Məhkəmə qərarları › İş №2-1(106)-581/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-581/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-581/2024 02.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-3296/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “Müharibə Veterani” adının və vəsiqəsinin verilməsi üçün sənədləri ilə müraciət etmiş, lakin müraciətindən verilməsindən imtina edilmişdir. Halbuki, onu xəstəxanadan sonra 145 saylı hərbi poliklinikaya göndərmişlər. Orada komissiyadan keçdikdən sonra ona 27 min manat sığorta pulu, 51 gün məzuniyyət vermişlər. Məzuniyyəti bitdikdən sonra yenidən hərbi hissəyə qayıtmışdır. Fərari olsaydı onu hərbi tribunaya verərdilər. Qeyd olunalara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-3296/2024 il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan apellyasiya icraatı qaydasında ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında» xx.xx.1997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyyata buraxılmamış və onun bu fərmandan əvvəl hərbi xidmətini başa vurmağının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən 1994-cü ilin iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar ehtiyata buraxılmışlar. Göründüyü kimi həmin fərman fərdi qaydada deyil, ümumi qaydada verilmiş və 1994-cü ilin iyunun 30-na qədər ordu sıralarına çağrılmış hərbi qulluqçulara şamil edilmişdir. İş materiallarında olan sənədlərlə onun xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək hərbi xidmət keçməsi sübut olunur. Bununla da «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1997-ci il tarixli 634 nömrəli Fərmanı hərbi qulluqçu kimi ona da şamil olunur. Həmçinin həmin fərmanın qəbul edildiyi zaman onun məhkəmə hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyi silahlı qüvvələr sıralarından ehtiyata buraxılmamasına dəlalət etməmiş (belə olsaydı cəza çəkdikdən sonra yenidən hərbi xidmətim davam etməli idi) və mənə müharibə veteran adının verilməsindən imtina üçün əsas deyildir. Belə ki, onun xx.xx.1992-ci il tarixindən hərbi xidmətdə olması, xidmət keçdiyi hərbi hissəsinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması, həmin hərbi hissədə xidmətdə olduğu zaman xx.xx.1994-cü il tarixində yaralanmağı, fərarilik etdiyinə görə məhkum edilməsinə dair barəsində məhkəmə hökmünün olmaması işin mübahisə edilməyən halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamədə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununda veteran adının verilməsindən imtanın əsasları dəqiq müəyyən olunmuş və qeyd olunan normativ hüquqi aktlarda məhkəmənin gəldiyi nəticə əsasında yəni, Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» xx.xx.1997-ci il tarixli 634 nömrəli Fərmanına əsasən hərbi qulluqçunun ehtiyata buraxılmamasının ona veteran adının verilməsindən imtina olunmasına əsas verməsi şərti müəyyən olunmamışdır. Beləliklə işə baxan məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun pozulmasına yol verərək, veteran adının verilməsindən imtanm əsası kimi qeyd olunan normativ hüquqi aktlarda müəyyən edilmiş hallardan kənara çıxaraq, imtanın əsası kimi mövcud olmayan hala (məhkəmə özü əsas müəyyən etməklə) istinad etmiş, bununla da iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əssasız məhkəmə aktı qəbul etmişdir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarı maddi hüquq normalarının pozulması və düzgün təfsir edilməməsi qəbul edildiyindən, həmin qərar apellyasiya icraatı qaydasında ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən məhkəmə iclasını cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.1.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu status itirirlər. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. -xx.xx.2023-сü il tarixli 17926 nömrəli hərbi bilet əvəzi arayışdan görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.1996-cı illərdə hərbi xidmət keçmişdir. -Müdafiə Nazirliyi Mərkəzi Hərbİ Həkim Komissiyasının Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 171 saylı əmrində Fizuli və Qubadlı qarnizonu hərbi tribunalının hökmü ilə şəxsi heyət siyahısından çıxarılmış, vətəndaş İddiaçı döyüş Zonasında; hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi -Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şehadətləndirilme zamanı təyin edilmiş yaralanmanın nəticəsi* diaqnoz: «Odlu silahıla sol;, əlin İV barmağının orta; falanqasının sınığı, kürəyin yumşaq toxumalarının, sol baldırın qəlpə yaralanmaları, diz oynağının yad cismi (qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1535. saylı göndərişi, xx.xx.2043-cü il tarixli 756 saylı arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının arxivindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 35 nömrəli, xx.xx.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı Füzuli-Qubadlı qarnizonu hərbi tribunalının 18 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş. xx.xx.2005- xx.xx.2006-cı illədək cəza müddətini çəkib və cəzadan Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. -Sabunçu rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı 1(bir) il, 2(iki) ay, 26 (iyirmi altı) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Müdafiə Nazirliyi Mərkəzi Hərbİ Həkim Komissiyasının Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 171 saylı əmrində Fizuli və Qubadlı qarnizonu hərbi tribunalının hökmü ilə şəxsi heyət isiyahısından çıxarılmış, vətəndaş İddiaçı döyüş Zonasında; hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi -Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şehadətləndirilme zamanı təyin edilmiş yaralanmanın nəticəsi* diaqnoz: «Odlu silahıla sol;, əlin İV barmağının orta; falanqasının sınığı, kürəyin yumşaq toxumalarının, sol baldırın qəlpə yaralanmaları, diz oynağının yad cismi (qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1535. saylı göndərişi, xx.xx.2043-cü il tarixli 756 saylı arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının arxivindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır.” Göründüyü kimi, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçının döyüşlərdə iştirak etməsi təsdiq olunsa da, onun ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, əksinə müəyyən olunmuşdur ki, o, hərbi xidmət dövründə adam oldürməyə qəsd cinayətinə görə azadlıqdan məhrumetmə cəzasına məkhum edilmiş və cəzasından vaxtından əvvəl azad olunmuşdur. Bu hal isə qanuni əsaslarla ordu sıralarından təxris olunmanı istisna edir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(120)-3296/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar