Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-56/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "mərhum əri X7 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-3176/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum əri X7 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1953-cü ildə ünvan 1 ünvanında yaşayır. Mərhum əri X10 ilə xx.xx.1975-ci ildə nikaha daxil olmuş və mərhum xx.xx.2010-cu ildə vəfat etmişdir. O, mərhum əri vəfat edən zaman pensiya almış, lakin mərhum ərinin pensiyası onun pensiyasından daha yüksək olmuşdur. Mərhum ərinin ölümü və onun pensiyasının ona təyin olunması barədə DSMF-nin Masallı Rayon Şöbəsinə müraciət etsə də, ərinin pensiyası ona təyin olunmamışdır. O, öz pensiyasından imtina etmək və ərinin pensiyasını almaq istəyirdi, lakin həmin pensiya ona verilməmişdir. 2010-cu ildən hazırkı vaxtadək həmin pullar ona ödənilməmişdir. O, da təkbaşına qadın olduğu üçün hazırkı vaxtadək həmin pulları ala bilməmişdir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir ki, onun pensiyası ərinin pensiyası ilə əvəz edilsin və hüququnun yarandığı 2010-cu ildən hazırkı vaxtadək ödənilməyən ödənişlər ona ödənilsin, lakin həmin qalan pulların verilməsindən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, onun pensiyasının sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiya ilə əvəz edilməsini, 2010-cu ildən hazırkı dövrədək ödənilməli olan pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən onun pensiyası yenidən hesablanaraq 2023-cü ilin sentyabr ayından 470,62 manatdan 513,39 manata artırılmış, həmçinin pensiya üzrə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilməli olan 1301,30 manat fərq məbləği müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğunu müəyyən etmişdir. İş materiallarından aydın olur ki, iddiaçı X4 ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 23 avqust 2023-cü il tarixdə müraciət etmiş, həmin tarixdən əvvəl sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqlarm eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqmda” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.2010-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-3176/2024 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtiərlə təyinatı üzrə Mərkəzi filialına qarşı mərhum ərim X7 təyin edilmiş əmək pensiyasının mənim pensiyam ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək mənə ödənilməli olan pulun ödənilməsini cavabdehin üzərinə qoyulması barədə iddia tələbimə Şirvan İnzibati Məhkəməsində tam və ətraflı baxılmamışdır. İşə baxan hakim sübutlara tam və hərtərəfli qiymət verməmişdir. Mənim iştirakımı məhkəmə iclasında təmin etməyibdir. Məni hazırkı istifadə etməli hüquqdan məhrum etmiş və əsassız olaraq iddiamı təmin etməyibdir. Mənim həmin pensiyaya böyük ehtiyacım vardır. Ona görədə sözü gedən qərar ləvğ edilməli və iddia tələbim təmin olunmalıdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbinə "xx.xx.2023-cü il tarixli müraciət ərizəsi əsasında yenidən hesablanmış pensiya məbləğinin 2010-cu il tarixdən mənə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi baxılması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X8 tələbin dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsinə etirazı olmadığını bildirdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.4. Bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci—32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində olan zamanı tələbi “mərhum əri X7 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı X4 ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 22 avqust 2023-cü il tarixdə müraciət etmiş, həmin tarixdən əvvəl sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müraciətindən (xx.xx.2023) əvvəlki üç il üzrə, yəni xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilməli olan 1301,30 manat fərq məbləğinin ona hissə-hissə ödənilməsi qanunazidd hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, İddiaçı hazırki iş üzrə “mərhum əri X7 təyin olunmuş əmək pensiyasının onun pensiyası ilə əvəz edilməsi və 2010-cu ildən hazırkı dövrədək ona ödənilməli olan pulun ödənilməsi” tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci, 34.2-ci və 32.1-1-ci maddələrinin tələblərinə tam riayət edilməklə yerinə yetirilmiş və bu zaman iddiaçının hüquqlarının pozulması halına yol verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İş materiallarında olan 01 avqust 1975-ci il tarixli, 255196 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X10 ilə xx.xx.1953-cü il təvəllüdlü İbadova (nikahdan sonra Abıyeva) Şahsənəm Xalıq qızı xx.xx.1975-ci il tarixdə evlənmişlər. İş materiallarında olan 011524 nömrəli “Pensiyaçının uçot vərəqi”nin surətindən görünür ki, Dövlət Sosial Müdafiə Fondu Masallı rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 1344 nömrəli qərarı ilə X7 dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan 30 noyabr 2010-cu il tarixli AZ-İ 442026 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin noyabr ayının 30-u günündə 131 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Masallı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 24 dekabr 2010-cu il tarixli, 859 nömrəli qərarından, k-115712 nömrəli “Pensiyaçının uçot vərəqi”ndən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Dövlət Sosial Müdafiə Fondu Masallı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 24 dekabr 2010-cu il tarixli, 859 nömrəli qərarı ilə İddiaçı xx.xx.2010-cu il tarixdən ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin olunmuşdur. İş materiallarında olan İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanmış və əmək pensiyası 470 manat 62 qəpikdən artırılaraq 714 manat 66 qəpik təşkil etmişdir. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 yanvar 2024-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı pensiya işinə dair sənədlərdə ona Fondun Masallı rayon şöbəsi tərəfindən 20 dekabr 2010-cu il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir. İşin faktiki hallarından və yuxarıda qeyd edilən sənədlərdən görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. X2 xx.xx.2010-cu il tarixdə ölümü ilə əlaqədar ona xx.xx.2010-cu il tarixdən ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı sonradan yəni, xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdehə müraciət etməkdə əsas məqsədi pensiyanın əvəz edilməsi ilə bağlı deyil, təyin edilmiş ailə başçısını itirməyə görə görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Sadəcə olaraq iddiaçı iddia ərizəsinin tərtib edərkən düzgün olmayaraq ərizənin məzmununda və tələbində pensiyanın əvəz edilməsi və 2010-cu il tarixdən ona ödənilməli olan vəsaitin ödənilməsini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatından bildirmişdir ki, hazırki iddianı qaldırmaqda onun hüquqi marağı xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən ona ödənilməsi ilə bağlı olmuşdur. Beləliklə də məhkəmə iclasında iştirak edən iddiaçının izahatından, cavabdeh inzibati orqana etdiyi xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən və cavabdeh inzibati orqanının idiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-8936/2024 nömrəli imtina məktubunun məzmunundan müəyyən edilir ki, iddiçının hazırki iddianı qaldırmaqda hüquqi marağı 2010-cu ildən ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin (əvəz) edilməsi ilə bağlı deyil, xx.xx.2023-cü il tarixli müraciət ərizəsi əsasında yenidən hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən ona ödənilməsi ilə bağlı olmuşdur. Məhz cavabdeh də iddiaçının həmin məzmunda tələbinin təmin edilməsindən imtina etmişdir. Sadəcə olaraq iddiaçı iddia ərizəsinin tərtib edərkən düzgün olmayaraq ərizənin məzmununda və tələbində pensiyanın əvəz edilməsi və 2010-cu il tarixdən ona ödənilməli olan vəsaitin ödənilməsini qeyd etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya yuxarıda qeyd edilənlərlə bağlı hüquqi yardım etməli və tələbinin dəqiləşdirilməsi ilə bağlı hüquqi təkliflər etməli idi. Əks halda, yəni iddiaçı tələbini dəqiləşdirməkdən imtina etdiyi halda, tələbinin “əmək pensiyası təyin (əvəz) edilməsi” hissəsinin mümkünlük məsələsini həll etməli idi. Lakin, birinci instansiya məsələsi bunları etməmiş və mövcud tələb üzrə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya məhkəmə iclasında yuxarıda qeyd edilən məsələlər ilə bağlı hüquqi yardım edilmiş və tələbinin dəqiləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatından hüquqi marağının xx.xx.2023cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən ona ödənilməsi olduğunu bildirmişdir. Bu baxımdan iddiaçı məhkəmə kollegiyasının hüquqi yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən (xx.xx.2020-ci ildən əvvəlki dövrlərə) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiləşdirilməsi ilə bağlı ərizəsini icrata qəbul etmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 pensiyasının yenidən hesablanması haqqında 29 avqust 2023-cü il tarixli, 3-17- 1/3-3-17352/2023 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında pensiya məbləği yenidən hesablanmış və ödəniş tarixinin başlanğıcı 23 avqust 2020-ci il tarix göstərilmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli, 3-17-1/2-A-8936/2024 nömrəli İddiaçı ünvanlanmış məktubda qeyd edilmişdir ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Masallı rayon şöbəsi tərəfindən 20 dekabr 2010-cu il tarixdən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Mürcaiətinizə əsasən (23 avqust 2023-cü il tarixində daxil olmuş) əmək pensiyanız yenidən hesablanaraq 2023-cü ilin sentyabr ayından 470.62 manatdan 513.39 manata artırılıb, həmçinin pensiya üzrə 23 avqust 2020-31 avqust 2023-cü il tarixləri arasındakı dövr üçün sizə ödənilməli olan 1301.30 manat fərq məbləği müəyyən edilib. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, ötən dövr üzrə hesablanmış 1301.30 manat pul vəsaiti 2023-cü ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 130.13 manat) pensiyanızın (513.39) üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün sizə ödənilməli olan 40.68 manat pul vəsaiti müəyyən edilib. Həmin 40.68 manat pul vəsaiti də 2023-cü ilin sentyabr ayında sizə ödənilib. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı əri X10 xx.xx.2010-cu il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar İddiaçı xx.xx.2010-cu il tarixdən ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-17352/2023 nömrəli qərarı ilə İddiaçı pensiyası yenidən hesablanaraq 2023-cü ilin sentyabr ayından 470,62 manatdan 513,39 manata artırılmış, müraciətdən əvvəlki üç il üzrə, yəni xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilməli olan 1301,30 manat fərq məbləği müəyyən edilmişdir. Lakin, iddiaçı hesablanmış həmin vəsaitin ona üç il üçün deyil, ailə başçısını itirməyə görə görə əmək pensiyasının təyin olunduğu xx.xx.2010-cu il tarixindən etibarən ona ödənilməsini xahiş edir. İddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, İddiaçı müraciətindən (xx.xx.2023) əvvəlki üç il üzrə, yəni xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilməli olan 1301,30 manat fərq məbləği hissə-hissə ona ödənilir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı X4 ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması ilə bağlı ilk dəfə 22 avqust 2023-cü il tarixdə müraciət etmiş, həmin tarixdən əvvəl bu məzmunda inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası müəyyən edtdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəmənin üzərinə qoyulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası, yuxarıda şərh olunan hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı müraciətindən (xx.xx.2023) əvvəlki üç il üzrə, yəni xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün ödənilməli olan 1301,30 manat fərq məbləğinin ona hissə-hissə ödənilməsi qanunazidd hal kimi qiymətləndirilə bilməz. Başqa sölə, iddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğini 2010-cu il tarixindən tələb etməkdə haqlı deyildir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddələrinin tələblərinə tam riayət edilməklə yerinə yetirilmiş və bu zaman iddiaçının hüquqlarının pozulması halına yol verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı hazırki iddia tələbi ilə bağlı istədiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu ildən (xx.xx.2020-ci ildən əvvəlki dövrlərə) ona ödənilməsi ilə bağlı tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilmiş, iddiaçı isə tələbinin əsası ilə bağlı sübutetmə yükünü həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-3176/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında hesablanmış pensiya məbləğinin 2010-cu il tarixindən (xx.xx.2020-ci ildən əvvəlki dövrlərə) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-56/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-56/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver