Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-588/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-1450/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı X10 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X4rşı Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 №-li qərarının ləğv edilməsi, ona təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonunda doğulmuşdur. Ona 2009-cu ildə 2 qrup müddətsiz əlillik təyin olunmuşdur. Cavabdeh 17 iyul 2024-cü il tarixdə, onun müddətsiz əlilliyini ləğv edərək, müalicəyə ehtiyacının olduğunu bildirmişdir. Ona yazılı şəkildə qərar göndərilməsə də, sistemə daxil olaraq bu məlumatı əldə etmişdir. Qərarla razı deyil, çünki ona 2009-cu ildə əlillik qaydalara uyğun verilmişdir. Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Yardımlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9 Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə. Daxili orqanların funksiyasının pozulması ilə..Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir, qərarı verilmişdir. Astara rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik məlumatlarının Əlillik AS-nə daxil edilməsi ilə əlaqədər edilmiş, müraciət əsasında vətəndaşa aid məlumatlar müvafiq protokolda tapılmadığından əyani komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak edə bilmədiyindən Ərazi TSEK tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-13102/2024 nömrəli akt tərtib edilmişdir. Xəstənin “Əlillik" alt sisteminə daxil edilməli arxiv sənədi və əlillik vəziyyəti təqdim edilən tibbi sənədlər və video görüntü əsasında qiymətləndirilmişdir.“Əlillik" alt sistemində xx.xx.2009-cu il tarixində Döş fəqərəsinin ağır dərəcəli deformasiyası Daimi ağrı sindromu ilə Daxili orqanların funksiyasının pozulması ilə " dəqnozu ilə tərtib edilmiş göndəriş Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən uşaqlıqdan 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK-ın 569764 nömrəli arayışını təqdim etmişdir ki, orada da əmək zəmanəti “əmək qabiliyyətsiz" kimi qeyd olunmuşdur.Vətəndaşın aktı xx.xx.2024-cü il tarixində həkimtravmatoloq və terapevt tərəfindən müayinə edilmiş, əlillik təyininə əsas verən patofunksional dəyişiklik müşahidə edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və video görüntü nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əmək zəmanəti “ Əmək qabiliyyətsiz" olmaqla xx.xx.2008- xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik AS-nə daxil edilsin, xx.xx.2024-cü il tarixindən “tam reabilitasiya" barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-1450/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-1450/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sırf həkim ekspert rəyinə əsaslanaraq iddiaçıda mövcud diaqnozun olmasına əsaslanaraq qanunsuz, əsassız qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozdakı ağırlaşmaların əlillik əlamətinə əsas verməməsi halıİddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Çökmüş döş qəfəsi, Döş qəfəsinin anadangəlmə dördüncü dərəcəli qıfvari deformasiyası. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, Tənəffüs çatmamazlığı İİ dərəcə.Restruksiyanın üstünlüyü və qarışıq tipli ağır ventilyasiya pozğunluğu Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Döş əzələlərinin atrofiyası. Kifoz və lordoz.İkinci dərəcəli torakal hiperkifoz. Onurğanın osteoxondrozu.Onurğanın osteoxondrozu. Skolioz. Onurğanın döş-bel tipli ikinci dərəcəli skaliozu deformasiyası.) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 1450/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-588/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)- 1450/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0003 №-li qərarının ləğv edilməsi, ona təyin olunmuş müddətsiz ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmır. Belə ki, iddiaçı yalnız pensiya ödənişləri ilə bağlı xx.xx.2025-ci il tarixdə Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulundan sonra nazir müavinin tapşırığı əsasında 12 nömrəli TSEK-nın ekspert-həkimi tərəfindən müayinə olunmuşdur. Komissiya tərəfindən əyani müayinə olunmamışdır. İddiaçı barəsində tərtib olunmuş sonuncu göndəriş və ekspert rəyindən müəyyən olunur ki, İddiaçı müddətsiz əlilliyin təyinininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Agentlik tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-A10937/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, ona xx.xx.2009-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcüd qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İşdə olan Agentliyin 3-17-4/2027615/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid aşağıdakı; - xx.xx.2008-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XİX sinif-- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S20-S29-Döş qəfəsinin travmaları=>S29- Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9....Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə...Meyar..2.2 İkinci dərəcəli əlillik=>DİGƏR: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə..( 1 il müddətinə). xx.xx.2008-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XİX sinif-- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S20-S29-Döş qəfəsinin travmaları=>S29-Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları =>S29.9....Diaqnozun mətni: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə...Meyar..2.2 İkinci dərəcəli əlillik=>DİGƏR: Döş fəqərəsinin ağır dərəcəli deformasiyası.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə..(müddətsiz). İşdə olan xx.xx.2024-cü il tarixli əyani müayinəyə dair aktın surətindən müəyyən olunur ki, Astara rayonu, Selekəran kəndində qeydiyyatda olan X12 pensiya ödənişləri ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulunda olmuşdur. Nazir müavininin tapşırığına əsasən İddiaçı 12 nömrəli TSEK-nın ekspert-həkimi tərəfindən 12 nömrəli TSEK-in müayinə otağında əyani müayinə olunmuşdur. İddiaçı əlillik vəziyyəti 12..06.2009-cu il tarixdə qiymətləndirilmiş və İİ (ikinci) dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əsas diaqnoz: Döş qəfəsinin ağır dərəcəli deformasiyası. Ağırlaşma: Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə. Obyektiv müayinə zamanı aşkar olunanlar: Şikayətləri: Tənginəfəslik, yorğunluq; Dəri və ya görünən selikli qişaları: Adi rəngdədir; Dərialtı piy qatı: Kafi inkişaf etmişdir: Periferik limfa düyünləri: Əllənmir; Sümükəzələ sistemi: Çökmüş döş qəfəsi. Tənəffüs sistemi: Sərt tənəffüs eşidilir; Ürək-qan damar sistemi: Ürək tonları ritmikdir; Həzm sistemi: Qanı yumşaq, ağrısızdır;Sidik-Cinsiyyət sistemi; Diurez normaldır; Sinir sistemi (psixi status); Status lokalis (status prezent); Xəstənin vəziyyəti kafidir. 5-6 sm. Çökmüş döş qəfəsi görünür. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0003 №-li, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xəstəliyin tam reabilitasiya olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Qərar xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. İşdə olan Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasınıniyun 2024-cü il tarixli və 3- 17-4\3-1-15158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarında qeyd olunmuşdur ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik məlumatlarının Əlillik AS-nə daxil edilməsi ilə əlaqədar edilmiş, müraciət əsasında vətəndaşa aid məlumatlar müvafiq protokolda tapılmadığından əyani komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak edə bilmədiyindən Ərazi TSEK tərəfindən xx.xx.2024-cü il tarixli 3.17-4/3-1-13102/2024 nömrəli akt tərtib edilmişdir. Xəstənin əlillik alt sisteminə daxil edilməli arxiv sənədi və əlillik vəziyyəti təqdim edilən tibbi sənədlər və video görüntü əsasında qiymətləndirilmişdir. “Əlillik” alt sistemində xx.xx.2009-cu il tarixində “Döş fəqərəsinin ağır dərəcəli deformasiyas.Daimi ağrı sindromu ilə.Daxili orqanların funksiyasının pozulması ilə” diaqnozu” ilə tərtbi edilmiş göndəriş Tibbi sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bədinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2008xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən uşaqlıqdan 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı TSEK-in 569764 nömrəli arayışını təqdim etmişdir ki, orada da əmək zəmanəti “əmək qabiliyyətsiz” kimi qeyd olunmuşdur. Vətəndaşın aktı xx.xx.2024-cü il tarixində həkim-travmotoloq və terapevt tərəfindən müayinə edilmiş, əlillik təyininə əsas verən patofunksional dəyişiklik müşahidə edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və video görüntü nəticələrinə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki xəstəlik səbəbindən 1(bir) il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik AS-nə daxil edilsin, xx.xx.2024-cü il tarixindən “tam reabilitasiya” barədə qərar qəbul edilsin. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistututunun 3-28-11/2-695/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xəstə İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitu” publik hüquqi şəxsə müraciəti olmuşdur. Ona çökmüş döş qəfəsi, skolioz diaqnozu qoyulmuşdur. İşdə olan Agentliyin 3-17-4/2-13475/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş N00258380İEQ saylı göndərişdə xx.xx.1972-ci il təvəllüdlü İddiaçı TSEK-ə göndəriş zamanı qoyulmuş diaqnoz XMT 10 kodu- əsas diaqnoz Q67.6-Çökmüş döş qəfəsi, Döş qəfəsinin anadangəlmə dördüncü dərəcəli qıfvari deformasiyası; Ağırlaşma R06.8-Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs.Tənəffüs çatmamazlığı İİ dərəcə.Restruksiyanın üstünlüyü və qarışıq tipli ağır ventilyasiya pozğunluğu...M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Döş əzələlərinin atrofiyası...M40 Kifoz və Lordoz, ikinci dərəcəli torakal hiperkifoz...R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu....,M42 Onurğanın ostexondrozu.Onurğanın ostexondrozu....M41 Skolioz.Onurğanın döş-bel tipli ikinci dərəcəli skaliozu deformasiyası qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2008-ci il tarixdə “Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə. Daxili orqanların funksiyasının pozulması ilə.” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2009-cu il tarixdə eyni diaqnoz ilə iddiaçıya ümumi xəstəlik səbəbilə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə pensiya ödənişləri ilə bağlı Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulunda olmuşdur. Nazir müavininin tapşırığı əsasında iddiaçı 12 nömrəli TSEK-nın ekspert-həkimi tərəfindən müayinə olunmuşdur. Ərazi komissiyasının müayinə aktının nəticəsində iddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar ilə xx.xx.2008-xx.xx.2009-cu il tarixli ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik barədə məlumatlar Əlillik AS-nə daxil edilmiş, xx.xx.2024-cü il tarixində isə “tam reabilitasiya” barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi zəruridir. Bu zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli qərarın qanuni əlverişli inzibati akt, yoxsa qanunsuz əlverişli inzibati akt olması müəyyən edilməlidir. Yəni, bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallara bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı özünün əvvəlki qərarın qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Çünki, müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli qərar qanuni əlverişli inzibati akt olduğu halda onun ləğvi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun, qanunsuz əlverişli inzibati akt olması halında isə həmin Qanunun 67-ci maddəsinin tələbi baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, əgər inzibati orqan iddiaçıya müddətsiz əlilliyin təyin edilməsinə dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Məsələn, şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İşin hallarından görünür ki, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmamış və iddiaçı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müayinə olunmamışdır. Belə ki iddiaçı yalnız pensiya ödənişləri ilə bağlı xx.xx.2025-ci il tarixdə Astara rayonunda nazir müavini Hidayət Abdullayevin qəbulunda olmuş, daha sonra nazir müavinin tapşırığı əsasında 12 nömrəli TSEK-nın ekspert-həkimi tərəfindən müayinə olunmuşdur. Başqa sözlə xx.xx.2009-cu il tarixli qərarın düzgünlüyünə şübhə doğuran sübutlar mövcud olmamış və iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmamışdır. İddiaçı sadəcə olaraq TSEK-nın ərazi komissiyası tərəfindən müayinə olunmuş və cavabdeh ərazi komissiyasının müayinə aktı ilə kifayətlənmişdir. Beləliklə də iş üzrə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapmamış və cavabdeh tərəfindən bunun əksini təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilən iki şərt (əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar və əyani müayinə) mövcud olmamışdır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi inzibati orqanın özünün iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Yəni bu elə haldır ki, inzibati orqan əvvəlki qərarın qanuniliyini qəbul edir, aktın qəbulundan sonra yaranmış faktiki vəziyyətə (şəxsin tam reabilitasiya olunduğuna) istinadla onun ləğv edilməli olduğunu hesab edir. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati aktın ləğv edilə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. İşin hallarından görünür ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmadan onun barəsində xx.xx.2024-cü il tarixində “tam reabilitasiya” barədə qərar qəbul edilmişdir. Yəni, iddiaçı sadəcə olaraq TSEK-nın ərazi komissiyası tərəfindən müayinə olunmuş və cavabdeh ərazi komissiyasının müayinə aktı ilə kifayətlənmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixdə başlamış 10.02.205-ci il tarixdə başa çatmış) T 83/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnistutu” phş-də müayinəsi zamanı mütəxəssis travmatoloq komissiyasının müəyyən etdikləri “Döş qəfəsinin anadangəlmə qıfvari deformasiyası İİİ dərəcə, döş əzələlərinin hipotrofiyası, döş tipli birinci dərəcəli skolioz, birinci dərəcəli torokol hiperkifoz, ağrı sindromu-XBT kodu ilə: Q67.7; M62.5; M41; M40; R52.2” diaqnoz onun hazırkı sağlamlıq durumu olduğu, yəni iddiaçının həmin xəstəliklərdən hazırda da əziyyət çəkdiyi, diaqnozdakı xəstəliyin sağalma ehtimalının olmadığı, müalicə aldığı təqdirdə belə qüsur aradan qalxmayacağı qeyd olunmuşdur. Yəni, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından (ekspert rəyindən) görünür ki, İddiaçı müddətsiz əlilliyin təyininə əsas olmuş xəstəliklərdən hal-hazırda da əziyyət çəkir və onun barəsində təyin olunmuş diaqnozdakı xəstəliklərin sağalma ehtimalı yoxdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, müddətsiz əlilliklə bağlı uzun müddət iddiaçıya müavinət ödənişləri aparılmışdır. Beləliklə, göstərilən halların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən “Döş fəqərəsinin ağır dərəcəli deformasiyası. Daimi ağrı sindromu ilə. Daxili orqanların funksiyasının pozulması” diaqnozu ilə əlaqədar olmaqla ikinci qrup müddətsiz əlilliyi olan şəxs kimi qəbul edilməli və xx.xx.2024-cü il tarixindən dayandırılmış (ləğv edilmiş) əlilliyi bərpa edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli qərarını ləğv etməkdə (dayandırmaqda) haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin ləğv edilməsi (dayandırılması) ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuş, əlilliyin dayandırıldığı tarixdən bərpa olunması ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-1450/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-588/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-588/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver