Məhkəmə qərarları › İş №2-1(106)-528/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-528/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-528/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2- 1(120)-433/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 17464 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Barotravma. Hər iki təbil pərdəsinin quru perforasiyası” xəsarətini almışdır (əsas: 704 nömrəli Hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2668-ci il tarixdə travma haqqında arayışı). İlk tibbi yardım olunduqdan sonra Füzuli RMX-ya taxliyə olunmuşdur. Xəstə müayinə olunaraq ambulator yardım edilmişdir. xx.xx.2020-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 20 (iyirmi) gün məzuniyyət verilmişdir (əsas: 15654 nömrəli arayış). xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunub. xx.xx.2021-ci il tarixdə tibb elmlər doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Postkommosion pozuntu F07.2. Postravmatik stress pozuntusu F43.2” diaqnozu təyin edilmişdir. ... Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuzianın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 metr, sağ qulaqda 3.5 metr məsafədən eşitməsi diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.” “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 5136 nömrəli arayışında qeyd edilmişdir ki, “...İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunub. “Keçirilmiş fəlakətdən sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi F62.0” diaqnozu qoyulmuşdur. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli 445 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “...Məmmədov X1 Xəstəxanasının nəzdində yaradılmış Həmin psixiatr komissiyası tərəfindən müayinə olunub. “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Yanaşı xəstəliklər: H47.2-Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin hissəvi atrofiyası. VİSOD=0.5 k/ilə 1.0 VİSOS=1.0, M23.2-Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Medial meninsik ikinci dərəcəli yırtılması, H04.1-Göz yaşı vəzisinin digər xəstəlikləri, OU-Quru göz sindromu. Keratopiya, M70.4-Prepatelyar bursit, Suprapatellar bursit, S76.1-Dördbaşlı əzələ və onun vətərinin travması, Sağ budun düz əzələsinin yırtılması, patella-femoral xondromalyasiya, G57-Aşağı ətrafın mononevropatiyaları, Sağ bud sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri; Ağırlaşmalar: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyalarının enməsi ilə, T90.5-Kəllədaxili travmaların nəticələri, partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli qarışıq tip eşitmə azlığı müəyyən edilərək, xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Status Localis” adlanan bölmədə: “Xəstənin ümumi halı orta ağırdır. Şikayətləri: güclü başağrılarından, başgicəllənmədən, hər 2 qulağında eşitmə zəifliyindən, görmə zəifliyindən, yuxu və yaddaş pozğunluğundan, tez-tez əsəbiləşməkdən, sağ aşağı ətrafında zəiflik olmasından, yerimənin çətinləşməsindən ibarətdir. Obyektiv olaraq: zahirən narahatdır, gərgindir. Bələdliyi saxlanılıb. Ünsiyyətə daxil olur. Verilən suallara uzun-uzadı cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Nitqi yorucudur. Emosional davamsızdır. Tənqidi formaldır. Hollasinasiyalar və sayıqlama fikirləri aşkar olunmur. Nevraloji statusda: Huşu aydındır. B.b.s. patalogiyazsızdır. Göz almalarının hərəkəti tam həcmdədir. Hissi, hərəki pozulmalar aşkar edilmir. Romberq vəziyyətində dayanıqlıdır. Əllərində tremor qeyd edilir. Periostal və vətər refleksləri orta canlılıqda, D = S. Xəstə daimi olaraq müxtəlif klinikalarda müayinə və müalicədə olmuşdur. xx.xx.2023xx.xx.2023- cü ildə RNCX-da, xx.xx.2023-xx.xx.2023- cü ildə RPX-da stasionar müalicədə olmuşdur. xx.xx.2023- cü ildə ETTOİ-da müayinədə olmuşdur. (№**********). ENMQ- Sağ aşağı ətrafda n. peroneus və n. tibialis travmatik zədələnməsi ilə uyğun elektrofizioloji dəyişikliklər. Bel-oma MRT: L5 səviyyəsində bilaterial pars interartikularis defekti inkar edilmir. L1-L2, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərin fibroz həlqələrinin arxa qabarmaları. Sağ diz oynağının MRT: Sağ budun ön-diz əzələsi bayır başı tibial bağlantısından tam yırtığı fonunda superior dislokasiyası izlənilir. Yırtıq ətrafı boyu intermuskulyar sahələrin xroniki ödəmli dəyişiklikləri izlənilir. Patello- femoral və femura- tibial artikuliyar kartilaqların mülayim xondramalyasiyaları izlənilir. Medial menisk cismindən arxa buynuza uzanan və incə fissurla aşağı oynaq səthinə aşılan 2- ci dərəcəli yırtığı izlənilir. Suprapatellar bursaya doğru uzanan sıvama tərzli minimal oynaq mayesi artımı izlənilir. BERA Testi: Xəstəyə təbii yuxu şəraitində BERA testi aparıldı.Hər iki qulaqda 70 db. n.HL intensivlikdə latent dövrü gecikmiş V dalğa forması əldə edildi. NƏTİCƏ: İkitərəfli orta ağır (lll-İV) dərəcəli qarışıq tip eşitmə azlığı.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli xxxxxxx0004 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2024-cü il tarixli T511/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin, onun adma Beyləqan RMX-da tərtib edilmiş xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Ağırlaşma:H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor tip ağır eşimə, ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli qarışıq tip eşitmə azlığı. Yanaşı xəstəliklər: M70.4-Prepatelyar bursit, suprapatellar bursit, S76.1-Dördbaşlı əzələ və onun vətərinin travması, sağ budun düz əzələsinin yırtılması, patella-femoral xondromalyasiya, G57-Aşağı ətrafın mononevropatiyaları, sağ bud sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə vətəndaş DTSERA-da əyani müayinədə olan zaman aşağı ətraflarda kontraktura, atrofıya, hərəkət məhdudluğunda spesifik olan patofunksional ağırlaşmalar aşkar edilməmiş, fiziki süstlük, koqnitiv fəaliyyətlərində geriləmə və enmə müşahidə edilməmiş, sənədlərdə qeyd olunan eşitmə zəifliyi əyani olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofıya, ətraflarda parez, ataksiya, kontraktura kimi ağırlaşmalar aşkar edilməmişdir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6048 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xəstəlikləri ilə bağlı F07.0 Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. T70.0, H 3,3, H72, H90,6 Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Hər iki təbil pərdəsinin quru perforasiyas, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 1 metr məsafədən eşitməsi ilə. Y36.2, S06.0, F45.3, T90.5. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı veqetativ damar davamsızlığı diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” müəyyən edilmişdir; Diaqnoz: G57 Sağ peroneal və tibial sinirlərin dəqiqləşdirilməmiş xroniki neyropatiyası, funksiyanın mülayim (orta) dərəcədə pozulması ilə. K00.0 Əngdə 11, 13, 14, 15, 16, 21, 22, 23, 24, 25, 26, 27, çənədə 33, 34, 36, 37, 41, 42, 43, 44, 45, 46, 47-ci dişlərin adentiyası (olmaması). S63.2 Sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİ (ikinci) dərəcəli degenerasiyası. H52.2 Hər iki gözün sadə miopik astiqmatizmi Em və M0.75 D nəticəsində görmə itiliyinin 0.4-ə, qədər azalması korreksiya ilə 1.0 olmaqla. E 66 İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə, BÇİ-32.2 diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Ümumi xəstəlikdir.” müəyyən edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-2829/2- 8731/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan İddiaçı Qəhrəman oğlu arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022, xx.xx.2023- xx.xx.2023, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2024-cü il tarixli xxxxxxx0005 saylı qərarın ləğv edilməsi, ona sağlamlıq imkanları 61-80 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xəsarət almışdır. Xəstəlikləri əlilik təyinatına əsas verir. Məsələ ilə bağlı cavabdeh orqana müraciət etsədə, imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə müayinəsi həyata keçirilərək Beyləqan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Medial meninsik ikincili dərəcəli yırtılması. Suprapatellar bursit. Sağ budun düz əzələsinin yırtılması, patella-femoral xondromalyasiya. Sağ bud sinirinin postravmatik neyropatiyasının qalıq əlamətləri. İkitərfəli orta ağır (lll-İV) dərəcəli qarışıq tip eşitmə azlığı. OU- Görmə sinirinin hissəvi atrofiyası. VİSOD= 0.5 k/ilə 1.0 VİSOS=1.0”. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə Beyləqan rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 17464 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş Dostkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı veqetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasivası, ikitərəfli Qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 metr, sağ qulaqda 3.5 metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli 445 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10435500 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, başında küydən, başgicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından şikayətlənmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sağ diz oynağında 180-90 dərəcə aralığında hərəkəti göstərmiş, hər iki ayaqarxasında nəbz qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Qeyri-sabit kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-433/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06

üzvi mənşəli şəxsiyyət pozuntusu

F07.0

Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin 35-60 2 il yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın 65-80 2 il pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-433/2025 saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. Həmçinin, iddiaçının xəstəliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı xəstəliyi qiymətləndirilmiş, ona partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Barotravma (xx.xx.2020): hər iki təbil pərdəsinin quru perforasiyası, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 metr, sağ qulaqda 3.5 metr məsafədən eşitməsi diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir. İddiaçı “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə olunmuş və ona xx.xx.2023-cü il tarixli 445 nömrəli Həkim psixiatr komissiyasının rəyi ilə “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Yanaşı xəstəliklər: H47.2-Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin hissəvi atrofiyası. VİSOD=0.5 k/ilə 1.0 VİSOS=1.0, M23.2-Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, Medial meninsik ikinci dərəcəli yırtılması, H04.1-Göz yaşı vəzisinin digər xəstəlikləri, OU-Quru göz sindromu. Keratopiya, M70.4-Prepatelyar bursit, Suprapatellar bursit, S76.1-Dördbaşlı əzələ və onun vətərinin travması, Sağ budun düz əzələsinin yırtılması, patella-femoral xondromalyasiya, G57-Aşağı ətrafın mononevropatiyaları, Sağ bud sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri; Ağırlaşmalar: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (barotravma) şəxsiyyət pozuntusu, koqnitiv funksiyalarının enməsi ilə, T90.5-Kəllədaxili travmaların nəticələri, partlayış travması (xx.xx.2020). Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli qarışıq tip eşitmə azlığı müəyyən edilərək, xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Status Localis” adlanan bölmədə: “Xəstənin ümumi halı orta ağırdır. Şikayətləri: güclü başağrılarından, başgicəllənmədən, hər 2 qulağında eşitmə zəifliyindən, görmə zəifliyindən, yuxu və yaddaş pozğunluğundan, tez-tez əsəbiləşməkdən, sağ aşağı ətrafında zəiflik olmasından, yerimənin çətinləşməsindən ibarətdir. Obyektiv olaraq: zahirən narahatdır, gərgindir. Bələdliyi saxlanılıb. Ünsiyyətə daxil olur. Verilən suallara uzun-uzadı cavablar verir. Əhval-ruhiyyəsi dəyişkəndir. Nitqi yorucudur. Emosional davamsızdır. Tənqidi formaldır. Hollasinasiyalar və sayıqlama fikirləri aşkar olunmur. Nevraloji statusda: Huşu aydındır. B.b.s. patalogiyazsızdır. Göz almalarının hərəkəti tam həcmdədir. Hissi, hərəki pozulmalar aşkar edilmir. Romberq vəziyyətində dayanıqlıdır. Əllərində tremor qeyd edilir. Periostal və vətər refleksləri orta canlılıqda, D = S. Xəstə daimi olaraq müxtəlif klinikalarda müayinə və müalicədə olmuşdur. xx.xx.2023xx.xx.2023- cü ildə RNCX-da, xx.xx.2023-xx.xx.2023- cü ildə RPX-da stasionar müalicədə olmuşdur. xx.xx.2023- cü ildə ETTOİ-da müayinədə olmuşdur. (№**********). ENMQ- Sağ aşağı ətrafda n. peroneus və n. tibialis travmatik zədələnməsi ilə uyğun elektrofizioloji dəyişikliklər. Bel-oma MRT: L5 səviyyəsində bilaterial pars interartikularis defekti inkar edilmir. L1-L2, L2-L3, L3-L4, L4-L5, L5-S1 disklərin fibroz həlqələrinin arxa qabarmaları. Sağ diz oynağının MRT: Sağ budun ön-diz əzələsi bayır başı tibial bağlantısından tam yırtığı fonunda superior dislokasiyası izlənilir. Yırtıq ətrafı boyu intermuskulyar sahələrin xroniki ödəmli dəyişiklikləri izlənilir. Patello- femoral və femura- tibial artikuliyar kartilaqların mülayim xondramalyasiyaları izlənilir. Medial menisk cismindən arxa buynuza uzanan və incə fissurla aşağı oynaq səthinə aşılan 2- ci dərəcəli yırtığı izlənilir. Suprapatellar bursaya doğru uzanan sıvama tərzli minimal oynaq mayesi artımı izlənilir. BERA Testi: Xəstəyə təbii yuxu şəraitində BERA testi aparıldı.Hər iki qulaqda 70 db. n.HL intensivlikdə latent dövrü gecikmiş V dalğa forması əldə edildi. NƏTİCƏ: İkitərəfli orta ağır (lll-İV) dərəcəli qarışıq tip eşitmə azlığı.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli xxxxxxx0004 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin xx.xx.2024-cü il tarixli T511/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin, onun adma Beyləqan RMX-da tərtib edilmiş xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (xx.xx.2020), keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Ağırlaşma:H90.6-İkitərəfli qarışıq konduktiv və neyrosensor tip ağır eşimə, ikitərəfli orta ağır (İİİ-İV) dərəcəli qarışıq tip eşitmə azlığı. Yanaşı xəstəliklər: M70.4-Prepatelyar bursit, suprapatellar bursit, S76.1-Dördbaşlı əzələ və onun vətərinin travması, sağ budun düz əzələsinin yırtılması, patella-femoral xondromalyasiya, G57-Aşağı ətrafın mononevropatiyaları, sağ bud sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə vətəndaş DTSERA-da əyani müayinədə olan zaman aşağı ətraflarda kontraktura, atrofıya, hərəkət məhdudluğunda spesifik olan patofunksional ağırlaşmalar aşkar edilməmiş, fiziki süstlük, koqnitiv fəaliyyətlərində geriləmə və enmə müşahidə edilməmiş, sənədlərdə qeyd olunan eşitmə zəifliyi əyani olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofıya, ətraflarda parez, ataksiya, kontraktura kimi ağırlaşmalar aşkar edilməmişdir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6048 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının xəstəlikləri ilə bağlı F07.0 Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. T70.0, H 3,3, H72, H90,6 Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Hər iki təbil pərdəsinin quru perforasiyas, ikitərəfli qarışıq tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 1 metr məsafədən eşitməsi ilə. Y36.2, S06.0, F45.3, T90.5. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı veqetativ damar davamsızlığı diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır.” müəyyən edilmişdir; eyni zamanda diaqnoz: G57 Sağ peroneal və tibial sinirlərin dəqiqləşdirilməmiş xroniki neyropatiyası, funksiyanın mülayim (orta) dərəcədə pozulması ilə. K00.0 Əngdə 11, 13, 14, 15, 16, 21, 22, 23, 24, 25, 26, 27, çənədə 33, 34, 36, 37, 41, 42, 43, 44, 45, 46, 47-ci dişlərin adentiyası (olmaması). S63.2 Sağ diz oynağının medial meniskinin arxa buynuzunun İİ (ikinci) dərəcəli degenerasiyası. H52.2 Hər iki gözün sadə miopik astiqmatizmi Em və M0.75 D nəticəsində görmə itiliyinin 0.4-ə, qədər azalması korreksiya ilə 1.0 olmaqla. E 66 İİ (ikinci) dərəcəli alimentarkonstitusional piylənmə, BÇİ-32.2 diaqnozu qoyulmuş, diaqnozun səbəb əlaqəsi “Ümumi xəstəlikdir.” müəyyən edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-2829/2- 8731/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan İddiaçı Qəhrəman oğlu arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Xəstəxanada gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicədə olub. Ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin edilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T511/2024 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş ona qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən, işdə olan digər sübutlar isə iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsələri tərəfindən verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, yuxarıda göstərilən sübutlar iddiaçıya təyin ediləcək əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmasını deməyə əsas verir. İddiaçı barəsində əlillik təyin edilməsindən imtina edilməsi ilə bağlı bir neçə qərar (xx.xx.2021, xx.xx.2022, xx.xx.2023, xx.xx.2024) qəbul edilsədə, xx.xx.2023-cü il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(120)-433/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli xxxxxxx0004 nömrəli qərarı ləğv edilsin. İddiaçıya əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli F00109400TYF nömrəli göndəriş əsasında ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar