Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-58/2025 02.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci dərəcə əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-195/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2021-ci il tarixli 0286003AAOQY nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfndən qəbul edilmiş 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, həmçinin “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, 4Q5Q1G0005 saylı qərarının ləğv edilməsi və ona müddətsiz 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş Bundan başqa, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim X8) 14 iyun 2024-cü il tarixli, 2-1(120)-195/2024 saylı nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarının ləğv edilməsi və ona 2-ci qdərəcə əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki qərarını qəbul edərkən bir neçə dəfə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. Hər dəfə ekspertizanın (təkrar əlavə və s.) keçirilməsi barədə qərardad qəbul edilərkən məhkəmə tərəfində eyni suallar qoyulmuş, məsələnin mahiyyəti üzrə araşdırma aparılmamışdır. Təyin edilmiş ekspertizalarla bağlı hər dəfə verilən rəylərdə əlilliyin təyinatı ilə bağlı Nazirlər kabinetinin müvafiq qərarına istinad etməklə səlahiyyətin tibbi-sosial ekspert komissiyalarının səlahiyyətində olduğu bildirilmşdir. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(120)-195/2024 saylı qərarında iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edildiyi və ekspert qarşısında sualların qoyulduğu qeyd edilmişdir. Həmin qərardada əsasən keçirilən ekspertizada Azərbaycan Respublikası Səhiyyə Nazirliyimin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X10 verdikləri 03 oktyabr 2022-ci il tarixli T431V2022 saylı rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibbi müəssəsində tərtib edilmiş 0286003AAVW9 saylı göndərişdə (088 №-li Formada) qeyd edilən “onurğanın ostraxandrozu, C3-C4, C4-C5 fəqərələrinin ostraxandroz disklərin protruziyası” diaqnozu aparılmış klinik və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onun əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas olmadığı qeyd edilmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(120)-1612/2022 tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Keçirilmiş olan ekspertizadan sonra tərtib edilmiş 17 fevral 2023-cü il tarixli 05/2023 saylı ekspert rəyində göstərilmişdir ki, Z. Kərimovun Lənkaran şəhər psixiatriya xəstəxanasında 07.04xx.xx.2022-ci il tarixinədək müayinə və müalicəsi zamanı “Baş beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi posttravmatik ensefalopasiya mənşəli psixoqranik sindrom, esteno-nevrotik təzahürlərlə, F-07,8; F- 48,8; G93.4, HPK” müəyyən edilmişdir. İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PFİŞ-də müayinəsi zamanı “Yayılmış ostraxandroz, ostesperoz L3- L4; L4-L5 disklərin yırtığı kökcük ağrı sindromu” diaqnozu təyin edilmişdir. Həmin rəydə əliliyin təyinatı ilə əlaqədar məsələnin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə tənzimlənməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qərarının 8-ci vərəqində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 448 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim eksspcrtizası haqında Əsasnaməsi”nin “Xəstəliklər cədvəlinin” 26b, 66c maddəsinin 3-cü qrafasında qeyd edilənlərə əsasən İddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı diaqnozu ilə ehtiyata buraxılmışdır. İddiaçı 08 mart 2005-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, iddiaçının əlillik vəziyyətinə Masallı rayon Mərkəzi xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmışdır. Cavabdeh qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Eksperti Komissiyasının qərarlarına əsasən 2006-cı ilin oktyabr ayından 2020-ci ilin dekabrına qədər (75 il) 2-ci əlillik (2006-cı ildən -2015-ci itədək hər il olmaqla və 2015-ci ildən iddiaçını cağırmadanl 2020-ci ilin dekabrınadəlc 5 il müddətinə) təyin edilmişdir. Qeyd edilən müddət onu təsdiq edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarının 4-cij bəndi tətbiq edilməl idi. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının vəziyyətinji Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsti edilmiş “Əliliyin və sağlamlıq imkanlarının məhdudluğunu müəyyən olunması meyarlarına dai| Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş Əliliyin təyin edilməsi meyyarların heç-biri bəndinə aid edilmək mümkün deyildir, 06 sentyabr 2023-ci il tarixli 2-1(120)-1612/2022 tarixli qərardadla ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. 26 oktyabr 2023-ci il tarixli T726/2023 saylı rəyində də göstərilmişdir ki, əliliyin təyinatı ilə əlaqədar məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə tənzimlənməkdədir. Xəsarəti (travması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir və həmin qərarın 1.5.2.3-cii maddəsinin tələblərinə uyğun olaraq hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə almışam və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hospitalın xx.xx.2021-ci il tarixli 6136 arxiv arayışında qeyd edilən faktlar (xx.xx.2006-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuş və xx.xx.2006-cı il tarixində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz: Sol oturaq və sol qasıq sümüklərinin qapalı yerdəyişmiş sınıqlarından sonrakı vəziyyət, hərbi travnıa, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən almışdır) hərbi xidmət üzrə vəzifələrimi yerinə yetirərkən aldığımı bir daha sübut edir. Qeyd olunalara əsasən Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2- 1(120)-195\2024 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı iddiasını və apellyasiya şikayətini müdafiə edərək Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(120)-195/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024cü il tarixli 2-1(120)-195/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçünçü şəxs Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar qanuni əsaslardır, cavabdeh tərəfin etirazlarına münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2021-ci il tarixdə aparılmış sonuncu müayinənin nəticəsi olaraq təyin edilmiş “Radikulopatiya, Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissihərəki pozulmalaria müşayiət olunan, teztez residiv verən diskogen mənşəli xroniki beloma radikuliti natamam remissiya mərhələsində. Xroniki Bel-oma radikuliti kəskin ağrı tutmaları ilə. Onurğa sütununun boyun (C4-C7,döş(D1-D12,bel-oma (L3-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4, L4-L5 fəqərəarası disklərin protruziyası, onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması ilə. Aşağı ətraflarda hissi və hərəki pozulmalar və yerişin kəskin pozulması. Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno- nevrotik təzahürlərlə” diaqnozu patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. İddiaçı xəstəlik diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın təsir dairəsinə daxil edilməmişdir Lakin iş materiallarında olan sübutlar və məhkəmə tibbi ekspertizasının aşağıda qeyd olunan rəylər əsas verir ki, iddiaçıya 2-ci dərəcə əlilliyin təyin olunması üçün qanuni əsaslar mövcuddur. İş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı əvvəllər Silahlı Qüvvələrdə hərbi xidmət etmişdir. Xidmət dövründə aldığı zədə və xəsarətlər nəticəsində Müdafıə Nazirliyinin Mərkəzi hospitalında müayinə və müalicələr (xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2006xx.xx.2006. xx.xx.2006-xx.xx.2006) almışdır. 08 iyun 2005-ci ildə Müdafıə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profılli hospital hərbi-həkim komissiyasında (Davamlı ağrı sindromu ilə müşayiət olunan, residiv verən diskogen mənşəli xroniki bel-omba radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun L3-L4. L5-S1 fəqərələrarası diskin protruziyası, funksiyasınm pozulması ilə xəstəlik hərbi xidmət dövründə alınmasını) şəhadətləndirilmişdir və Mərkəzi hərbi həkim komissiyası tərəfındən təsdiq edilmişdir. Müdafıə Nazirliyi Hərbi Həkim Komissiyası 18 may 2006-cı il tarixli Xəstəlik Haqqında şəhadətnaməsi əsasında davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəkət pozulmalarla müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Onurğa sütunu boyun (C4-C7), döş (D1-D12), bel-oma (L3-L4, L5-S1) fəqərələrarası disklərin protruziyası, onurğa sütunu funksiyasınm cüzi dərəcədə pozulması ilə, Xroniki qastroduodenit, natamam remisiya mərhələsindəki diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 26b, 66c maddəsinin 3-cü qrafasında qeyd edilmiş dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrlində məhdud yararlı diaqnozu ilə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2005-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, iddiaçının əlillik vəziyyətinə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni. C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 – Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni; C3-C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə ; Meyar. 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrının osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif- Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M53 - Başqa rubrikalarda təsnif olunmayan digər dorsopatiy...; Diaqnozun mətni: C3-C4 və C4- C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu diskogen protrizyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq xr bel oma radikulit kökcük ağrı tutma...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikiəri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, C3-C4,C4-C5 fəqərələrinin osteoxondrozu,disklərin protruziyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür. Ağırlaşmaları barədə məlumat ətraflı qeyd edisin” səbəbi ilə imtina verilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M54 - Dorsalgiya => M54.1 - Radikulopatiya; Diaqnozun mətni: Radikulopatiya, Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəki pozulmalaria müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti natamam remissiya mərhələsində. Xroniki Bel-oma radikuliti kəskin ağrı tutmaları ilə. Onurğa sütununun boyun (C4- C7,döş(D1-D12,bel-oma (L3-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4, L4- L5 fəqərəarası disklərin protruziyası,onurğa sütunu funksiyasının cüzi dərəcədə pozulması ilə. Aşağı ətraflarda hissi və hərəki pozulmalar və yerişin kəskin pozulması. Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno-nevrotik təzahürlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı məhz ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarını mübahisələndirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 verdikləri 03 oktyabr 2022-ci il tarixli, T431/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün müvafıq tibb müəssisəsində tərtib edilmiş 0286003AAVW9 saylı göndərişdə (088 №li Formada) qeyd edilən “onurğanın osteoxondrozu, C3-C4, C4-C5 fəqərələrinin osteoxondrozu, disklərin protruziyası” diaqnozu aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur. Şəxsin əyani müayinəsi zamanı onda əlillik təyinatına əsas verən funksional pozuntular aşkarlanmadığı üçün əlillik təyinatına əsas yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 verdikləri 17 fevral 2023-cü il tarixli, 05 nömrəli rəydə göstərilmişdir ki, 1-3. İddiaçı Lənkəran şəhər psixiatriya xəstəxanasında 07.04.-xx.xx.2022-ci il tarixlərdə müayinə və müalicə zamanı “Baş beynin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi, posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindrom, asteno-nevrotik təzahürlərlə, F-07.8; F-48.8; G-93.4, HPK” müəyyən edilmişdir. İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Yayılmış osteoxondroz, osteoporoz, L3-L4, L4-L5 disklərin yırtığı, kökcük ağrı sindromu” diaqnozu təyin edilmişdir. - Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfındən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq cdilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlllik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 verdikləri 26 oktyabr 2023-cü il tarixli, T726/2023 saylı rəydə göstərilmişdir ki, 1.2. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq cdilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasınm Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-cü il tarixli rəyində qeyd olunmuşdur ki, 1976-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibbi müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “C3-C4 və C4-C5 fəqərələrinin osteoxondrozu, diskogen protruziyanın dağınıq ağır sindrom ilə ətrafda hissi və hərəki pozğunluq, xr. bel-oma radikulit kökçük ağrı tutmaları ilə “diaqnozunun, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş-in T 92/2025 saylı, xx.xx.2024-cü il tarixli rəyində “F07.0-üzvi (posttravmatik ensefalopiya) mənşəli şəxsiyyət pozuntusu, astemonevrotik təzahürlər, kəkələmə ilə, dekompensasiya dövrü” diaqnozu ilə heç bir səbəbli əlaqəsi yoxdur. X4 xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, 1976-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə tibbi müayinəsi zamanı Elmi-Tədqiqat Tramvatologiya və Ortopediya İnstitutu” phş-ə göndərilərkən neyrocərrah, nevroloq tərəfindən müayinə olunmuş və “Yayılmış osteoxondroz, osteoporoz, L3-L4, L4-L5 disklərinin yırtığı, kökçük ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. “Turan Hospital” da İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 936 saylı arayışdan görünür ki, o, “Hepatopankreatitg. Arterial hipertenziya” diaqnozu ilə terapevtin ambulator tibbi müayinə və müalicəsində olmuşdur. Vətəndaş İddiaçı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə “F07.0 Üzvi (posttramvatik ensefalopatiya) mənşəli şəxsiyyət pozuntusu, astenovnevrotik təzahürlər, kəkələmə ilə, dekompensasiya dövrü” diaqnozu ilə stasionar müalicədə olmuşdur, yəni o, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasə iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Soail Ekspert Komissiyası tərəfindən qiymətləndirmə ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən əsas diaqnoz onun stasionarda müayinə və müalicəsi əssında qoyulduğundan, onun hazırda da həmin xəstəlikdən əziyyət çəkməsini inkAr etmək mümkün deyil. Qeyd etmək lazımdır ki, qərardadın yarımbəndlərində göstərilən xəstəliklər birbaşa əlilliyin təyininə aid olduğundan onların həlli məhkəmə-tibbi ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Soail Ekspertiza və X3 X5 tərəfindən həyata keçirilir. Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 2-1(106)-58/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə bağlı MN Mərkəzi Hərbi Həkim Komissiyasının 09 yanvar 2026cı il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X7” X9 T92/2025 saylı,xx.xx.2024-cü il tarixli rəyində qeyd edilən İddiaçı SN Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdən 21 yanvar 2025-ci il tarixədək ”F07.0 Üzvi (postravmatik ensefalopatiya) mənşəli şəxsiyyət pozuntusu, asteno-nevrotik təzahürlər, kəkələmə ilə, dekompensasiya dövrü” diaqnozu ilə müalicə olunmuşdur. İddiaçı mübahisələndirdiyi xx.xx.2021 -ci il tarixli əlilliyin təyin olunmasından imtina ilə bağlı ona təyin edilmiş ”Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Postravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno-nevrotik təzahürlərlə” diaqnozlu xəstəliklə xx.xx.2006-cı il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən təyin edilmiş” Davamlı ağrı sindromu və sol aşağı ətrafda hissi-hərəki pozulmalarla müşayiət olunan, tez-tez residiv verən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Onurğa sütunun boyun (C4-C7), döş (D1-D12), bel (L3-L4.L5-S1) fəqərələrarası yayılmış osteoxondrozu, L3-L4.L4-L5 fəqərəarası disklərin protruziyası, onurğa sütunununfunksiyasının cüzi dərəcədə pozulması ilə. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində” diaqnozu arasında səbəbli əlaqəsi yoxdur. İş materiallarından vətəndaş İddiaçı Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-xx.xx.2025-ci il tarixlərdə “F07.0 Üzvi (posttramvatik ensefalopatiya) mənşəli şəxsiyyət pozuntusu, astenovnevrotik təzahürlər, kəkələmə ilə, dekompensasiya dövrü” diaqnozu ilə stasionar müalicədə olmuşdur, yəni o, hazırda da həmin xəstəlikdən əziyyət çəkir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarının 2.2.11-ci bəndində əsasən epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); müşahidə olunan xəstəlik 2-ci qrup əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına uyğundur. Belə ki, xx.xx.2021-ci il tarixli mübahisə olunan qərarda qeyd olunan diaqnozlrdan biri də “Baş beyin travmatik xəstəliyi nəticəsində şəxsiyyət dəyişkənliyi. Posttravmatik ensefalopatiya mənşəli psixoorqanik sindromu. Asteno-nevrotik təzahürlərlə diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq, icraat iştitakçılarının şifahi izahatını dinləyərək bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərar qanunsuz və əsassızdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-195/2024 saylı qərarı ləğv edilsin. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı qərarı ləğv edilsin, İddiaçı 2-ci qrup əlilliyin dayandırıldığı müddətdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-58/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-58/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver