Məhkəmə qərarları › İş №2-1(106)-578/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-578/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-578/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X16, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1620/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardad qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Neftçala rayon İcra Hakimiyyətinə qarşı “Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarının X17, X1, X2 və X6 aid hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. X17, X1, X2 və X4 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə Neftçala rayonu Xolqarabucaq kəndindən 0.07 hektar hətəyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-376A, KOD 80709018 nömrəli şəhadətnamə verilmişdir. Qeyd etdiyi şəhadətnamədə onunla heç bir qohumluq əlaqələri olmayan şəxslərin adları səhvən qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 376A, KOD 80709018 nömrəli şəhadətnamədə adları qeyd edilən X17, X1, X10, X7, X2 və X11 onun nə övladı, nə də ki qohumudur. Belə ki, Neftçala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arxiv arayışında onun ailə üzvləri qeyd edilmişdir ki, arvadı X12, oğlu X18, qızı X8 və qızı X5r. O, qeyd etdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla ona bildirmişdir ki, Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədindən X17, X1, X10, X9, X2 və X4 adlarının çıxarılması ilə bağlı müraciətinizə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Neftçala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, JN- 376A saylı “Torpağın müikiyyətə verilməsinə dair şəhadətnamə" sənədində X17, X1, X10, X9, X2 və X6 düşən hissələrin başqasına keçməsi, özgəninkiləşdirilməsi (alqı-satqısı, bağışlanması, vərəsəlik edilməsi və s.) barədə notarial təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Belə ki, cavabdeh orqanın imtinası qaunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1620/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: - Şirvan İnzibati Məhkəməsi işi tam araşdırmadan qərardad qəbul etmişdir. Təxminən 3 ildir ki iddia tələbi ilə məhkəmələr tərəfindən süründürməçiliyə yol verilir. -Əvvəlcə bu iddia tələbi ilə bağlı Neftçala rayon məhkəməsində iddia qaldırmış, idda tələbi təmin edilmişdir. Sonradan maraqlı tərəf kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 13 saylı Şirvan ərazi idarəsi apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsində Neftçala rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Yenidən bu barədə aidiyyətı üzrə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 13 saylı Şirvan ərazi idarəsini məhkəməyə cavabdeh qismində vermiş, lakin məhkəmə prosesində hakim cavabdehin düzgün qoyulmadığını və Neftçala rayon İcra Hakimiyyətinin cavabdeh olması barədə iddia ərizəsinə dəqiqləşmə verməyi təklif etmiş, bu barədə ondan ərizə almışlar, lakin iddia ərizəsi mümkünsüz hesab edilmişdir. -Qərardadda göstərilmişdir ki, iddia müddəti ötürülmüşdür. Hüquqi savadsızlığına görə sənəddə nə qeyd olunmasına baxmamış, şəhadətnamə ona veriləndə orada nə yazılmasına fikir verməmişdir. Xəstə olduğu üçün evi sənədləşdirmək istəyəndə bilmişdir ki, həmkəndlisi Hüseynin də ailə üzvlərinin adı səhvən onun torpaq şəhadətnaməsində qeyd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsini bildirmiş, məhkəmə isə iddiasını mümkünsüz hesab etmişdir. -Neftçala rayon İcra Hakimiyyətini cavabdeh qismində tanınması barədə hakim öz təşəbbüsü ilə ondan ərizə almış və sonra qərarda qeyd etmişdir ki, icra hakimiyyəti cavabdeh ola bilməz, cavabdeh aqrar islahat komissiyasıdır, iş üzrə cavabdeh olan aqrar islahat komissiyasının hüquqi varisi müəyyən edilməmişdir. Qeyd olunmuş əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1620/2024 nömrəli qərardadının ləğv edərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı şikayətin dəlillərinə uyğun çıxış edərək, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1620/2024 nömrəli qərardadının ləğv edərək, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X13 şikayətin apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirirərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; -2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. -24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. -32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslinin 298-ci maddəsi; -Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu; -20-ci maddəyə əsasən Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayətedə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində öz əksini tapmış hüquqi mövqeyə əsasən “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Birinci instansiya məhkəməsində müəyyən olunmuşur ki, iddiaçı Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnaməni 2004-cü ildə əldə etmişdir. Xəstə olması səbəbindən həmin qərardan məhkəmə qaydasında şikayət edə bilməmişdir. Lakin onun xəstə olması barədə dəlili öz təsdiqini tapmamışdır. Bununla da prosessual müddətin axımı 2004-cü ildən başlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(120)- 1620/2024 nömrəli hüquqi yardım məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. Qeyd edilən hallarla bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. İşin istinad olunmuş hallarından göründüyü kimi, məhkəməyə inzibati icraat qaydasında müraciət etmək üçün İddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, bu barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(120)-1620/2024 nömrəli qərardadı dəyişirilməsin. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar