Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-525/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin xidmət illərinə daxil edilməsindən və kompensasiya ödənilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.N017ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək olan müddətin hərbi xidmət müddətinə daxil edilməsi və həmin dövr üçün kompensasiyanın (müvafiq əlavələr daxil olmaqla) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 aprel N0N5-ci il tarixli N-1(1N0)-877/N0N5 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0119əç nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli Hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 160 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.N017-ci il tarixli 0119əç nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifələrini təhvil verilmiş hesab edilmiş, 07 iyun N017-ci il tarixdən etibarən həmin hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı tərəfindən N nömrəli Hərbi hissənin komandirinə ünvanlanmış N8 mart N0N3cü il tarixli ərizədən görünür ki, o, yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması və tabeçilikdə olan hərbi hissələrin birində müvafiq vəzifəyə təyin olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında N8 mart N0N3-cü il tarixli bağlaşmadan görünür ki, N nömrəli hərbi hissə komandiri və əsgər İddiaçı arasında “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri rəhbər tutaraq bağlaşma bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrə bağlaşma üzrə könüllü şəkildə hərbi xidmətə daxil olarkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə 3 (üç) il müddətində N nömrəli hərbi hissədə əsgər-çavuş vəzifəsində xidmət etmək və digər öhdəliklər götürmüşdür. N nömrəli Hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli 1984 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu əsgər İddiaçı Şəxsi Heyət Baş İdarəsindən daxil olan məktuba əsasən öz razılığı əsasında yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, N017-ci ilin may-iyun aylarında baş vermiş şərti adı (“Tərtər işi”) kimi tanınan hadisələr zamanı 079 saylı Hərbi hissənin həmlə taborunda xidmətdə olduğu müddətdə 051 saylı Hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyyata buraxıldığından sonra ordu sıralarından qanunsuz və əsasız olaraq ehtiyyata buraxılmağını bildirməklə Müdafiə Nazirliyinə və 051 saylı Hərbi hissəyə çoxsaylı müraciətlər edərək yenidən hərbi xidmətə qəbul olunmasını bildirmiş, lakin hər müraciətinə cavab olaraq Müdafiə Nazirliyi və 051 saylı Hərbi hissə komandanlığı tərəfindən ona bildirilmişdir ki, ordu sıralarından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa) əsasən hərbi xidmətdən ehtiyyata buraxıldığı üçün hərbi xidmətə qəbul olunması məqsədəuyğun deyil. Qeyd edilən şərti adı (“Tərtər işi”) yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq qurupu yaradılaraq araşdırılma yenidən aparılarkən istintaq qrupuna dəvət edilərək izahatları alınmışdır. Araşdırılmaların nəticəsi olaraq Baş Prokurorluğun müvafiq qərarına əsasən və 051 saylı Hərbi hissə komandirinin müvafiq qərarı ilə xx.xx.N0N3-cü il tarixdə 708 saylı Hərbi hissəyə müddətdən artıq həqiqi hərbi xidmətə 3 illik bağlaşma əsasında yenidən bərpa edilmişdir. Hərbi xidmətə bərpa olunduğu üçün N017-ci ildə qanunsuz hərbi xidmətdən buraxıldığı və xx.xx.N0N3-cü ildə hərbi xidmətə bərpa edildiyi üçün hərbi xidmətdə olmadığı günlərin hərbi xidmət müddətinə əlavə edilməsi və pul kopensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, N nömrəli hərbi hissə komandirinin təqdimatında müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu İddiaçı öz üzərində çalışmadığını və xidmətini nizamnamələrin tələblərinə uyğun şəkildə qurmaqda çətinlik çəkdiyi, tutulan iradlardan nəticə çıxarmağı bacarmadığı və dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyi, tutduğu vəzifəyə uyğun olmadığı, bağlaşmanın ləğv edilərək ehtiyata buraxılması üçün vəsatət qaldırdığı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin N4 avqust N0N3-cü il tarixli N46 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 avqust N0N3-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Nizamnamənin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq ehtiyata buraxıldığına görə N4 avqust N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan rayon şöbəsinə göndərilmişdir. N0N3-cü il üçün maddi yardım və məzuniyyət pulunun ödənilməli olması qeyd edilmişdir. Həmçinin, iddiaçının N017-ci il tarixdən N8 mart N0N3-cü il tarixədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının ödənilməsinə dair müraciətinə N0N3-cü il tarixədək yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunduğu günədək hərbi xidmətdə olmadığı günlərə görə pul kompensasiyasının verilməsi iddiaçının müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağı üçün əsas olan sənədlərdə qeyd olunmadığından icrasının mümkün olmadığı bildirilmişdir. Şirvan İnzibati Məhkəməsinin 15 aprel N0N5-ci il tarixli N-1(1N0)-877/N0N5 nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili iddia tələbinin dəlili ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N5-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). Məhkəmənin iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, əgər, o, xidmətə uyğunsuz olsa idi, yenidən hərbi xidmətə qəbul olunmazdı. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.N. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N. İşin hallarının araşdırılması prinsipi. Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Maddə N4. Prosessual müddətlərin bərpa olunması N4.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Maddə 90. Kassasiya şikayəti vermək hüququ Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində qəbul edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0119əç saylı əmr ləğv edilərək, o, əvvəlki vəzifəsinə və ya ona bərabər vəzifəyə təyin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən olunan hallarından görünür ki, 1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0119əç nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli Hərbi hissə komandirinin xx.xx.N017-ci il tarixli 160 nömrəli əmri ilə 07 iyun N017-ci il tarixdən etibarən həmin hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N8 mart N0N3-cü il tarixdə İddiaçı N nömrəli Hərbi hissənin komandirinə ərizə ünvanlayaraq, yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması və tabeçilikdə olan hərbi hissələrin birində müvafiq vəzifəyə təyin olunmağına köməklik göstərilməsini xahiş etmiş, onunla N nömrəli hərbi hissə komandiri arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında N8 mart N0N3-cü il tarixli bağlaşma (müqavilə) bağlanmış, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrə bağlaşma üzrə könüllü şəkildə hərbi xidmətə daxil olarkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə 3 (üç) il müddətində N nömrəli hərbi hissədə əsgər-çavuş vəzifəsində xidmət etmək və digər öhdəliklər götürmüşdür. İddiaçı xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.N017-ci il tarixdən bağlaşma (müqavilə) əsasında hərbi xidmətə qəbul olunduğu N8 mart N0N3-cü il tarixədək olan müddətin xidmət illərinə daxil edilməsini və həmin müddətə görə kompensasiya ödənilməsini tələb edir. Kollegiya apellyasiya şikayətinin dəlili olan - xidmətə uyğunsuz olsa idi, yenidən hərbi xidmətə qəbul oluna bilməməsi ilə bağlı mövqeyə münasibətdə bildirir ki, ortada iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı inzibati akt (1-ci Ordu Korpusu komandirinin xx.xx.N017-ci il tarixli 0119əç nömrəli əmri) var. Həmin inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş və ya başqa səbəbə görə qüvvədən düşməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən şərtlər daxilində inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını tanıyır. Belə ki, Qanunun 64.1 və 64.N-ci maddələrinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, həmin aktın mübahisələndirilməsi ilə bağlı prosessual müddət də ötürülmüşdür. Belə ki, İPM-in N4.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Kollegiya ikinci tələbin (kompensasiya ilə bağlı) ilkin tələbdən asılı olmasını nəzərə almış və bu səbəbdən həmin məsələyə yer ayırmamışdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 aprel N0N5-ci il tarixli N-1(1N0)-877/N0N5 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 10N5, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.