Məhkəmə qərarları › İş №2-1(106)-588/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-588/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-588/2024 02.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)1011/2024 nömrəli qərarından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 saylı qərarının ləğv edilməsi və ona 20 aprel 2023-cü il tarixdən 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsasladırmışdır ki, o, xx.xx.1992-ci ildə SSSR ordusundan təxris olunub öz vətənində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyuş bölgəsində bir çox ərazilərdə vuruşmuş, ən son Ağdam rayonunda döyuş zonasında hərbi xidmət keçərkən xx.xx.1993- cü ildə hərbi texnika ilə minaya düşmüşlər. Həmin vaxt huşu özundə olmamış, heç nə xatirlamamış, amma həmin vaxt yaxın ərazidə yerləşən hospitala yerləşdirilmişlər. 10 gun sonra vəziyyəti agır oldugu nəzərə alınıb, xx.xx.1993-cü ildə Mudafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalina yerləşdirilmişdir. xx.xx.1993-cü ilə kimi Hospitalda müayinə və mualicə olunmuş, daxil olarkən travma diaqnozu “Mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə Baş beyinin əzilməsi” qoyulmuş, daha sonra ağır xəstələrin çoxluğu nəzərə alınaraq, ambulator şəraitdə mualicəsini davam etdirməsi üçün evə buraxılmış, müalicəsi hələ də davam etdirilməkdədir, bunun əksinə olaraq səhhəti daha da pisləşmiş, qıcolmalar və özündən getmələr mütəmadi hal almışdır. Onun aldığı travmadan sonra tez-tez qıcolma, epilepsiya, guclu kəskin agrılar, əsəbi gərginlik olur. Artıq heç bir agrıkəsici dərmanların da köməyi olmur. Mualicəsini fasiləsiz davam etdirsə də, baş-beyin travmasının nəticəsi olaraq ağrılardan əlavə artıq psixi durumunda da səhhəti daha da pisləşmişdir. Son illərdə 2 dəfə stasionar şəraitdə Respublika Xəstəxanasında, 1 dəfə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 21 gun stasionar şəraitində müalicə almışdır. Hazırda Salyan Rayonlarası Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada mualicə olunur. Onun sağlamlıq vəziyyəti günü-gündən ağırlaşmasına baxmayaraq, cavabdeh inzibati orqan 2009-cu ildən ona təyin edilmiş və hər il keçirlmiş müayinələrin nəticəsinə əsasən səhhəti daha da ağırlaşdığı halda, 10 ildən artıq müddətdə ona təyin edilmiş müayinə nəticəsində, ona qanunsuz və əsassız olaraq əlilliyin təyin edilməməsi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 106 saylı qərarı ilə müəyyən olunmuşdur ki, onun xx.xx.1993-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-daqnoz “Mühüm dərəcədə ifadə olunmuş kliniki təzahürlərlə Baş beyininəzilməsi” hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)1011/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinatından imtinası barədə 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 saylı qərarı ləğv edilmiş, İddiaçı 20 aprel 2023-cü il tarixdən 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İİ. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayətinin əsasları: Tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İddiaçı xəstəliyi ilə bağlı ona xx.xx.2009-cu ildən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 12 il ərzində “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozu ilə xx.xx.2009- cu ildən xx.xx.2013-cü il tarixədək 3 ildən artıq üçüncü dərəcə əlillik verilmiş, bu müddət ərzində xəstəliyinin ağırlaşması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 8 ildən artıq müddətdə ona ikinci dərəcə əlillik təyin olunmuş, heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki, İddiaçı xəstəliyi ilə bağlı 12 il müddətində təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na “Əlavə”nin 6- cı “Sinir sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğu təsdiq olunur. Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamısdır. Halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqa zidd aparmışdr. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına vəkili ilə daxil olmağa çalışmış, bayılma, əsəbilik, ətrafdakı əşyalara zərər vurmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibədən sonra psixoloji şikayətlərinin başladığını, bayıldığı zaman hər dəfə təcili yardım çağırıldığını, sonradan özünə gəldiyini bildirmişdir. Vətəndaş əvvəlki dövrlərə aid heç bir müayinə və müalicə sənədi təqdim etməmiş, bayılmanı ətraflı təsvir edə bilməmiş, dərman qəbulu haqqında məlumat verməmiş, ekspertiza üçün əhəmiyyətli olan qıcolma tutmalarını təsdiqləyən baş-beynin instrumental müayinə (EEQ) nəticəsini təqdim etməmişdir. Psixi statusunda müayinə otağına digər insanların müşayiəti ilə daxil olmuş, fiziki hərəkət məhdudluğunu simulyasiya etməyə çalışmışdır. Ünsiyyətə normal daxil olmuş, bütün sualları adekvat cavablandırmış, cavablarda primitivlik, koqnitiv enmə müşahidə edilməmişdir. Rəqəmsal suallarda (yaşı, tarixi və s.) təhrif olunmuş reaksiya vermiş, habitus demensiyanı təsdiq etməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 2284 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində ağıl zəifliyi, psixotik əlamətlərlə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1450 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı adil zəifliyi, intellektin orta dərəcədə geriləməsi və psixotik əlamətlərlə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12876/23 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kə İlə-beyin travması nəticəsində aqil zəifliyi, psixotik əlamətlərlə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Göstərilən əsaslara görə Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)1011/2024 nömrəli qərarının ləğv olunması xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin əsasları: Məhkəmə araşdrıması zamanı ış üzrə təqdim olunmuş tibbi sənədlərin o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, iddiaçı X3 xəstəliyi ilə bağlı ona 17.12 2009-cu ildən ilk imtinanın verildiyi 08.02 2021-ci il tarixədək 12 il ərzində “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsıya, -Travmadan sonrakı əmələgələn epilepsıya Ağırlaşma G40.3 Generalizə olunmuş ıdıopatık epilepsıya və epileptık sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi." diaqnozu ilə xx.xx.2009- cu ildən xx.xx.2013-cü il tarixədək 3 ildən artıq üçüncü dərəcə əlillik verilmiş, bu müddət ərzində xəstəliyinin ağırlaşması ilə əlaqədar 24 01.2013-cu il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-cı il tarixədək 8 ildən artıq müddətdə ona ikinci dərəcə əlillik təyin olunmuş, heç bır müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə xx.xx.2021-cı il tarixdə ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. Halbuki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir). (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-cı il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)..

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1.Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik muddətsız müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) ıl müddətinə müəyyən edilir İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Tibbi sənədlərə əsasən iddiaçıya təyin eddlmış İİİ və İİ dərəcə əlilliyin 15 ildən artıq (2209-cu ildən) təyin olunması müəyyən edildiyindən iddiaçıya növbəti dəfə təyin ediləcək əlillik müddətsiz təyin olunmalı idi. Göstərilnlərə əsasən Şırvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cu il tarixli 2-1 (120)-1011/2024 saylı qərarını qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddianın tam (20 aprel 2023-cü ıl tarixdən 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

İİİ. Proses iştirakçılarının iştirakı:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, iddianım tam təmin olunmasını xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi;

-2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

“İnzibati icraat haqqında Qanun: -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2.Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3.Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1.Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilmiş meyarları” -1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. -1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. -2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

1. İ dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 5 3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

1. İ dərəcə – məlumatın qəbulu və ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

1. İ dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyatın müxtəlif sahələrini əhatə edən həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;

3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

1. İ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında dövlət təhsil standartları çərçivəsində təhsil 6 müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, habelə evdə yaradılan xüsusi şəraitdə (pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətlərin alınması üçün yaradılmış şəraitdə) köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

1. İ dərəcə- iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyətini həyata keçirmək bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

2. İİ dərəcə-əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. -3. Orqanizmin funksiyalarının pozulması faizləri: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə 7 sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: -6. Sinir sistemi xəstəlikləri Qeyd: Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1.2. ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası - 50-60 faiz-2 il. 6.4.Serebral iflic. Qeyd: USİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçim edilir. 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: -ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır).

V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, müraciətlər üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərarın nəticələri ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri iddia ərizəsinin və etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyini ilə ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, xx.xx.2009-cu il tarixdə tibbi nəzarətə götürülmüş İddiaçı əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009-cu il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları, episindromla. Kəskin nəzərəçarpan astenonevrotik vəziyyət; Meyar : 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2013-cü il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəilədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları, episindromla. Kəskin nəzərəçarpan asteno-nevrotik vəziyyət; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları, episindromla. Kəskin nəzərəçarpan asteno-nevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli, 0234003AAA5B saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş kəllə-beyin travmasının qalıqları, tez-tez qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş kəlləbeyin travmasının qalıqları, tez-tez qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur’’ səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AALBL saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, - Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasınm davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, - Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez- tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: -Xəstədə son bir il ərzində əsas diaqnozun agirlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu yeterli deyil ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və mualicə olunmasina ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAMD7 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, -Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). Ağırlaşma G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, -Travmadan sonrakı ensefalopatiya İİ mərhələ. Postravmatik ensefalopatiya İİ mərhələ. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonra əmələ gələn epilepsiya. Yanaşı xəstəliklər J96.1 Xroniki respirator çatmamazlıq, - Tənəffüs çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J41.1 Selikli-irinli xroniki bronxit, - Xroniki obstruktiv bronxit, tez-tez kəskinləşmələrlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Müalicə potensial səmərəliliyini və son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli olmamasını nəzərə alaraq stasionar şəraitdə əlavə müayinə və müalicə olunması qərarı verilir” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAN2D saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni : Kəllədaxili travmaların nəticələri, -Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinə nəticələri ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAPA5 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, -Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin adına sürücülük vəsiqəsi var” səbəbi ilə imtina verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAPA5 saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni : Kəllədaxili travmaların nəticələri, - Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdə tibbi nəzarətə götürülmüş İddiaçı əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, **********TY saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyətinə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, M00091537DMF saylı göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni : Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Üzvi mənşəli demensiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun öz təsdiqini tapmaması - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı ona əlilliyin təyinatından imtina edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının 20 aprel 2023-cü il tarixli, xxxxxxx0012 saylı qərarını mübahisələndirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” X8 verdikləri 03 aprel 2024-cü il tarixli, T179/2024 saylı rəydə göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Yuxarıda qeyd edilən xəstəliklərlə düçar olmuş şəxslər sahə poliklinikasında nevroloqun nəzarəti altında olurlar. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyinin” müalicə müəssisəsi olmadığmdan onun Forma 088-də qeyd edilən diaqnozdakı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fıkir söyləmək mümkün olmadı. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə, ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarınm məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı xəstəliyi ilə bağlı ona xx.xx.2009-cu ildən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 12 il ərzində “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozu ilə xx.xx.2009-cu ildən xx.xx.2013-cü il tarixədək 3 ildən artıq üçüncü dərəcə əlillik verilmiş, bu müddət ərzində xəstəliyinin ağırlaşması ilə əlaqədar xx.xx.2013-cü il tarixdən ilk imtinanın verildiyi xx.xx.2021-ci il tarixədək 8 ildən artıq müddətdə ona ikinci dərəcə əlillik təyin olunmuş, heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə xx.xx.2021-ci il tarixdə ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki həqiqiliyini təkzib edən, İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. İddiaçı xəstəliyi ilə bağlı təyin olunmuş “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma G40 Epilepsiya, -Travmadan sonrakı əmələgələn epilepsiya. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, -Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə); Keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində ağıl zəifliyi.” diaqnozları hətta ona əlillik təyinatından imtina verildiyi vaxtlarda da təsdiq edilir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavəyə əsasən İddiaçı 6-cı bəndə olan “Sinir sistemi xəstəlikləri” qrafasında 6.1.2.-ci hissədə “Ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası” -50-60 faiz-2 il və 6.4-çü bəndə olan “Serebral iflic” qrafasında 6.7.3-cü hissədə olan “Epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları--ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) nəticələnən diaqnozli xəstəliklər mövcuddur. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-1011/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar