Məhkəmə qərarları › İş №2-1(106)-568/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-568/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-568/2025 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsindən imtina, tutulmuş vəsaitin geri qaytarılması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “##.##.2021-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması və sığorta hesabında istifadəsiz qalmış 12242.09 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1957-ci il təvəllüdlüdür. Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin ##.##.2014-cü il tarixli qərarı ilə iddiaçıya ##.##.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən verilmiş ##.##.2014-cü il tarixli **/**/**-**** nömrəli “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2006-cı ildən ##.##.2014-cü il tarixədək 8 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 9310.07 manat pensiya kapitalı vardır.” DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.20206-cı ildən ##.##.2011-ci il tarixədək 4 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və ##.##.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəti nəzərə alınmaqla 9879.00 manat pensiya kapitalı vardır. Qeyd: Kayman Adalarının “X3” Şirkətinin filialı tərəfindən 2007, 2011-2016-cı illər üçün B3 hesabatlarında sığortaolunanın əmək haqqında heç bir məlumat qeyd edilməyib.” DSMF-nin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər İdarəsinə daxil olmuş ## ###### 2020ci il tarixli müraciətinizlə əlaqədar olaraq Kayman adalarının “X3” Şirkətinin Filialının (SUN: 19940000766) 2014-2017-ci illər üzrə “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı (SSN 0103195702831) ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarını Sizə təqdim edirik. Dövrlər: ##.##.2014-##.##.2017, hesablanmış əmək haqqı: 40517.36, ödənilmiş m.d.s.sh: 10129.34.” DSMF-nin İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.20206-cı ildən ##.##.2017-ci il tarixədək 11 il 9 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və ##.##.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəti nəzərə alınmaqla 31245.15 manat pensiya kapitalı vardır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli *********** nömrəli məktubda qeyd edilmişdir ki, “...Güzəştli şərtlərlə yaşa görə əmək pensiyanızın hesablanması zamanı 2006-cı il # ###### tarixədək 29 il 04 ay 14 gün iş stajınız və fərdi hesabınızın sığorta hissəsində 2006-cı il # ###### tarixindən sonra toplanmış 31245.15 manat pensiya kapitalınız nəzərə alınmışdır. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq ##.##.2020ci il tarixdən pensiyanızın məbləği 458.68 manata çatdırılmışdır.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli *********** nömrəli məktubda qeyd edilmişdir ki, “...Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən Sizə # #### 2014-cu il tarixində güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı ##.##.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinizə görə Salyan rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 10018.63 manat sığorta kapitalınıza uyğun əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 10018.63 manat sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 134 (144 ay-10 ay (pensiyaçı kimi işlədiyiniz ayların miqdarı) aya bölünməklə (10018.63/134=74.76 manat) əmək pensiyanızın (265.58 manat) üzərinə əlavə edilərək 340.35 (265.58+74.76) manat (##.##.2021ci il tarixədək indeksləşdirilməklə 481.30 manat)) Sizə ödənilməli olduğu halda, səhvən 13596.14 manat müəyyən edilmiş sığorta kapitalınız 142 aya bölünərək (13596.14/142= 95.74 manat) əmək pensiyanızın (265.58 manat) üzərinə əlavə edilməklə (265.58+95.74=361.33 manat (##.##.2021-ci il tarixədək indeksləşdirilərək 510.97 manat)) Sizə ödənildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən Sizə ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1019.62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.” Cavabdehin məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli *********** nömrəli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı # ###### 2006-cı il tarixdən # ###### 2017-ci il tarixədək olan dövr üçün fərdi hesabının sığorta hissəsində 31681.16 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd edilən 31681.16 manat pensiya kapitalı İddiaçı müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən istifadə olunub.” Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Təqdim edilmiş iş materialları və təsviri hissədə də qeyd edilənləri nəzərə alaraq iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği hesablanmasında kənarlaşma müəyyən edilmir. Belə ki, iddiaçının pensiyasının aylıq məbləği ##.##.2021-ci il tarixdən etibarən 481.30 manat məbləğində olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, iddiaçı İddiaçı ##.##.2006-cı il tarixdən sonrakı dövrə kimi (iddiaçının əmək pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi tarixə kimi) fərdi hesabının sığorta hissəsində qeydə alınmış bütün pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır (istifadə olunmuşdur). Belə ki, 0# ###### 2006-cı il tarixdən # ###### 2017-ci il tarixədək olan dövr üçün fərdi hesabının sığorta hissəsində 31681.16 manat pensiya kapitalı qeydə alınmışdır ki, qeyd edilən 31681.16 manat pensiya kapitalı iddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən istifadə olunduğu müəyyən edilir.” Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Təqdim edilmiş iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçı İddiaçı pensiya hesablanarkən 31681.16 manat ümumi pensiya kapitalından ##.##.2006-cı il tarixdən ##.##.2014-cü il tarixədək 9310.07 manat, ##.##.2014-cü il tarixdən ##.##.2017-ci il tarixədək 10129.00 manat çıxılmaqla, geriyə qalan 12242.09 manat istifadəsiz qalmışdır. Beləliklə, sualda soruşulanlar üzrə bildirilir ki, iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmadığı və ##.##.2006-cı il tarixdən sonrakı dövrə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış bütün pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmadığı müəyyən olundu.” Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Fondun Salyan rayon şöbəsi tərəfindən İddiaçı # #### 2014-cü il tarixindən 230.50 manat məbləğində (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla ##.##.2021-ci il tarixinə 510.97 manat) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. ...X1 # ###### 2021-ci il tarixli müraciətinə əsasən onun əmək pensiyası ## ##### 2021ci il tarixdə yenidən hesablanaraq (işləyən əmək pensiyaçı kimi ona ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığıda nəzərə alınmaqla) qanunvericiliyin tələblərinə uyğunlaşdırılıb. Belə ki, İddiaçı # ###### 2006-cı il tarixədək ümumi iş stajı 30 il 5 ay 21 gün (##.##.1974- ##.##.1975-ci il, ##.##.1975-##.##.1977-ci il, ##.##.1978-##.##.1981-ci il, ##.##.1981- ##.##.1982-ci il, ##.##.1982-##.##.1996-cı il, ##.##.1996-##.##.2000-ci il və ##.##.2000- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35.99 manat (30.47 il x 170 manat:144 ay) hesablanaraq ##.##.2014-cü il tarixə indeksləşdirilib 65.83 manat məbləğində müəyyən edilməklə üzərinə, ##.##.2006-##.##.2014-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9421.92 manat pensiya sığorta kapitalına uyğun 65.43 manat (9421.92:144) və 100.00 manat baza hissəsi əlavə edilərək ##.##.2014-cü il tarixə 231.26 (65.83+65.43+100.00) manat (indeksləşdirilərək ##.##.2017-ci il tarixə 265.58 manat) məbləğində əmək pensiyası hesablanılıb. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2017-ci i tarixə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, İddiaçı ##.##.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10019.18 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 134 (63 il 6 ay-60 il 8 ay=34+(144 ay-44 ay) (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) aya bölünməklə 74.77 manat (10019.18:134 ay) onun əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilərək 340.35 (265.58+74.77) manat (indeksləşdirilərək ##.##.2021-ci il tarixə 481.30 manat, hazırda isə 656.01 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən son üç il üzrə adıçəkilən şəxsə 949.86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin pul vəsaitinin 49.77 manat hissəsi 2022-ci ilin fevral ayında onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödənlmiş pul vəsaiti 900.09 manat təşkil edir.” “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2021-ci il tarixli 21620864139 qərardan görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdə təyin olunmuş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış, 510.97 manat pensiya məbləği yenidən hesablanma nəticəsində 481.30 manat, son üç il üzrə 949.86 manat artıq ödəmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2021-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması və sığorta hesabında istifadəsiz qalmış 12242.09 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 57 yaşının tamam olduğu 0# #### 2014cü il tarixdə DSMF-nin Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 0# ###### 2017-ci il tarixdə işdən çıxdığı üçün DSMF-nin Salyan rayon şöbəsinə əmək pensiyasına əlavənin hesablanması üçün müraciət etmişdir. Əlavə hesablanmış və əmək pensiyasının əsas məbləğinə əlavə edilmişdir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün müvəqqəti olaraq yaşayış yerini dəyişərək Sabirabad rayonu, Qaragüney kəndinə köçməli olmuşdur. Pensiya sənədləri yaşayış yeri üzrə DSMF-nin Sabirabad rayon şöbəsinə gətirildikdən sonra ona bildirilmişdir ki, pensiyası düz hesablanmamışdır. Səbəbini həmin vaxt şöbənin rəhbərindən soruşduqda ona vaxtı ilə DSMFnin Salyan rayon şöbəsinin MEİS-dən B3 sorğusuna aldığı ## ### 2014-cü il tarixli **/**/**-**** nömrəli məktubun kserosurətini vermiş və başa salmışdır ki, arayışda açıq-aşkar qeyd edilir ki, pensiyaya çıxarkən pensiya kapitalının bir hissəsi həmin dövrdə MEİS-də əks olunmamış, ola bilsin ki, məlumatlar MEİS tərəfindən vaxtında emal edilməmişdir. Ona təklif edilmişdir ki, ərizə yazsın və araşdırma aparsınlar. Bununla bağlı ərizə yazaraq, şöbəyə təqdim etmiş, lakin uzun aylar keçməsinə baxmayaraq, cavab ala bilməmişdir. DSMF-nin Bakı Şəhər İdarəsinə yazılı müraciət edərək, 0# ###### 2006- 0# ###### 2017ci illərdə aylar üzrə göstərməklə, fərdi şəxsi pensiya hesabına sığortaedən tərəfindən köçürülmüş məbləğlər barədə məlumat istəmişdir. DSMF-nin Bakı Şəhər İdarəsinin *********** nömrəli məktubunda qeyd olunanlara əsasən hesabında 0# #### 2014-cü il tarixinə 14 951 manat 03 qəpik (illik istehlak indeksasiya faizləri nəzərə alınmadan) kapital toplandığı bildirilmişdir. Belə olan halda aydın olur ki, 57 yaşı tamam olduqda (0# #### 2014-cü il tarixdə) yığım kapitalında toplanmış 14951 manat 03 qəpik əvəzinə, 9310 manat 07 qəpik vəsaiti istifadə edilmiş, 5640 manat 96 qəpik vəsait istifadəsiz qalmışdır. Cavabdehin ## ###### 2021ci il tarixli *********** nömrəli məktubunda isə bildirilir ki, 0# ###### 2006-cı il tarixdən sonra toplanmış pensiya kapitalı 31245 mant 15 qəpik təşkil edir. Beləliklə, onun ## #### 2014-cü il tarixə kimi topladığı pensiya kapitalından 9310 manat 07 qəpik, 0# #### 2014-0# ###### 2017ci il tarixləri arasında topladığım 10129 manat, ümumilikdə, 19439 manat 07 qəpik istifadə edilmiş, ümumi məbləğ olan 31245 manatdan 1439 manat 07 qəpik çıxıldıqda qalan 11806 manat pensiya kapitalı istifadəsiz qalmışdır. Onun fərdi şəxsi pensiya hesabında vəsaitlərin əmək fəaliyyəti başa çatdıqdan sonra əks olunmasının daha bariz sübutu cavabdehin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən **/**/**- ***** nömrəli cavabdehin DSMF-nin Salyan rayon şöbəsinə göndərdiyi ## ###### 2017-ci il tarixli arayışda da öz təsdiqini tapır. Belə ki, həmin arayışa görə arayışın verildiyi tarixdə ##.##.2006-cı il tarixdən ##.##.2017-ci il tarixədək topladığı kapitalın 9879 manat təşkil etməsi əksini tapır. Başqa sözlə 31245 manat 15 qəpik ümumi pensiya kapitalının çox cüzi hissəsi pensiya təyinatında və əlavə hesablanmasında istifadə edilmiş, tam məbləğ isə fərdi hesabında bütün təyinat və əlavələr hesablandıqdan sonra öz əksini tapmışdır. Bu barədə arayışlarda müəyyən illər üçün guya əmək fəaliyyətinin müəyyən olunmaması qeyd kimi verilməsi dediklərini sübut edir. Cavabdeh 0# #### 2014-cü il - 0# ###### 2017-ci il tarixləri arasında toplanmış 10018.63 manat sığorta kapitalına əsasən iddiaçının pensiyasına əlavənin hesablanmasında səhvə yol verilməsi səbəbilə, guya 1019.62 manat artıq vəsait ödənilməsi məsələsini qaldırmış və həmin məbləği geri ödənilməsini tələb edir. Bu zaman cavabdeh 0# ###### 2006 - 0# #### 2014-cü il tarixləri arasında topladığı pensiya kapitalına uyğun yenidən hesablama aparmamış, yalnız 0# #### 2014-cü il - 0# ###### 2017-ci il tarixləri üçün toplanmış vəsaitə uyğun guya səhv hesablama baş verdiyini bildirmişdir. Halbuki, onun 0# #### 2014-cü il tarixə kimi topladığı pensiya kapitalı (14951 manat 03 qəpik) cavabdehin həmin tarixdə pensiya təyinatı apararkən istifadə etdiyi məbləğdən (9310 manat 07 qəpik) xeyli çoxdur və ilkin təyinat zamanı ortaya çıxmalı olan ilkin pensiya məbləği daha böyük rəqəmlə ifadə edilməli idi. Lakin cavabdeh etdiyi səhvi düzəltməmiş, əksinə iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirərək, pensiya hüququnu pozmuşdur. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə DSMF-nin Salyan rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10018.63 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 10018.63 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 134 (144 ay-10 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (10018.63/134=74.76 manat) əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilərək 340.35 (265.58+74.76) manat (##.##.2021-ci il tarixədək indeksləşdirilməklə 481.30 manat)) iddiaçıya ödənilməli olduğu halda, səhvən 13596.14 manat müəyyən edilmiş sığorta kapitalının 142 aya bölünərək (13596.14/142=95.74 manat) əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilməklə (265.58+95.74=361.33 manat (##.##.2021-ci il tarixədək indeksləşdirilərək 510.97 manat)) iddiaçıya ödənildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1019.62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Nəticədə İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2021-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Məhkəmə Ekspersitzası Mərkəzinin */**** nömrəli ekspert rəyinə əsasən təqdim edilmiş materiallara nəzərən iddiaçıya cavabdeh tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Belə ki, iddiaçının pensiyasının aylıq məbləği ##.##.2021-ci il tarixdən etibarən 481.30 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçının ##.##.2006-cı il tarixdən sonrakı dövrə kimi (iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi tarixə kimi) fərdi hesabın sığorta hissəsində qeydə alınmış bütün pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır. 0# ###### 2006-cı il tarixdən # ###### 2017-c il tarixədək olan dövr üçün fərdi hesabının sığorta hissəsində 31681.16 manat pensiya kapitalı qeydə alınmışdır ki, qeyd edilən pensiya kapitalının iddiaçının müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən istifadə olunduğu müəyyən edilir. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı (hakim Şahəli Musayev) ilə iddianın təmin edilməsi, ##.##.2021-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması və sığorta hesabında istifadəsiz qalmış 12242.09 manat pensiya kapitalının nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 300 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd edilmişdir ki, Fondun Salyan rayon şöbəsi tərəfindən iddiaçıya # #### 2014-cü il tarixdən 230.50 manat məbləğində (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla ##.##.2021-ci il tarixə 510.97 manat) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı ##.##.2017-ci il tarixdə iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Fondun Salyan rayon şöbəsi tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 10018.63 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 10018.63 manat sığorta kapitalının ‘‘Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 134 (144 ay-10 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (10018.63/134=74.76 manat) əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilərək 340.35 (265.58+74.76) manat (##.##.2021 -ci il tarixədək indeksləşdirilməklə 481.30 manat)) iddiaçıya ödənilməli olduğu halda, səhvən 13596.14 manat müəyyən edilmiş sığorta kapitalının 142 aya bölünərək (13596.14/142=95.74 manat) əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilməklə (265.58+95.74=361.33 manat (##.##.2021-ci il tarixədək indeksləşdirilərək 510.97 manat)) iddiaçıya ödənildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1019.62 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Nəticədə iddiaçıya ##.##.2017-ci il tarixdən ##.##.2021-ci il tarixədək artıq ödəmə müəyyən edilmişdir. İddiçının # ###### 2021-ci il tarixli müraciətinə əsasən onun əmək pensiyası ## ##### 2021-ci il tarixdə yenidən hesablanaraq (işləyən əmək pensiyaçı kimi ona ödənilməli olan, lakin ödənilməyən məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində sonradan qeydə alındığı da nəzərə alınmaqla) qanunvericiliyin tələblərinə uyğunlaşdırılmışdır. İddiaçının # ###### 2006-cı il tarixədək ümumi iş stajı 30 il 5 ay 21 gün (##.##.1974- ##.##.1975-ci il, ##.##.1975-##.##.1977-ci il, ##.##.1978-##.##.1981-ci il, ##.##.1981- ##.##.1982-ci il, ##.##.1982-##.##.1996-cı il, ##.##.1996-30.11,2000-ci il və ##.##.2000- ##.##.2005- ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35.99 manat (30.47 il x170 manat:144 ay) hesablanaraq ##.##.2014-cü il tarixə indeksləşdirilib 65.83 manat məbləğində müəyyən edilməklə üzərinə ##.##.2006-##.##.2014-cü il tarixlər arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9421.92 manat pensiya sığorta kapitalına uyğun 65.43 manat (9421.92:144) və 100.00 manat baza hissəsi əlavə edilərək ##.##.2014-cü il tarixə 231.26 (65.83+65.43+100.00) manat (indeksləşdirilərək ##.##.2017-ci il tarixə 265.58 manat) məbləğində əmək pensiyası hesablanılmışdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2017-ci il tarixə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, iddiaçının ##.##.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10019.18 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 134 (63 il 6 ay-60 il 8 ay=34+(144 ay-44 ay) (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) aya bölünməklə 74.77 manat (10019.18:134 ay) onun əmək pensiyasının (265.58 manat) üzərinə əlavə edilərək 340.35 (265.58+74.77) manat (indeksləşdirilərək ##.##.2021-ci il tarixə 481.30 manat, hazırda isə 656.01 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. İddiaçıya son üç il üzrə 949.86 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 49.77 manat hissəsi 2022-ci ilin fevral ayında onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş, qalıq artıq ödənlmiş pul vəsaiti 900.09 manat təşkil edir. Ekspert rəyləri arasında aşkar ziddiyyətlər olmasına rəğmən məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməmiş, sonuncu rəyi vermiş ekspertin dindirilməsi təmin edilməmiş, cavabdeh tərəfindən mütəxəssisin iştirakı təmin edilmiş, mütəxəssis tərəfindən məhkəmənin və iddiaçının suallarına aydınlıq gətirilmişdir. ## ###### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyində “##.##.2006-cı il tarixdən sonrakı dövrə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış bütün pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmaması” qeyd edilsə də, bu zaman fərdi hesabında toplanmış sığorta kapitalının müxtəlif illərə əsasən indeksləşdirilməsi nəzərə alınmamış, ekspert araşdırması zamanı təyinat və yenidən hesablama tarixlərinə indeksləşdirilmiş məbləğ əvəzinə 2022-ci il tarixə indeksləşdirilmiş məbləğ üzərindən hesablamalar aparılmışdır. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı pensiya təyin olunarkən onun ##.##.2006-cı il tarixə 30 il 5 ay 21 gün sığorta stajı, ##.##.2006-##.##.2014-cü illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9421.92 manat və ##.##.2014-##.##.2017-ci illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10019.18 manat kapital nəzərə alınmaqla pensiyası hesablanmışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış bütün pensiya kapitalı əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmışdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (##.##.2022-ci ilədək qüvvədə olan redaksiya) ... 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti (##.##.2017-ci ildən ##.##.2022-ci ilədək qüvvədə olan redaksiya) Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ## ###### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyi ilə sübut edilir ki, iddiaçının əmək pensiyası yenidən hesablanana zaman 12242.09 manat kapitalı istifadəsiz qalmışdır. Tələbin digər hissəsinə münasibətdə isə bildirilmişdir ki, səhv hesablanma iddiaçının hər hansı bir təqsirinə görə baş verməmiş, həmçinin tutma onun razılığı və ya məhkəmə qərarı olmadan həyata keçirilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və gəldiyi nəticəni aşağıdakılar zəruri edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixli qərar ilə ##.##.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işləməkdə davam etmiş və ##.##.2017-ci ildə tarixdən işləməyən əmək pensiyaçı kateqoriyasına keçmişdir. İddiaçının işlədiyi dövrlər ilə bağlı məcburi dövlət sosial sığorta haqları tam şəkildə ödənilməmiş və məcburi dövlət sosial sığorta haqlarının sonradan ödənilməsi həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2021-ci il tarixli 21620864139 qərardan görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdə təyin olunmuş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış, 510.97 manat pensiya məbləği yenidən hesablanma nəticəsində 481.30 manat, son üç il üzrə isə 949.86 manat artıq ödəmə müəyyən edilmişdir. İddiaçının pensiya məbləği hesablanarkən onun ##.##.2006-cı il tarixə 30 il 5 ay 21 gün sığorta stajı, ##.##.2006-##.##.2014-cü illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9421.92 manat və ##.##.2014-##.##.2017-ci illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10019.18 manat kapital nəzərə alınmış, istifadəsiz kapital qalmamışdır. Artıq ödəmə ilə bağlı iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan ##.##.2022-ci il tarixdə 49.77 manat tutulmuşdur. Kollegiya ## ###### 2023-cü il tarixli */**** nömrəli ekspert rəyinə tənqidi yanaşaraq bildirir ki, rəydə ilkin ekspert rəyindən fərqli olaraq iddiaçının əmək pensiyası hesablanan zamanı 12242.09 manat istifadəsiz kapitalı qaldığı qeyd edilsədə, işdə olan sübutlar, o cümlədən işin araşdırılması qeyd edilən xüsusatı təsdiq etmir. Belə ki, iddiaçının pensiya məbləği hesablanarkən onun ##.##.2006-cı il tarixə 30 il 5 ay 21 gün sığorta stajı, ##.##.2006- ##.##.2014-cü illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9421.92 manat və ##.##.2014-##.##.2017-ci illər üzrə işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10019.18 manat kapital nəzərə alınmışdır. İddiaçının istifadəsiz qalmış kapitalının olub-olmaması ilə bağlı geniş araşdırma aparılmış, ekspert rəyləri müqayisəli şəkildə təhlil edilmiş, mütəxəssis cəlb edilmiş, nəticədə iddiaçının əmək pensiyası hesablanan zaman istifadəsiz kapitalı qalmadığı təsdiq edilmişdir. İddiaçının iddia ərizəsindəki istinad etdiyi cavabdeh orqanın ayrı-ayrı məktublarında (arayışlarında) göstərilmiş məbləğlərin fərqliliyi onun işlədiyi dövrlər ilə bağlı məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödənilməməsi və məcburi dövlət sosial sığorta haqlarının sonradan ödənilməsi və ayrı-ayrı dövrlər üzrə indeksləşmə ilə bağlı olmuşdur. Həmçinin, tətbiq edilən hüquq normalarının tələbi baxımından pensiya məbləğinin hesablanması zamanı iddiaçıya əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablayıb yekun qərar qəbul edərkən cavabdeh haqlı olmuşdur. Artıq hesablanmış 949.86 manat puldan 49.77 manat qanuni əsas olmadan ##.##.2022ci il tarixdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Tutulma ilə bağlı iddiaçının nə razılığı, nədə, məhkəmə qərarı var. Halbuki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Proseslər xərclər məsələsinə münasibətdə bildirilir ki, İPM-in 110.1 və 110.2-ci maddələrinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur. İş üzrə verilmiş ekspert rəylərindən biri iddiaçının ziyanına, digər isə xeyrinə olduğu, lakin həmin rəyə münasibətdə tənqidi yanaşıldığı üçün İPM-in 110.1 və 110.2-ci maddələrinin tələbi nəzərə alınmaqla, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı qismən - ##.##.2021-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi, sığorta hesabında istifadəsiz qalmış 12242.09 manat pensiya kapitalının nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 300 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hissədə ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar