Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-570/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-765/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın dəyişdiriliməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarına ona aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin dayandırıldığı vaxtdan-yəni noyabr 2021-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. X5 Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-765/2024 nömrəli qərardadı ilə ötürülmüş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 28 avqust 2024-cü il tarixli, 2- 1(120)-1765/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına İddiaçı aid hissədə dəyişiklik edilərək əlilliyin başlanğıc tarixinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barədə xx.xx.2011-ci il tarixində Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə bir il müddətinə təyin edilmiş ikinci dərəcə ilkin əlillik təyinatı sonuncu dəfə xx.xx.2016-cı il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra İddiaçı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANW0 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuş, müayinə zamanı təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq ona təyin edilmiş diaqnozu təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Həm əvvəlki əlillik təyinatı zamanı, həmçinin də sonuncu təyinat zamanı əlilliyin səbəbi və diaqnozu eyni olaraq qalmışdır. Belə olan halda həmin dövrlərə münasibətdə İddiaçı müraciətindən cavabdehin imtinası qanuni olmamışdır. Qanunvericiliyin tələbinə görə şəxsin əlilliyinin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən (hazırki halda xx.xx.2022-ci il ) 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilməli idi. Belə ki, alt sistemdən çıxarışdan müəyyən olunur ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının göndərişi xx.xx.2022-ci il tarixdə mərkəzləşdirilmiş elektron sistemə daxil olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri pozularaq, iddiaçıya beş il müddətinə təyin olunmuş əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə göndərilmiş göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmiş, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla xx.xx.2022-ci il tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmiş, bununla da iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə sosial təminat almaq hüququ pozulmuşdur. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə inkişaf qusuru, böyrəklərin polikistozu, xroniki böyrək çatışmamazlığın 3-cü dərəcəsi xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik sağalmaz xəstəliklər kateqoriyasına aiddir. Ağır xroniki xəstə olduğu üçün 32 nömrəli Zona TSEK-in SER TSE-01 № 145294 nömrəli arayışı (tibbi rəyi) ilə ona əmək qabiliyyətinə malik olmayan 3-cü dərəcəli əlilik qrupu təyin edilmiş və həmin rəyə əsasən 01 noyabr 2012-ci il tarixdən etibarən əlillik pensiyası təyin edilmişdir. 2021-ci ilədək əlillik vəziyyətində olmuş, 2021-ci ilin oktyabr ayında növbəti müayinədən keçmək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim etmişdir. Lakin, məlum olmayan səbəblərdən, tibbi ekspert komissiyası heç bir səbəb göstərmədən tibbi rəyi verməmişdir. Cavabdeh əlilliyi barədə rəy vermədiyi üçün ona noyabr 2021-ci il tarixdən, noyabr 2022-ci il tarixə qədər müddət üçün ona əmək pensiyası ödənilməmişdir. 2022-ci ilin noyabr ayında ona rəy vermək üçün tələb olunan bütün tibbi sənədləri TSEK-ə təqdim edərək xx.xx.2022-ci il tarixdə növbəti tibbi müayinədən keçmiş, onun əlillik dərəcəsi yenidən təsdiq edilmiş və həmin tarixdən pensiya ödənişləri bərpa edilmişdir. Növbəti müaynə tarixi 30 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Göründüyü kimi, TSEK-in təqsiri üzündən 2021-ci il noyabr ayında tibbi ekspert rəyi verilmədiyi üçün noyabr 2021-ci il tarixdən noyabr 2022-ci il tarixədək, yəni 12 ay müddətində pensiya almaq hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Halbuki, həmin müddətdə ağır xəstə olmuş və əlillik dərəcəsinin verilməməsi üçün hər hansı əsaslar olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamaziığınm digər təzahürləri Diaqnozun mətni: Anadangəlmə inkişaf qüsuru böyrəklərin polikistozu xroniki pielonefrit natamam remisiya xr BÇ İİ d Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamaziığınm digər təzahürləri Diaqnozun mətni: Anadangəlmə inkişaf qüsuru böyrəklərin polikistozu xroniki pielonefrit natamam remisiya xr BÇ İİ d Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bu minvalla 2016-cı il tarixədək əlillik vəziyyətində olmuş, xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q60-Q64 - Sidik sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q61 - Böyrəyin sist... Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv. Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Anadangəlmə inkişaf qüsuru.böyrəklərin polikistozu.XBÇ İİ dərəcə” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 07.01,2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q60-Q64 - Sidik sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q61 - Böyrəyin sist... Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv, Böyrəklərin polikistozu (hər iki böyrəyin anadangəlmə inkişaf qüsuru) Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Anadangəlmə inkişaf qüsuru .böyrəklərin polikistozu.XBÇ İİ dərəcə” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar Diaqnozun mətni: Böyrəyin polikistozu, autosom resessiv, Böyrəklərin polikistozu (Hər iki böyrəyin anadangəlmə inkişaf qusuru ). Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Xroniki obstruktiv pielonefrit, Xroniki pielonefritin kəskinləşmə. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: 4.1.1.2. N18.2 - Ağırlaşma, Sidik-cinsiyyət sisteminin xəstəlikləri => Qlomerulyar (yumaqcıq) xəstəliklər => XBX İİ mərhələ => XBX İİİ mərhələ (XBÇ İİ mərhələ qanda kreatinin səviyyəsi 177-352 mkmol/l aralığında)” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İ. xx.xx.1983-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011 -ci il tarixli 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin polikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və "Xroniki pielonefrit. natamam remissiva mərhələsində. Xroniki böyrək çatışmamazlığı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji xəstəxanasının xx.xx.2022- ci il tarixli X6 diaqnoz “Böyrəklərin polikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi "Kreatinin 272 mkmol/l. Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Döviət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı işdə iddiaçının əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiası mümkünsüz hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etirazın dəlilləri ilə oxşar məzmunda apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və ilkin şikayətində həmin qərarın ləğv edilərək, iddianın rədd olunmasını, əlavə apellyasiya şikayətində isə əlillik təyinatından imtina barədə iddiaçıya sms bildiriş göndərildiyini, iddiaçının həmin qərar barədə məlumatlı olduğunu, bununla da qərardan şikayət vermə müddətini ötürdüyünü bildirməklə iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçıya əlillik təyinatından ilk dəfə 17 yanvar 2022-ci il tarixli qərarla imtina edilmiş, sonradan hazırda münahisələndirilən 03 noyabr 2022-ci il tarixli qərarla əlillik təyin edilsə də, təyinat həmin qərarın verildiyi tarixdən aparılmış və iddiaçı həmin qərarın dəyişdilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qeyd edilməlidir ki, iddiaçı hazırda 03 noyabr 2022-ci il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Həmçinin 17 yanvar 2022-ci il tarixli əlillik təyinatından imtina qərarının iddiaçıya sms bildiriş formasında göndərilməsi hələ şəxsin həmin sənədi oxumasını və tanış olmasını birmənalı güman etməyə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddətin bərpası barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -müvafiq altsistemdən çıxarışdan görünür ki, iddiaçının əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının məzmunundan görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 29 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: İ.Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANW0 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Baş Klinik Hospitalının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011 -ci il tarixli 398 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Anadangəlmə inkişaf qüsuru. Böyrəklərin oolikistozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi və “Xroniki pielonefrit, natamam remissiya mərhələsində. Xroniki böyrək çatışmamazlıqı İ (birinci) mərhələ. Hər iki böyrəyin daşı’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı arterial təzyiqin yüksək olmasından, baş ağrısı, beldə ağrılardan şikayət etmişdir. Müayinə zamanı dərisi solğun çəhrayi, bozumtul çalarlı, periferiyalar soyuq, saturasiya 93%, arterial təzyiq 160/110 mm.c.s müəyyən edilmişdir. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji xəstəxanasının xx.xx.2022-ci il tarixli X6 diaqnoz “Böyrəklərin oolikistozu. Hər iki böyrəyin daşları. Xroniki böyrək xəstəlivi-3-cü mərhələ" kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 10 nömrəli Biokimyəvi analizin nəticəsi “Kreatinin 272 mkmol/l, Sidik cövhəri 8.72 mmol/l” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. “Əlavə müalicəyə ehtiyacın olması” tələbi ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə tətbiq oluna bilməz. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının əlillik təyinatının səhiyyə müəssisəsinin göndərişinin verilməsi tarixindən nəzərə alınması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2- 1(120)-765/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-765/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-570/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-570/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver