Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-53/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdusi oğlunun sədrliyi, hakimlər Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Mil-Muğan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, göstərilən ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi ilə bağlı 01 may 2021-ci il tarixli müraciəti əsasında onun ailəsinə 302,08 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin heç bir hüquqi əsas olmadan ailəsinə təyin olunan ÜDSY xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Bununla bağlı aidiyyatı üzrə cavabdehə və onun tabe olduğu orqanlara rəsmi ərizə ilə şikayət etməli olmuşdur. O, İİ qrup əlildir, dövlət orqanı onun əlillik dərəcəsi ilə bağlı aldığı pensiyanı xx.xx.2021-ci il tarixdə kəsmişdir. Həmçinin Azərbaycan Dövləti onların ailəsinə heç bir yardım vermir, uşaq pulu verilmir, sonuncu ümid yeri kimi təyin olunan qanuni ünvanla sosial yardımı da kəsərək taleyin ümidinə buraxır. Müraciəti ilə bağlı aidiyyatı dövlət qurumlarından ona məntiqsiz, əsassız və bir-birinə uyğun olmayan cavablar göndərilmişdir. Nazirliyin rəsmisi ona əlilliklə bağlı MEİS-in «Əlillik» sisteminə müraciət etməməsini səbəb kimi göstərsədə (halbuki, qanunsuz olaraq pensiyasını kəsiblər) cavabdeh orqan ona ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay ərzində kart hesabından pulu götürməmək kimi səbəb göstərmişdir. Yəni cavabdeh və onu təmsil edən orqanlar nə etdiklərini hansı səbəbi göstərmələrini özləri belə müəyyən edə bilmirlər. Nəticə etibarı ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 nömrəli qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Mil-Muğan regional filialının cavabdeh sırasından çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tanınması qərara alınmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-2477/2022 nömrəli inzibati iş vardır. Hesab edirik ki, icraatınızdaolan 2-1(120)-2477/2022 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinirəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı 01 may 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və ona 302,08 manat ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Lakin iddiaçı 2 aydan artıq müddətə təyin olunmuş sosial yardım məbləğini üzrsüz səbəbdən kart hesabından çıxarmadığına görə VEMTAS tərəfindən ünvanlı dövlət sosial yardım dayandırılmışdır. 11,05.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət edərək ona ünvanlı dövlət sosial yardımın təyin edilməsinixahiş etmişdir. Bunun müqabilində, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə məlumat vermişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.5-ci maddəsinəəsasən sosial yardım göstərilən ailə tərəfindən ünvanlı dövlət sosial yardımın ardıcıl iki ayının məbləği kart hesabından çıxarılmaması ünvanlı dövlət sosial yardımın dayandırılmasının əsası kimi çıxış edir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Həmin Qanunun 10.1-ci maddəsinə istinadən ailə, sosial yardımın təyin olunmasına və ya məbləğin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə, yəni ailənin tərkibi və gəliri haqqında məlumatlar tam və düzgün olmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, belə məlumatlar sosial yardım alan ailə tərəfindən müvafiq icra hakimiyyət orqanına 15 iş günü müddətində verilməlidir. Qanunun 10.4-cü maddəsindən aydın olur ki, ailə o zaman ünvanlı dövlət sosial yardım almaq hüququnu itirir ki, sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəiiri haqqında) düzgün olmayan və ya natamam məlumat verilsin. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.5-ci maddəsinə əsasən Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Belə ki, iddiaçı 2 ay ardıcıl olaraq ünvanlı dövlət sosial yardımın məbləğini kart hesabından çıxarmadığından ona sosial yardım göstərilməsi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Eləcə də, iddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərini pozmuşdur və öz ailəsinin gəlirləri barədə düzgün məlumat verməmişdir. İddiaçının ailə üzvü X2 ilə əlaqədar hal-hazırda muzdla işləyən olması məlumatı həqiqəti əks etdirməmişdir. Eləcə də onun son 12 ayda muzdlu işdən gəliri olmuşdur seçimi də öz təsdiqini tapmamışdır. Nəticə etibarilə, Nazirlər Kabinetinin Qərarının 4.5-ci və Qanunun 10.4-cü maddələrindəki hallaröz təsdiqini tapdığından iddiaçının aldığı ünvanlı dövlə sosial yardım dayandırılmışdır. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərinirəhbər tutaraq məhkəmədən, İddiaçı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2477/2022 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.5-ci maddəsinə əsasən sosial yardım göstərilən ailə tərəfindən ünvanlı dövlət sosial yardımın ardıcıl iki ayının məbləği kart hesabından çıxarılmaması ünvanlı dövlət sosial yardımın dayandırılmasının əsası kimi çıxış edir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, kart hesabından pulun çıxarılmaması səbəbi özünün xəstə olması və əməliyyatı üçün pul toplamasıdır. Lakin sözügedən Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş qaydaların müvafiq bəndində kart hesabından pul məbləğinin nağdlasdırılmaması ilə bağlı hər hansı bir üzrlü səbəbin olması kimi istisna hal nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qeyd etdiyi səbəb müvafiq pul vəsaitinin kart hesabında saxlanılması üçün əsas kimi çıxış edə bilməz və ağlabatan hesab edilməməlidir. Əlavə olaraq bildiririk ki, İddiaçı kart hesabında olan pulu xırda vəsaitlər şəklində birinci instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi mütəmadi olaraq çıxarmışdır. Lakin qanunvericilikdə təyin edilən sosial vardım məbləğindən hər hansı bir kiçik pul məbləğinin çıxarılmasına görə ÜDSY-nin davandırılmaması kimi bir müddəa nəzərdə tutulmamışdır. İddiaçı ona sosial yardımın təyin edilməsi əsası kimi yasam şəraitinin çətin olması və 4 nəfərdən ibarət olan aztəminatlı ailəsinə baxa bilməməsi ilə əlaqələndirsə də, sosial vardım məbləğinin 2 ay ərzində plastik kartdan çıxarılmaması bunun həqiqətə uyğun olmadığını sübuta yetirir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının pul məbləğinin kart hesabından xırda vəsaitlər şəklində çıxarılması ÜDSY-nin dayandırılmasına əsas verməməsi kimi qiymətləndirərək əsassız və qanunvericiliyə zidd qərar çıxarmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli **********459 nömrəli cavabdeh orqana olan müraciətində qeyd etmişdir ki, ona ünvanlı dövlət sosial yardımın təyin edilsin. Cavabdeh orqan VEMTAS vasitəsilə bildirmişdir ki, iddiaçı ərizə-bəyannamədə təmsil etdiyi ailənin gəlirləri barədə məlumatı düzgün daxil etməyib. Belə ki VEMTAS tərəfindən verilmiş imtinada qeyd edilmişdir ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfıra bərabər olması səbəbindən, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir, Göründüyü kimi, təmsilçinin ailəsində əmək qabiliyyətli şəxs olmasına baxmayaraq, müvafiq ailə üzvü barəsində heç bir əsas gətirmədən onun orta aylıq gəlirlərinin sıfıra bərabər olduğu aşkar edilmişdir. Belə ki, İddiaçı verilən imtinaların bir qismi sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi (VEMTAS) tərəfindən verilmişdir. Bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Göründüyü kimi ailə üzvünün sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumatı təmsilçi özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın doğruluğunun müəyyən edilməsi zamanı əvvəlki ardıcıl gələn 12 ayda heç bir dövriyyənin olmaması müəyyən edilmişdir. İddiaçı daha sonra ona yenidən sosial vardım təyin edilməsi üçün cavabdeh orqana müarciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş maddi- məişət şəraitinin müayinəsi barədə aktda qeyd edilmişdir ki, iddiaçının ailə üzvü çörək sexində işləyir, eləcə də bu məlumatı iddiaçı maddi-məişətin müayinəsi zamanı aparılmış videomüşahidə zamanı özü də bir daha təsdiqləmişdir. Lakin bu məlumat hər hansı bir əsasla öz təsdiqini tapmamış və iddiaçının ailə üzvünün məşğulluğu barədə olan məlumatların həqiqətə uyğun deyildir. Bununla belə, məhkəmə qərarında iddiaçının əsassız və məhkəmə iclası zamanı səslənməyən şifahi ifadəsinə əsaslanaraq dövlət adından qərar çıxarmışdır. Məhkəmə qərarında göstərildiyinə görə iddiaçının ailə üzvünün çörək sexində işləməsi barədə verdiyi məlumatın sadəcə texniki bir səhv olduğu bildirilib. Halbuki cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən videoyazıda (həmin videoyazı disk şəklində məhkəməyə təqdim edilmişdir) İddiaçı şəxsən bildirmişdir ki, ailə üzvü çörək sexində işləyir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdeh orqanın sübutu qismində təqdim edilən videogörüntüvə etinasız yanaşmış və iddiaçı tərəfindən ailə üzvünün çörək sexində işləməsi halının heç bir əsas olmadan texniki səhv olduğu qənaətinə gəlmişdir. Qeyd edək ki, məhkəmə iclasının gedişində iddiaçı tərəfindən belə bir fikir səslənməmişdir. Məhkəmənin cavabdeh orqan tərəfindən əmək müqaviləsi və bildirişinin təqdim edilməməsi halına münasibətdə bildiririk ki, məhkəmə qərarında qeyd edilənin əksi olaraq cavabdeh inzibati orqana bu barədə hər hansı şifahi və ya yazılı göstəriş verilməmişdir. Məhkəmə qərarına münasibətdə qeyd edək ki, qəbul edilən qərarın özündə qeyrimüəyyənlik vardır. Belə ki, cavabdeh orqanın üzərinə eyni zamanda sosial yardımın həm bərpası həm də təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məlum olduğu kimi, UDSY bir il müddətinə təyin edilərək ödənilir. Lakin sözügedən məhkəmə qərarında eyni müddət üzrə həm dayandırılmış UDSY-nin bərpa edilərək ödənilməsi həm də eyni dövr üzrə yenidən sosial yardımın təyin edilməsi öhdəliyi cavabeh orqanın üzərinə qoyulmuşdur. Məhkəmə qərarı həm maddi hüquq normalarının həm də prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh orqan tərəfindən banka sorğu verilməsi ilə bağlı verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-27781/2023 nömrəli vəsatətə məhkəmə tərəfindən hər hansı bir münasibət bildirilməmiş və məhkəmə qərarda cavabdeh orqana göndərilməyən, iddiaçının özünün təqdim etdiyi bank arayışına əsaslanaraq qərar çıxarmışdır. Əlavə olaraq qeyd edək ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2- 94031/2023 nömrəli protokolla tanış olmaq barədə ərizəvlə məhkəməyə müraciət etsə də, məhkəmə buna hər hansı bir münasibət bildirməmişdir Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2-ci maddəsinə əsasən, ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq Azərbaycan Respublikası "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanununa görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının (bundan sonra mətndə - “Qaydalar”): 2.1-ci bəndinə əsasən, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir; 2.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda); 2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə); 2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə). 2.6-cı bəndinə əsasən, elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır; 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2-ci bəndinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir; 3.7-ci bəndinə əsasən, aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.1-ci bəndinə əsasən sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.5-ci bəndinə əsasən təmsilçi vəfat etdikdə, habelə sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005- ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12 İşin hallarının araşdırılması prinsipi 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2.Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Mil-Muğan regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən təyin olunan ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan kart hesabından çıxarışdan görünür ki, iddiaçı bank kartına köçürülmüş sosial yardım məbləğini mütəmadi olaraq ay ərzində hissə-hissə çıxarmışdır. Bundan əlavə iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş inzibati icraat materiallarında olan xx.xx.2022-ci il tarixli, **********459 nömrəli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatdan görünür ki, ailə tərkibi 4 nəfərdən ibarət olmuş, təmsilçi marketdə satıcı işləməsi qeyd olunmuşdur. İddiaçının həyat yoldaşı X1 isə çörək sexində işləməsi, bundan əlavə isə evdə dərzilik peşəsi ilə məşğul olması, yəni günəmuzd işləməsi və aylıq 100 manat qazancının olması qeyd edilmişdir. Halbuki, məhkəmə iclasında izahatında iddiaçı maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda qeyd olunan X1 “çörək sexində işləmə” barədə məlumatın texniki səhv olaraq qeyd edilməsini, həmçinin blankın qeyd hissəsinin onun tərəfindən yazılmamasını, imzalayarkən həmin hissənin boş olmasını bildirmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, ailəyə ünvanlı sosial yardım təyin olunarkən də, iddiaçının həyat yoldaşı X2 çörək sexində işləməmiş, sosial yardım təyin olunarkən də çörək sexi ilə əmək müqaviləsi və bildirişi olmamışdır. O cümlədən məhkəmə tərəfindən tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən X1 ünvanlı sosial yardım təyin olunan zaman nə də təyin olunmamışdan əvvəl çörək sexi ilə əmək müqaviləsi və bildirişinin olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin imtinasında və etirazında qeyd edilən əsaslarla iddiaçıya təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması qanunsuz olmuşdur. Həmçinin imtinada və etirazda qeyd edilənləri sübuta yetirəcək dəlillər də təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib, işin mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İddiaçının hazırki iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından məlum olur ki, iddiaçının tələbi 2 (iki) hissədən yəni, xx.xx.2021-ci il tarixdən təyin edilmiş və sonradan dayandırılmış ünvanlı sosial yardımın bərpası və xx.xx.2022-ci il tarixli müraciəti əsasında yeni müddətə ünvanlı sosial yardımın təyin edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı 01 may 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və ona 302.08 manat ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Lakin, iddiaçı 2 aydan artıq müddətə təyin olunmuş sosial yardım məbləğini üzrsüz səbəbdən kart hesabından çıxarmadığına görə VEMTAS tərəfindən ünvanlı dövlət sosial yardım dayandırlmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdeh orqana müraciət edərək ona ünvanlı dövlət sosial yardımın təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində cavabdeh orqan xx.xx.2022-ci il tarixdə məlumat vermişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respubikası Nazirlər Kabinetinin sosial yardımın ardıcıl iki ayının məbləği kart hesabından çıxarılmaması ünvanlı dövlət sosial yardımın dayandırılmasının əsası kimi çıxış edir. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciəti əsasında xx.xx.2022-ci il tarixində ailənin maddi-məişət şəraiti müayinə olunmuş, müayinə video müşahidə ilə qeydə alınmış və müayinələrin nəticələrinə dair akt tərtib olunmuşdur. İddiaçının həmin müraciəti cavabdeh tərəfindən araşdırılmış və müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə imtina verilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımı dayandırarkən və yeni müddətə ünvanlı dövlət sosial yardımı təyin edilməsindən imtina edərkən həmin münasibətləri tənzimləyən hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, hər hansı bir şəxsə ünvanlı dövlət sosial yardımın təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına” uyğun həyata keçirilir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir və sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir (maddə 3 və 4.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının” 4.5-ci bəndinə əsasən sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır. Şərh olunan hüquq normalarından görünür ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə ödənilir və həmin yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda həmin hüquq normaları tələb edir ki, sosial yardımın məbləği ailə tərəfindən hər ay kart hesabından götürülməli əks halda yəni, ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır. İşin müəyyən edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməyən faktiki hallarına görə, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlardan görünür ki, iddiaçının kart hesabına ödənilmiş sosial yardımın məbləği heç vaxt tam şəkildə götürülməmiş, hər dəfə hissə-hissə olmaqla az məbləğdə götürülmüşdür. İddiaçı bunun səbəbini cərrahiyə əməliyyatı üçün pul toplaması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının onun bank kartına köçürülmüş sosial yardım məbləğini mütəmadi olaraq ay ərzində hissə-hissə çıxartmasını nəzərə alıb, belə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının” 4.5-ci bəndinin tələbi iddiaçı tərəfindən pozulmamışdır və buna görə dayandırılmış dövlət sosial yardımı bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək belə qənaətə gəlir ki, sosial yardım dövlət tərəfindən vətəndaşların sosial müdafiəsinin təmin edilməsinə yönələn elə vəsaitdir ki, həmin məbləğ ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır və ehtiyacı olan şəxsə (ailəyə) əvəzsiz qaydada ödənilir. Həmin vəsaitin kart hesabından 2 ay ərzində çıxarılmaması ailənin həmin vəsaitə ehtiyacının olmaması kimi başa düşülür. Çünki, həmin vəsaitinin iddiaçıya ödənilməsində məqsəd iddiaçının yaşayış şəraitinin çətin olması və 4 nəfərdən ibarət ailəsinə baxa bilməməsi ilə əlaqədar olmuşdur. Lakin, həmin vəsaitin kart hesabından heç vaxt tam şəkildə çıxarılmaması qeyd edilən faktların düzgünlüyünü təkzib edir. Məhz Qaydaların 4.5-ci bəndinin məqsədi də sosial yardıma ehtiyacı olmayan ailəyə təyin edilmiş həmin məbləğin ödənilməsinin dayandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə isə onu qeyd edir ki, ödənilmiş dövlət sosial yardımın məbləği vətəndaşların sosial müdafiəsinin təmin edilməsinə yönəldiyindən, həmin vəsait şəxsin digər ehtiyaclarının ödənilməsinə, o cümlədən sağlamlığının bərpası və ya müalicəsi üçün çəkilən və ya çəkiləcək xərclərin əvəzi kimi qəbul edilə bilməz. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyasında “sosial təminat hüququ” (maddə 38) ilə “sağlamlığın qorunması hüququ” (maddə 41) ayrı-ayrı maddələrdə yer almış və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının məqsədi məhz aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Bundan başqa xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının” 4.5-ci bəndində istifadə olunan “sosial yardımın məbləği” ifadəsi bütöv halda qəbul edilməlidir. Yəni, həmin məbləğin 2 ay ərzində kart hesabından götürülməməsi dedikdə, söhbət həmin vəsaitin tam şəkildə götürülməməsindən gedir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.4.2-ci maddəsinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 3.8-ci maddəsinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Yuxarıda qeyd edilən hüquq normaların təhlili onu deməyə imkan verir ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır və həmin yardımın məbləği ailənin orta aylıq gəliri ilə ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğinə uyğun hesablanır və inzibati orqanının qərarı əsasında təyin edilir və müraciət edənin (təmsilçinin) kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə köçürülür. Yəni, hüquq normalarının ümumi mənasına görə sosial yardım məbləği deyərkən yuxarıda qeyd edilən şərtlərlə (qaydada) hesablanan və kart hesabına köçürülən pul vəsaiti nəzərdə tutulur. Məhz həmin vəsaitin ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülməməsi, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılması ilə nəticələnir. Məhkəmə kollegiyası iddiaçının tələbinin ikinci hissəsi yəni, yeni müddətə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və tələbi həmin hissəsini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki iddiaçı ona yenidən sosial vardım təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müaraciət etmişdir. Həmin müraciəti əsasında xx.xx.2022-ci il tarixində ailənin maddi-məişət şəraiti müayinə olunmuş, müayinə video müşahidə ilə qeydə alınmış və müayinələrin nəticələrinə dair akt tərtib olunmuşdur. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi barədə aktda iddiaçının ailə üzvü olan həyat yoldaşının (arvadının) çörək sexində işləməsi qeyd olunmuşdur. Eləcə də bu məlumatı maddi-məişətin müayinəsi zamanı aparılmış videomüşahidə zamanı iddiaçının özü bir daha təsdiqləmişdir. Lakin, həmin məlumat hər hansı bir əsasla öz təsdiqini tapmamışdır. Yəni, cavabdeh iddiaçının ailə üzvünün məşğulluğu barədə olan məlumatların həqiqətə uyğun olmadığını aşkar etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında həyat yoldaşının çörək sexində işləmədiyini bildirmişdir. Məhz iddiaçının müraciətində ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının ailə üzvünün çörək sexində işləməsi barədə verdiyi məlumatın sadəcə texniki bir səhv olduğu bildirilib. Halbuki cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən videoyazıda (həmin videoyazı disk şəklində məhkəməyə təqdim edilmişdir) İddiaçı şəxsən bildirmişdir ki, ailə üzvü çörək sexində işləyir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdeh orqanın sübutu qismində təqdim edilən videogörüntüyə etinasız yanaşmış və iddiaçı tərəfindən ailə üzvünün çörək sexində işləməsi halının heç bir əsas olmadan texniki səhv olduğu qənaətinə gəlmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin qərarının özündə qeyri-müəyyənlik vardır. Belə ki, cavabdeh orqanın üzərinə eyni zamanda sosial yardımın həm bərpası həm də təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məlum olduğu kimi, UDSY bir il müddətinə təyin edilərək ödənilir. Lakin sözügedən məhkəmə qərarında eyni müddət üzrə həm dayandırılmış UDSY-nin bərpa edilərək ödənilməsi həm də eyni dövr üzrə yenidən sosial yardımın təyin edilməsi öhdəliyi cavabeh orqanın üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərini işdə olan sübutlar və tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə birgə tətqiq edərək hesab edir ki, həmin dəlillər əsaslıdır. Məhkəmə kollegiyası aşağıda qeyd edilən hüquq normalarından çıxış edərək əlavə olaraq onu da qeyd edir ki, hətta, iddiaçının ailə üzvünün çörək sexində işləməsi barədə verdiyi məlumat özünün dedidiyi kimi sadəcə texniki bir səhv olsa belə, bu barədə məlumat vaxtında inzibati orqana verilməli idi və bu məlumatın verilib-verilməməsi iddiaçının məsuliyyət sferasına daxildir. Əks halda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Göründüyü kimi, təmsilçinin sosial yardım almaq üçün müraciət etdiyi zaman sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat vermək vəzifəsi vardır. Hər hansı səbəbdən hətta, texniki səhv olsa belə təmsilçi (hazırki hada iddiaçı) verdiyi düzgün olmayan və yardımın təyin olunmasına təsir edən məlumatı dəqiqləşdirməli və bu barədə yenidən orqana məlumat verməli idi. Lakin, hazırki halda iddiaçı “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinin tələblərini pozmuşdur və öz ailəsinin gəlirləri barədə düzgün məlumat verməmişdir. İddiaçının ailə üzvü X2 ilə əlaqədar hal-hazırda muzdla işləyən olması məlumatı həqiqəti əks etdirməmişdir. Eləcə də onun son 12 ayda muzdlu işdən gəliri olmuşdur seçimi də öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Qaydaların 4.5-ci və Qanunun 10.4-cü maddələrindəki hallar öz təsdiqini tapdığından iddiaçının aldığı ünvanlı dövlət sosial yardımının dayandırılması və yeni müddətə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur. Məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gələrkən, təyinatın hansı tarixdən aparılmasını göstərməmişdir. Bununla da tələbin təmin edilən həmin hissəsi qeyri-müəyyən qalmışdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin ikinci hissəsi yəni, yeni müddətə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mübahisələndirilməyən faktiki hallarına görə iddiaçı xx.xx.2022-ci il tarixdə müraciət edərək ona ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmiş, lakin ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bu barədə bildiriş onun (iddiaçının) ünvanına göndərilmişdir. Hazırda iddiaçı həmin müaraciəti əsasında ona ünvanlı dövlət sosial yardımının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakılara nəzər yetriməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.8-ci maddəsinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir Həmin Qaydaların 3.4-ci maddəsinə əsasən bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Həmin Qaydaların 3.4.1-ci maddəsinə əsasən VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.4.2-ci maddəsinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydaların 4.10-cu maddəsinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi VEMTAS tərəfindən ünvanlı dövlət sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır və həmin qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. İşdən görünür ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı iddiaçının xx.xx.2022-ci il tarixli müraciətindən cavabdeh tərəfindən imtina edilmiş və imtinanın səbəbləri barədə məlumat verilməklə Qaydalarda göstərilmiş şəkildə bu barədə bildiriş onun (iddiaçının) ünvanına göndərilmişdir. Başqa sözlə, işdən aşkar görünür ki, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsini cavabdeh inzibati akt qəbul etməklə həyata keçirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 57.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalrından çıxış edərək qeyd edir ki, VEMTAS tərəfindən iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.10-cu bəndinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin qərarı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin həmin imtinası inzibati akt olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən sözügedən müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı iddiaçının tələbi qanunvericiliyin bəhs olunan tələbləri baxımından əsaslı deyildir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun olmamışdır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanuni olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar verdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2-1(120)-944/2023 saylı qərarı ləğv olunsun. İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. .
Məhkəmə qərarları › İş №2-1(106)-53/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-53/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver