Məhkəmə qərarları › İş №2-1(106)-584/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-584/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-584/2025 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar “İbrahim” Kiçik Müəssisəsinin, iddiaçı3 və iddiaçı1 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmaması, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi vəkil2 iştirakı ilə, İddiaçılar “İbrahim” Kiçik Müəssisəsinin, iddiaçı3 və iddiaçı1 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncama əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin “İbrahim” Kiçik Müəssisəsinə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissədə, iddiaçı1 ayrılan 160.0 ha torpaq sahəsinin 127.22 ha hissədə və iddiaçı3 ayrılan 205.0 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət üçüncü şəxs qismində cəlb edilməklə) inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh İmişli Rayon İcra Hakimiyyəti və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması haqqında” ##.##.2000-ci il tarixli ** saylı sərəncamından görünür ki, “İbrahim” Kiçik Müəssisəsinə qoyunlarını saxlamaq üçün 93, 94, ** nömrəli qış otlaq sahəsindən otlaq məqsədilə istifadə üçün 387 hektar torpaq sahəsi ayrılıb verilmişdir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0442, Kod ******** nömrəli şəhadətnamədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının heyvandarlığın inkişafı məqsədilə ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə 93, 94, ** nömrəli qış otlaq sahəsindən müvəqqəti istifadə üçün verilmiş 387 hektar torpaq sahəsi üzərində “İbrahim” Kiçik Müəssisəsinin müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır. Şəhadətnamənin tərtibi tarixi ## #### 2000-ci il qeyd edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması barədə” ## #### 2006-cı il tarixli *** nömrəli sərəncamından görünür ki, iddiaçı3 ** saylı qış otlaq sahəsindən 33 ha, ** saylı qış otlaq sahəsindən 145 ha, ** saylı qış otlaq sahəsindən 27 ha, cəmi 205 ha torpaq sahəsi otlaq kimi müvəqqəti istifadəyə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2006-cı il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə iddiaçı3 arasında ##.##.2006-cı il tarixli *** nömrəli sərəncam əsasında heyvandarlığın inkişafı üçün 205 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.12 və 2.13cü bəndlərinə əsasən icarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif etmək “İcarəçi”nin hüququ, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq isə vəzifəsidir. İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması barədə” ##.##.2000ci il tarixli *** saylı sərəncamdan görünür ki, iddiaçı1 ** nömrəli qış otlaq sahəsindən otlaq kimi müvəqqəti istifadə üçün 160 ha torpaq sahəsi ayrılıb verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2003-cü il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə iddiaçı1 arasında ##.##.2000-ci il tarixli *** nömrəli sərəncam əsasında heyvandarlığın inkişafı üçün 160 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.12 və 2.13cü bəndlərinə əsasən icarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif etmək “İcarəçi”nin hüququ, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq isə vəzifəsidir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3941, Kod ******** nömrəli şəhadətnamədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı və ## ###### 2003-cü il tarixli ** nömrəli icarə müqaviləsi ilə heyvandarlığın inkişafı məqsədilə ** nömrəli qış otlaq sahəsindən müvəqqəti istifadə üçün verilmiş 160 hektar torpaq sahəsi üzərində iddiaçı1 müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır. Şəhadətnamənin tərtibi tarixi ## ###### 2003-cü il qeyd edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti baçısının “İbrahim” K/M-nin, iddiaçı3, X5, X3 torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, “...1. İmişli rayonunda pambıqçılığın inkişafı üçün yeni əkin sahələrinin cəlb edilməsinin zəruriliyi nəzərə alınsın. 2. “İbrahim” K/M-nin, iddiaçı3, X5, X3 torpaq sahəsindən istifadə hüququna xitam verilsin. 3. “İbrahim” K/M-nə 387.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2000-ci il tarixli ** saylı sərəncamı, iddiaçı3 205.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2006-cı il tarixli *** saylı sərəncamı və ## #### 2006-cı il tarixli ** saylı icarə müqaviləsi, X5 68.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016-cı il tarixli ** saylı icarə müqaviləsi, X3 50.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyati başçısının ## #### 2009-cu il tarixli ** saylı sərəncamı və ## #### 2009-cu il * saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilsin.” İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi məqsədi ilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, ** saylı dövlət qış otlaq sahələrindən 2600.0 ha torpaq sahəsi ayrılıb icarəyə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında ##.##.2017-ci il tarixli *** nömrəli sərəncam əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2600.0 ha torpaq sahəsinin 45 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. “xxxx” X1 * saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...2. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi qeyd olunan sərəncamların qəbul olunduğu vaxtda dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin sərəncamın qəbul olunduğu vaxt dövlət mülkiyyətində olmaqla, kand təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan öruş sahəsi olmuşdur. Hazırda isə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinə, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsinə və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci il tarixli *** saylı sərəncamı ilə X2 ayrılmış 205.0 ha torpaq sahəsinə aid verilmiş sərəncamların, icarə müqavilələrin müddəti başa çatdığına görə həmin torpaqların kateqoriyasını, hüquqi statusunu və torpaq növünü müəyyən etmək mümkün deyildir. Hazırda İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla,kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsidir.

3. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsinin 127.22 ha hissəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi isə bütövlüklə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin koordinatlarının hüdudları daxilində yerləşir.

4. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayılmış 160.0 ha torpaq sahəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci tarixi *** saylı sərəncamı ila iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi faktiki olaraq qeyd olunan şəxslər tərəfindən təyinatı üzrə istifadə olunur. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin 1394.53 ha olan ərazisi faktiki olaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin istifadəsindədir və 185.0 ha isə təyinatı üzrə əkin sahəsi kimi istifadı edilir.” Şirvan İnzibati Məhkəməsinin ##.##.2020-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İmişli Rayon İcra Hakimiyyətinin cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı 2600.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının və ##.##.2017-ci il tarixli ** saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncama əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin “İbrahim” Kiçik Müəssisəsinə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissədə, iddiaçı1 ayrılan 160.0 ha torpaq sahəsinin 127.22 ha hissədə və iddiaçı3 ayrılan 205.0 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

İddiaçıların əsaslandırması:

İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC onlara qarşı “Torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin öz hesablarına əvvəlki vəziyyətinə bərpa edilmə, torpaq sahəsi üzərində qanunsuz hərəkətlərə son qoyulma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsindən sonra cavabdeh İmişli RİH tərəfindən onlara ayrılmış torpaq sahələrinə dair sərəncamların ləğv edilməsi və həmin torpaq sahələrinin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin istifadəsinə verilməsi məlum olmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdirlər. Mübahisə predmeti olan torpaq sahələrini qanuni sənədlər əsasında əldə etmişlər və uzun müddətdir ki, torpaq sahələrindən istifadə edirlər. Hər hansı bir torpaq sahəsinin zəbt edilməsindən və ya qanunsuz istifadəsindən söz gedə bilməz. “İbrahim” Kiçik Müəssisəsinin istifadəsində olan 387 ha torpaq sahəsi İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı əsasında verilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair “İbrahim" KM-nə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0442, Kod ******** nömrəli şəhadətnamə verilmişdir. iddiaçı3 istifadəsində olan 205 ha torpaq sahəsinə dair İmişli RİHB tərəfindən ##.##.2006cı il tarixli *** saylı sərəncam verilmiş, eyni zamanda bu sərəncam əsasında “Torpaqların icarəyə verilməsi haqqında” ##.##.2006-cı il tarixli ** saylı müqavilə bağlanmışdır. iddiaçı1 istifadəsində olan 160 ha torpaq sahəsinə dair İmişli RİHB-nın ##.##.2000-ci il tarixli *** saylı sərəncamı və ##.##.2003-cü il tarixli ** saylı icarə müqaviləsi var. Sərəncamlardan və icarə müqavilələrindən açıq-aydın görünür ki, hər bir şəxsin istifadəsində olan torpaq sahələrinə dair müvafiq hüquqmüəyyənedici sənədləri var.

Cavabdehin və üçüncü şəxsin etirazları:

Cavabdeh və üçüncü şəxsin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddianın təmin edilməsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncamına əsasən “xxxx” MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin İbrahim KMyə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 hissəsinin, X4 ayrılan 160.0 ha sahəsinin 127.22 ha hissəsinin və iddiaçı3 Əlqulu oğluna ayrılan 205.0 ha olan torpaq sahəsinin bütövlükdə üstüstə düşən hissəsinin ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

Apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdehin apellyasiya şikayətinin dəlilləri:

Məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir.

Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri:

Məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir.

Apellyasiya şikayətlərinə etiraz:

Apellyasiya şikayətlərinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisələndirilən sərəncamın qanunsuz olduğunu bilmiş və sərəncamın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunu eynilik təşkil edir. Bu isə icra hakimiyyətinə qarşı mövqedə qeyri-müəyyənlik yaradır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən, ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçıların vəkili və nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək, iddiaya və apellyasiya şikayətlərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahələri iddiaçıların istifadəsindədir. İddiaçılar keçən bu illər ərzində torpaq sahələrinə görə icrarə haqlarını, vergiləri və s. ödənişləri həyata keçirmişdirlər. Sonda vəkil2 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (## ##### 2023-cü ilədək qüvvədə olan mətn)

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1–4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ texniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. ... Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, sərəncamın qəbul edilməsini şərtləndirən sübutlar məhkəməyə təqdim edilməmiş, nəticədə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirilən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakitiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarına görə İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması haqqında” ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” Kiçik Müəssisəsinə qoyunlarını saxlamaq üçün 93, 94, ** nömrəli qış otlaq sahəsindən otlaq məqsədilə istifadə üçün 387 hektar torpaq sahəsi ayrılıb verilmişdir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0442, Kod ******** nömrəli şəhadətnam ilə İmişli Rayon İcra Hakimiyyəti başçısının heyvandarlığın inkişafı məqsədilə ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə 93, 94, ** nömrəli qış otlaq sahəsindən müvəqqəti istifadə üçün verilmiş 387 hektar torpaq sahəsi üzərində “İbrahim” Kiçik Müəssisəsinin müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır. Şəhadətnamənin tərtibi tarixi ## #### 2000-ci il qeyd edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması barədə” ## #### 2006-cı il tarixli *** nömrəli sərəncamı ilə iddiaçı3 ** saylı qış otlaq sahəsindən 33 ha, ** saylı qış otlaq sahəsindən 145 ha, ** saylı qış otlaq sahəsindən 27 ha, cəmi 205 ha torpaq sahəsi otlaq kimi müvəqqəti istifadəyə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2006-cı il tarixli ** nömrəli müqavilə ilə İmişli Rayon İcra Hakimiyyəti ilə iddiaçı3 arasında ##.##.2006-cı il tarixli *** nömrəli sərəncam əsasında heyvandarlığın inkişafı üçün 205 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.12 və 2.13-cü bəndlərinə əsasən icarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif etmək “İcarəçi”nin hüququ, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq isə vəzifəsidir. İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması barədə” ##.##.2000ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ** nömrəli qış otlaq sahəsindən otlaq kimi müvəqqəti istifadə üçün 160 ha torpaq sahəsi ayrılıb verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2003-cü il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə iddiaçı1 arasında ##.##.2000-ci il tarixli *** nömrəli sərəncam əsasında heyvandarlığın inkişafı üçün 160 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.12 və 2.13-cü bəndlərinə əsasən icarə müqaviləsinin uzadılması üçün “İcarəyəverən”ə təklif etmək “İcarəçi”nin hüququ, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq isə vəzifəsidir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-3941, Kod ******** nömrəli şəhadətnamədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı və ## ###### 2003-cü il tarixli ** nömrəli icarə müqaviləsi ilə heyvandarlığın inkişafı məqsədilə ** nömrəli qış otlaq sahəsindən müvəqqəti istifadə üçün verilmiş 160 hektar torpaq sahəsi üzərində iddiaçı1 müvəqqəti istifadə hüququ qeydiyyata alınmışdır. Şəhadətnamənin tərtibi tarixi ## ###### 2003-cü il qeyd edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti baçısının “İbrahim” K/M-nin, iddiaçı3, X5, X3 torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, “...1. İmişli rayonunda pambıqçılığın inkişafı üçün yeni əkin sahələrinin cəlb edilməsinin zəruriliyi nəzərə alınsın. 2. “İbrahim” K/M-nin, iddiaçı3, X5, X3 torpaq sahəsindən istifadə hüququna xitam verilsin. 3. “İbrahim” K/M-nə 387.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ##### 2000-ci il tarixli ** saylı sərəncamı, iddiaçı3 205.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2006-cı il tarixli *** saylı sərəncamı və ## #### 2006-cı il tarixli ** saylı icarə müqaviləsi, X5 68.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2016-cı il tarixli *** saylı sərəncamı və ## ###### 2016-cı il tarixli ** saylı icarə müqaviləsi, X3 50.0 ha otlaq sahəsinin icarəyə verilməsi barədə İmişli Rayon İcra Hakimiyyati başçısının ## #### 2009-cu il tarixli ** saylı sərəncamı və ## #### 2009-cu il * saylı icarə müqaviləsi hüquqi qüvvəsini itirmiş hesab edilsin.” İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs kənd təsərrüfatı bitkilərinin əkilibbecərilməsi məqsədi ilə rayonun Aranlı, Hacırüstəmli və Qulubəyli kəndləri yaxınlığında yerləşən 86, 93, 94, 95, 96h, ** saylı dövlət qış otlaq sahələrindən 2600.0 ha torpaq sahəsi ayrılıb icarəyə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ###### 2017-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət arasında ##.##.2017-ci il tarixli *** nömrəli sərəncam əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2600.0 ha torpaq sahəsinin 45 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. “xxxx” X1 * saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...2. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi qeyd olunan sərəncamların qəbul olunduğu vaxtda dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid heyvandarlığın inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan örüş sahəsi olmuşdur. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin sərəncamın qəbul olunduğu vaxt dövlət mülkiyyətində olmaqla, kand təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan öruş sahəsi olmuşdur. Hazırda isə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinə, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsinə və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci il tarixli *** saylı sərəncamı ilə X2 ayrılmış 205.0 ha torpaq sahəsinə aid verilmiş sərəncamların, icarə müqavilələrin müddəti başa çatdığına görə həmin torpaqların kateqoriyasını, hüquqi statusunu və torpaq növünü müəyyən etmək mümkün deyildir. Hazırda İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla,kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkinçiliyin inkişaf etdirilməsi üçün ayrılması nəzərdə tutulan torpaq sahəsidir.

3. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” KM-yə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsinin 127.22 ha hissəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli *** saylı sərəncamı ilə iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi isə bütövlüklə İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin koordinatlarının hüdudları daxilində yerləşir.

4. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim KM-yə ayrılmış 387.0 ha torpaq sahəsi, İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayılmış 160.0 ha torpaq sahəsi və İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2006-ci tarixi *** saylı sərəncamı ila iddiaçı3 ayrılmış 205.0 ha torpaq sahəsi faktiki olaraq qeyd olunan şəxslər tərəfindən təyinatı üzrə istifadə olunur. İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 2153.9 ha hissəsinin 1394.53 ha olan ərazisi faktiki olaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-nin istifadəsindədir və 185.0 ha isə təyinatı üzrə əkin sahəsi kimi istifadı edilir.” Ekspert rəyində mütəxəssis rəyində qeyd edilənlər təkrarlanır. İlk növbədə qeyd edilməlidir ki, İmişli Rayon İcra Hakimiyyəti baçısının “İbrahim” K/M-nin, iddiaçı3, X5, X3 torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə ## ###### 2017ci il tarixli *** nömrəli sərəncamı ilə iddiaçı1 münasibətdə hər hansı qərar qəbul edilməsədə, mütəxəssis (həmçinin ekspert) rəyinə əsasən İmişli Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2017-ci il tarixli *** nömrəli sərəncamı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs icarəyə verilmiş və icarə müqaviləsi bağlanmış 2600.0 ha torpaq sahəsi İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə iddiaçı1 ayrılmış 160.0 ha torpaq sahəsinin 127.22 ha hissəsində üst-üstə düşür. Kollegiya qeyd edir ki, Torpaq Məcəlləsinin 16-cı maddəsi örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddənin ## ##### 2023cü ilədək qüvvədə olan mətninə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Torpaq Məcəlləsinin ## ###### 2015-ci il tarixədək qüvvədə olan 50-ci maddəsinin 3-cü hissəsində deyilirdi ki, torpaqdan müvəqqəti istifadə qısamüddətli - on beş ilədək və uzunmüddətli - on beş ildən 99 ilədək müəyyən oluna bilər. Torpaq Məcəlləsinin 50-ci maddəsi ümumi norma kimi torpaq sahəsi üzərində istifadə hüququ ilə bağlı məsələləri tənziləyir. Torpaq Məcəlləsinin 16-cı maddəsi isə konkret örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətlərini müəyyən edir və həmin maddənin ## ##### 2023-cü ilədək qüvvədə olan mətninə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilərdi. Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2023-cü il tarixli 2-1(102)-675/2023-cü il tarixli qərarının 65-ci bəndində qeyd edilmişdir ki, “...Burada əsas diqqət edilməli hal örüşün daimi istifadəyə ayrılmasının qanunla yol verilməməsi, ən çoxu 15 ilədək icarəyə verilməsidir.” Kollegiya qeyd edir ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının “Qış otlaq sahəsi ayrılması haqqında” ##.##.2000-ci il tarixli ** saylı sərəncamı ilə “İbrahim” Kiçik Müəssisəsinə qış otlaq sahəsindən otlaq məqsədilə istifadə üçün 387 hektar torpaq sahəsi verilməsi ilə (şəhadətnamədə də müddət göstərilməmişdir) bağlı müvəqqəti istifadə ən çoxu 15 il müddətə ola bilərdi. Digər iddiaçılar ilə bağlınmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## #### 2006cı il tarixli ** nömrəli və ## ###### 2003-cü il tarixli ** nömrəli müqavilələrdən görünür ki, torpaq sahələri 15 il müddətinə icarəyə verilmişdir. Kollegiya qeyd edir ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İddiaçıların isə mübahisələndirilən sərəncamların ləğv edilməsi ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, onların mübahisəli torpaq sahələrinə münasibətdə hər hansı hüququ müəyyən edilmir. Torpaq sahəsindən faktiki istifadə, icarə haqqının, verginin ödənilməsi hüquqi əsas sayılmır. Torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarını qanunvericilik (TM-nin 55-ci maddəsi) konkret tənzimləyir. Cavabdehin vaxtı ilə Şirvan İnzibati Məhkəməsində İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının və ##.##.2017-ci il tarixli ** saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı iddia qaldırması iddiaçılara mübahisə üzrə subyektiv hüquq vermir. Tərəflər arasında bağlanmış müqavilələrdə “İcarəçi”lər icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq barədə öhdəlik götürmüşdür. Oxşar müddəlar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 719.1 və 719.2-ci maddələrinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin müddətinin qurtarmasına baxmayaraq, iddiaçılar nə müavilə ilə üzərinə götürdüyü, nədə ki, qanundan irəli gələn öhdəliyinə əməl edərək, torpaq sahəsini geri qaytarmamışdır. Halbuki, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin müddəti qurtardığı vaxt xitam verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddətinin uzadılması ilə bağlı “İcarəyə verən”ə təklif vermək “İcarəçi” nin hüququdur. Bu hüquq bağlanmış müqavilədə və qanunvericilkdə nəzərdə tutulmuşdur. Lakin bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin 719.1 və 719.2-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı təklif torpaq icarəsi müqaviləsinin müddəti qurtaranadək edilməlidir. Həm də belə bir təklifin tanınması üçün qanunvericilk müəyyən şərtlər irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. İddiaçıların isə icarə müqaviləsinin müddəti qurtaranadək belə bir təklif ilə çıxış etməsi sübut olunmur. Göründüyü kimi qanunvericilik qeyd edilən məsələləri konkret tənzimləyir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Əgər iddiaçılar “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsinin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsini iddia edirsə, həmin məsələ ilə bağlı kollegiya qeyd edir ki, “İcarə haqqında” Qanun icarə münasibətləri ilə bağlı ümumi münasibətləri tənzimləyir. Diqqət yetirilsə, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin ikinci cümləsində göstərilir ki, icarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Mülki Məcəllənin 720-ci maddəsi torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi məsələsini tənzimləyir. Həmin maddəyə görə: 720.1. İcarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. Yəni, qeyd edilən norma hazırkı mübahisədən fərqli olaraq torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb etmək hüququnu “müəssisə” ilə əlaqələndirir. Bundan başqa, mübahisə üzrə iddiaçılar “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5ci bəndinin tələbi baxımından hətta haqlı olsa idi belə, “icarə müqaviləsinin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilməsi” ifadəsi o demək deyil ki, yeni müqavilə bağlanılmamalı idi, qarşı tərəf bundan imtina etdiyi halda məhkəməyə müraciət edilməməli və hüquqi əsas olmadan torpaq sahəsindən hazırda olduğu kimi istifadə edilməli idi. Oxşar mövqe Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli **(***)-***/**** nömrəli qərarında da sərgilənmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. İddia mümkün sayılmadığı üçün ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul iddiaçılardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh İmişli Rayon İcra Hakimiyyəti və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı ləğv edilsin. İddiaçılar “İbrahim” Kiçik Müəssisəsinin, iddiaçı3 və iddiaçı1 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamının iddiaçılara aid olan hissədə və ##.##.2017-ci il tarixli *** saylı sərəncama əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs MMC-yə icarəyə verilmiş 2600.0 ha torpaq sahəsinin “İbrahim” Kiçik Müəssisəsinə ayrılmış 387.0 ha torpaq sahəsinin 375.72 ha hissədə, iddiaçı1 ayrılan 160.0 ha torpaq sahəsinin 127.22 ha hissədə və iddiaçı3 ayrılan 205.0 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyət üçüncü şəxs qismində cəlb edilməklə) iddia mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul “İbrahim” Kiçik Müəssisəsindən, iddiaçı3 və iddiaçı1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar