Məhkəmə qərarları › İş №2-1(106)-542/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-542/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-542/2025 24.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X2 qəyyumu Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)- 660/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 960 nömrəli qərarında (Xəstəlik haqqında şəhadətnamədə) iddiaçının aldığı travma diaqnoz: partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi; xəstəliyin səbəb əlaqəsi: Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qiymətləndirilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1862 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X5 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2- 3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0” Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla. Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu, yaddaş və intellekt zəifliyi ilə. Ağırlaşma: R25.2 Qıcolma və spazm, Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə), Ağırlaşma: Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. müəyyən edilərək, xx.xx.2023-cü il tarixli P00138836AME nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyati ağırdır. Müayinənin keçirildiyi otağa tibb personalının müşayiəti altında daxil olur, salamlaşaraq ona təklif olunan yerdə oturur. Düşüncəsinin kobud pozulmadığı, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin saxlanıldığı müəyyən edilir. Zahirən səliqəsiz və süst görünür. Mimikasında narazılıq ifadəsi, hərəkətlərinda lənglik müşahidə edilir. Söz ünsiyyəti zamanı söhbətə həvəssiz ve qeyri-fəal şəkildə qoşulur. Suallara adətən ləng və konkret cavab verməyə başlayır, onları müxtəsər cavablandırır. Təfəkkürü tempinə görə ləng olmaqla tropid xarakter daşıyır. Mülahizə və mühakimələrinin bir qədər səthi xarakterli olduğu qeydə alınır. Aparılan sorğusual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilmir. Mnestik funksiyalarında müəyyən dərəcədə pozuntu nəzərə çarpır. Belə ki, aparılan testlər nəticəsində yaddaşında zəiflik, yeni məlumatları pis qavrama, diqqətində dağınıqlıq olduğu aşkarlanır. Anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkir. Müayinə zamanı affektiv qeyrisabitliyi və əsəbiliyi özünü büruzə verir. Söhbət zamanı tez yorulduğu aşkarlanır. Davranışı üzərində nəzərətin zəiflədiyi müşahidə olunur. Özünü psixi xəstə hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən müharibədə aldığı psixi və somatid travmalardan sonra vəziyyatində kəskin dəyişkənliklər yarandığını qeyd edir, xəstəliyinə görə dəfələrlə psixiatriya xəstəxanasında müalicə aldığını və hal-hazırda da həmin müalicəni ev şəraitində qəbul edir. Keçirilən müayinənin məqsədini və mahiyyətini düzgün başa düşsə də, onun gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərmir, gələcək aqibətinə biganə yanaşır. Hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləmir.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 5WCJM4A0004 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli T 624/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “... İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88 göndərişində qeyd edilən “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntuları amnestik sindromla. Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu. Yaddaş və intelekt zəifliyi ilə. R25.2 Qıcolma və spazm. Cəngolma tutmaları ilə (ayda 2-3 dəfə). Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır.” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları aşkarlanmamış, diaqnozun təstiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Qeyd olunan xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər.” “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 838 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X5 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2- 3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 800 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs X3 hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmalari ilə” (F07.0) aşkar edilir. İİ. Yekun hissəsi: Yoxlanılan şəxs X3 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə X4 təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Yoxlanılan şəxs X3 müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmış və xroniki xarakter daşıyır.” Məhkəmə sorğusuna əsasən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “...xx.xx.1995-ci il təvəllüdlü, Yardımlı rayonu, Honuba kəndində yaşayan X5 arxiv məlumatına görə xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu qıcolma tutmaları (ayda 2-3 dəfə) koqnitiv funksiyaların enməsi ilə.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 5WCJM4A0004 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. 02 noyabr 2020-ci il tarixdə döyüş zamanı Murovdağ yaxınlığında mərmi partlaması nəticəsində xəsarət almışdır. İlkin yardım göstərildikdən sonra hərbi hissəyə göndərilmiş, oradan da Şəmkir Rayon Mərkəzi Xəstəxanasına köçürülmüşdür. xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin xəstəxananın cərrahiyyə şöbəsində stasionar qaydada müalicə və müayinə olunmuşdur. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2020-ci il tarixli 2931/83 nömrəli epikrizində qeyd olunmuşdur ki, “Elməddin Mahmudov partlayış travması, hər iki budun arxa səthinin yanmış qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Silahlı Qüvvələrin Baş X1 bölməsində “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Soltərəfli İİ dərəcəli varikosele. Sol gözün hipermetopiyası Hm 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya olunmur. Sağ qulaqarxası nahyyəsinin limfadeniti. Partlayış yaralanması. Hər iki bud nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların 1-li cərrahi işlənilməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixli 960 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilir ki, X2 “partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış birinci cərrahi işlənilməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu ilə xəstədir. Hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 20 sentyabr 2021-ci ildə xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis olunmuşdur. xx.xx.2022-ci il tarixdən 15.03. 2022-ci il tarixə kimi Sumqayıt Psixiatriya Xəstəxanasında “partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravma. Ensefalopatiya ilə nəticələnən üzvi şəxsiyyət və davranış pozuntuları, amnestik sindrom” diqanozu ilə stasionar müalicədə olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Respublika Psixatriya Xəstəxanasında” “Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, yaddaşın enməsi cəngolma tutmaları ilə (ayda 2-3 dəfə), davranış pozuntularlı amnestik sindromla” diqanozu ilə stasionar qaydada müalicə olunmuşdur. “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli 1862 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası SN-nin 17 fevral 2023cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X5 Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2-3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 070. Mütəmadi olaraq ambulator və stasionar qaydada müalicələr olunsa da, səhhətində heç bir irəliləyiş olmamış, əksinə səhhəti tamamilə ağırlaşmışdır. Baş ağrılarından, əsəbilikdən, yuxu və davranış, yaddaş və intellekt zəifliyindən, qıcolmadan əziyyət çəkir, psixi vəziyyəti tamamilə dözülməz hala düşmüşdür. Öz hərəkətlərini ölçüb-biçmək, mənasını başa düşmək və onları idarə etmək qabiliyyəti yoxdur. Öz həyatının vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-12/2023 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hesab edir ki, işdə olan sənədlər ona əlillik təyin edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatrıya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla yaddaş və intellekt zəifliyi ilə. Cəngolma tutmaları itə (ayda 2-3 dəfə) Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Yardımlı rayon sakini xx.xx.1995-ci il təvəllüdlü X2 (FİN:5WCJM4A) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. E.Mahmudova orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E Mahmudova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 960 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin beynin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı astno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyəsinin kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı dıaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, unutqanlıqdan şikayətlənmişdir. Zahirən sakit, ünsiyyətə həvəssiz, emosional iradə sferası qeyri-sabit olmuş, düşüncəsi aydın, bələdliyi və özünə tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya koqnitiv funksiyaların zəifləməsi ilə” (Tibbi sənədlər və instrumental müayinələrdə etıolon faktor öz təsdiqim tapmır) kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksıonal pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-660/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, sırf ekspert rəyinə əsaslanaraq şəxsin əyani müayinə olunması zamanı əldə edilən nəticələrə məhəl qoymadan qanunsuz qərar qəbul etmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli emosionaldavamsız, koqnitiv funksiyaların enməsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya F06 somatik xəstəliklə bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli F07.8 şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər 35-60 2 il yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan 65-80 2 il dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlillik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 960 nömrəli qərarında (Xəstəlik haqqında şəhadətnamədə) iddiaçının aldığı travma diaqnoz: partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi; xəstəliyin səbəb əlaqəsi: Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi qiymətləndirilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1862 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3- 1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X5 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2- 3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0” Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən iddiaçıya əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla. Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu, yaddaş və intellekt zəifliyi ilə. Ağırlaşma: R25.2 Qıcolma və spazm, Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə), Ağırlaşma: Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. müəyyən edilərək, xx.xx.2023-cü il tarixli P00138836AME nömrəli göndəriş rəsmiləşdirilmiş, göndərişdə “Həkim müayinəsi” adlanan bölmədə: nəticə olaraq PS.Status: “Ümumi vəziyyati ağırdır. Müayinənin keçirildiyi otağa tibb personalının müşayiəti altında daxil olur, salamlaşaraq ona təklif olunan yerdə oturur. Düşüncəsinin kobud pozulmadığı, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin saxlanıldığı müəyyən edilir. Zahirən səliqəsiz və süst görünür. Mimikasında narazılıq ifadəsi, hərəkətlərinda lənglik müşahidə edilir. Söz ünsiyyəti zamanı söhbətə həvəssiz ve qeyri-fəal şəkildə qoşulur. Suallara adətən ləng və konkret cavab verməyə başlayır, onları müxtəsər cavablandırır. Təfəkkürü tempinə görə ləng olmaqla tropid xarakter daşıyır. Mülahizə və mühakimələrinin bir qədər səthi xarakterli olduğu qeydə alınır. Aparılan sorğusual gedişatında kəskin produktiv psixopatoloji simptomatika (qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri) müəyyən edilmir. Mnestik funksiyalarında müəyyən dərəcədə pozuntu nəzərə çarpır. Belə ki, aparılan testlər nəticəsində yaddaşında zəiflik, yeni məlumatları pis qavrama, diqqətində dağınıqlıq olduğu aşkarlanır. Anamnestik məlumatları xronoloji ardıcıllıqla çatdırmaqda çətinlik çəkir. Müayinə zamanı affektiv qeyrisabitliyi və əsəbiliyi özünü büruzə verir. Söhbət zamanı tez yorulduğu aşkarlanır. Davranışı üzərində nəzərətin zəiflədiyi müşahidə olunur. Özünü psixi xəstə hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən müharibədə aldığı psixi və somatid travmalardan sonra vəziyyatində kəskin dəyişkənliklər yarandığını qeyd edir, xəstəliyinə görə dəfələrlə psixiatriya xəstəxanasında müalicə aldığını və hal-hazırda da həmin müalicəni ev şəraitində qəbul edir. Keçirilən müayinənin məqsədini və mahiyyətini düzgün başa düşsə də, onun gedişinə və nəticəsinin necə olacağına aşkar şəkildə maraq göstərmir, gələcək aqibətinə biganə yanaşır. Hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibət bəsləmir.” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 5WCJM4A0004 nömrəli qərar ilə “İmtina səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli T 624/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “... İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88 göndərişində qeyd edilən “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntuları amnestik sindromla. Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu. Yaddaş və intelekt zəifliyi ilə. R25.2 Qıcolma və spazm. Cəngolma tutmaları ilə (ayda 2-3 dəfə). Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır.” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları aşkarlanmamış, diaqnozun təstiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Qeyd olunan xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər.” “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 838 nömrəli Həkim psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq X5 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2- 3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0” “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 800 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs X3 hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmalari ilə” (F07.0) aşkar edilir. İİ. Yekun hissəsi: Yoxlanılan şəxs X3 üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə X4 təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. Yoxlanılan şəxs X3 müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmış və xroniki xarakter daşıyır.” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T 624/2024 nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı barəsində göndəriş, işdə olan olan digər sübutlar iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsləri tərəfindən verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində ayrı-ayrı vaxtlarda, o cümlədən Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5WCJM4A0004 nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. İddiaçı barəsində əlillik təyin edilməsindən imtina edilməsi ilə bağlı bir neçə qərar (xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, məhkəmə qərardadına əsasən müayinə olunduqdan sonra xx.xx.2024) qəbul edilsədə, xx.xx.2023-cü il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar mübahisələndirildiyi üçün əlillik təyinatı həmin qərarın tarixdən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 may 2025-ci il tarixli 2-1(120)-660/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar