Məhkəmə qərarları › İş №2-1(106)-518/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-518/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-518/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-855/2024 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Fililalına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 iyul 2024-cü il tarixli, 2-1(120)- 855/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X9 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyi dövrlə bağlı əmək müqaviləsi əlavə edilmişdir ki, həmin müqavilənin 6.3 bəndində işlədiyi işin zərərli olduğu müəyyən olunur. Həmçinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin Əmtəə operatorunun Peşə təlimatında isə işlədiyi peşənin xüsusiyətləri, funksiyası və gzəştli iş hesab olunması ilə bağlı müvafiq qeydlər aparılmışdır. Belə olduğu halda mövcud olan sənədlər qanunvericiliyin müddəaları ilə birgə təhlil edildikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edilir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 dekabr 1980-cı il tarixindən “Azneft” idarəsində texniki peşə məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, iki il 1981- 1983-cü illərdə həqiqi hərbi xidmətdən sonra da hal-hazıra kimi “SOCAR” Dövlət şirkətinin tabeliyində olan idarələrdə işləyir. “SOCAR” Dövlət şirkətinin 03 may 2023-cü il tarixli, 14- 2/2-H-99 (2-1) 2023-1349 saylı arxiv arayışlarından da göründüyü kimi icra etdiyi işlər əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdir. Məhz buna görə pulsuz xüsusi geyim, qoruyucu vasitələr, qida, əlavə maaş, on gün artıq məzuniyyət, kurort sanatoriya imtiyazlarından yararlanır. Cavabdehin istinad etdiyi minimum pensiya məbləğinin sığorta stajının az olması da həqiqəti əks etdirmir. Belə ki, 39 il ümumi iş stajının 35 ili sığortalı iş stajı sayılır. Sosial sığorta kartında 2006-ci ildən hal-hazıra kimi, yəni 17 il ərzində 48934 manat vəsait vardır. Cavabdehin imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2016xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X9 Company” LTD-də neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi əmtəə operatoru vəzifəsi sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması bəndində (10.2) nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 ii 6 aydan az (11 il 18 gün (xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-cİ il, xx.xx.2017xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2 il 3 ay 18 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1980-cı il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı qeydlər aparılmışdır. -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2003-cü il tarixdən işə qəbul edilməsi və hal-hazıradək əmək fəaliyyətində olması ilə bağlı qeydlər aparılmışdır. -iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ 023766 nömrəli diplomun surətindən görünür ki, 1980-cı ildə S.Ə.Dadaşov adına Kirobabad baza inşaat texnikumuna daxil olmuş və 1986-cı ildə “hidrotexniki tikintilər” ixtisası üzrə tam kursu bitirmişdir. -iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, 3374 nömrəli diplomun surətindən görünür ki, xx.xx.1989-cu ildə Azərbaycan SSR İmişli rayonu 123 nömrəli X10 Məktəbinə daxil olmuş və xx.xx.1990-cı ildə orta təhsil bazasında “traktorçu-maşınçı” peşəsi üzrə tam kursu bitirmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43/3-2-98/2023 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. -X9 Company Limited şirkətinin xx.xx.2020-ci il tarixli, AOOC117/20 nömrəli arayışında bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “X9 Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı flialınm neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində 5-ci dərəcəli Əmtəə operatoru peşəsində xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinə qədər, “X9 Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı flialınm Quyuların əsaslı və yeraltı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər işləmişdir və ümumi is stajı 3 il 9 ay 20 gün-dür. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 3 il 9 ay 20 gün işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Quyuların yeraltı təmir islərinin aparılması, birsıralı və iki sıralı liftlərin parafinli boruların, dərinlik nasosalarının, bir quyu vasitəsilə bir necə layın birlikdə istismarının, qazlift klapanlarının dəyisdirilməsi. Dərinlik nasoslarının batırılma dərinliyinin dəyişdirilməsi, ştatıq larin qırılması və açılmasının qarşısının alınması. Dərinlik nasosunun aşağı kalapamnm yuyulması və plunierin pərçimlənmədən azad edilməsi. Qaz və qum lövhələrinin sökülməsi və təmizlənməsi. Quyuların isti neftlə və başqa kimyəvi ragentlərlə yuyulması. Quyuların qum tıxaclarından və gil məhlulundan yuyulub təmizlənməsi. Quyuların bir istismar üsulundan başqa istismar üsuluna keçirilməsi. Quyuların perforasiya və geofiziki tədqiqat işləri aparılmasına hazırlanması. Müxtəlif istismar üsullarında quyu üstü avadanlığın sökülməsi və yığılması. Avadanlıq və alətlər üzərində profilaktik işin aparılması. Yeraltı təmirlə əlaqədar yükləmə-boşaltma işində iştirak etmək. Quyuları təmirə hazırlayan briqadalar olmayan mədənlərdə qaldırıcıların qurulması və quyuların təmirə hazırlanması ilə əlaqədar bütün islərin görülməsi. Ştepsel ayırıcısı olan quyularda elektrik avadanlığının xəttə qoşulması və xətdən açılması, neft, qaz, və qaz kondensatının hasilatı, qəbulu və saxlanılmasında iştirak etmək və.s ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahınn 10.2 bəndində a (yarımbəndində) müəyyən edilmiş sahəsinin və vəzifənin xüsusiyyətləri ilə eynidir. -“Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-1256/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı “Muradxanlıneft” Neft və Qazçıxarma İdarəsinin və “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (07 ay 19 gün) işlədiyi təmirçi-çilingər peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—18547 kodu ilə qeyd edilmiş “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (02 il 02 ay 17 gün) işlədiyi nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə 2130200a— 14259 kodu ilə qeyd edilmiş “texnoloji nasosların maşinistləri” peşəsi ilə, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsində, X2 Mədənində və “X9 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək (03 il 02 ay) və xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (02 il 09 ay) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı, quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, qazmaçı köməkçisi və quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə 2130200a—11292 kodu ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir (2 №-li siyahınin 12.2-ci yarımbölməsində nəzərdə tutulan peşələr üzrə ümumi iş stajı 08 il 09 ay 05 gün). S.R.X1 X6 kompleks hazırlanması və nəqli sahəsində xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (06 il 11 ay), Neftin və suyun kompleks hazırlanması və vurulması sexində xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (15 il 02 ay 1 gün) və “X9 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (01 il 19 gün) işlədiyi operator və əmtəə operatoru peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısfnm 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 12.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 12.3-cü “Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində ******* a—16085 kodu ilə nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur (2 №-li siyahınin 12.3-cü yarımbölməsində nəzərdə tutulan əmtəə operatoru peşəsi üzrə ümumi iş stajı 23 il 01 ay 19 gün). Belə ki, Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlardan suyun və çirkabın vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltmadoldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. -“Azneft” İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli, 14-2-1/2-676/2024 nömrəli məktubunda bildirilir ki, İddiaçı “X9 Company Limited” şirkətinin Neftin yığılması, hazırlanması və nəqli xidmət sahəsində xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək əmtəə operatoru, Quyuların əsaslı və yeraltı təmiri sahəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək quyuların əsaslı və yeraltı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı “X9 Company Limited” şirkətində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (1 il 20 gün) işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.1.1.4. bəndinə ilə sözügedən Siyahının “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsinə əlavə olunmuş “əmtəə operatorları” peşəsi ilə eynilik təşkil edir. İddiaçı əmtəə operatoru peşəsi üzrə ümumi iş stajı 23 il 1 ay 21 gündür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını müvafiq “Siyahısı” üzrə işlərdə çalışmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-855/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar