Məhkəmə qərarları › İş №2-1(106)-556/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-556/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-556/2024 23.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2-1(120)-1167/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın Azərbaycan Respublikası Cavabdehnə qarşı qərarın təqdim edilməsi və s. tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona verilmiş cavab məktubunun etibarsız hesab edilməsi, cinayət işinin başlanması barədə qərarın surətinin ona verilməsi və cinayət işi üzrə istintaqçının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cinayət işini aparan müstəntiqin barəsində xüsusi qərarın çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 06 avqust 2024-cü il tarixli, 2- 1(120)-1167/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya dəfələrlə hüquqi yardım məktubları ünvanlanaraq iddia tələbinin qeyri-dəqiq olması və cavabdeh inzibati orqanın iddiaçının qaldırılan iddia tələbi ilə bağlı hansı subyektiv hüquqlarını pozduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmiş və hüquqi yardıma heç bir münasibət bildirməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin ciddi və əhəmiyyətli qanun pozuntuları ilə imzalayaraq ona göndərdiyi 19 dekabr 2022-ci il tarixli qanunsuz cavab məktubu sifarişli mahiyyət kəsb edib, rəhbəri olduğu İddiaçı MMC-də səlahiyyətli nümayəndəsi olaraq hüquqları tərəfindən müdafiə edilən X2 barəsində başlanılmış 21 noyabr 2022-ci il tarixli “Qondarma cinayət işinin “möhkəmləndirilməsi” məqsədinə xidmət edilməklə, X2 şahid qismində dindirildiyi məqam səlahiyyətli nümayəndəsi kimi prosessual tanınmağını təmin etmədən bununla bağlı prosessual qərarın təmin edilməsini də məqsədli və maraqlı qəbul etməyib. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə qanunsuz ittiham etmək məqsədinə olunan xidməti prosessual açıqladığından insan və vətəndaş hüquq və azadlıqlarının növbəti pozulması məqsədinə yönələn sifarişli bir xidmətin mahiyyəti və hüquqi əsaslarını istintaqçı sərbəstliyi yox edilmiş müstəntiqin maraqları əhatəsində göstərdiyindən, prosessual ədalətsizliklərin və haqsızlıqların əsassız müdafiəsinə yönələn Məmur Özbaşınalıqlarında açıq-aşkar görünən çoxsaylı vəzifədən sui-istifadələr və hakimiyyət həddi aşılınalar tələbkarlığmda çoxsaylı qanun pozuntularını prosessual bəlli etdiyindən, sifarişli məqsədlərə xidmət edib, müdafiənin müdafiə maraqlarını məqsədli yox edən 19 dekabr 2022-ci il tarixli qanunsuz və əsassız cavab məktubunun etibarsız hesab edilməklə, onun hüquqi qüvvədən salınmasını təmin edəcək müvafiq məhkəmə qərarını konstitusion məhkəmə müdafiə hüququ tələbkarlığında qəbul edilməsini, bu gün hüquqları rəhbəri olduğu “Qanun və Xidmət" MMC-də səlahiyyətli nümayəndəsi olaraq tərəfindən müdafiə edilən Cavid Bədirov barədə qeyri-obyektiv istintaq hərəkətləri sifarişli məqsədlərə yönəldilib, obyektiv, hərtərəfli və ədalətli istintaq hərəkətlərini açıqlamayan istintaqçı maraqlarını əks etdirməklə, istintaq üzərində qanuni əsaslarla görünməyən nəzarəti bəlli etdiyindən, ibtidai araşdırmaya görünməyən prokuror nəzarətinin və İstintaq İdarəsi rəhbərliyinin görünməyən nəzarətinin prosessual yoxluğunu rəsmi məlum edib, sifarişli yoğrulan prosessual tələbkarlıqlarda insan və vətəndaş hüquq və azadlıqlarının çoxsaylı pozulması faktına yönələn xidməti bəlli etməklə, vəzifədən çoxsaylı suiistifadələrin mahiyyəti tələbkarlığında ədalətsizliklərin sifarişli bir müdafiəsi prosessual açıqlanıb, müstəntiqin hakimyyət həddini aşması tələbkarlığında, prosessual qanun pozuntularına yol verilməsi rəsmi sənədlərlə prosessual çoxsaylı bəyan edildiyindən, çoxsaylı bu qanun pozuntularının aradan qaldırılıb, “Məhkəmə nəzarətinin tələblərinə ciddi əməl edilməsi məqsədilə səlahiyyətli nümayəndə qismində işə buraxılmağını təmin edəcək qərarın qəbul edilməsini və çoxsaylı şikayətlər üzrə tələb etdikləri 21 noyabr 2022-ci il tarixli cinayət işi qaldırılması qərarının surətinin ona göndərilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi rəhbərliyi üzərinə müvafiq məcburedici bir vəzifənin öhdəliyinin qoyulmasını təmin edəcək əsaslı məhkəmə qərarının konstitusion məhkəmə müdafiə hüququ üzərində qəbul edilməsinə önəm verilməsini və s. tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı X1 barəsində Cavabdehndə aparılan cinayət işinin istintaqının gedişatından və istintaqı aparan müstəntiqin prosessual hərəkətlərindən narazıdır və hazırki tələbi də bununla bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Normaların tələbindən göründüyü kimi hər-hansı fiziki və hüquqi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaq orqanının hərəkətlərindən şikayətlər müvafiq olaraq cinayət qanunvericiliyi ilə tənzimlənir. Odur ki, iddiaçının qaldırdığı məsələlər inzibati məhkəmə icraatının predmeti hesab olina bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlüyük şərtlərinə iddiaçının həmin tələblə bağlı subyektiv hüququnun olmaması baxımından qiymət verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçının bu tələblə bağlı subyektiv hüququnun mövcud olması qənaətinə gəlinmiş olsaydı da belə, iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının qaldırdığı məsələ inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı deyil. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçın apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2-1(120)-1167/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar