Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-54/2023 02.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 0N noyabr 2022-ci il tarixli 2- N(N20)-535/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissəsində kiçik tibb bacısı kimi xidmət etmiş, xx.xx.N993-cü il tarixli 58 saylı əmrlə işdən azad olunmuşdur. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətlər etmiş, ancaq müraciətləri cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, N992-ci il tarixində Erməni işğalçılarının Azərbaycan torpağına hücumu İlə bağlı Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdır. Həmin tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətə başlamış və hərbi hissədə “kiçik tibb bacısı” vəzifəsində çalışmışdır. Adı çəkilən hərbi hissədə təxminən N aya qədər xidmətdə olduqdan sonra ailə vəziyyəti ilə bağlı xidmətini başa vurmuşdur. Belə ki, Ağdam şəhəri erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra ailəvi olaraq Salyan rayonunda məskunlaşmışlar. Digər tərəfdən, həmin dövrdə azyaşlı uşağı ağır xəstələndiyi üçün onun müalicəsi ilə məşğul olmaq zərurəti yarandığından hərbi hissəni tərk etmək məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq hal-hazırda onun döyüş bölgəsində xidmət etdiyi müəyyən edilməmiş və müharibə veteranı adı verilməmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə rəsmi müraciətlər etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin müraciətlərinə vermiş olduğu cavablarında hərbi hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat aşkar olunmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. Lakin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivin rəisi cənab Rəşad Qənbərovun xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 309 nömrəli əmrində o, İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 nömrəli əmrində onun Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində onunla eyni vaxtda hərbi xidmətdə olan şahidlər də yuxarıda qeyd olunmuş faktı təsdiq edirlər. Göründüyü kimi cavabdeh arxivdə olmaması səbəbindən onun döyüşdə iştirak etmə faktını qəbul etmir və ona “Müharibə veteranı” adını verməkdən imtina edir. Ona görə də, hesab edir ki, məhkəmə hərbi əməliyyatların aparılması müddətində onun həqiqətən də döyüş bölgəsində vətənə qulluq etməyi faktını hərtərəfli araşdıraraq qanuni qərar qəbul edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mülki şəxs olduğundan ona “Müharibə veteranı” adının verilməsinə dair rəy Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilməlidir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının 20N8, 20N9 və 2020-ci il tarixli məktublarında həmin qayda izah olunmuş və İddiaçı müvafiq dövlət orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin deyil digər dövlət orqanının müvafiq komissiyası tərəfindən baxılmalı olduğundan əsl cavabdehlə əvəz olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N -ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Yuxarıda qeyd olunanlardan aydın görmək olar ki, İddiaçı iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula bilməz. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adınının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 0N noyabr 2022-ci il tarixli, 2-N(N20)-535/2022 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia qismən təmin olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Əlavə olaraq, iddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının müvafiq tövsiyələrinə əməl etməmiş və Qərarın 2.4, 6.2, 6.3-cü maddələrinin tələblərinin pozuntusuna yol vermişdir. Qərarın 2.4-cü maddəsinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün sübut əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarın 6.2-6.3-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- N(N20)-535/2022 saylı qərarın ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iddia tələbini qismən təmin etsə də, tələbdə olmayan vəzifəni cavabdehin üzərinə qoymuşdur. İnzibati iş materiallarından görmək olar ki, iddiaçı Komissiyaya müraciət etmiş, ona da 20N8 və 20N9-cu il tarixli məktublarında cavab olaraq izah olunmuşdur ki, müvafiq dövlət orqanına müraciət etsin, buna görə iddianı mümkünsüz saymalı idi. Səbəbi də izah olunmuşdur ki, iddiaçı mülki şəxs olduğundan, ona “Müharibə veteranı" adının verilməsinə dair rəy Müdafiə Nazirliyinin Komissiyası tərəfindən verilə bilməzdi. Həmin məktublar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-cı il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməsinə uyğun olaraq tərtib olunmuşlar. Müdafiə Nazirliyinin cavab məktubları “İnzibatı icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati aktlarıdır və imtina məktubları kimi qiymətləndirilə bilməzdi. Hətta, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin İddiaçı ünvanladığı dekabr 2020-ci il tarixli Ə/5675 №-li məktubunda (surəti əlavə olunur) Müdafiə Nazirliyinin cavab məktubunda qeyd olunduğu kimi, qaydalar izah olunaraq digər dövlət orqanına müraciət etməyi tovsiyyə olunub, lakin məhkəmə nədənsə məhz Müdafiə Nazirliyinin cavabını imtina kimi qəbul etmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, eyni tərəflər arasında eyni predmetlə bağlı məhkəmənin qüvvəyə minmiş aktı var və orada qeyd olunanlar preyudisial xarakter daşıyır. Belə ki, hazırkı iddia tələbı ilə bağlı iddiaçı XN3 fevral 202N-ci ildə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir (2-N(N20)-526/202N №-li ış), iddiada əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərildiyindən, məhkəmənin xx.xx.202N-ci il tarixli qərardadı ilə əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmuşdur, eyni tarixlı digər qərardadla inzibatı iş cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvanı Bakı şəhəri olduğundan aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadda (səh .2) göstərilmişdir ki, hazırlıq iclasında iştirak etmiş iddiaçı işin aidiyyəti üzrə Bakı İnzibatı Məhkəməsinə göndərilməsinə etiraz etmir, həmin qərardaddan şikayət verilməmişdir. İddiaçı ərizə verdiyindən Bakı İnzibatı Məhkəməsinin xx.xx.202N-ci il tarixli 2-N(NN2)-6438/202N №-li qərardadı ilə iddia geri götürülsə də yuxarıda qeyd olunan qərardad mövcuddur, qüvvədədir və eyni tələblə baxılan hazırkı işdə olanlar bir daha sübut etmək ehtiyacı qalmır və yenidən mübahisələndirilmir. (AR MPM-nın 82-ci maddəsi). Məhkəmə qərar qəbul edərkən həmçinin nəzərə almamışdır kı, iddiaçının mübahisələndirdiyi münasibətlər xx.xx.N994-cü il tarixə kimi olan müddətə aid olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci hissəsinin, N-ci bəndinin 8-ci yarımbəndin təsiri altına düşür. Orada da göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xx.xx.N988-ci il tarixdən xx.xx.N994-cü il tarixədək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibatı ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxıl olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxıl olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu Barxudarlı), Yuxarı Əskipara kəndləri daxil olmaqla, rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi uçun ezam olunmuş ... hərbi qulluqçulara "Müharibə veteranı” adı verilir. Məhkəmə iddiaçının mülki şəxs olmasına baxmayaraq, ona aid olan münasibəti hərbi qulluqçulara tətbiq olunduğu kimi tətbiq etmişdir. Məsələn, Hərbi xıdmətkeçmə haqqında" Əsasnaməyə istinad etmişdir (qərar - 6 səh , 4 abzası ). Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.N992-xx.xx.N993-cü ilə kimi xidmət edib (qərar - 6 səh, 5 abzas). Lakin haradan belə qənaətə qəldiyi məlum deyil. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması duzgun olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N20)-535/2022 saylı qərarın tam ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Apellyasiya məhkəməsində İddiaçı nümayəndəsi XN2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, iddiaçı tərəfindən isə verilmiş apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(N20)-535/2022 saylı qərarın ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və xx.xx.2022-ci il tarixli məktubla məhkəmə kollegiyasına müraciət edərək, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlər imtina məktubu, ərizə və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8 Qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Maddə NN İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə N2.2 İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə N3.N İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə N9.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . Maddə 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İnzibati Prosessual Məcəllə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.N-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Bu səbəbdən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, əlavə olaraq apellyasiya şikayətlərinin dəlili üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissədə tibb bacısı kimi xidmət etmişdir. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciətlər etmişdir. İddiaçının müraciətlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmış, ancaq müraciətləri təmin edilməmişdir. İşdə olan Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın İddiaçı ünvanlanmış N2067 nömrəli imtina məktubunda (iş vərəqi 4) qeyd olunmuşdur ki,...“Hərbi qulluqçu statusuna malik olmadığınızdan Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə müraciət etməyiniz məqsədəuyğundur”. Bununla yanaşı, qeyd etmək lazımdır ki, cavabdehin apellyasiya şikayətinin məzmunun da müəyyən edilir ki, o, özünü hazırkı iddia tələbinə cavab verməli inzibati orqan hesab etmir. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi təsdiqini tapmamış, eyni zamanda cavabdeh bu hala dair mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia tələbinə cavab verməli inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyidir. Bundan başqa, işdə olan Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın İddiaçı ünvanlanmış xx.xx.20N8-ci il tarixli, N/Ə-5842 nömrəli məktubunda (iş vərəqi 5) qeyd olunmuşdur ki,...“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi xidmət keçmədiyinizə görə Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması mümkün deyildir”. Bununla bağlı qeyd etmək lazımdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 dekabr 202N-ci il tarixli 4/2-2066 nömrəli məktubunda (iş vərəqi 29) qeyd olunmuşdur ki,...“N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 309 №-li əmrində İddiaçı reanimasiya şöbəsinə “kiçik tibb bacısı" vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 339 №-li əmrində Cərrahiyyə şöbəsinin kiçik tibb bacısı İddiaçı Anesteziologiya-reanimasiya şöbəsinə “kiçik tibb bacısı” vəzifəsinə götürülməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 58 №-li əmrindəkiçik tibb bacısı İddiaçı öz ərizəsinə əsasən 0N.04.93-cü il tarixdən işdən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək, döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır”. Göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə döyüş əməliyatlarında iştirak etmiş və həmin hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olmuşdur. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətləri ilə əlaqədar zəruri inzibati icraat aparmamış, başqa sözlə, həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun zəruri inzibati icraat aparmalı, həmin icraat çərçivəsində, həmçinin aşağıdakıları da araşdırılmalıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki,... “məhkəmə iddiaçının mülki şəxs olmasına baxmayaraq, ona aid olan münasibəti hərbi qulluqçulara tətbiq olunduğu kimi tətbiq etmişdir”. Bu baxımdan cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin 22 iyul 20N5-ci il tarixli müvafiq nömrəli qərarı ilə qüvvəyə minmiş "Quru Qoşunların taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın tələblərinə əsasən iddiaçının döyüş təminatları ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs statusunda olub-olmaması barəsində araşdırma aparılmalıdır. Bundan başqa, iş materiallarında olan X4, X6 və X7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladıqları xx.xx.20N9 və xx.xx.20N9-cu il tarixli ərizələrindən ( iş vərəqi 7-N0) müəyyən olunur ki, onlar müharibə veteranı olduqlarını və N992-ci ildə N saylı hərbi hissədə XN0 da onlarla bərabər xidmət etdiklərini bildirmişlər. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-N0343 nömrəli məktubundan (iş vərəqi 95) görünür ki, ...“ XN Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona xx.xx.20N3-cü il tarixli N68 nömrəli protokol ilə “Müharibə Veteranı” adı verilmişdir. ... X2 Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və ona xx.xx.20N0-cu il tarixli 87 nömrəli protokol ilə M/V-05380N nömrəli “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir”. İş materiallarında olan əmrdən çıxarışdan (iş vərəqi N03) görünür ki, N saylı Hərbi Hissə komandirinin NN9 saylı əmrdən çıxarışa əsasən, reanimasiya şöbəsinin kiçik tibb bacısı XNN xx.xx.N993-cü il tarixdən işdən azad edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə eyni hərbi hissədə xidmət keçən şəxslərə veteran adı və vəsiqəsi verilsə də, eyni zamanda həmin şəxslər bu barədə cavabdeh orqana ərizə ünvanlasalar da, göstərilən xüsusatlara üzrə inzibati orqan tərəfindən zəruri araşdırma aparılmamışdır. Halbuki, İnzibati icraat haqqında” Qanununun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Hazırkı inzibati işdən isə müəyyən olunur ki, cavabdehin imtina məktublarında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin və ya rədd etmək mümkün deyildir. Bu halda, İnzibati Prosessual Məcəlləsinin 73.3.3-cü maddəsi imkan verir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. Bununla bağlı nəzərə almaq lazımdır ki, qüvvədə olan inzibati prosessual qanunvericiliyə görə məhkəmə tərəfindən iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması institutunun tətbiqi bəzi hallarda zəruridir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli və ya faktiki xarakterli hərəkəti icra etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 0N noyabr 2022-ci il tarixli, 2-N(N20)-535/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 8N-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 0N noyabr 2022-ci il tarixli, 2-N(N20)-535/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-54/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-54/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver