Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-528/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-628/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X1rşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-xx.xx.2005-ci illərdə İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəbində işlədiyi iş stajının sosial sığorta stajı kimi qəbul edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 02 iyul 2024-cü il tarixli, 2-1(120)- 628/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. İddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisə yandığı üçün əmək haqqı sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri və əmrlər kitabı aşkar edilməmişdir. Həmçinin xx.xx.1990xx.xx.2005-ci illərdə İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəbində onunla birlikdə işləmiş X4 pensiya təyin edilərkən həmin iş illəri staj kimi qəbul edilmişdir. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1990-2006-cı illərdə İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəbində işləsə də cavabdeh həmin dövrdə əmək haqqı almadığını iddia edərək, ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunaziddir. Belə ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçasının surətinə və arayışa əsasən 11 il 18 gün təşkil edir. Lakin iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “İmişli rayon V.Haqverdiyev adına Mürsəlli tam orta məktəbində işlədiyi dövrü təşkil edir. İddiaçının yaşa görə pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1990-cı il tarixindən xx.xx.2006-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmiş, əsas kimi göstərmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı səlahiyyətli qurumun arayışlarında ziddiyətin olması, yəni bir arayışda iddiaçının xx.xx.1990-cı il tarixdə İmişli rayon V.Haqverdiyev adına Mürsəlli tam orta məktəbinə kargüzar vəzifəsinə qəbul edildiyi göstərilsə də, digər arayışda xx.xx.1996cı il tarixdə həmin vəzifəyə təyin edilməsi göstərilmişdir ki, bu hal, eyni zamanda xx.xx.2006-cı ildən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması onun həmin 1990-2006-cı illərdə əmək haqqı almadığını deməyə əsas verir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1990-cı illərdə İmişli rayonu “Engels” adına kolxozda, xx.xx.1990xx.xx.2006-ci illərdə İmişli rayon V.Haqverdiyev adına Mürsəlli kənd tam orta məktəbində işləmişdir. -İmişli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 01 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1989-cu illərdə İmişli rayonu “Engels” adına kolxozda işləmiş və əmək haqqı almışdır. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-41/2-1377/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.1990-xx.xx.2006-cı il tarixlərdə İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbdə katibə-kargüzar vəzifəsində çalışmışdır. xx.xx.2005-ci il tarixə kimi İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbinin texniki işçiləri İmişli rayonu İcra Hakimiyyətinin müvafiq kənd İcra nümayəndəliyindən maliyyələşdirildiyi üçün həmin dövrün əmək haqqı kənd İcra nümayəndəliyi tərəfindən icra edilmişdir. xx.xx.2016-cı il tarixdən əvvəlki dövrün maliyyə təsərrüfat sənədləri, o cümlədən əmək haqqı cədvəlləri İmişli rayon Təhsil Şöbəsi tərəfindən saxlanması üçün Dövlət Arxivinə verildiyindən xx.xx.2005-xx.xx.2006-cı il tarixlərinə olan dövrə aid əmək haqqı cədvəllərinin verilməsi mümkün deyildir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 559 nömrəli arayışında İddiaçı İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbdə katibə vəzifəsində işləməklə 2005-ci ildə aylar üzrə tam, 2006-cı ildə isə yanvar-avqust ayları üzrə əmək haqqı ödənildiyi göstərilmişdir. -İmişli rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arayışında bildirilir ki, İmişli RİHnin Murğuzallı kənd İƏD-nin Mürsəlli kənd orta məktəbinin texniki işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1990-cı ilin sentyabr-dekabr, 1991-ci il tam, 2004-cü il tam aylar üzrə əmək haqqı almışdır. -İmişli rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arayışında bildirilir ki, İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbin 1992-ci ilin yanvar ayından 2006-cı ilin dekabr ayınadək olan dövrə aid texniki işçilərin əmək haqqı cədvəlləri, əmr kitabları və digər sənədləri arxivə təhvil verilməmişdir. -İmişli RİH-nin Murğuzallı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, nümayəndəliyin kargüzarlıq və maliyyə sənədləri arxivə təhvil verildiyindən İddiaçı barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbin məlumatında bildirilir ki, İddiaçı xx.xx.1990-cı il tarixli, 143 nömrəli əmrlə məktəbə katibə-kargüzar vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli, 20 nömrəli əmrlə paltarasan vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixli, 2 nömrəli əmrlə işdən azad edilmişdir. Məhkəmə iclasında İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbin əmrlər kitabına baxış keçirilmiş və iddiaçının xx.xx.1990-cı il tarixli, 143 nömrəli əmrlə məktəbə katibə-kargüzar vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı il tarixli, 20 nömrəli əmrlə paltarasan vəzifəsinə təyin edilməsi və xx.xx.2006-cı il tarixli, 2 nömrəli əmrlə işdən azad edilməsi barədə əmrlərin olması müəyyən edilmişdir. Əmr kitabını məhkəməyə təqdim edən məktəbin direktor əvəzi bildirmişdir ki, iddiaçının 1990-cı ildən 2006-cı ilədək işdən azad edilməsi barədə əmr verilməmiş, həmçinin paltarasan vəzifəsi ona ikinci vəzifə kimi tapşırıldığına görə 2 stavka əmək haqqı hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasına və əmrlərdən çıxarışlarla onun 1990- 2006-cı illərdə İmişli rayon Mürsəlli kənd V.Haqverdiyev adına tam orta məktəbdə işləməsi, eyni zamanda həmin dövr üzrə 1990-cı ildə qismən, 1991-ci və 2004-cü ildə tam aylar üzrə, 2005-ci ildə aylar üzrə tam, 2006-cı ildə isə yanvar-avqust ayları əmək haqqı alması təsdiq olunur. Bu baxımdan digər illər üzrə sənədlərin (ə/h və əmr) arxivə təhvil verilməməsi iddiaçıya əmək haqqı ödənilməməsi qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. İstinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçasında tələb olunan dövrlər üzrə əmək fəaliyyəti ilə bağlı qeydlər mövcuddur və həmin qeydlərin mötəbəriyini şübhə altına almaq üçün hər-hansı əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-628/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-528/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-528/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver