Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-519/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydində dəyişiklik edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2913/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AA******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-387/2025 saylı xx.xx.2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1989-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə Astara rayon Ərçivan ərazi nümayəndəliyində 91 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafasında - X6, anası qrafasında - Nümayəndə qeyd olunmuşdur. Cavabdeh 316-5/8-1158/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş 91 №-li xx.xx.1989-cu il tarixli doğum akt qeydindən görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Səlimova, adı Esmira, ata adı Tahir, doğum ili və ayı xx.xx.1989, uşağın doğumunu təsdiq edən sənədlər qrafasında Ərçivan xəstəxana arayışı 31 may 1989 qeyd edilmişdir. Məktubda Təlimata əsasən akt qeydinin tərtib olunmasına əsas olan sənədlərin (doğum haqqında tibbi sənəd, şəxsiyyəti təsdiq edən sənədin surəti və s.) saxlama müddətinin 1 olduğu üçün həmin sənədlərin təqdim edilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 3-16-5/2-19461/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1961-ci il təvəllüdlü X6 ilə xx.xx.1960-cı il təvəllüdlü Nümayəndə olan xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X4 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin, informasiya sistemində valideynləri xx.xx.1961-ci il təvəllüdlü X2 ilə Nümayəndə olan xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X5 doğumu (İddiaçı ögey qardaşları) haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda informasiya sistemində İddiaçı nikahı və övladı haqqında məlumat aşkar edilməmişdir. Seriya XİV-ЖГ 360776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı doğulması ilə bağlı (şəhadətnaməyə müdaxilə olunaraq) “16/V-1989 on altı aprel min doqquz yüz səksən doqquzuncu ildə”; doğum haqqında akt qeydləri kitabında (müdaxilə olunmadan) “1989-cu ilin iyun ayının 20 günündə № 91 ilə” qeyd edilməsi göstərilmişdir. İddia ilə məhkəməyə müraciət edildikdən sonra şəhadətnaməyə yenidən müdaxilə olunaraq bu dəfə doğum tarixinin ayı “V” dən “İV” düzəliş edilməsi müəyyən olunmuşdur. Cavabdeh 3-16-5/8-04/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Astara rayon Ərçivan ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydində doğum tarixi “xx.xx.1989” yazılmışdır. Şəxsiyyəti təsdiq edən sənəddə doğum tarixi “xx.xx.1989” qeyd edilmişdir. Qeydiyyat şöbəsinin arxivində, eləcə də doğum haqqında akt qeydinin üzərində doğum tarixinin xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə nə vaxt və hansı əsaslarla dəyişdirilməsi haqqında heç bir məlumat və xüsusi qeyd aşkar edilməmişdir. Təqdim edilmiş xx.xx.1089cu il tarixli XİV-JQ seriyalı 360776 №-li doğum haqqında şəhadətnamə nəzərdən keçirilərkən doğum tarixinə kənar müdaxilə olunduğu, pozuntuya yol verildiyi aşkar edilmişdir. Odur ki, sənədlər arasında ziddiyyət olduğundan və doğum haqqında akt qeydindəki doğum tarixinin dəyişdirilməsi üçün heç bir əsas olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. “Astara Rayon Mərkəz Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 151 saylı məktubunda göstərilir ki, 25 may 1989-cu il tarixində Nümayəndə Ərçivan kənd sahə xəstəxanasında doğuşu olmamışdır. Nümayəndə tanıyan kənd sakinlərindən aldıqları qeyri-rəsmi məlumata görə vətəndaş ev şəraitində uşaq dünyaya gətirmişdir. Astara Rayon Dövlət Arxivinin 18 iyun 2025-ci il tarixli 77 saylı məktubunda göstərilir ki, Astara Rayon Dövlət Arxivində mühafizə olunan Ərçivan qəsəbəsi ərazi nümayəndəliyinin 1986-1990, 1991-1995-ci illər üzrə təsərrüfatbaşı kitabları tam olaraq yoxlanıldı. Həmin kitablarda İddiaçı (ailə başçısı: X6) adı aşkar olunmadığından sənədlərin göndərilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu ildə Astara rayonu Ərçivan qəsəbəsində doğulmuşdur. Doğumu Astara rayon Ərçivan ərazi nümayəndəliyində xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydinə əsasən qeydə alınmışdır. 1989-cu ilin aprel ayının 16-da doğulsa da, doğum haqqında aktda xx.xx.1989-cu il yazılmışdır. Sənədlərində bəzi ziddiyyətlər yaranmışdır. Sənədlərdə olan bu ziddiyyətlərlə əlaqədar olaraq kənd ərazi nümayəndəliyinə müraciət etmişdir, doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1989-cu ilə düzəliş olunaraq ərazi nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra həmin doğum haqqında şəhadətnamə əsasında bir neçə dəfə şəxsiyyət vəsiqəsi almışdır. Yeni şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmişdir və orada müəyyən edilmişdir ki, doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1989-cü il qeyd olunmuşdur. Bundan sonra doğum tarixinin xx.xx.1989-cu il tarixə düzəliş edilərək şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Doğum haqqında aktda qeydində olan səhv bir sıra hüququnu məhdudlaşdırır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, ərizəçi doğum haqqında təkrar şəhadətnamə verilməsi haqqında Cavabdehnə müraciət etmiş və müəyyən edilmişdir ki, Astara rayon Ərçivan ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydində onun doğum tarixi “xx.xx.1989” yazılmışdır. Lakin iddiaçı doğum tarixinin onun şəxsiyyət vəsiqəsinə uyğun doğum tarixinə, yəni xx.xx.1989-cu ilə dəyişdirilməsini tələb edir. Qeydiyyat şöbəsinin arxivində şəxsin doğum tarixinin nə vaxt və hansı əsaslara görə dəyişdirilməsi haqqında hər hansı bir məlumat aşkar edilməmişdir. Odur ki, şəxsin doğumu haqqında akt qeydindəki doğum tarixinə dəyişiklik edilərək şəxsiyyət vəsiqəsində olan doğum tarixinə uyğunlaşdırılması üçün heç bir qanuni əsas olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-2913/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum tarixlərinin eyni olmaması təsdiq edir ki, vəzifəli şəxslər tərəfindən doğum tarixi düzgün yazılmamışdır. Azərbaycan Respublikası vətəndaşının xarici pasportunda və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1989 kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən həmin sənədlərə qiymət verilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ … 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra-qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. ...
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, doğum tarixinin doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edilməsi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. İddiaçının sonradan doğum tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Doğum haqqında akt qeydinə dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsas hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının doğum darixinin digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. İş materiallarında olan sənədlər ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə Astara rayon Ərçivan ərazi nümayəndəliyində 91 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Akt qeydində atası qrafasında - X6, anası qrafasında - Nümayəndə, uşağın doğumunu təsdiq edən sənədlər qrafasında Ərçivan xəstəxana arayışı 31 may 1989 qeyd edilmişdir. Akt qeydinin tərtib olunmasına əsas olan sənədlər saxlanılmır. “Astara Rayon Mərkəz Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 151 saylı məktubuna əsasən 25 may 1989-cu il tarixində Nümayəndə Ərçivan kənd sahə xəstəxanasında doğuşu olmamış, uşağın anası Nümayəndə tanıyan kənd sakinlərindən aldıqları qeyrirəsmi məlumata görə vətəndaş ev şəraitində uşaq dünyaya gətirmişdir. Astara Rayon Dövlət Arxivində mühafizə olunan Ərçivan qəsəbəsi ərazi nümayəndəliyinin 1986-1990, 1991-1995-ci illər üzrə təsərrüfatbaşı kitablarında İddiaçı (ailə başçısı: X6) adı aşkar olunmamışdır. Seriya XİV-ЖГ 360776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı doğulması ilə bağlı (şəhadətnaməyə müdaxilə olunaraq) “16/V-1989 on altı aprel min doqquz yüz səksən doqquzuncu ildə”; doğum haqqında akt qeydləri kitabında (müdaxilə olunmadan) “1989-cu ilin iyun ayının 20 günündə № 91 ilə” qeyd edilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsində olan şəhadətnaməyə baxış keçirilərkən iddia ilə məhkəməyə müraciət edildikdən sonra şəhadətnaməyə yenidən müdaxilə olunaraq bu dəfə doğum tarixinin ayı “V” dən “İV” düzəliş edilməsi müəyyən olunmuşdur. İddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1989” qeyd edilmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir. Eyni zamanda işin araşdırılması nəticəsində iddiaçının sonradan doğum tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Həmçinin, iddiaçının sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliyin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(120)-2913/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.