Məhkəmə qərarları › İş №2-1(106)-55/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-55/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-55/2025 15.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh Salyan rayon bələdiyyəsinin nümayəndəsi X6, Üçüncü şəxs X7, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə qarşı “Cavabdeh tərəfindən X11 ayrılmış torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-749/2024 saylı qərarından üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Salyan rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh tərəfindən X11 30 aprel 2007-ci il tarixli, 13 saylı qərarına əsasən ayrılmış 1050 kv.m torpaq sahəsinin 950 kv.m olan hissədə qərarın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddia onunla əsaslandırılmışdır ki, Alik Kərimov üçün torpaq sahəsinin ayrılması barədə Baş yanğından mühafizə və qəzaxilasetmə işləri idarəsinin X19 48 nömrəli, xx.xx.1998-ci il tarixli rəyində göstərilir ki, “Tikintisi nəzərdə tutulmuş sahədə, obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən Salyan şəhəri 9 saylı SMD-nın yaxınlığında avtomobillərə texniki xidmət ikintisi üçün torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan tiknti norma və qaydalarının tələblərinə layihələndirmə dövründə riayət edilmək şərti ilə yararlıdır, yəni, Salyan şəhəri, 9 saylı SMD-nın yeməkxana binasının şimal tərəfində avtomobillərə texniki xidmət və iaşə xidməti üçün 10 kv.m ölçüdə torpaq sahəsinin ayrılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.10.92-ci il tarixli 572 saylı Qərarına əsasən layihə sənədlərinin TH və Q-nın təlbələrinə müvafiqliyi barədə yanğından mühafizə orqanlarından yazılı razılaşma olmadan, tikinti işlərinin aparılması qadağandır. Alik Kərimova tapşırılmışdır ki, tikinti işlərinə başlanmaqdan bir ay qabaq yazılı surətdə rayon yanğından mühafizə hissəsinə məlumat verilməsi bildirilmişdir. “Salyan şəhər sakini X12 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilsin. Arxitektura, tikinti və MKT şöbəsinə tapşırılsın ki, ayrılmış torpaq sahəsinin hüdudları yerində müəyyən edilsin. Sərəncamın surəti arxitektura, tikinti və MKT şöbəsinə, rayon vergi müfəttişliyinə və texniki inventarlaşdırma idarəsinə verilsin”. Bakı-Astara magistral yolunun avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyekti üçün ayrılan torpaq sahəsinin plan sxemi Salyan rayon İcra Hakimiyyətinin Arxitektura və MKT Şöbəsi tərəfindən 2000-ci ilin iyul ayında təsdiq edilmişdir. Qeyd olunan sənədlərdən də göründüyü kimi, Salyan şəhər sakini X12 avtomobillərin texniki təmir emalatxanası və iaşə xidməti obyektin tikintisi torpaq sahəsinin ayrılması barədə sərəncam verilmişdir. Həmin sərəncam ləğv olunmamışdır. Sərəncam bu gündə qüvvədədir. Daha sonra Salyan şəhərində Bakı-Astara magistralı Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası üzərində X13 mülkiyyət hüququ X32 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 14 iyul 2000-ci il tarixdə 6 №-li reyestr kitabında 41-ci səhifədə 145 reyestr nömrəsi ilə qeydə alınmış və bu barədə X13 adına 145 №-li Qeydiyyat Vəsiqəsi verilmiş, həmçinin texniki pasport tərtib edilərək, X17 təqdim olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Texniki pasportdan görünür ki, həmin sənəddə əvvəl X8 adı qeyd olunmuş, daha sonra isə həmin adınnı üzərindən xətt çəkilərək (silinərək), X13 adı qeyd olunmuşdur. X26 tərəfindən İddiaçı əmlakın idarə edilməsi və ona dair sərəncam verilməsi ilə bağlı 5 il müddətinə etibarnamə verilmişdir. X26 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X13 vərəsəsi qismində İddiaçı Əliməmmədovıç sözügedən torpaq sahəsinə və onun üzərindəki obyektə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR-nin 13 saylı Şirvan Ərazi İdarəsi 24 may 2022-ci il tarixli, **********84 №-li məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. İmtinada bildirilir ki, “sözügedən qeyri-yaşayış binası hal-hazırda mövcud deyil. Eyni zamanda, müraciət etdiyiniz ərazinin torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası digər şəxsin mülkiyyətindədir. Bu səsbəbdən də müraciətinizin icrası qeyri-mümkündür”. Bundan sonra İddiaçı cavabdeh DƏDKR-nin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati məhkəməsinə müraciət edərək, Salyan şəhəri, Bakı-ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30 x 60 kv.metr ölçüdə olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə dair vahid dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti tərəfindən qanuni əsaslarla 1998-ci il tarixində iddiaçıya ayrılmış torpaq sahəsi üzərində xx.xx.2012-ci il tarixdə X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Çıxarışın verilməsi üçün əsas isə Cavabdeh xx.xx.2007-ci il tarixli qərarı, Cavabdeh və X22 arasında bağlanmış-xx.xx.2007- ci il tarixli alqı-satqı müqaviləsi, və müqaviləyə əlavə edilmiş sənədlər, o cümlədən də torpaq sahəsinin plan-sxemi çıxış etmişdir. Məhkəməyə təqdim olunan sənədləri (Cavabdeh xx.xx.2007-ci il tarixli qərarı və sair digər sənədlər) xx.xx.2023-cü il tarixdə vəkil sorğusuna əsasən əldə etmişdir. Göründüyü kimi Salyan Rayon Bələdiyyəsi artıq xx.xx.1998-ci il tarixindən Salyan rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılım torpaq sahəsini, ona məxsus ola-ola, hüquqları ilə yüklü ola-ola, torpaq sahəsinin cavabdeh X11 ayrılması barədə xx.xx.2007-ci il tarixli qanunsuz qərar qəbul etmişdir. Salyan şəhəri, Salyan şəhəri, Bakı ünvan 2 ünvanda yerləşən dövlət fonduna aid torpaq sahəsi üzərində Cavabdeh tərəfindən 2007-ci il tarixdə qanunsuz sərəncam vermişdir. Belə ki, dövlət və bələdiyyə torpaqlarının satışı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna əsasən həyata keçirilir. Bu istiqamətdə hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilir. Komitə torpaq müsabiqəsi və ya hərraclarının keçiriləcəyi vaxtı müəyyən edir, alqısatqı obyekti üzrə tələb olunan sənədləri hazırlayır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə mülkiyyətinaə olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi üzrə xidmətlər göstərilir. Müsabiqə və ya hərracın keçirilməsi haqqında elan komitə tərəfindən hazırlanır və mətbu orqanı olan “Mülkiyyət” qəzetində, rəsmi saytda (emdk.gov.az) və digər kütləvi informasiya vasitələrində yayımlanır. Müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl dərc edilən elanda torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat, müsabiqə və ya hərracın keçirilməsi şərtləri, yeri, vaxtı və tarixi qeyd edilir. Eyni zamanda elanda ilkin qiymət, müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlər və torpaq sahəsi ilə bağlı məlumatlar öz əksini tapır. Xidmətin həyata keçirilməsi ilə bağlı hüquqi və ya fiziki şəxslərdən ərizə və digər sənədlər tələb olunur. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə verildikdə qalibə komissiya tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqları üçün müvafiq bələdiyyə, dövlət torpaqları üçün isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X5 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq qanunvericiliyə uyğun olaraq müvafiq müqavilə bağlanır. Göründüyü kimi, Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi yalnız və yalnız Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna uyğun həyata keçirilir. X9 mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin hərrac vasitəsi satılması barədə sənədlər möcud deyil. Bu hal isə Cavabdeh tərəfindən (torpaq sahəsi Bələdiyyə fonduna aid olduğu halda) həmin torpaq sahəsi üzərində qeyri-qanuni yolla sərəncam vermişdir. Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinə dair verilmiş “plan-sxem”də saxtalaşdırılmışdır. Belə ki, Cavabdeh tərəfindən təsdiq edilmiş sözügedən sənəddə (ay və tarixi olmayan plan) əvvəlcə başqa şəxsin adının yazıldığı, lakin sonradan həmin adın silinərək üzərindən “X22” sözlərinin yazıldığı açıq-aşkar görünür. Həmçinin torpağın ölçüsünü və yerləşmə koordinatlarını göstərən hissələrdə də sözügedən sənəddə dəyişiklik edilmişdir. Lakin bu dəyişiklilər, tələb olunduğu kimi, Cavabdeh və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Bütün bunlar mübahisəli torpaq sahəsinin qaunvericiliyin tələbləri pozulmaqla satılması, torpaq sahəsinə dair X9 adına olan çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədlərdə saxtakarlığa yol verilməsi şübhəsi yaradır. Salyan şəhəri, Bakı-ünvan 2 ünvanda yerşələn və ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinin Cavabdeh mülkiyyətində olmamış, həmin torpaq sahəsinin satılması üçün Cavabdeh səlahiyyətli olmamışdır. Salyan şəhəri, Bakı-ünvan 2 ünvanda yerşələn ümumi sahəsi 30x60 kv.metr ölçüdə olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2003cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarfna da əməl olunmamışdır. Sözügedən hərracın nəticəsi olaraq torpaq sahəsinin X2 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə məlumat verilməmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin, Cavabdeh tərəfindən torpağı kimi 2007-ci il tarixində təkrar X2 barədə qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) xx.xx.2024-cü il tarixli, 2- 1(120)-749/2024 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X21 apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh sədr müavini R.Cavadovun, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynovun, Salyan rayon DT və XK-nın rayon şöbəsinin müdiri O.Quliyevin, Salyan rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşovun, Salyan SES-nın baş həkimi M.Ağayevin, Muğan Regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarovun, Salyan RİH-nin şəhər üzrə nümayəndəsi Ə.Abdullayevin, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X9 iştirakı ilə tərtib etdikləri aktın surətindən görünür ki, G.S.Hüseynova Cavabdehnə ərizə ilə müraciət edərək ƏlətAstara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Bununla əlaqədar komissiya yerə baxış keçirmiş və Salyan şəhəri C.Cabbarlı küçəsi 68 saylı evin sakini X11 Ələt-Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Ayrılan ərazidə eiektrik, qaz, rabitə, mühəndiskommunikasiya xidmətinin mühafizə zolağının saxlanmasıG.Hüseynovaya tapşırılmışdır. Bundan başqa Cavabdeh 30 aprel 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X11 Ələt- Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsi satılmışdır. Daha sonra Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini N X11 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini X11 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 217 saylı sərəncamın surətindən görünür ki, Salyan şəhər sakini X11 Ələt-Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında onun mülkiyyətinə ayrılan 1050 kv.m sahəsinin 800 kv.m sahəsində yeməkxana və 250 kv.m sahədə avtomobil yuma sexi tikintisi aparılmasına icazə verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert rəyi mütəxəsisin apardığı ölçüsü əsasında verilmişdir. Yerində ölçmə işləri aparılarkən, tərəflərin iştirakı ilə ekspert iştirak etməmişdir. Əgər həmin vaxt ekspert mütəxəsislə birlikdə ölçmə işləri aparsaydı, iş üzrə iddiaçıya sərəncam əsasında ayrılan torpaq sahəsinin miqyası mübahisə olunan torpaq sahəsi ilə üst-üstə düşməyəcəkdir. (Çünki – məhkəmənin qərardadı əsasında ölçmə işləri ekspertin üzərinə qoyulmuş və müvafiq məsuliyyət ona izah edilmişdir). Bundan başqa xüsusi olaraq qeyd edirəm ki, ilk öncə iddiaçının bu iddia tələbinə subektiv hüququnun olub-olmadığı araşdırılımamışdır. Ona görə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin vaxtı ilə ona təqdim edilməsini təsdiq edən hər hansı bir ilkin müvafiq akt mövcud deyil. Bundan başqa iddiaçının iddia etdiyi torpaq sahəsi ümumiyyətlə elektron kadastr baza məlumatlarına daxilib edilib-edilmədiyi, edildiyi təqdirdə həmin məlumatlar nə vaxt daxil edildiyi və sair hallar məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmamışdır. Bütün yuxarıda göstərilənlərə, işin faktiki hallarından, təqdimedilən sənədlərdən və sair sübutlardan belə nəticəyə gəlmək olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin vaxtı ilə ona naturda təqdim edilməsini təsdiq edən aktın mövcud olub-olmadığı, olduğu təqdirdə həmin aktda göstərilən kordinatlar iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumiyyətlə elektron kadastr baza məlumatlarına daxilib edilib-edilmədiyi, edildiyi təqdirdə həmin məlumatlar nə vaxt daxil edildiyi və sair hallar məhkəmə tərəfindən (ekspertin və mütəxəsisin iştirakı ilə) tərəflərin iştirakı ilə əlavə (təkrar) ekspertiza təyin edilsin. Yuxarıdakılar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-ci il tarixli, 2-1(120)-749/2024 saylı qərarının ləğv edilməsi (mahiyyəti üzrə araşdırma aparılaraq – (məhkəmə tərkibinin iştirakı ilə ekspert və mütəxəsisin) yerində baxış keçirməklə eksperizanın təyin edilməsi) və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il, 2-1(106)- 479/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə şifahi vəsatət verərək bildirmişdir ki, 2007-ci il tarixdə Cavabdeh tərəfindən X11 torpaq sahəsinin ayrılması ilə bağlı cizgi planda X9 adının qabağında başqa ad yazılmış, sonra isə silinmişdir. Bu səbəbdən iş üzrə xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən verilən vəsatət təmin edilməmişdir. Üçüncü şəxs Tural Məlikov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-749/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)- 749/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Telman Ağabəyov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)- 749/2024 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-749/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)- 749/2024 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli (qərarın ləğv edilməsi hissəsində), birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamaldır. Belə ki, iddiaçı “Cavabdeh tərəfindən X11 30 aprel 2007-ci il tarixli, 13 saylı qərarına əsasən ayrılmış 1050 kv.m torpaq sahəsinin 950 kv.m olan hissədə qərarın etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh mübahisələndirilən qərarı ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Bələdiyyə tərəfindən sözügedən qərarının qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2007-ci il tarixli, 13 saylı qərar Cavabdeh tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Cavabdeh müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia üzrə inzibati aktın etibarsızlığı tələb olunsa da, mahiyyət etibarı ilə mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Bu iddia növünün əsas xüsusiyyəti ondadır ki, həmin iddia üzrə qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi həmin inzibati aktın yaratmış olduğu mənfi nəticələri aradan qaldırır və iddiaçı əvvəlki əlverişli vəziyyətə qayıdır. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan “Salyan şəhər sakini X12 avtomobillərin təmir emalatxanası və iaşə xidməti tikintisi altına torpaq sahəsi ayrılması barədə” Salyan Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 228 saylı sərəncamından çıxarışında göstərilir ki, “Salyan şəhərində, 9 №-li SMD-nin yeməkxana binasının şimal tərəfində, Bakı-Astara yolu ilə Akkuşa kanalının arasında qalan hissədə abadlıq işləri üçün ümumi sahəsi 30 x 60 metr ölçüdə torpaq sahəsi ayrılması və orada 10 x 20 metr ölçüdə iaşə xidməti və avtomobillərin təmir emalatxanası tikintisi aparılması barədə mütəxəssis rəyi təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Salyan şəhəri, Y.Qasımov küçəsi 4-də yaşayan X23 Bakı şəhəri, Naxçıvanski küçəsi 77/12-də yaşayan X26 arasında Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800, kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 10,0 kv.m, əsas sahəsi 10,0 kv.m 1999-cu ildə tikilmiş, divar və dam örtüyü dəmirdən tikilmiş xidməti obyekti, bir otaqdan ibarət X3. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Salyan şəhərində Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən qeyri-yaşayış binası X13 adına xx.xx.2000-ci il tarixdə 6 nömrəli reyestr kitabında 41-ci səhifəsində 145 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 169C saylı sərəncamın surətindən görünür ki, Bakı şəhər sakini X17 balıq məhsullarının yetişdirilməsi və satışının təşkil olunması üçün Bakı-Astara yolunun sol tərəfində, “Babək” restoranın cənubunda o,2 ha, ikinci parça Akkuşa çayının sol tərəfində, su nasos stansiyası ilə 9 nömrəli SMD-nin aralığında olan boş və istifadəsiz ərazidən 1,0 ha. cəmi 1,2 ha. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Cavabdeh sədr müavini R.Cavadovun, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynovun, Salyan rayon DT və XK-nın rayon şöbəsinin müdiri O.Quliyevin, Salyan rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşovun, Salyan SES-nın baş həkimi M.Ağayevin, Muğan Regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarovun, Salyan RİH-nin şəhər üzrə nümayəndəsi Ə.Abdullayevin, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X9 iştirakı ilə tərtib etdikləri aktın surətindən görünür ki, G.S.Hüseynova Cavabdehnə ərizə ilə müraciət edərək Ələt Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş edir. Bununla əlaqədar komissiya yerə baxış keçirmiş və Salyan şəhəri C.Cabbarlı küçəsi 68 saylı evin sakini X11 Ələt- Astara magistral avtomobil yolunun 56,2-cı km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 metr kənar, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədə müvafiqdir. Ayrılan ərazidə eiektrik, qaz, rabitə, mühəndis-kommunikasiya xidmətinin mühafizə zolağının saxlanması G.Hüseynovaya tapşırılmışdır. İş materiallarında olan Cavabdeh 30 aprel 2007-ci il tarixli 13 saylı qərarından görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi 68 saylı evin sakini X11 Ələt- Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsi satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini N X11 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi DT və XK Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan şəhər sakini X11 Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı ilə 1050 kv.m iaşə obyekti tikintisi altına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 217 saylı sərəncamın surətindən görünür ki, Salyan şəhər sakini X11 ƏlətAstara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında onun mülkiyyətinə ayrılan 1050 kv.m sahəsinin 800 kv.m sahəsində yeməkxana və 250 kv.m sahədə avtomobil yuma sexi tikintisi aparılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: Salyan rayon TİB-in xx.xx.2000-ci il tarixli, 303 saylı arayışına və İHB-nin xx.xx.1998-ci il rixli sərəncamına əsasən X12 ayrılmış torpaq sahəsindən xx.xx.2000-ci tarixli müqavilə əsasında X17 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) faktiki isə 1615 kv.m olan torpaq sahəsinin naturada yeri, döngə nöqtələrinin koordinatları GPS aləti vastəsilə müəyyən edildi. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan 1800 kv.m faktiki isə 1615 kv.m olan torpaq sahəsinin 950 kv.m-i Reyestr nömrəsi **********80-06301 olan çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan qevri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi, yerdə qalan 665 kv.mı isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, Dövlət mülkiyyətində olan ugodiyası işə “Təhsil, Səhiyyə Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və ictimai Tikinti Altında” olan torpaq sahəsidir. Qərardadın ikinci sualı üzrə: iddia olunan 1800 kv.m, faktiki isə 1615 kv.m olan torpaq sahəsi əvvəlki kağız üzərində olan yerquruluşu planı əsasında ayrıldığı üçün elektron kadastr baza məlumatlarında qeyd olunmamışdır. Torpaq sahəsi X18 istifadəsindədir və iaşə obyekti (restoran) istifadə olunur. Qərardadın üçüncü sualı üzrə: Salyan rayon, Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X9 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatları əsasında müəyyənləşdirildi və və torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına aid xususi mülkiyyətdə olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsidir. Qərardadın dördüncü sualı üzrə: X9 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi elektron kadastr baza məlumatlarında mövcuddur. Torpaq sahəsi X7 istifadəsindədir və iaşə obyekti (restoran) kimi istifadə olunur. Qərardadın beşinci sualı üzrə: İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yol ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60) olan torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar faktiki 1615 kv.m-dir. Qərardadın altıncı sualı üzrə: Salyan rayonu, Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X10 mülkiyyətinə verilən 1050 kv.m torpaq sahəsi, ərazidə aparılan yeni inzibati bina tikilisi ilə əlaqədar olaraq faktiki 950 kv.mdir. Qərardadın yeddinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) döngə nöqtələrinin koordinatları faktiki istifadəyə görə uyğunluq təşkil edir. Digər üçüncü şəxslərlə mübahisə predmeti deyil. Qərardadın səkkizinci sualı üzrə: İddiaçı iddia etdiyi Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30x60), faktiki isə 1615 kv.m olan torpaq sahəsi və Salyan rayon Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 saylı qərarı və AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında X9 mülkiyyətinə verilən 1050 kv.m toprpaq sahəsi, eyni ərazidir və torpaq sahələrinin koordinatları üst-üstə düşür. Ərazi faktiki olaraq X7 istifadəsindədir. Qərardadın doqquzuncu sualı üzrə: Mübahisəli torpaq sahəsinin (və ya sahələrinin) üzərində daşdan tikilmiş bir mərtəbəli qeyri-yaşayış tikililəri mövcuddur. Tikililər faktiki olaraq X7 istifadəsindədir. Qərardadın onuncu sualı üzrə: Tikinti altında olan ümumi torpaq sahəsi 262.9 kv.m-dir. Beləliklə də iş materiallarında olan sənədlərdən, tərəflərin verdikləri izahatlardan müəyyən olunur ki, X13 adına Salyan İcra Hakimiyyətinin xx.xx.1998-ci il 228 saylı Sərəncam və xx.xx.2000-ci il tarixli 145 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə 1800 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. İş üzrə İddiaçı Zərifə Əliyevanın vərəsəsi kimi tanınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 30 aprel 2007-ci il tarixli 13 saylı qərarı ilə X11 Ələt-Astara magistral avtomobil yolunun 56,2-ci km-də, yolun şərqində, yolun mərkəzi oxundan 30 m aralı, bələdiyyə mülkiyyəti torpağında, iaşə obyekti tikintisi altına 1050 kvm ölçüdə torpaq sahəsi satılmışdır. Hüseynova Gülərin xx.xx.2012-ci il tarixində həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsi xx.xx.2012-ci il tarixində X22 tərəfindən X14, xx.xx.2021-ci il tarixində X24 tərəfindən X15, xx.xx.2022-ci il tarixində X25 tərəfindən X1. Torpaqdan faktiki olaraq iş üzrə üçüncü şəxs X21 istifadə edir. İddiaçı iddia ərizəsində göstərir ki, onun müraciəti üzrə DƏDKR-nin 13 saylı Şirvan Ərazi İdarəsi 24 may 2022-ci il tarixli məktubla çıxarışın verilməsindən imtina etmiş, buna səbəb kimi qeyri-yaşayış binasının mövcud olmamasını və torpaq sahəsi ilə üzərindəki obyektin digər şəxsə məxsus olmasını göstərmişdir. Buna görə də hazırkı iş üzrə İddiaçı anası Zərifə Əliyevaya aid torpaq sahəsinin Cavabdeh tərəfindən X11 30 aprel 2007-ci il tarixli, 13 saylı qərarına əsasən ayrılmış 1050 kv.m torpaq sahəsinin 950 kv.m olan hissədə üst-üstə düşməsini əsas gətirərək qərarın etibarsız sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk olaraq ona diqqət çəkmək istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Salyan rayon TİB-in xx.xx.2000-ci il tarixli, 303 saylı arayışına və İHB-nin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X12 ayrılmış torpaq sahəsindən xx.xx.2000-ci tarixli müqavilə əsasında X17 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkusa kanalı arasında yerləşən 1800 kv.m (30x60) torpaq sahəsinin sənəd üzrə yeri araşdırılmamışdır. Belə ki ekspert rəyində yalnız İddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı tədqiqat aparılmış və rəy verilmişdir. Halbuki, hazırki iş üzrə düzgün və obyektiv qərarın qəbul edilməsi üçün sözügedən torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi zəruridir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7125 nömrəli ekspert və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 2897/2023 nömrəli mütəxəssis rəyləri ilə hazırda mübahisələndirilən Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı əsasında X9 mülkiyyətinə verilmiş 1050 kv.m torpaq sahəsinin ayrıldığı zaman (2007-ci il tarixinə) statusu (dövlət və ya bələdiyyə mülkiyyətində olması, mülkiyyətə keçmə əsasları və s.), növü, təyinatını müəyyən etmək mümkün olmamışdır. Halbuki, iddiaçının (onun nümayəndəsinin) inzibati aktın etibarsızlığına dair hazırki məzmunda iddianın irəli sürməsinə əsas sözügedən torpaq sahəsinin X11 ayrılması (satılması) ilə bağlı qərarı buna səlahiyyəti olmayan inzibati orqan - Cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlıdır. Bu baxımdan sözügedən Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı əsasında X9 mülkiyyətinə verilmiş 1050 kv.m torpaq sahəsinin satıldığı zaman (2007-ci il tarixinə) statusu (dövlət və ya bələdiyyə mülkiyyətində olması) dəqiq müəyyən edilməlidir. Yuxarıdakıları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(106)-55/2025 nömrəli qərardadında qoyulmuş suallara cavab olaraq təqdim edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən təqdim edilən mütəxəssis rəyi ilə məlum olmuşdur ki, Salyan rayon TİB-in xx.xx.2000-ci il tarixli, 303 saylı arayışına və İHB-nin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən X12 ayrılmış torpaq sahəsindən xx.xx.2000-ci il tarixli müqavilə əsasında X17 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin sənəd üzrə Salyan rayon İHB-nin 13.07.98-ci il tarixli sərəncamına və 1:5000 miqyasda tərtib edilən yerquruluşu planına əsasən) yeri və koordinatları ilə Cavabdeh xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə X11 Ələt-Astara magistral avtomobil yolunun 56.2-ci km-də, yolun şərqində, yolun mərkəz oxundan 30 metr aralı, iaşə obyekti tikintisi altına ayrılmış 1050 kv.m torpaq sahəsinin sənəd üzrə (AN 195184 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən) yeri və koordinatları heç bir halda üst-üstə düşmür. Sözügedən mütəxəssis rəyində X9 mülkiyyətinə verilmiş 1050 kv.m torpaq sahəsinin satıldığı zaman (2007-ci il tarixinə) statusuna – yəni dövlət və ya bələdiyyə mülkiyyətində olmasına da aydınlıq gətirilmişdir. Belə ki, sözügedən rəyə əsasən həmin torpaq sahəsinin xx.xx.2007-ci ildə (torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt) hüquqi statusu bələdiyyə mülkiyyəti olmuşdur. Göründüyü kimi, Cavabdeh X11 torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı qəbul etməkdə səlahiyyətli olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən 1050 kv.m torpaq sahəsi hal hazırda müvafiq alqı-satqı müqaviləsi əsasında X7 0.0952 ha olmaqla xüsusi mülkiyyətində və istifadəsindədir. Sözügedən 0.0952 ha torpaq sahəsi **********80- 06301 reyestr nömrəli çıxarışla Tural Məlikovun adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, X17 verilmiş xx.xx.2000-ci il tarixli, 145 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Salyan şəhəri, Bakı-Astara yolu ilə Akkuşa kanalı arasında yerləşən 1800 kv.m (30*60) torpaq sahəsinin yeri ilə X11 Ələt-Astara magistral avtomobil yolunun 56.2-ci km-də, yolun şərqində, yolun mərkəz oxundan 30 metr aralı, iaşə obyekti tikintisi altına ayrılmış 1050 kv.m torpaq sahəsinin yeri fərqlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçının 30 aprel 2007ci il tarixli, 13 saylı qərarın müvafiq hissədə ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün subyektiv hüquqlarının olması vacib şərtdir ki, həmin hüquq Qanundan və ya hər hansı inzibati aktdan yarana bilər. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin (qərarın ləğv edilməsi hissəsində) edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-749/2024 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar