Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-569/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-2319/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 25 iyul 2024-cü il tarixli, 2- 1(120)-2319/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qanunamüvafiq qaydada X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) qəbul imtahanlarında iştirak etməsi və Azərbaycan Beynəlxlaq Universitetinin “Turizm və onun təşkili” fakultəsinə daxil olması barədə rəsmi hər hansı sənəd təqdim edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Beynəlxalq Universitetində 2008-ci ildə “Turizm və onun təşkili” bakalavr pilləsi üzrə təhsilini başa vurmuşdur. Hal hazırda Azərbaycan Beynəlxalq Universiteti öz fəaliyyətini dayandırdığından və onun keçmiş rəhbərliyinin qanunsuz əməllərinin əziyyətin çəkir. Universitetin inzibati binasının yararsız vəziyyətə düşməsi səbəbindən o, ali təhsil haqqında dövlət sənədi barədə rəsmi təsdiqləyici arayışı universitetdən ala bilmir. Elm və Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin diplomlarının qanunsuz olduğunu bildirir. O, təhsil müddətində mühazirələrdə və seminarlarda iştirak etmişdir. Oxuduğu dövrlərdə hər il üçün təhsil haqqı ödənişi etmişdir. Təhsil aldığı müddətdə Azərbaycan Beynəlxalq Universitetinin Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyası olub. Bu lisenziya 2010-cu ilin sentyabr ayında ləğv olunub. O, isə təhsilini 2004-2008-ci illərdə almışdır. A 239213 nömrəli diplomun ali təhsil haqqında dövlət sənədi olması barədə Elm və Təhsil Nazirliyi qarşısında öhdəlik qoyulmasını xahiş edir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı diplomun təsdiqi ilə əlaqədar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. ABU tərəfindən iddiaçının adına yazılmış diplom dövlət nümunəli sənəd deyildir. Həmin dövrdə qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanunu”na əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Digər tərəfdən Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. Qaydaların 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Beləliklə, qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədi hesab edilməsi vəzifəsinin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı təfəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı teleqram vasitəsilə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 13 noyabr 2023-cü il tarixli, 3-23/2-Ə-12161-4/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti adından təqdim etdiyi A seriyalı 239213 nömrəli diplom dövlət nümunəli deyildir. Bu səbəbdən “X1 Məlumat Sisteminə təhsili ilə caglı məlumatların əlavə edilməsi nazirliyin imkanı xaricindədir. -Azərbaycan Respublikası X5nin 18 aprel 2024-cü il tarixli, 9-3/2-1030/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxx 1981-ci il təvəllüdlü İddiaçı 2003 və 2004-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X5 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. -2008-ci il tarixdə verilmiş A № 239213 qeydiyyat nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, sənəd ona İddiaçı Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun “turizm və onun təşkili” ixtisası üzrə təhsil aldığına görə verilmişdir. 2009-cu ilədək qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə, Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Beləliklə müəyyən olunur ki, İddiaçı qanunamüvafiq qaydada X4 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) qəbul imtahanlarında iştirak etməsi və Azərbaycan Beynəlxlaq Universitetinin “Turizm və onun təşkili” fakultəsinə daxil olması barədə rəsmi hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia tələbi üzrə dəlillər təkrarlanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-2319/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-569/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-569/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver