Məhkəmə qərarları › İş №2-1(106)-534/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-534/2024

04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-534/2024 04.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-1850/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarının İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 iyul 2024-cü il tarixli, 2-1(120)- 1850/2024 nömrəli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarının İddiaçınə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin İddiaçındən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Həmçinin Qara-Qum Holding” MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüş və həmin ərazidən kənarda qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 127 saylı sərəncamı əsasında İddiaçı MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qumçınqıl materialların çıxarılmasına icazə verilmişdir və qeyd olunan torpaq sahəsində “Dağ mədən işlərinin inkişafı planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması haqqında 01 avqust 2018-ci il tarixli 01045 saylı aktına əsasən İmişli rayonunun inzibati ərazisində İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədi ilə MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Ekoloji Pasport təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçınə İmişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə ıcazə verilmişdir. Beləliklə sadalanan bütün sənədlərdən görünür ki, MMC-yə ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqıl hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X4 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 15 saylı qərarına əsasən 01 avqust 2018-ci il tarixli 01045 saylı “Dağ mədən ayrılması” aktı ilə “X18”MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin Təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktın zəruriliyini sübut etməlidir. Lakin inzibati orqan MMC-yə “Dağ-mədən ayırması” aktı ilə ayrılmış yerin təkindən istifadə hüququnun ləğv edilməsi ilə bağlı qərar qəbul etsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. İnzibati orqan qərarında qeyd edir ki, guya MMC tərəfindən yerin təkindən səmərəli istifadə edilməsi və mühafizəsinə aid əsas tələblər, yerin təkindən istifadə qaydaları və icazə şərtləri pozulmuşdur. Halbuki bu halları təsdiq edən hər hansı mötəbər sübut və ya əsas olmamışdır. İnzibati orqan qərarında yalnız “Yerin təki haqqında” AR Qanununa və AR Prezidentinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş, istifadə qaydasının və icazə şərtlərinin hansı tələblərinin pozulmasını konkret göstərməmişdir. Cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan, müvafiq ekspertiza keçirmədən MMC-nin yerin təkindən düzgün istifadə etmədiyi qənaətinə gəlmişdir. Halbuki bu qərara gəlmək üçün əsaslı araşdırma aparılmalı, müvafiq ekspertizalar keçirilməli və mütəxəssislər cəlb olunmalı idi. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış keçirililmişdir. Baxış zamanı Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 1 avqust 2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsindən kənarda 328 567 m3 qum-çınqıl qarışığı hasil etdiyi aşkar edilmişdir. Bu barədə müvafiq qaydada 63247 nömrəli 7 oktyabr 2020-ci il tarixli Akt tərtib edilmişdir. Monitorinq zamanı ərazidən yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi, mərz nişanlarının qismən mövcud olduğu, lakin mərz nişanlarının üzərində MMC-nin adı, müvafiq künc nöqtəsinin nömrəsi və koordinatları göstərilmədiyi, eyni zamanda istismar işləri “Dağ-mədən ayırması Aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsini hüdudları daxilində sahəsi 13.6 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 796 610 m3, xaricində isə sahəsi 5.64 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 328 567 m3 həcmində aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi, yerin təkinin mühafizə və səmərəli istifadə qaydaları kobud şəkildə pozulmuşdur. Bununla bağlı X12 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsindən istifadə Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək öhdəliyi qoyulmuşdur. Lakin, "xxxx" MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X12 29 aprel 2021-ci il tarixli 15 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və cazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Sözügedən çayın məcrasında bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılmasının nəticəsində yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş vermişdir, həmçinin ətraf mühitə, sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji axımları zəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda İmişli rayonu ərazisində su qıtlığı problemi yaşanmaqdadır, sakinlər həm içməli su, həm əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər, həyətyanı sahələrdə qazılmış suyuların suyu aşağı həddədir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd olunması xahiş edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi müstəqil ekspert rəyini təkrarlamışdır, ona görə də həmin rəy mötəbər hesab edilə bilməz. Qazıntı işləri aparılmış sahənin faktiki olaraq bərpa olunması barədə məlumatı yoxdur, lakin həmin ərazi çayın kənarında yerləşdiyinə görə təbii bərpa olunması mümkün deyil. Odur ki, təkrar ekspertizanın keçirilməsi məqsədəuyğundur. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 bildirmişdir ki, Cəmiyyət icarəsində olan torpaq sahəsində əvvəllər hazırki işdə olan eyni koordinatlar daxilində qazıntı işləri aparmış və kənara çıxma olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş və müvafiq hökm çıxarılmışdır. Həmin hökm üzrə ekspertiza tədqiqatı nəticəsində kənaraçıxam müəyyən edilmişdir. Belə olduğu təqdirdə ekspert rəyləri arasında ziddiyət olduğundan hazırki iş üzrə verilmiş rəy mötəbər hesab edilə bilməz və bu məsələ araşdırılmalıdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, qazıntı işləri aparılmış sahə çayın axını hesabına bərpa olunmuş və izlər itmişdir, ona görə də təkrar ekspertizanın keçirilməsi heç bir əhəmiyyət daşımır. Bundan əlavə, məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılarkən əraziyə cavabdehin nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş və pozuntunun olmaması əsası ilə cinatəy işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndində 16.50 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. -xx.xx.2012-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 18.0 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmişdir. -xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndində 30.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmişdir. -xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 10.80 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmişdir. -xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndinin yaxınlığında, Araz çayı hövzəsindən 5.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmişdir. -İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli "xxxx" MMCnin qum-çınqıl istehsalına icazə verilməsi barədə sərəncamından görünür ki, cəmi 80.30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına icazə verilmişdir. -Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, "xxxx" MMC-yə dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 80.3 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 63247 nörməli aktından görünür ki, "xxxx" MMCnin fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya ayrılmış sahənin hüdudlarından kənarda qum-çınqıl qarışığının hasil edildiyi aşkar edilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020ci il tarixli, 23/20 nömrəli qərarından görünür ki, “Dağ-mədən ayırması” Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara, o cümlədən "xxxx" MMC-yə 01045 nömrəli “Dağmədən ayırması” aktı ilə 3 ay müddətinə, xx.xx.2021-ci il tarixədək yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 29 aprel 2021-ci il tarixli, 15 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 01 avqust 2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə "xxxx" MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 05/1950-11 nömrəli məktubunda bildirilir ki, 2020-2021-ci illərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X15 X6 tərəfindən İddiaçı MMC-yə məxsus ərazidə hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Eyni zamanda məktubda qeyd edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri, o cümlədən yoxlamaların reyestrdə qeydiyyata alınması ilə bağlı müddəaları sahibkarlıq fəaliyyəti həyata keçirilən yerlərə gəlməklə aparılan yoxlama tədbirlərinə şamil edilir. -xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyevin, "xxxx" MMC-nin mütəxəssisi Şükür Hüseynovun, "xxxx" MMC-nin yerquruluşu üzrə mütəxəssisi Nizami Səmədovun, "xxxx" MMC-nin mütəxəssisi Fərid İbadovun, İddiaçı MMC-nin nümayəndəsi Vəkil2, İddiaçı MMC-nin nümayəndəsi Fuad Məmmədovun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi Cəfər Cəfərovun iştirakı ilə baxış aktı tərtib olunmuş, tədqiq olunan İmişli rayonu Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı MMC-yə məxsus mübahisəli torpaq sahələrinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, tədqiq olunan mübahisəli torpaq sahəsi faktiki olaraq qum-çınqıl materiallarının çıxarılması və istehsalı üzrə istifadə olunur. Baxış zamanı tədqiq olunan Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən, İddiaçı MMC-yə məxsus mübahisəli qum-çınqıl çıxarılan ərazinin və istifadəsində olan mövcud vəziyyəti üzrə ərazinin döngə nöqtələrinin koordinatları GPS ölçü avadanlığı vasitəsilə götürülmüş və ərazinin fotoşəkilləri çəkilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyində qeyd edilmişdir: -naturada və eləcə də kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında aparılan ekspertiza tədqiqatı zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "Dağ-mədən ayırması" aktı ilə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası ehtiyat fond torpaqları olmaqla sahibkarlıq (qum-çınqıl materiallarının çıxarılması və istehsalı) məqsədli icarə hüququ ilə istifadəyə və xüsusi mülkiyyətə verilmişdir. Sözügedən 80.3ha torpaq sahəsinin 30.0ha (MA-0285422 saylı çıxarış) torpaq sahəsi və 18ha (MA-0398017 saylı çıxarış) torpaq sahəsi dövlət mülkiyyətində, 10.8ha torpaq sahəsi (MA-0285322 nömrəli çıxarış) bələdiyyə mülkiyyətində 16.5 ha torpaq sahəsi (MA- ******* saylı çıxarış) bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin müayinəsi zamanı ölçüləri və sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir. -İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "Dağ-mədən ayırması" aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür. -naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli "Dağmədən ayırması" aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçınə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismarçıya məxsus ərazidən kənarda istismar işlərinin aparılmasına dair tərtib edilən 7 oktyabr 2020-ci il tarixli, № 63247 AKT-da müəyyən edilmiş ərazi İddiaçınə icarə hüquqi ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin koordinatları daxilində yerləşir.

1. “İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2013-ci il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018- ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.30 ha olan torpaq sahəsinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan 80.30 ha torpaq sahəsinin 16.50 ha hissəsi xüsusi mülkiyyətdə olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid, 18.0 ha hissəsi xüsusi mülkiyyətdə olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid, 30.0 ha hissəsi dövlət mülkiyyətində olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış su fondu torpaqları kateqoriyasına aid, 5.0 ha hissəsi dövlət mülkiyyətində olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid və 10.80 ha hissəsi isə bələdiyyə mülkiyyətində olmaqla sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahələridir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində bildirilir: -“İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2013-ci il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.30 ha olan torpaq sahəsinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan 80.30 ha torpaq sahəsinin 16.50 ha hissəsi xüsusi mülkiyyətdə olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid, 18.0 ha hissəsi xüsusi mülkiyyətdə olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid, 30.0 ha hissəsi dövlət mülkiyyətində olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış su fondu torpaqları kateqoriyasına aid, 5.0 ha hissəsi dövlət mülkiyyətində olmaqla, sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış ehtiyyat fondu torpaqları kateqoriyasına aid və 10.80 ha hissəsi isə bələdiyyə mülkiyyətində olmaqla sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə ayrılmış kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahələridir. -“İmişli Rayon icra Hakimiyyətinin xx.xx.2013-ci il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.30 ha olan torpaq sahəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. -“İmişli Rayon icra Hakimiyyətinin xx.xx.2013-ci il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli “Dağ-mədən ayırması” aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.30 ha olan torpaq sahəsindən kənarda ekspertiza keçirilən zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin faktiki və hüquqi hallarına quymət verilməsi üçün tərəflər arasında yaranmış hüquq münasibətlərinə tətbiq edilməli olan normalar təhlil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.8 maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: -1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. -2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1ci maddələri şamil edilir. -3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən 2020-ci il tarixində aparılmış yoxlama (monitorinq) yuxarıda qeyd olunan normaların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Qara-Qum Holding” MMC-yə icarə hüququ ilə məxsus olan torpaq sahəsinin hüdudlarından kənarda cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işlərinin görülməsi müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, “Yerin təki haqqında” Qanunun 17-ci maddəsində qazıntı işlərinin beş metr dərinliyədək aparılmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş “Dağ-mədən ayırması Aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsinin hüdudları daxilində sahəsi 13.6 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 796 610 m3, xaricində isə sahəsi 5.64 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 328 567 m3 həcmində aparıldığı qeyd edilsə də, qazıntının dərinliyinin müəyyən edilməsi ekspertiza tədqiqatının predmeti olmadığından (bu barədə sual qoyulmamışdır) bu məsələ araşdırılmamışdır. Lakin qazıntının aşkar edildiyi vaxtdan 4 ilə yaxın vaxt keçməsini, həmçinin iddiaçının vəkilinin həmin ərazinin çayın axını hesabına artıq bərpa olunması barədə dəlilini, habelə apellyasiya şikayətinin belə bir dəlilinin olmamasını nəzərə alaraq kollegiya hesab edir ki, işin bu halının araşdırıması imkanları aradan qalxmışdır. Bundan əlavə, hazırki iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyində “X9” MMC-nin rəyinə istinad edilsə də rəyin təqiqat hissəsindən görünür ki, tədqiqat Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə aparılmışdır. Göründüyü kimi rəy hazırlanarkən müvafiq sahə üzrə mütəxəssisin iştirakı ilə tədqiqat aparılmışdır. Xüsusilə qeyd edilməlidir ki, torpaq sahələrinin baza məlumatları hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində olduğundan bu qurumun mütəxəssislərinin tədqiqatda bilavasitə iştirakı tədqiqatın nəticələrinin daha mötəbər hesab olunmasına əsas verir. Bu baxımdan hazırki iş üzrə təqdim edilmiş ekspert rəyinin “X9” MMC-nin rəyinə istinadən verilməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması üçün əsas yoxdur. Bu yanaşma həm də ondan qaynaqlanır ki, ekspert rəyi təqdim edildikdən sonrakı tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən yenidən ayrıca mütəxəssis rəyi hazırlanaraq birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin rəydə iddiaçı tərəfindən icarə hüququ ilə ona məxsus ümumi sahəsi 80.30 ha olan torpaq sahəsindən kənarda qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsinin müəyyən olunmadığı bildirilmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-1850/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar