Məhkəmə qərarları › İş №2-1(106)-52/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-52/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-52/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-1366/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial X9 şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək kitabçasında qeyd olunan işlədiyi dövrlərin nəzərə alınması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Dövlət Sosial X9 şəhər Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1366/2024 saylı qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1973-cü ildən 2003-cü ilə kimi sosial sığorta stajı var. Onunla Atbulaq klubunda X5 və X2 da bir yerdə yerdə işləmişdir. X1 rayonu, Füzuli küçəsində və X2 işə Hacıqabul rayonu, N.Nərimanov küçəsi 60 nömrəli evdə yaşayırlar. Ona məxsus əmək kitabçasında 24 il 2 ay 3 gün təşkil edir Lakin Sabirabad rayonu, Telman və M.Hüseynzadə adına kolxozda 1970-ci ildən 1997-ci ilə kimi işləmişdir.Həmin illərdə işləməyi barəsində arxiv arayışını iş materiallarına əlavə etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının verdiyi iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-1336/2024 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən) yaşa görə əmək pensiyası təyin edilmiş və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır.Cavabdehin 21.C7.2023 tarixli 3-17-1/2-Ş-164697/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı tərəfindən təqdim olunan:hərbi biletinin surətinə əsasən: xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (02 il 00 ay 21 gün) hərbi xidmətdə olduğu müddət; əmək kitabçasının surətinə əsasən: xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək / 06 ay 24 gün; 17.01,1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək / 04 ay 24 gün; xx.xx.1979-cu il tarixdən 01,06.1983-cü il tarixədək / 03 il 07 ay 00 gün; xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək / 01 il 10 ay 27 gün; xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək / 06 il 10 ay 10 gün; xx.xx.1992-ci il tarixdən 01.01,1998-ci il tarixədək / 05 il 05 ay 27 gün; xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü tarixədək / 03 il 03 ay 23 gün işlədiyi illər daxil olmaqla mübahisəsiz sığorta stajının müddəti 24 il 02 ay 03 gün təşkil edir. İddiaçının təqdim etdiyi arxiv arayışında xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (1 il, 6 ay) adına əmək haqqı hesablanması barədə məlumat olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Hazırda məhkəmə mübahisəsinin predmeti ondan ibarətdir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqı hesablanması barədə məlumat olmadığı üçün sözügedən dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajının müddəti qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, xx.xx.2022-ci il tarixdən isə tam reabilitasiya olması səbəbilə (xəstənin vəziyyətində olan yaxşılaşmanı nəzərə alaraq) əlillik dərəcəsi dayandırılmışdır. Bu səbəbdən iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən müavinətin məbləği 220 manat məbləğinə çatdırılmışdır. Birinci instansiya məhkəməsində araşdırma zamanı cavabdeh və məhkəmə tərəfindən bir sıra dövlət orqanlrına göndərilmiş sorğuiara gələn cavab məktublarma əsasən: Hacıqabul rayon İcra Hakimiyəti Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli №3-48- 17RA/2-26/2024 nömrəli məktubuna əsasən, Hacıqabul rayonu Atbulaq klubunun sənədləri arxivə təhvil verilmədiyindən, İddiaçı həmin klubda işləməsi barədə heç bir məlumat aşkar edilməmişdir; Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-17048/2024 nömrəli məktubuna əsasən, Hacıqabul rayonu Atbulaq klubunun iş qovluğunun içərisində 1992, 1998 və 1999cu illərə dair hesabat məlumatları aşkarlanmamışdır; Azərbaycan Respublikasının Dövlət Statistika KomitQSİnin 29.01,2024-cü il tarixli 3-34/2-43/01-3/2024 nömrəli məktubuna əsasən, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Hacıqabul rayon Atbulaq klubuna və Füzuli rayon Aşağı Seyidəhmədli kənd kitabxanasına dair məlumat mövcud deyildir; Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli 3-34/2-149/01-3/2024 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Mühafizə Xidmətinin X4na dair məlumat mövcud deyildir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********439900 nömrəli məktubuna əsasən, dövlət reyestrində Mühafizə Xidmətinin X4 adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin **********110300 nömrəli məktubuna əsasən, dövlət reyestrində Hacıqabul rayon Atbulaq klubu adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-4614/2024 nömrəli məktubuna əsasən, Mühafizə Xidmətinin X4nın hansı tarixdən qeydiyyatdan keçməsi, təşkilati-hüquqi formasına dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, müraciətdə qeyd olunan Mühafizə Xidmətinin X4 barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, is üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1 (120)- 1366/2024 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabeh tərəfin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Belə ki, İddiaçı məxsus hərbi bilet və əmək kitabçasından görünür ki; 1.hərbi biletin surətinə əsasən: xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (02 il, 21 gün) hərbi xidmətdə olduğu müddət; 2.əmək kitabçasının surətinə əsasən: -xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək /06 ay 24 gün; -xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək /04 ay 24 gün; - xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək / 03 il 07 ay; - xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək / 01 il 10 ay 27 gün; -xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək /06 il 10 ay 10 gün; - xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək /05 il 05 ay 27 gün; -xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü tarixədək / 03 il 03 ay 23 gün; -mübahisəli dövr üzrə xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 1 il 6 ay işlədiyi illər daxil olmaqla mübahisəsiz sığorta stajının müddəti 25 il 08 ay 03 gün təşkil edir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəfin mübahisələndirdiyi xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan müddətə nəzər yetirildikdə aydın olur ki, xx.xx.1998-ci il tarixdən əvvəlki dövr üzrə Hacıqabul rayon Atbulaq klubunda əmək fəaliyyəti ilə bağlı müddəti cavabdeh tərəf sosial səğorta stajı kimi nəzərə aldığından, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Beləliliklə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qəbul etməklə, həmin illərin sosial sığorta stajına daxil etməsi qanuni hesab edilməlidir. Belə ki, iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının dəlilləri tədqiq olunan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçuluq və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(120)-1366/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar