Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-541/2025 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ## ### 2023-cü il tarixli, ** nömrəli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı “xxxx” MMC) ##.##.2024-cü il tarixli, ** nömrəli, Qaradağ Tikinti Quraşdıırma Idarəsinin ## ##### 2025-ci il tarixli, ** nömrəli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışlarına əsasən İddiaçı həmin müəssisələrdə 13 il 7 ay 2 gün işlədiyi iş icraçısı vəzifələri ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Beləliklə, iddiaçının təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla ümumilikdə 34 il 11 ay 29 gün iş stajı toplanmış və bu müddətin 23 il 6 ay 3 günü, o cümlədən müvafiq müəssisələrin arayışları ilə təsdiq olunan 13 il 7 ay 2 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1984-##.##.1986-cı illərdə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan illərdə müxtəlif güzəştli sahələrdə işləmişdir. Hazırki vaxta qədər işləyir. Onun işlədiyi işi, vəzifəsi, peşəsi ona güzəştli şərtlərlə pensiya almaq hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan peşələrə aiddir və təqdim etdiyi arayışlarda öz əksini tapmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi, yəni 60 yaş ##.##.2022-ci il tarixdə tamam olsa belə, təqdim etdiyi sənədlərə əsasən onun güzəştli stajı pensiya təyin edilməsinə kifayət etmir. Iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay (##.##.2006-##.##.2007-ci il, ##.##.2008-##.##.2008-ci il, ##.##.2009-##.##.2009-cu il, ##.##.2009-##.##.2009-cu il, ##.##.2010-##.##.2010-cu il, ##.##.2011-##.##.2011-ci il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2012-##.##.2019-cu il, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq, # ###### 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay (ümumilikdə 10 ay) iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Cavabdeh şikayətə əlavə təqdim edərək, əlavədə qeyd etmişdir ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ** nömrəli arayışında onun ##.##.2008-##.##.2008-ci il tarixləri arasındakı dövr ərzində Yevlax rayonu “xxxx” ASC-də təsərrüfat anbarlarının və inzibati binasının tikintisində tikinti üzrə iş icraçısı vəzifəsində işlədiyi qeyd edilsə də, həmin dövrə aid ödənişlərin X1 idarəsi tərəfindən ödənildiyi müəyyən edilmişdir. Ona görə də iddiaçının güzəştli iş stajı 12 il 3 ay 29 gün (##.##.2006-##.##.2007, ##.##.2007-##.##.2008, ##.##.2008-##.##.2008, ##.##.2009-##.##.2009, ##.##.2009-##.##.2009, ##.##.2010-##.##.2010, ##.##.2011- ##.##.2011, ##.##.2011-##.##.2012, ##.##.2012-##.##.2012, ##.##.2012-##.##.2019, ##.##.2020-##.##.2020-ci il) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında “xxxx” MMC-dən 2008-ci ilin noyabr ayında işdən azad edilməsinə baxmayaraq, 1 ay əvvəl, ##.##.2008-ci il tarixdə digər işə qəbul edilməsi barədə qeydlər var ki, bu hal həmin dövrün ziddiyətli olmasını deməyə əsas verir. Iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ##.##.2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; -4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (##.##.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş və ##.##.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir. -4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. -4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin ####un #-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin # ####undan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara * nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Iş materiallarına əlavə edilmiş: -****** nömrəli diplomun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hacıqabul rayon şöbəsinin ##.##.2022-ci il tarixli, *** nömrəli arayışın surətlərindən müəyyən olunur ki, İddiaçı təhsil və hərbi xidmət dövrlərinin müddəti müvafiq olaraq 4 il 9 ay 21 gün və 1 il 5 ay 18 gün olmaqla, cəmi 6 il 3 ay 9 gün təşkil edir. -iddiaçıya məxsus ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının ##.##.1986-cı il tarixdə ** №-li «Aqrarsənayetikinti” Trestinin Nəvahi Rayonlararası X7-135-ə 2-ci dərəcə fəhlə vəzifəsinə qəbul edilməsi, ##.##.1986-cı il tarixli, ** nömrəli əmrlə standartlaşdırıcı, ##.##.1988-ci il tarixli, ** nömrəli əmrlə böyük mühəndis, ##.##.1988-ci il tarixli, ** nömrəli əmrlə tikinti ustası vəzifələrinə keşirilməsi, ##.##.1990-cı il tarixli, ** nömrəli əmrlə köçürmə yolu ilə ** №-li X7 sərəncamına göndərilməsi və ##.##.1990-cı il tarixli, ** nömrəli əmrlə böyük iş icraçısı vəzifəsinə qəbul edilməsi, ##.##.1992-ci il tarixli, ** nömrəli əmrlə ** №-li Təsərrüfat Hesablı Tikinti Sahəsinə keçirilməsi və ##.##.1992-ci il tarixli, * nömrəli əmrlə Sabirabad rayon * №-li “Qaçqıninşaat” Trestinin Hacıqabul rayonunda yerləşən ** №-li Təsərrüfat Hesablı Tikinti Sahəsində iş icraçısı vəzifəsinə qəbul edilməsi, ##.##.1997-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2001-ci il tarixli, 14 “k” nömrəli əmrlə Hacıqabul şəhər X2 Idarəsində aparıcı mühəndis vəzifəsinə təyin edilməsi, ##.##.2001-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilməsi, X5 Su Cəmiyyəinin ##.##.2001-ci il tarixli, **/k nömrəli əmrinə əsasən Hacıqabul rayon Su Kanalizasiya şəbəkə və qurğuların istehsal istismar sahəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilməsi, ##.##.2002-i il tarixli, **/k nömrəli əmrlə tutduğu vəzifədən azad edilməsi, ##.##.2002-ci il tarixli, * nömrəli əmrlə “Fourseas Elektrikal and Injenerinq PTI LTD” nümayəndəliyində baş işçi vəzifəsinə qəbul edilməsi, ##.##.2003-cü il tarixli, * nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2006-cı il tarixli, ** nömrəli əmrlə “xxxx” MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2007-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2008-ci il tarixli, ** nömrəli əmrlə “xxxx” MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2008-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2008-ci il tarixli, ***/** nömrəli əmrlə “xxxx” MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2012-ci il tarixli, ***/** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2012-ci il tarixli, ** nömrəli əmrlə “xxxx” ASC-nin Qobustan Tikinti Materialları filialına iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2020-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2021-ci il tarixli, * nömrəli əmrlə “xxxx” MMCnə iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2022-ci il tarixli, * nömrəli əmrlə “X4” MMC-nə inşaat mühəndisi vəzifəsinə qəbul edilməsi və ##.##.2022-ci il tarixli, * nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2022-ci il tarixli, *-k nömrəli əmrlə “xxxx” MMC-nə iş icraçısı vəzifəsinə qəbul edilməsi və ##.##.2022-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2022-ci il tarixli, ** nömrəli əmrlə “xxxx” MMC-nə sahə rəisi vəzifəsinə qəbul edilməsi və ##.##.2023-cü il tarixli, ** nömrəli əmrlə işdən azad edilməsi, ##.##.2023-cü il tarixli, ** nömrəli əmrlə “xxxx” MMC-nə sahə rəisi vəzifəsinə qəbul edilməsi barədə qeydlər mövcuddur. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti Qaradağ Tikinti Quraşdıırma Idarəsinin ## ##### 2025-ci il tarixli, ** nömrəli arayışında İddiaçı həmin müəssisədə ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək (9 ay 19 gün) tikinti üzrə iş icraçısı vəzifəsində işləməsi qeyd edilmişdir. Beləliklə, qeyd olunan sənədlərlə iddiaçının təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən olunur. -Bundan əlavə, güzəştli iş stajı ilə bağlı qeyd olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ## ### 2023-cü il tarixli, ** nömrəli arayışına əsasən İddiaçı həmin müəssisənin obyektlərində 2012-2020-ci illərdə (7 il 10 ay 10 gün) işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində qeyd edilən rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki adı “xxxx” MMC) ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında İddiaçı həmin müəssisədə 2006-2012-ci illərdə (4 il 7 ay 3 gün) işlədiyi iş icraçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aid olması bildirilir. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli, ** nömrəli arayışında İddiaçı həmin müəssisədə ##.##.2008-ci il tarixdən ##.##.2008-ci il tarixədək (4 ay) işlədiyi iş icraçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aid olduğu bildirilir. -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında arayışa əlavə edilmiş sənədlərə ustinadən bildirilir ki, İddiaçı həmin müəssisədə 2006-cı ilin oktyabr-noyabr, 2007-ci ilin yanvar, fevral, mart aylarının sığorta ödənişləri 2007-ci ilin aprel ayında, 2007-ci ilin may, iyun, avqust, sentyabr aylarının sığorta ödənişləri 2007-ci ilin dekabr ayında, 2008-ci ilin noyabr, dekabr, 2009-cu ilin avqust, noyabr dekabr, 2010-cu ilin yanvar aylarının sığorta ödənişləri 2020-cu ilin fevral ayında, 2011-ci ilin yanvar ayının sığorta ödənişi 2011-ci ilin mart ayında, 2011-ci ilin iyul ayının sığorta ödənişi 2011-ci ilin avqust ayında tam şəkildə ödənilmiş, 2012-ci ilin fevral ayının sığorta ödənişi onun əmək haqqından tutulmuşdur. -“xxxx” Açıq Səhmdar Cəmiyyəti Qaradağ Tikinti Quraşdırma Idarəsinin ## ##### 2025-ci il tarixli, ** nömrəli arayışında İddiaçı həmin müəssisədə ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək 9 ay 19 gün işlədiyi tikinti üzrə iş icraçısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən iş icraçıları vəzifəsinə aiddir. Beləliklə qeyd olunan müəssisələrin arayışlarına əsasən iddiaçının ümumilikdə güzəştli iş stajı 13 il 7 ay 2 gün təşkil edir. Lakin cavabdeh iddiaçının güzəştli iş stajını 12 il 3 ay 29 gün (##.##.2006-##.##.2007, ##.##.2007-##.##.2008, ##.##.2008-##.##.2008, ##.##.2009-##.##.2009, ##.##.2009-##.##.2009, ##.##.2010-##.##.2010, ##.##.2011- ##.##.2011, ##.##.2011-##.##.2012, ##.##.2012-##.##.2012, ##.##.2012-##.##.2019, ##.##.2020-##.##.2020-ci il) olmasını qəbul edir. Qeyd edilməlidir ki, iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1997-ci il tarixədək ** nömrəli Təsərrüfathesablı Tikinti Sahəsində iş icraçısı işlədiyi dövrün statusu (güzəştli) həm cavabdeh, həm də birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmamış və cavabdehin nümayəndəsi məhkəmə iclasında bunu həmin dövrə dair güzəştli arayış təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ## #### 2026-cı il tarixli, **-*/*-**/**** nömrəli məktubunda həmin dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinə əsasən güzəştli iş stajı olması bildirilmişdir. Beləliklə cavabdeh orqanın qəbul etdiyi dövrdən əlavə iddiaçının ** nömrəli Təsərrüfathesablı Tikinti Sahəsində iş icraçısı işlədiyi dövr də nəzərə alındıqda güzəştli iş stajı 12 il 6 aydan artıq olması müəyyən edilir (12 il 3 ay 29 gün+5 il 9 ay 9 gün). Odur ki, iddiaçının ##.##.2008-##.##.2008-ci il tarixləri aralığında Yevlax rayonu “xxxx” ASC-də təsərrüfat anbarlarının və inzibati binasının tikintisində tikinti üzrə iş icraçısı işlədiyi dövrə aid ödənişlərin X1 idarəsi tərəfindən ödənilməsi ilə bağlı ziddiyətli hala görə həmin dövrlər güzəştli hesab edilmədiyi halda belə, iddiaçının yuxarıda qeyd olunan əsasla kifayət qədər güzəştli stajının olması baxımından həmin dövrün araşdırılması zərurətini aradan qaldırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının 2008-ci il üzrə 2 ay, 2009-cu il üzrə 3 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay, 2019-cu il üzrə 1 ay olmaqla ümumilikdə 10 ay iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmaması” iddiaçının iradəsindən asılı olmayan haldır və onun ziyanına şərh oluna bilməz. Digər tərəfdən həmin dövrlər üzrə m.d.s.s.h. üzrə ödənilməli olan məbləğ ödənilməmiş qalmamış, digər aylarda əvəzləşdirilmişdir. Bundan əlavə, ##.##.2008- ##.##.2008-ci il tarixlər aralığındakı dövr ərzində ödənişlərin -“xxxx” MMC tərəfindən deyil, digər müəssisə tərəfindən ödənilməsi iddiaçının həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmamasına və əmək haqqı almamasına dəlalət etmir, əksinə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinə əsas verir. Iddiaçının çalışdığı peşələr (güzəştli hesab edilən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 29-cu “Bina, qurğu, digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda XXVII. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki rəhbərlər və mütəxəssislər bəndində qeyd edilən tikinti ustası və iş icraçısı vəzifələrinə uyğun olduğu halda, cavabdeh inzibati orqan formal əsaslarla bundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-541/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-541/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver