Məhkəmə qərarları › İş №2-1(106)-552/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-552/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-552/2025 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünlüyü, mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti, iddia müddəti) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla) “adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639.88 manat məcburi dövlət sosial sığorta haqqı, 10.9 manat maliyyə sanksiyası ümumilikdə 1650.78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135.88 manat məcburi dövlət sosial sığorta haqqı, 318.37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454.25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: * saylı Ərazi Vergilər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2020-ci il tarixli qərardan görünür ki, İddiaçı (VÖEN: 2100006212) tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış 2105.03 manat vergi borcu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə göstərilən borc məbləği ##.##.2020-ci il tarixdən icraya yönəldilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn Şirvan şəhər filialı tərəfindən * saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış ##.##.2020-ci il tarixli *********** nömrəli məktubda qeyd edilmişdir ki, “...##.##.2010-cu ildən xidmət sahəsində sığortaedən kimi fəaliyyət göstərən İddiaçı (VÖEN: 2100006212) ##.##.2017-ci il tarixə 648.05 manat 0732 fəaliyyət kodu üzrə, 0100 fəaliyyət kodu üzrə isə 1664.30 manat ümumi borcu yaranmışdır. Borcun yaranma səbəbi sığortaedənin fəaliyyəti dövründə hesablanmış mdss haqlarını vaxtında qanunvericiliyə uyğun olaraq ödəməməsidir. Belə ki, sığortaedən 2013-cü ildə 0732 fəaliyyət kodu üzrə 186.88 manat hesablanmış məcburi dövlət sosial sığorta haqqının əvəzinə 135.00 manat mdss haqqı, 0100 fəaliyyət kodu üzrə 622.50 manat hesablanmış mdss haqqı əvəzinə 290.00 manat mdss haqqı ödəmişdir. 2014-cü ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 180.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 405.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2015-ci ildə 0732 fəaliyyət kodu üzrə 201.60 manat hesablanmış mdss haqqının əvəzinə 185.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 135.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. 2016-cı ildə 0732 fəaliyyət kodu üzrə 151.20 manat hesablanmış mdss haqqının əvəzinə 105.00 manat mdss haqqı ödəmiş, 0100 fəaliyyət kodu üzrə 810.00 manat hesablanmış mdss haqqını ödəməmişdir. Vergilər Nazirliyi tərəfindən göndərilmiş vergi fərqi müqayisəli cədvəllərində aşkar olunmuş 2014-cü il üçün 1080.00 manat, 2015-ci il üçün 1620.00 manat hesablanmış əmək haqqı fərqi sığortaedənin hesabına bərpa edilmişdir. ##.##.2017-ci il tarixə ödənilməmiş mdss haqlarına görə hesablanmış 0732 fəaliyyət kodu üzrə 512.17 manat maliyyə sanksiyasından (o cümlədən penya) 193.80 manatı, 0100 fəaliyyət kodu üzrə 24.44 manat maliyyə sanksiyasından (o cümlədən penya) 13.54 manatı “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il # #### tarixli 1042- VQ nömrəli Qanununa uyğun olaraq silinmişdir. Sığortaedənə göndərilmiş ##.##.2017-ci il tarixli **/*** saylı xəbərdarlıq məktubunda səhvən sığortaedənin 0732 fəaliyyət kodu üzrə olan 648.05 manat borcu əks olunmuşdur.” Şirvan İnzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərar ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər idarəsinə qarşı “##.##.2020-ci il tarixli qərarın ləğv edilməsi, məcburi dövlət sosial sığorta üzrə olan 2105.03 manat borcun silinməsi və şəxsi hesabdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə iddiaçı İddiaçı iddiası qismən təmin edilmiş, məcburi dövlət sosial sığorta haqqlarına görə İddiaçı hesablanmış 1457.25 manat məbləğində borcun şəxsi hesabdan silinməməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və 1457.25 manat məbləğində borcun şəxsi hesabdan silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazırlıyı * saylı Ərazi Vergilər idarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə cavabdeh * saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçı İddiaçı iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı əsassız hesablanmış borcun silinməsi ilə bağlı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh * saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmuş, həmin hissədə iddiaçı İddiaçı iddia tələbi qalan hissədə təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2020-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2021-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarın 19-cu bəndində qeyd edilmişdir ki, “...Mübahisə öz mahiyyəti və iddiaçının hüquqi marağının məzmunu baxımından mübahisələndirmə növündə iddiaya aiddir.” Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## #### 2022-ci il tarixli *- *(***)-***/**** saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosesual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı tərəfindən Şirvan İnzabati Məhkəməsinə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, “...İddia ərizəmi baxılmadan geri qaytarılmasını xahiş edirəm. İnzibati orqanla aylıq 20 manat pul ödəməklə bağlı razılıq əldə etmişik.” Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105.03 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən poçt xidməti vasitəsi ilə təqdim olunmuşdur. İddiaçı ##.##.2022-ci il tarixdə * saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırkı iş üzrə “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2020-ci il tarixli qərarın ləğv edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 2105.03 manat vergi borcun silinməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “adına hesablanmış 0100 (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə 1639.88 manat məcburi dövlət sosial sığorta haqqı, 10.9 manat maliyyə sanksiyası ümumilikdə 1650.78 manat, 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 135.88 manat məcburi dövlət sosial sığorta haqqı, 318.37 manat maliyyə sanksiyası üzrə ümumilikdə 454.25 manat əsassız hesablanmış borc məbləğlərinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, fəaliyyət göstərdiyi dövrdə hər ay vergi və məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı hesabatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vaxtında ödəmiş, ##.##.2017-ci il tarixdə təqaüdə çıxdığı üçün sahibkar kimi fəaliyyətini dayandırmış və bununla bağlı * saylı Ərazi Vergilər İdarəsinə məlumat vermişdir. Fəaliyyətinin dayandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmiş və ona bununla bağlı barədə arayış təqdim edilmişdir. 2020-ci ilin aprel ayınadək vergi orqanı tərəfindən hər hansı bir borcun olmasına dair məlumat verilməmişdir. Aprel ayında, yəni sahibkarlıq fəaliyyətini dayandırdığı dövrdən 3 il sonra ona bildirilmişdir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ##.##.2020-ci il tarixə 2105.03 manat borcu yaranmışdır. Qeyd edilən borc əsassızdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı * saylı Ərazi Vergilər İdarəsinə yaranmış sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcla bağlı sorğu etmişdir. İddiaçının yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcu ##.##.2019-cu ildən əvvəlki tarixə aid olduğu üçün həmin borc məbləği DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən hesablanmışdır. Buna görə də * saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin yaranma səbəbi barədə * saylı Ərazi Vergilər İdarəsinə geniş məlumat verməsi üçün DSMF-nin Şirvan şöbəsinə müraciət olunmuş və daxil olmuş məktubda cavab olaraq bildirmişdir ki, İddiaçı vergi orqanında xidmət sahəsində fəaliyyət göstərən sığortaedən kimi qeydiyyatdan keçərək ##.##.2010-cu il tarixdə fəaliyyətə başlamışdır. İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə ##.##.2017-ci il tarixə təqdim etdiyi uçot əsaslı vahid rüblük hesabata əsasən məcburi dövlət sığorta haqqı üzrə 1775.76 manat, penya maliyyə sanksiyası üzrə 536.61 manat, ümumilikdə 2312.37 manat borcu vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli ****-VQ nömrəli Fərmanına əsasən bu borcdan 207.34 manat silinmə aparılmışdır. ##.##.2017-ci il tarixə 2105.03 manat borc əks olunmuşdur. Sahibkarın ##.##.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması haqqında arayışa əsasən sosial sığorta hesablanması dayandırılmışdır. Eyni zamanda, İddiaçı sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində ##.##.2019-cu il tarixdən * saylı Ərazi Vergilər İdarəsinə borcla saldo kimi 2105.03 manat məbləğ keçmiş və şəxsi hesab vərəqəsinin ##.##.2022-ci il tarixə olan göstəricisinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 2105.03 manat borcu mövcuddur. Həmçinin, yaranmış borc ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən İddiaçı ##.##.2019-cu il tarixdə *********** nömrəli bildiriş göndərilmiş və yaranmış sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bildirişin göndərilməsinə baxmayaraq, yaranmış borc məbləği ödənilmədiyi üçün banklarda olan hesablaşma hesablarına sərəncamlar qoyulmuşdur. İddiaçı tərəfindən sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borclar ödənilmədiyi üçün * saylı Ərazi Vergilər İdarəsi tərəfindən ##.##.2020-ci il tarixli 200502********** nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edilərək məlumat üçün İddiaçı və qərarın icra olunması üçün məhkəmə icra qurumuna poçt vasitəsi ilə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı adına hesablanmış 0732 (digər sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyətin növü üzrə 318.37 manat maliyyə sanksiyasının silinməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmiş, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı İddiaçı, digər 100 manat ekspertiza tədqiqatının dəyəri isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli 2-1(120)-178/2025 qərarının qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli 2- 1(120)-178/2025 qərarının qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirilən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakitiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin halları ilə müəyyən edildi ki, mübahisələndirilən borc (2105.03 manat) ilə bağlı cavabdeh tərəfindən “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2020-ci il tarixli qərar qəbul edilmiş və icraya yönəldilmişdir. İddiaçıya həmin qərar, borc məbləği məlum olmuş və onun tərəfindən 2020-ci ilin iyun ayında qaldırılmış iddia ərizəsinə həmin qərar əlavə edilmişdir (*- *(***)-****/**** nömrəli iş). Qeyd edilən iş (*-*(***)-****/**** nömrəli iş) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının 19-cu bəndində qeyd edilmişdir ki, “...Mübahisə öz mahiyyəti və iddiaçının hüquqi marağının məzmunu baxımından mübahisələndirmə növündə iddiaya aiddir.” Həmin işə birinci instansiya məhkəməsində yenidən baxılarkən iddiaçı tərəfindən Şirvan İnzabati Məhkəməsinə ##.##.2022-ci il tarixli ərizə ünvanlanaraq qeyd edilmişdir ki, “...İddia ərizəmi baxılmadan geri qaytarılmasını xahiş edirəm. İnzibati orqanla aylıq 20 manat pul ödəməklə bağlı razılıq əldə etmişik.” Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış 2105.03 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən poçt xidməti vasitəsi ilə təqdim olunmuşdur. İddiaçı ##.##.2022-ci il tarixdə * saylı Ərazi Vergilər İdarəsinə qarşı hazırkı iş üzrə “Tələbin icraya yönəldilməsi haqqında” ##.##.2020-ci il tarixli qərarın ləğv edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 2105.03 manat vergi borcun silinməsi” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirmə növündə iddia ilə bağlı iddia müddətinə əməl olunmamış, onun tərəfindən müddətin təqsiri olmadan buraxılması ilə bağlı sübut təqdim edilməmiş, həmçinin, bu zaman İPM-in 24.4-cü maddəsinin tələbi də nəzərə alınmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə ## #### 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar