Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-574/2024 18.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X5 iştirakı ilə. iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-737/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vergi borcunun silinməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-737/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********680700 nömrəli, xx.xx.2023-cü il tarixli, **********344300 nömrəli və hazırkı tələblə bağlı qəbul edilmiş digər qərarların ləğv edilməsi, mülkiyyətində olmayan nəqliyyat vəsitələrinin alğı-satqısı ilə bağlı əsassız hesablanmış vergi borcunun silinməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-737/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********680700 nömrəli, qərarın ləğv edilməsi, İddiaçı adına açılmış ********** nömrəli VÖEN-nin bağlanması” kimi baxılması qərara alınmışdır. Tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsində xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X6 məxsus olan “Hyundai Genesis” minik markalı, 2018-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X9 məxsus olan “X23 Rover” minik markalı, 2015- ci il buraxılışlı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMCyə satılması prosesində iştirak etmişdir. Yuxarıda göstərilən nəqliyyat vasitələrinin heç biri İddiaçı mülkiyyətində olmayıb (etibarnamə əsasında iştirak etməklə), o həmin vaxtadək və halhazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2022-ci il mart ayında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən İddiaçı qeydiyyatda olduğu ünvana telefon zəngi edilmiş, yuxarıda qeyd edilən alğı-satqıdan vergi borcunun yarandığı bildirilmişdir və bunun üçün Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşmaq tələb olunmuşdur. Lakin İddiaçı Bakı şəhərində yaşaması və rəsmi işdə işləməsi səbəbindən, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşmaq imkanı olmamişdır. Sonradan İddiaçı müraciəti və iştirakı olmadan adına Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN açılmasını, 5597.87 (beş min beş yüz doxsan yeddi manat 87 qəpik) manat vergi borcunun olması müəyyən edilmişdir. Həmin vergi borcu üzərində İddiaçı mülkiyyətində olmayan daşınar əmlaklar üzrə hesablanmışdır. Bununla əlaqədar, İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2022-ci il tarixində yazılı müraciət edilmişdir (müvafiq sənədlərin surəti əlavə edilməklə). Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilmişdir (müvafiq sənədlərin surəti əlavə edilməklə). Lakin bugünədək İddiaçı mülkiyyətində olmayan daşınar əmlaklar üzrə hesablanmış vergi borcu silinməmişdir. Əlavə olaraq, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı yuxarıda qeyd edilən alğı-satqı proseslərində etibarnamə əsasında iştirak etmiş, həmin alğı-satqı proseslərindən hər-hansı gəlir əldə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.Ona görə iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-737/2024 nömrəli nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********680700 nömrəli qərarı ləğv edilməsi və İddiaçı adına açılmış ********** nömrəli VÖEN bağlanılması qərara alınmışdır. İİ. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə iş üzrə qərar qəbul edərkən işə baxılarkən işin faktiki halları düzgün və tam şəkildə araşdırmamış, qəbul edilmiş qərarla düzgün olmayan yekun məhkəmə aktı çıxarılmış, cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilməmişdir. Belə ki, İddiaçı uçot-baza məlumatlarının araşdırılması zamanı elektron alış aktlarına əsasən "X19" markalı minik avtomobilinin xx.xx.2021-ci il tarixdə, "X23 Rover Minik" markalı avtomobilin isə xx.xx.2021-ci il "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələrinin fərdi sahibkar İddiaçı adına rəsmiləşdirildikdən sonra qısa müddət ərzində lizinq şirkətinə təqdim edilməsi, nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı və nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə edilmiş xx.xx.2022-ci il tarixli **********695800 nömrəli sorğuya əsasən daxil olmuş cavab məktubunun araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş 2 (iki) ədəd nəqliyyat vasitəsindən "Hyundaı Genesis" markalı minik avtomobilinin elektron alış aktlarına əsasən xx.xx.2021-ci il tarixdə, "X23 Rover" markalı avtomobilin isə xx.xx.2021-ci il tarixdə lizinq şirkətinə təqdim edildiyi müəyyən edilmişdir. Eləcə də, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmçinin, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci il ərzində fərdi sahibkar tərəfindən “Malların alış aktı” ilə 136700,0 manat məbləğində mal (iş və xidmət) təqdim edilməsinə baxmayaraq qeyd olunan dövr üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bu halda gəlir vergisi üzrə dövlət büdcəsindən yayındırılmış vergi məbləği 6835,0 ((136700-(136700 x75%))x20%) manat kimi qiymətləndirilir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********675500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə analoji qaydada 6835,0 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********680700 nömrəli qərar qəbul olunmuşdur. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-737/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsaslarını müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-737/2024 nömrəli qərarının qüvvəsində saxlanımasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İV Maddi və prosessual normalar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: -1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. Vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrindəndir. -23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - (23.1.8) qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; - (23.1.15-1) hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Həmin Məcəllənin 23.1.15-1ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. -53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: -152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. -359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. -362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. “İnzibati icraat haqqında” Qanun: -70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -İddiaçı tərəfin hüquqi mənafeyi işin hallarına əsasən pozulmuşdur. Belə ki, işin hallarından aşkar görünür ki, İddiaçı etibarnamə üzrə avtomobillərin mülkiyyətçisini təmsil etməklə, sonuncunun xeyrinə alğı-satqı müqavilələri bağlamışdır. -xx.xx.2021-ci il tarixli ML-045 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən görünür ki, bu müqavilə, bir tərəfdən bundan sonra "Satıcı" adlanacaq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (06,07.1984-cü ildə doğulmuş şəxsiyyət vəsiqəsi AA*******, Neftçala RPŞ QvŞV qrupu tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir) digər tərəfdən bundan sonra "Alıcı" adlanacaq faktiki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1 küçəsi, bina 31 olan X3 şəxsində təmsil olunan "xxxx" MMC arasında imzalanmışdır. -xx.xx.2021-ci il tarixli ML-060 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən bu müqavilə, bir tərəfdən bundan sonra "Satıcı" adlanacaq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (06,07.1984-cü ildə doğulmu şəxsiyyət vəsiqəsi AA*******, Neftçala RPŞ QvŞV qrupu tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir) digər tərəfdən bundan sonra "Alıcı" adlanacaq faktiki ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1 küçəsi, bina 31 olan X3 şəxsində təmsil olunan "xxxx" MMC arasında imzalanmışdır. -xx.xx.2021-ci il tarixli,ƏN-Vİİİ 030804 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 Amid Mirəli oğluna “X23 ROVER” minik markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi hüququ vermişdir. -xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ 047139 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Amid Mirəli oğluna “HYUNDAİ GENESİS” minik markalı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi hüququ vermişdir. -xx.xx.2021-ci il tarixdə verilmiş AE 145852 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “HYUNDAİ GENESİS” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-17392/2024 nömrəli məktubunda göstərilmişdir ki, “HYUNDAİ GENESİS" markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı və "X23 ROVER" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alğı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Komputer çıxarışından müəyyən edilmişdir ki, “HYUNDAİ GENESİS" markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə AE145852 saylı şəhadətnamə üzrə X4 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam hüququ üzrə etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixdə isə alqı-satqı-müqaviləsi və lizinq müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. "X23 ROVER" markalı 90-BA011 dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə BB119952 saylı şəhadətnamə üzrə X8 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsinə dair sərəncam hüququ üzrə etibarnamə vermişdir. xx.xx.2021ci il tarixdə isə alğı-satqı-müqaviləsi və lizinq müqaviləsi əsasında "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Göründüyü kimi, qeyd olunan avtomobillərlə bağlı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, avtomobillərin mülkiyyət hüququ Amid İmayılova aid deyil, həmin avtomobillərin alğı-satqısı ilə bağlı hərəkətlər İddiaçı sahibkarlıq fəaliyyətinə aid deyil. Belə olan halda cavabdeh tərəfin iddiaçı barəsində qəbul etidiyi qərar qanunsuz olmuşdur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsasslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmmalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-737/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-574/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-574/2024
18.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver