində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə X7 (təbbi yuxu) müayinəsindən keçmişdir. İddiaçı, xx.xx.1969-cu il təvəllüdlü, xx.xx.2025-ci iİ tarixdə ATU X2 eşitmənin zəifləməsi, qulaqda küy şikayətləri ilə müayinə üçün müraciət etmişdir. Xəstəyə eşitmənin müayinəsi, BERA testi aparılmışdır. Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə diaqnozu təyin olunmuşdur. Eşitmənin protezləşməsi tövsiyə edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T905/2025 nömrəli ekspert rəyində qeyd edilomişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçərkən müvafiq müayinələrə göndərilmiş, “Respublika Neyrocərrahiyyə Xəstəxanası” phş-də 25xx.xx.2025-ci il tarixlərdə müayinədən keçərkən ona “Yayılmış osteoxondroz, osteopeniya, boyun, döş və bel fəqərələrin degenerativ dəyişikliyi, Şmorl düyünləri, C5- C6 fəqərəarsı diskin yırtığı, C3-C4, C4-C5, C6-C7, Th8-Th9, ThlO-Thll və L4-L5, C5-S1 fəqərəarası disklərin protruziyası polineyropatiya, ağrı sindromu ilə-(M42; M51.3; M51.4; M51.2; M51.8; G55.5)” diaqnozu, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də isə xx.xx.2025-ci il tarixdə aparılmış müayinələrindən sonra “U90.3ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə İV dərəcə” diaqnozu təyin edilmişdir. - Yuxarıda qeyd edilənlər istər müvafiq tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişdə (Forma 088), istərsə də əlilliyin təyin edilməsinə əsas olmuş əvvəlki müayinə göndərişlərində (Forma 88) qeyd olunan diaqnozlarla eynilik təşkil edir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “02 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən müddətsiz ona 50% xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizinin (əlilliyin) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə işlədiyi dövrdə ümumi xəstəlik nəticəsində İİ dərəcəli əlil olmuşdur. Əlliyi iki dəfə 1 il müddətinə təyin edilərək, sonradan 5 illik müddətə müəyyən olunmuşdur. 2021-ci il tarixdən ona təyin olunmuş əlillik növbəti müddət üçün yenidən müəyyən olunmamışdır. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə onun əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə ona göndəriş verməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində ona əlillik təyin edilməsindən imtina edilmişdir. Hansı ki, onun xəstəliyi daha da kəskinləşmiş və iş qabiliyyəti azalmış, tam olaraq İİ dərəcəli əllik meyyarları qalmışdır. Bundan başqa, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli neyrosensor ağıreşitmə lll-İV dərəcə iki tərəfli koxliar nevrıt. lll-İV dərəcə. Vertebrobazilyar arterial sistem sindromu, Beyin qan dövranı pozğunluğu Diskogen boyun və bel fəqərələrinin osteoxondrozu Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-753/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə ekspertiza təyin etmədən şəxsin əyani müayinəsi nəticəsində əldə olunan nəticələrə məhəl qoymadan şəxsə əlillik təyin edilməısi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları). 9.1. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60-H95 Qulağın eşitmə pozuntusu törədən anadangəlmə Q16 inkişaf qüsurları Qiymətləndirmə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərilişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2014-cü il tarixdə X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Diskogen mənşəli C3-C4-C5-C6-C7 radikulopatiya davamlı kökcük ağrılarla yuxarı ətrafların yüngül paraperezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:2-2 diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə əlillik; xx.xx.2015ci il tarixdə X1: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumların xəstəlikləri=>:M40-M43-Deformasiyaedən dorsopatiyalar => M42-Onurğanın osteoxorondrozu => M42.1-Yaşlıl; Diaqnozun mətni: Diskogen mənşəli C3-C4-C5-C6-C7 radikulopatiya davamlı kökcük ağrılarla yuxarı ətrafların yüngül paraperezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:2-2 diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən iddiaçıya əsas diaqnoz: H90.3-Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli neyrosensor ağıreşitmə lll-İV dərəcə ikitərəfli koxliar nevrit lll-İV dərəcə; Ağırlaşmalar: G45.0- Vertebrobazılyar arterial sistem sindromu. Beyin qan dövranı pozğunluğu, Diskogen boyun və bel faqərələnnin osteoxondrozu, G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Dissirkulyar ensefalopatiya, H93.3- Eşitmə sinirinin xəstəlikləri, ikitəfli koxliar nevrit lll-İV dərəcəli, R52.2-Digər daimi ağn. Davamlı kokcuk ağrı sindromu ilə, M42.0-Onurğanın gənclik osteoxondrozu, Onurğanın osteoxondrozu diaqnozu ilə bağlı xx.xx.2023-cü il tarixli İ00119829XGB nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərar ilə “Diaqnoz əlillik təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. LOR Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iddiaçının müayinəsinə dair tibbi sənəddə qeyd edilmişdir ki, “...Test nəticəsi:TEOAE: Sol qulaq testən keçmədi Sağqulaq testən keçmədi Timpanometriya: Sağ qulaq Tip A akastik testlər alındı, Sol qulaq Tip A akastik testlər alındı. Hava yolu Clieck Bera: Sol qulaqda 80 dB nHL Clic uyaran şiddətindi refuction polaritədə 31.1 ratedə V dalğa əldə olundu. Sağ qulaq 80 dB nHL Clic uyaran şiddətindi refuction polaritədə 31.1 ratedə V dalğa əldə olundu. Nəticə: İkitərəfli ağır dərəcədə (İV dərəcə) Sensonevral eşitmə azlığı.” Azərbaycan Tibb Universitetinin X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-2-20-2/2-50/2025 nömrəli məktubda və məktuba əlavə olunmuş həkim rəyində qeyd edilmişdir ki, “...Xəstə İddiaçı Azərbaycan Tibb Universitetinin X2 dəvət olundu və mütəxəssis tərəindən müayinə olundu. Bununla bağlı həkim rəy Sizə göndərilir. xx.xx.1969-cu il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixində medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 85 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 80 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.” Azərbaycan Tibb Universitetinin X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-28-20-2/2-331/2025 nömrəli məktubda və məktuba əlavə olunmuş həkim rəyində qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə X7 (təbbi yuxu) müayinəsindən keçmişdir. İddiaçı, xx.xx.1969-cu il təvəllüdlü, xx.xx.2025-ci iİ tarixdə ATU X2 eşitmənin zəifləməsi, qulaqda küy şikayətləri ilə müayinə üçün müraciət etmişdir. Xəstəyə eşitmənin müayinəsi, BERA testi aparılmışdır. Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə diaqnozu təyin olunmuşdur. Eşitmənin protezləşməsi tövsiyə edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T905/2025 nömrəli ekspert rəyində qeyd edilomişdir ki, “...İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçərkən müvafiq müayinələrə göndərilmiş, “Respublika Neyrocərrahiyyə Xəstəxanası” phş-də 25xx.xx.2025-ci il tarixlərdə müayinədən keçərkən ona “Yayılmış osteoxondroz, osteopeniya, boyun, döş və bel fəqərələrin degenerativ dəyişikliyi, Şmorl düyünləri, C5- C6 fəqərəarsı diskin yırtığı, C3-C4, C4-C5, C6-C7, Th8-Th9, ThlO-Thll və L4-L5, C5-S1 fəqərəarası disklərin protruziyası polineyropatiya, ağrı sindromu ilə-(M42; M51.3; M51.4; M51.2; M51.8; G55.5)” diaqnozu, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də isə xx.xx.2025-ci il tarixdə aparılmış müayinələrindən sonra “U90.3ikitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə İV dərəcə” diaqnozu təyin edilmişdir. - Yuxarıda qeyd edilənlər istər müvafiq tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişdə (Forma 088), istərsə də əlilliyin təyin edilməsinə əsas olmuş əvvəlki müayinə göndərişlərində (Forma 88) qeyd olunan diaqnozlarla eynilik təşkil edir.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, məhkəmə sorğusunun cavablandırılması, müətəxəssis rəyləri və s.), o cümlədən xx.xx.2025-ci il tarixli T905/2025 ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli İ00119829XGB nömrəli verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 9.1.4-cü bəndinə uyğun əlilik təyin edilməsinə əsas verir. Ən əsası nəzərə almaq lazımıdr ki, iddiaçının xəstəliyi ilə bağlı rəylər ixtisaslaşmış tibb müəssisələri tərəfindən verilmişdir. İddiaçı sonuncu xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli 2-1(120)-753/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.