Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-561/2024 24.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X20 X7 publik hüquqi şəxsinə qarşı “xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)- 2087/2024 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 01245 nömrəli müvafiq dağ-mədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X20 X3 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 169 saylı Sərəncamına əsasən Boşçalılar kənd sakini İddiaçı Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11 ha torpaq sahəsi ayrılıb verilmişdir. Eyni zamanda sərəncamla ona tapşırılmışdır ki, qum-çınqıl materiallarının çıxarılması və istehsalı AR Fövqəladə Hallar Nazirliyinin Sənayedə X11 və X10, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH0001278 seriyalı çıxarışa əsasən İmişli rayonu, Çaxırlı kəndi yaxınlığında 9,454584 ha yertəki sahə xx.xx.2007-ci ildən xx.xx.2047-ci il tarixədək (40 il) icarə əsasında istifadə edilməsi üçün məqsədilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli X16 əsasən təqdim olunmuş sənədlər əsasında və rəydə göstərilən şərtlər daxilində ona ayrılmış torpaq sahəsində “Dağ mədən işlərinin inkişafı planı” razılaşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması haqqında 01245 saylı aktına əsasən ona İmişli rayonunun ərazisində icarə əsasında ayrılmış torpaq sahəsində Markşeyder planı əsasında 1,2,3 və 4 künc nöqtələri ilə nömrələnmiş 5 hektar ərazidə 5 il müddətində “”bəhrəmtəpə-İİ qum-çınqıl yatağında qum- çınqıl hasilatının həyata keçirməsinə icazə verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ona icarə əsasında ayrılmış torpaq sahəsində qum-çınqıl hasilatının həyata keçirilməsi üçün "xxxx" MMC tərəfindən Karxanaların Dağ-Mədən işlərinin inkişaf planlarının normalara uyğun tərtib olunmasına dair ekspert rəyi də hazırlanmışdır. Fövqəladə Hallar Nazirliyi Sənayedə X11 və Dağ X23 Agentliyi tərəfindən İmişli rayonu ərazisində yerləşən “Bəhrəmtəpə- İİ” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki şəxs İddiaçı məxsus Qum-çınqıl karxanasının 2020-ci il üçün “Dağ mədən işlərinin inkişafı” Planı təsdiq edilmişdir. Beləliklə sadalanan bütün sənədlərdən görünür ki, ona 40 il müddətinə icarə əsasında ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqılıq hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni onun tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X8 tərəfindən xx.xx.2020-ci il tarixdə mənə qanuni əsaslarla ayrılmış və qanuni əsaslarla hasilatına icazə verilmiş torpaq sahəsində hasilatın həyata keçirilməsi dayandırılmışdır. Belə ki, Agentliyin xx.xx.2020-ci il tarixli 36/M-99 saylı məktubuna əsasən 01245 nömrəli “Dağ mədən ayırması” Aktı ilə ayrılmış yer təki sahəsindən istifadə hüququnun dayandırılması barədə məktubuna əsasən X20 X3 X21 Samir Qurbanovun xx.xx.2020-ci il tarixli 23/20 saylı qərarı ilə müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahəsindən istifadə hüququ icazə şərtlərinin və yerin təkindən istifadə qayda və normativlərinin pozulmasına görə 3 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır. Həmin müddət ərzində hasilat işlərinin aparılması müvəqqəti qadağan edilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X4 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 13 saylı qərarına əsasən xx.xx.2019-cu il tarixli 01245 nömrəli “Dağ mədən ayrılması” aktı ilə İddiaçı verilmiş yerin təkindən istifadə hüququ “Yerin Təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. AR İPM-nın 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd edilən Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktın zəruriliyini sübut etməlidir. Sübut etmə vəzifəsini inzibati orqan daşıyır. Lakin inzibati orqan ona “Dağ-mədən ayırması” aktı ilə ayrılmış yerin təkindən istifadə hüququmun ləğv edilməsi ilə bağlı qərar qəbul etsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. İnzibati orqan qanunsuz qərarında qeyd edir ki, guya ki mənim tərəfindən yerin təkindən səmərəli istifadə edilməsi və mühafizəsinə aid əsas tələbləri, yerin təkindən istifadə qaydaları və icazə şərtləri pozulmuşdur. Halbuki bu halları təsdiq edən hər hansı mötəbər sübut və ya əsas olmamışdır. İnzibatı orqan qərarında yalnız “Yerin təki haqqında” AR Qanununa və AR Prezidentinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş, istifadə qaydasının və icazə şərtlərinin hansı tələblərinin pozulmasını konkret göstərməmişdir. Yuxarıda sadladığı və iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də tam təsdiq olunur ki, onun tərəfindən dağ mədən işləri müvafiq eksperti rəylərinə, ekoloji pasporta və və təsdiq edilmiş plana uyğun olaraq aparılmışdır. Bütün bu işlərin görülməsi üçün kompleks icazələr alınmışdır ki, bu icazələrin də hamısı müvafiq yoxlama və araşdırmalar aparıldıqdan sonra verilmişdir. Lakin cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan, müvafiq ekspertiza keçirmədən onun yerin təkindən düzgün istifadə etməməyi qənaətinə gəlmişdir. Halbuki bu qərara gəlmək üçün əsaslı araşdırma aparılmalı, müvafiq ekspertizalar keçirilməli və mütəxəssislər cəlb olunmalı idi. Lakin inzibati orqan bu tədbirlərin heç birini həyata keçirməmiş və öz qanunsuz qərarı ilə onun hüquqlarını kobud və əsassız şəkildə pozmuşdur. Bu səbəbdən hesab edir ki, həmin qərar tam qanunsuz olduğu üçün ləğv ediməli və 01245 saylı “Dağ-mədən ayırması” aktına əsasən fəaliyyəti bərpa olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati orqanın qanunsuz hərəkətlərin nəticəsində mənə maddi ziyan da dəymişdir. AR İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati icraat qaydasında baxılır. İnzibati orqanın mübahisəli qərarı nəticəsində dağ mədən hasilatının həyata keçirməsi dayandırılmış və çox bahalı texnikalar işləksiz qalmışdır. Həmin texnikanın işləksiz vəziyyətdə qalması, həmin texnikanın mühafizəsi və qorunması xeyli miqdarda vəsait tələb edir. Həmin vəsaitin əldə etmək üçün isə fəaliyyət həyata keçirilməlidir. Lakin belə fəaliyyəti dayandırıldığı üçün həmin ərazidə olan ağır texnikanın nə qulluğunu, nə də mühafizəsini həyata keçirə bilmir. Nəticədə inzibati orqanın qanunsuz qərarı əsasında ona 100.000 manata yaxın ziyan dəymişdir. Bu səbəbdən hesab edir ki, həmin ziyan da inzibati orqandan tutulmalıdır. Eyni zamanda hesab edir ki, hazırki işə mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Göstərilənlərin nəzərə alınaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X4 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 13 saylı qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərаrı (hakim Şahəli Musayev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarında göstərmişdir ki, ‘‘Araz çayının keçdiyi İmişli, Saatlı və Sabirabad rayonlarında onun məcrasında ve mühafizə zonasına düşən sahələrdə (500 metr məsafədə) karxana fəaliyyətinin apanlması mütəxəssislər tərəfindən məqsədəuyğun hesab edilmir”. Lakin məhkəmə araşdırmamışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X20 X7 tərəfindən iddiaçıya təhkim olunan ərazi Araz çayının məcrasında və ya mühafizə zonasında yerləşmir, və yuxarıda göstərilən əsaslandırma ilə taktiki olaraq sahibkarı illərdir ki, məşğul olduğu, yüz minlərlə manat vergi verdiyi, onlarla insanların çalışdığı sahə ilə məşğul olmaqdan uzaqlaşdırmaq, bu sahədən küsdürmək kimi başa düşülə bilər. İkinci məsələ onunla bağlıdır ki, məhkəmə iş materiallarına baxmadan belə bir qərara gəlmişdir ki, İddiaçı istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 13 nömrəli Qərarının ləğv edilməsi barədə qərara əsas kimi iddiaçıya təhkim edilmiş ərazidən kənardan qazıntı işlərinin aparılması və iddiaçıya təhkim edilmiş ərazidə icazə verilmiş dərinlikdən artıq qazıntı işlərinin aparılması olmuşdur. Halbuki qeyd edilən 29 aprel 2021-ci il tarixli, 13 nömrəli Qərarın qəbul edilməsindən əvvəl, 36/M-99 nömrəli, 28 dekabr 2020-ci il tarixli yerin təkindən istifadə hüququnun dayandırılmasına dair məktuba əsasən (həmin məktub ümumiyyətlə iddiaçıya çatmamış, o 2021-ci ilin ortalarında bu məktubdan xəbər tutmuşdur), “ayrılmış sahənin hüdudlarından kənarda 393 386 m3 qum çınqıl qarışığı hasil edilmişdir". Eyni zamanda məktubda göstərilmişdir ki, “ayrılmış sahənin faydalı qazıntı ehtiyatı tükənmişdir: belə ki, sahənin ilkin ehtiyatı 400 000 m3 müəyyən edilməsinə baxmayaraq baxış zamanı ayrılmış sahədən 661 908 m3 qum çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir". Məktubda göstərilmiş ki, aşkar edilmiş pozuntular aradan qaldırılmalı və yataqayırma hüdüdlarından kənarda aparılmış hasilat nəticəsində vurulmuş ziyan ödənildikdə fəaliyyətinə davam edə bilər. Görünən odur ki, İddiaçı istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 13 nömrəli Qərarının ləğv edilməsi barədə qərara əsas olmuş məktuba inansaq, görərik ki, adam cəmi bir il ərzində (Dag mədən aktının aldığı 29 dekabr 2019-cu il tarixdən 28 dekabr 2020-ci ilədək) bir milyon kub metrdən artıq hasilat aparmışdır ki, bu da reallıqdan tam uzaq rəqəmdir. Həmin məktub iddiaçıya 2021-ci ilin ortalarında çatdığından həmin məktubdan şikayət verə bilməmiş, istifadə hüququn ləğv edilməsi haqqında qərardan şikayət etmişdir. X22 Məhkəməsi iş materialları tanış olmadan, hər hansı araşdırma aparmadan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən, “diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır; diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərаrının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəllilərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası iddiaçınin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 67.2 Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 18. Yerin təkindən istifadə hüququnun dayandırılmasının və ləğvinin əsasları Yerin təkindən istifadə hüququ aşağıdakı hallarda dayandırılır: 1) bu Qanunun 21-ci maddəsinin tələbləri pozulduqda; 2) yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasını təqvim ili ərzində pozarsa; 3) fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və sairə) yaranarsa; 4) yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa; 5) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda. Yerin təkindən istifadə hüququ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ləğv edilir. Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallarda dayandırıldıqda, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər hüquqi və fiziki şəxslərin təqsiri olmadığı hallarda dövlət tərəfindən ödənilir. Əgər yerin təkindən istifadə bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci (hüquqi və fiziki şəxsin təqsiri olduğu halda) və 2-ci bəndlərində, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin təşəbbüsü ilə dayandırılarsa, faydalı qazıntıların çıxarılması üzrə müəssisələrin və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasına və ya ləğvinə çəkilən xərclər yer təkinin istifadəçisi tərəfindən ödənilir. İcazə sahibi yerin təkindən istifadədən imtina etdikdə, icazəni vermiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. Yerin təkindən istifadə hüququnun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldığı təqdirdə, bu hüquq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bərpa olunur. Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Yerin təkindən istifadə hüququnun yenidən rəsmiləşdirilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: 25.1.1. lisenziya (icazə) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; 25.1.3. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 25.2. Lisenziya və icazə lisenziya və icazə verən orqanın inzibati aktı ilə dayandırılır. Həmin inzibati aktda dayandırılmaya əsas verən hallar və lisenziyanın və icazənin dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktda həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın və icazənin dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir. 25.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququnun dayandırılması həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 25.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırıldığı müddət bitənədək bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində lisenziya və icazə verən orqana yazılı məlumat verməlidir. 25.5. Bu Qanunun 25.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya və icazə lisenziya (icazə) sahibinin müvafiq ərizəsinə, bu Qanunun 25.1.2-ci və 25.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya və icazə isə həmin halların aradan qaldırılması barədə lisenziya (icazə) sahibinin təqdim etdiyi yazılı məlumata əsasən lisenziya və icazə verən orqanın inzibati aktı ilə bərpa olunur. 25.6. Lisenziyanın və icazənin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 25.7. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin dayandırılması haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Maddə 26. Lisenziyanın və icazənin ləğvi 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. 26.2. Lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. 26.3. Ümumi lisenziyada göstərilən fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququna bu Qanunun 26.1-ci maddəsində (26.1.3-cü və 26.1.4-cü maddələr istisna olmaqla) göstərilən əsaslar üzrə xitam verilməsi, həmin lisenziyada göstərilən fəaliyyət növünün digər alt növlərinin həyata keçirilməsinə mane olmur. 26.4. Lisenziyanın (icazənin) sahibi lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərini pozaraq iddiaçıya hüquqi marağına uyğun yardım göstərməmişdir. Ona görə də apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2- 1(120)-2087/2024 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının tələbi “ona verilmiş xx.xx.2019-cu il tarixli, 01245 nömrəli müvafiq dağmədən ayırma aktının ləğvi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X20 X3 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” ilə bağlı olmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə sübuta yerilirki, iddiaçıya 11 ha torpaq sahəsi ayrılıb verilmiş, yoxlamazamanı həmin sahədən kənara çıxma halları müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılma aparılmış, iddiaçıya məxsus karxanada əhəmiyyətli zərərə səbəb olmuş ümumilikdə 11600 m (on bir min altı yüz) həcmində qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydaları pozulması sübuta yetirilmişdir. Araşdırmalar zamanı X20 X3 2020 və 2022-ci il tarixli Aktları, hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla, Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə mühəndis-texniki ekspertizası rəyi ilə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X11 və X15 Agentliyindən daxil olmuş sənədlər, “Google.Earth” proqramından əldə edilmiş fotoşəkillər və digər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübuta yetrilmiş, iddiaçı tərəfindən dəymiş ziyan ödənilmiş, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı qəbul etməkdə haqlı olmuş, hər hansı pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncamından görünür ki, İmişli rayonu, Boşçalılar kənd sakini İddiaçı müraciəti nəzərə alınmış və ona Çaxırlı kəndi yaxınlığında yerləşən asudə dövlət fondundan qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün müvəqqəti istifadə hüququ ilə 11.0 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 28 nömrəli torpaq icarə müqaviləsindən görünür ki, xx.xx.2007-ci il tarixli, 169 nömrəli sərəncam əsasında İmişli rayonu, Boşçalılar kənd sakini İddiaçı verilmiş 11 ha torpaq sahəsinə 40 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, İddiaçı dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 4 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 5.0 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X3 qəbul etdiyi 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarından görünür ki, X20 X7 iddiaçının icazə sənədi ilə ona ayrılan yerdən fərqli yerdə hasilat işləri apardığı üçün “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 19-cu maddələrinə əsasən 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli birinci inzibati aktı qəbul etmiş və yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətində (xx.xx.2021-ci il tarixədək) dayandırılmışdır. Həmin qərara əsasən İddiaçı üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X3 qəbul etdiyi xx.xx.2021-ci il tarixli 13 nörməli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X20 X3 əməkdaşları tərəfindən İddiaçı fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya ayrılmış sahənin hüdudlarından kənarda faydalı qazıntılar aparıldığı aşkar edilmiş və xx.xx.2019-cu il tarixli, 01245 nömrəli Dağ-Mədən ayırması aktı verilmiş icazə ləğv edilmişdir. İşin faktiki hallarından və işdə olan sənədlərdən müəyyən edilir ki, cavabdeh X20 X7 hazırkı iş üzrə iki inzibati akt, yəni iki qərar qəbul etmişdir: 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərar (birinci inzibati akt) və 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərar (ikinci inzibati akt). İddiaçı hər iki inzibati aktdan narazı olsada ikinci inzibati aktı, yəni 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərarı məhkəmədə mübahisələndirmişdir. Cavabdehin 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərarı (hazırda mübahisə predmeti olan ikinci inzibati aktı) 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı (birinci inzibati aktı) ilə əlaqədar qəbul edilmişdir. Belə ki, X20 X3 əməkdaşları tərəfindən iddiaçının fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçının icazə sənədi ilə ona ayrılan yerdən fərqli yerdə hasilat işləri apardığı müəyyən edilmiş və bu səbəbdən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar əsasında (birinci inzibati akt) İddiaçı yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətində (xx.xx.2021-ci il tarixədək) dayandırılmış, həmin qərara əsasən İddiaçı üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuş, lakin İddiaçı tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Nəticədə İddiaçı tərəfindən müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərar əsasında Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddəsinə əsasən İddiaçı yerin təkindən istifadə hüququ ləğv edilmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 4-cü bəndinə əsasən yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı hissəsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutaraq X20 X7 iddiaçının icazə sənədi ilə ona ayrılan yerdən fərqli yerdə hasilat işləri apardığı üçün“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 19-cu maddələrinə əsasən 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli birinci inzibati aktı qəbul etmiş və yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətində (xx.xx.2021-ci il tarixədək) dayandırılmışdır. Həmin qərara əsasən İddiaçı üzərinə icazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək və nəticəsi barədə Agentliyə 3 iş günü müddətində yazılı məlumat vermək öhdəliyi qoyulmuş, lakin İddiaçı tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmiş və nəticədə 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərar əsasında İddiaçı yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixli 01245 nömrəli “Dağ-mədən ayırması” Aktı ilə iddiaçıya verilmiş yerin təkindən istifadə hüququnun ləğv edilməsi barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 29 aprel 2021-ci il tarixli, 13 nömrəli qərar, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarın (icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılması barədə qərar) icra edilməməsi nəticəsində qəbul edilmişdir. Başqa sözlə hazırda mübahisələndirilən qərarın qəbul edilməsinə əsas xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar (icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılması barədə qərar) olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin əsaslı hesab etdiyi cavabdeh tərəfindən iddiaçının ərazisində aparılmış yoxlamanın (monitorinqin) nəticələri yəni, icazə sənədi ilə ona ayrılan yerdən fərqli yerdə hasilat işləri aparması faktı məhz X20 X3 xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarı əsasında müəyyən edilmişdir. Başqa sözlə birinci instansiya məhkəməsinin hüquqi qiymət verdiyi yoxlama nəticəsində müəyyən edilmiş faktlar ilk öncə xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar əsasında təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı həmin yoxlamanın nəticələri ilə razılaşmır və apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərardan gec (2021-ci ilin ortalarında) məlumatlı olduğunu bildirmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qəbul edilmiş həmin inzibati akt mübahisələndirilməsi üçün həm də şəxsə münasibətdə istinad olunan Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz xarakter daşımalı, həmin şəxsi hüquqdan məhrum etməli və ya onun hüququnu məhdudlaşdırmalı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoymalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərar əsasında iddiaçının üzərinə müəyyən öhdəlik (icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılması) qoyulduğundan və həmin öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməməsi nəticəsində yerin təkindən istifadə hüququnun ləğv edilməsi ilə bağlı 29 aprel 2021-ci il tarixli, 13 nömrəli növbəti inzibati akt qəbul edildiyindən hər iki inzibati akt iddiaçıya nisbətdə əlverişsiz inzibati akt hesab olunmalıdır. Bu səbəbdən iddiaçı məqsədinə çatmaq üçün hər iki inzibati aktı mübahisələndirməlidir. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbini pozaraq iddiaçıya hüquqi yardım göstərməmiş və cavabdeh orqanın qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli qərarın mübahisələndirilməsinə dair iddia irəli sürə biləcəyi barədə hüquqi təkliflər verməmişdir. Bu baxımdan işə təkrara baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini rəhbər tutub, iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) ilə bağlı hüquqi təkliflər etməlidir. Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, qərar ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2-1(120)-2087/2024 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-561/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-561/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver