Məhkəmə qərarları › İş №2-1(106)-520/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-520/2025

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-520/2025 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2021-ci il tarixli *********** nömrəli qərardan və qərara əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman onun dövlət qulluğunda 20 il 5 ay 19 gün iş stajı nəzərə alınmışdır. Lənkəran RXMŞ müdiri tərəfindən verilmiş Lənkəran RXMŞ üzrə ##.##.1987-ci il tarixli ** nömrəli əmrdən görünür ki, iddiaçı ##.##.1987-ci il tarixdən RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinə təyin edilmişdir. Əsas: Azərbaycan SSR Maarif Nazirliyi Mühasibat uçotu idarəsinin 12.11.87-ci il tarixli */** nömrəli razılıq məktubu. İddiaçıya aid əmək kitabçasından (səh. 14) görünür ki, o, ##.##.1987-##.##.1992-ci illərdə Lənkəran RXMŞ-də mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X11 ** saylı Regional xəzinədarlıq idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Rayon Xalq Maarif şöbəsinin mərkəzi mühasibatlığının baş mühasibi vəzifəsi RXMŞ-nin fəaliyyətinə dair mühasibat işlərinin aparılmasına məsul şəxs olmaqla həmin şöbənin baş mühasib vəzifə funksiyalarını yerinə yetirmişdir. 1987-1992-ci illərdə RXMŞ-nin büdcəsində bir ştat vahidi baş mühasib vəzifəsi nəzərdə tutulmuş və həmin ştat şöbənin xərclər smetasında büdcə xərclərinin funksional təsnifatının 1.1.10 (yerli icra hakimiyyəti orqanlarının müstəqil şöbələrinin aparatının saxlanılması) paraqrafında nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilmişdir.” İddiaçının Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işlədiyi müddətlərdə almış olduğu 1990-1992-ci illər üzrə əmək haqlarına dair arxiv sənədlərindən görünür ki, həmin dövrlərdə əmək haqqı cədvəlləri Lənkəran Rayon İcraiyyə Komitəsi, sonradan isə Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Lənkəran RXMŞ üzrə ## ###### 1987-ci il tarixli ** nömrəli əmrdə qeyd edilmişdir ki, “... SSRİ Maliyyə Nazirliyinin 1973-cü il ## ###### tarixli *** nömrəli əmri ilə təsdiq olunmuş “SSRİ Dövlət büdcəsində olan idarə və təşkilatlarda mühasibat uçotu (ikili sistemdə) haqqında Təlimat”ın 10-cu maddəsinə əsasən RXMŞ-nin məzkəzləşdirilmiş mühasibatlığının və təsərrüfat istismar qrupunun işçiləri arasında aşağıdakı qaydada xidməti vəzifə bölgüsü aparılsın. I.İddiaçı : Mərkəzləşdirilmiş mühasibatlığın baş mühasibi. ...Mərkəzləşmiş mühasibatlığın baş mühasibi tabelikdə olan idarə və təşkilatlarda mühasibat uçotunun təşkilinə rəhbərlik edir, məxaric smetalarının düzgün icra edilməsinə və təqdim olunacaq hesabatların tərtibinə nəzarət edir. Mərkəzi mühasibatlıqda aşağıdakılara ciddi əməl olunmalıdır: ...Müəllimlərin, digər pedoqoji işçilərin və inzibati təsərrüfat işçilərinin əmək haqqının ödənilməsinin qrafimi təşkil etmək, vaxtında və düzgün hesablanmasını təmin etmək.” İddiaçı tərəfindən cavabdehə ünvanlanmış # ###### 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “... ## ###### 2023-cü il və ## ###### 2023-cü il tarixlərdə daxil olmuş müraciətlərinizə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda müraciətinizdə qeyd etdiyiniz vəzifə nəzərdə tutulmadığından həmin vəzifədə işlədiyiniz müddətin dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sizə # ### 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2020-ci maddəsinə əsasən 20 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1693.81 manat) 66.25 faizi-122.15 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, Qanunun # ###### 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanızın həmin tarixdən 1234.37 manata, 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1415.82 manata artırılaraq ödənilir. Əmək pensiyanızın hesablanması haqqında Sizə ## ###### 2023-cü il tarixli *-**-*/*-Ə- ******/**** nömrəli məktubla da məlumat verilmişdir.” Lənkəran-Astara Regional Təhsil idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ## ###### 1987-ci il tarixdən ## #### 1992-ci il tarixədək Lənkəran Rayon Xalq Maarif şöbəsinin Mərkəzləşdirilmiş mühasibatlığında baş mühasib vəzifəsində işlədiyi müddətdə həmin vəzifə üzrə ştat cədvəlləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilirdi.” Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ## ###### 2024-cü il tarixli *-*/*- ****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu” qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azarbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət quqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bə 2-ci bəndlərinə əsasən aparılmışdır. 1987-1992-ci illərdə Lənkəran Rayon Xalq Maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə dair bildiririk ki, “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” SSRİ Maarif Nazirliyinin 1980-ci il # ####### tarixli *** nömrəli əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsili şöbələrinin yanında yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında” 1988-ci il ## ####### tarixli *** nömrəli qərarına * nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının strukturu, * nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yanında olan təşkilatların siyahısı təsdiq edilmişdir. Mərkəzləşdirilmiş mühasibatlıqlar Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında olan təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında, 2.9-cu bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında, 2.12-ci bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə Azərbaycan SSR nazirliklərinin, mərkəzi icra hakimiyyəti orqanlarının, və onların tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında, 2.13-cü bəndində rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1987-1992-ci illərdə Lənkəran Rayon Xalq Maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda öz əksini tapmışdır. Əlavə olaraq qeyd edirlər ki, hazırda mərkəzləşdirilmiş mühasibatlıqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardır və işçiləri dövlət qulluqçusu hesab edilmir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “1987-ci ildən 1992-ci ilə kimi Lənkəran Rayon Xalq Maarif şöbəsində baş mühasib vəzifəsində işlədiyi illərin dövlət qulluğu hesab olunaraq pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1954-cü ildə təvəllüdlüdür. Əmək fəaliyyətinə ##.##.1971-ci ildə başlamış, bir çox təşikatlarda müxtəlif vəzifələrdə, o cümlədən ##.##.1987-##.##.1992-ci illərdə Lənkəran RXMŞ-də mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işləmişdir. Ona “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2021ci il tarixli *********** nömrəli qərar ilə ##.##.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman dövlət qulluğunda 20 il 5 ay 19 gün iş stajı nəzərə alınmış, lakin ##.##.1987-##.##.1992-ci illərdə Lənkəran RXMŞ-də mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmamışdır. Qeyd edilən dövrlərdə əmək haqqını Lənkəran Rayon İcraiyyə Komitəsindən, sonra isə Lənkəran Rayon İcra Hakimiyyətindən almışdır. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 0# ###### 2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona təyin edilmiş dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçıya ## ##### 2014-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi III dərəcə (orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyasının ödənişi # ### 2021-ci il tarixidən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmış, ona ## ##### 2021-ci il tarixli müraciəti ilə əlaqədar # ### 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 20 il 5 ay 19 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1693.81 manat) 66.25 faizi-1122.15 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia ərizəsində 1987-1992-ci il tarixlərdə Lənkəran Rayon Xalq Maarif şöbəsində baş mühasib vəzifəsində işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona ## ##### 2014-cü il tarixdən təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin həmin vəzifə Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin müddətin dövlət qulluğu stajına aid edilməsi mümkün deyil. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmn edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(106)- 520/2025-ci il tarixli qərardadı ilə iddiaçının “##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinin dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmaqla əmək pensiyanının yenidən hesablanması və ##.##.2021-ci tarixdən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə yalnız Dövlət İmtahan Mərkəzindən daxil olmuş məlumatı əsas tutaraq iddianı təmin etməmiş, Lənkəran RXMŞ-də olan mühasibatlıqla Lənkəran RXMŞ-də olan mərkəzləşmiş mühasibatlığın fərqinin nədən ibatət olmasını aydınlaşdırmamış, hər iki vəzifənin eyni dövlət orqanında olmaqla fəaliyyət göstərməsini nəzərə almamışdır. Apellyasiya şikayətinə etiraz: Etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətə etiraza uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.4. dövlət orqanı - Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) - dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi; ... 1.1.7. dövlət qulluğu vəzifəsi - dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı - dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi - dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; ... 1.1.22. vəzifə təlimatı - dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd; ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”

3. 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1987-1992-ci illərdə işlədiyi Lənkəran Rayon Xalq Maarif şöbəsində “baş mühasib” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin Dövlət İmtahan Mərkəzindən əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyil. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2021-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman onun dövlət qulluğunda 20 il 5 ay 19 gün iş stajı nəzərə alınmış, ##.##.1987-##.##.1992-ci illərdə Lənkəran RXMŞ-də mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmamışdır. Lənkəran RXMŞ müdiri tərəfindən verilmiş Lənkəran RXMŞ üzrə ##.##.1987-ci il tarixli ** nömrəli əmrdən görünür ki, iddiaçı ##.##.1987-ci il tarixdən RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinə təyin edilmişdir. Əsas: Azərbaycan SSR Maarif Nazirliyi Mühasibat uçotu idarəsinin 12.11.87-ci il tarixli */** nömrəli razılıq məktubu. İddiaçıya aid əmək kitabçasından (səh. 14) görünür ki, o, ##.##.1987-##.##.1992-ci illərdə Lənkəran RXMŞ-də mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X11 ** saylı Regional xəzinədarlıq idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Rayon Xalq Maarif şöbəsinin mərkəzi mühasibatlığının baş mühasibi vəzifəsi RXMŞ-nin fəaliyyətinə dair mühasibat işlərinin aparılmasına məsul şəxs olmaqla həmin şöbənin baş mühasib vəzifə funksiyalarını yerinə yetirmişdir. 1987-1992-ci illərdə RXMŞ-nin büdcəsində bir ştat vahidi baş mühasib vəzifəsi nəzərdə tutulmuş və həmin ştat şöbənin xərclər smetasında büdcə xərclərinin funksional təsnifatının 1.1.10 (yerli icra hakimiyyəti orqanlarının müstəqil şöbələrinin aparatının saxlanılması) paraqrafında nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilmişdir. İddiaçının Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsində işlədiyi müddətlərdə almış olduğu 1990-1992-ci illər üzrə əmək haqlarına dair arxiv sənədlərindən görünür ki, həmin dövrlərdə əmək haqqı cədvəlləri Lənkəran Rayon İcraiyyə Komitəsi, sonradan isə Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Lənkəran-Astara Regional Təhsil idarəsinin ##.##.2026-cı il tarixli məktubuna görə iddiaçının ## ###### 1987-ci il tarixdən ## #### 1992-ci il tarixədək Lənkəran Rayon Xalq Maarif şöbəsinin Mərkəzləşdirilmiş mühasibatlığında baş mühasib vəzifəsində işlədiyi müddətdə həmin vəzifə üzrə ştat cədvəlləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilirdi. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin ## ###### 2024-cü il tarixli *-*/*- ****/**** nömrəli məktubuna əsasən iddiaçının 1987-1992-ci illərdə Lənkəran Rayon Xalq Maarif şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən hazırda mərkəzləşdirilmiş mühasibatlıqlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardır və işçiləri dövlət qulluqçusu hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinin də dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmaqla əmək pensiyanının yenidən hesablanmasına və ##.##.2021-ci tarixdən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı iddiaçı 2023-cü ildə cavabdehə müraciət etmişdir. Kollegiya ilk növbədə cavabdehin və Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş məlumata münasibətdə bildirir ki, iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinin müvafiq Siyahıda nəzərdə tutulmaması hələ birmənalı şəkildə o demək deyil ki, həmin vəzifə dövlət qulluğu vəzifəsi deyil. Bununla bağlı digər standartlardan çıxış edərək, qiymətləndirmə aparılmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının 49-cu bəndində qeyd edilmişdir ki, “...Məhkəmə kollegiyası kassasiya şikayətinin “kənd X5 icraiyyə komitəsində mövcud olmuş vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmaması” ilə bağlı dəlilini əsassız hesab edərək bildirir ki, kənd X5 İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X5 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz.” Həmin iş üzrə Ali Məhkəməsinin İnzibati kollegiyası digər standartlardan çıxış edərək, qiymətləndirmə aparmış və iddiaçının işlədiyi vəzifəni dövlət qulluğu vəzifəsi hesab etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna münasibətdə isə bildirilir ki, hazırda mərkəzləşdirilmiş mühasibatlıqların Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar olmaları və işçilərinin dövlət qulluqçusu hesab edilməmələri iddiaçının işlədiyi vəzifənin də dövlət qulluğu vəzifəsi olmasını istisna etmir. Həmin orqan qeyd edilən qiymətləndirməni hazırki vaxta uyğun aparmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Bu zaman nəzərə alınmalıdır ki, hazırkı mübahisənin həlli məhz iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır. Bu məqsədlə RXMŞ mərkəzləşmiş mühasibatlığının mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Belə ki, 1978-ci il #####in ##-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş Azərbaycan Sovet Sosisalist Respublikasının Konstitusiyasının 122-ci maddəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti - Azərbaycan SSR hökuməti Azərbaycan SSR dövlət hakimiyyətinin ali icra və sərəncam orqanıdır. Həmin Konstitusiyanın 123-cü maddəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan; SSR Ali Soveti tərəfindən: Azərbaycan SSR Nazirlər Sovetinin Sədrindən, Sədrin birinci müavinindən və müavinlərindən, Azərbaycan SSR nazirlərindən, Azərbaycan SSR dövlət komitələrinin sədrlərindən ibarət tərkibdə təşkil edilir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin dövlət komitələrinin, öz tabeliyindəki digər orqanların işini birləşdirir və istiqamətləndirir. Azərbaycan SSR respublika nazirlikləri və dövlət komitələri Azərbaycan SSR Nazirlər Sovetinə tabe olmaqla, onlara tapşırılmış idarəetmə sahələrinə rəhbərlik edir və ya saһələrarası idarəetməni həyata keçirirlər. Həmin Konstitusiyanın 145-ci maddəsinə əsasən X3 Vilayəti X5, rayon, şəhər, şəhərlərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir. İcraiyyə komitələri onları seçmiş Sovetlər qarşısında, habelə əmək kollektivlərinin yığıncaqlarında və vətəndaşların yaşayış yerlərində ildə azı bir dəfə hesabat verirlər. Yuxarıda qeyd edilən hüquq normalarının və işin faktikmi halları onu deməyə əsas verir ki, iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsi icra hakimiyyəti sisteminə aid dövlət qulluğu vəzifəsi olmuşdur. Təsadüfi deyil ki, iddiaçı həmin vəzifəyə təyin edilməmişdən əvvəl Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən bununla bağlı razılıq verilmiş, sonra icra sisteminə aid olan Lənkəran RXMŞ tərəfindən əmr verilmişdir. Eyni zamanda, iddiaçının işlədiyi müddətlərdə almış olduğu 1990-1992-ci illər üzrə əmək haqlarına dair arxiv sənədlərindən görünür ki, həmin dövrlərdə əmək haqqı cədvəlləri Lənkəran Rayon İcraiyyə Komitəsi, sonradan isə Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X11 ** saylı Regional xəzinədarlıq idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Rayon Xalq Maarif şöbəsinin mərkəzi mühasibatlığının baş mühasibi vəzifəsi RXMŞ-nin fəaliyyətinə dair mühasibat işlərinin aparılmasına məsul şəxs olmaqla həmin şöbənin baş mühasib vəzifə funksiyalarını yerinə yetirmişdir. 1987-1992-ci illərdə RXMŞ-nin büdcəsində bir ştat vahidi baş mühasib vəzifəsi nəzərdə tutulmuş və həmin ştat şöbənin xərclər smetasında büdcə xərclərinin funksional təsnifatının 1.1.10 (yerli icra hakimiyyəti orqanlarının müstəqil şöbələrinin aparatının saxlanılması) paraqrafında nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilmişdir. Həmçinin, Lənkəran-Astara Regional Təhsil idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçının ## ###### 1987-ci il tarixdən ## #### 1992-ci il tarixədək Lənkəran Rayon Xalq Maarif şöbəsinin Mərkəzləşdirilmiş mühasibatlığında baş mühasib vəzifəsində işlədiyi müddətdə həmin vəzifə üzrə ştat cədvəlləri Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilirdi. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Bununla yanaşı obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırlmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Nəzərə almaq lazımdır ki, RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması RXMŞ mərkəzləşmiş mühasibatlığın dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək işlədiyi Lənkəran RXMŞ mərkəzləşmiş mühasibatlığın baş mühasibi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmaqla əmək pensiyanının yenidən hesablanması və ##.##.2021-ci tarixdən hesablanaraq ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar