Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-589/2025 27.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş: X9) “Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X6 Lənkəran rayonu, Şiləvar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin ləğv edilməklə cavabdeh tərəfindən X4 adına Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023 tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(120)-498/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Lənkəran Rayon İcraiyyə Komitəsinin 15 may 1981-ci il tarixli 9 №-li iclas protokolundan çıxarışda qeyd edilmişdir ki, “...Vətəndaşlara köhnə evlərinin sökülüb, yenidən tikilməsinə icazə verilməsi haqqında” ...Rayon İcraiyyə Komitəsi qərara alır: Şiləvar kənd sakini X2 evinin sökülüb, yenidən tikməsi haqqında Kərgəlan kənd XDS icraiyyə komitəsinin 15/İ-1981-ci il tarixli İ №-li qərarı təsdiq edilsin, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilsin.” “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamədən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998ci il tarixli 25 saylı qərarı ilə X5 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsi verilmiş, onun mülkiyyət hüququ qeydiyyata alınaraq, bununla bağlı qeyd edilən şəhadətnamə tərtib edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 oktyabr 2022-ci il tarixli xx-xx/1249 nömrəli arayışında qeyd edilmişdir ki, JN-704A nömrəli şəhadətnamədə X1 səhvən “Tacıyev” kimi qeyd olunmuşdur. 21 dekabr 2002-ci il tarixdə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Lənkəran rayonunun Şiləvar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, xəritədə 704 nömrə ilə qeyd olunmuş 0.06 hektar torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Cədvəlin “Rızılşdırılmışdır” hissəsindən görünür ki, Şiləvar Bələdiyyəsinin sədrinin, Lənkəran Rayon Torpaq şöbəsinin müdirinin, Şiləvar kənd üzrə icra nümayəndəsinin imzası və hüquqi şəxslərin möhrləri var. xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0.06 ha torpaq sahəsi və 186.1 kv.m fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Rusiya Federasiyası, Stavropol diyarı, Novoselitskiy rayonu, Dolinovskoye kənd administrasiyasının mütəxəssisi R.Marqiyeva tərəfindən verilmiş və müvafiq qaydada təsdiq olunmuş 18 aprel 2000-ci il tarixli etibarnamədən görünür ki, X9 ona məxsus Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini onun adından satmağı, bütün idarə, müəssisə və təşkilatlara ərizə verməyi və onun adından imzalamağı 3 il müddətinə, yəni 18 aprel 2003-cü il tarixədək İddiaçı etibar etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin kserosurətindən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə Lənkəran rayonu, Şiləvar kənd sakini İddiaçı mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsi verilmiş, bununla bağlı qeyd edilən şəhadətnamə tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 yanvar 2025-ci il tarixli 10/6843 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “... - Qərardadın birinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən araşdırma zamanı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. - Qərardadın ikinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə yeri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı X4 qeyd olunan 0.06 ha torpaq sahəsinə (üzərində fərdi yaşayış evi ilə birlikdə) dair həmin JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında əvvəl yaranmış hüquqların hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınması müəyyən olunmuşdur. - Qərardadın üçüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə mövcüd baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatları müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia olunan 0.06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. - Qərardadın dördüncü sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə mövcud baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia olunan 0.06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. - Qərardadın beşinci sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə Tacıyev (Tağıyev) Mirhəsən Mirəziz oğlunun mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. - Qərardadın altıncı sualı üzrə: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-3727/2024 saylı mütəxəssis rəyinə əsasən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Şiləvar kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı mübahisələndirilən 0.06 ha torpaq sahəsinin sənəd növünün-“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, sənəd nömrəsinin-704A olması təsvir edilmiş, torpaq istifadəçisinin və ya mülkiyyətçisinin adının isə qeyd edilməməsi müəyyən edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X6 Lənkəran rayonu, Şiləvar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin ləğv edilməklə cavabdeh tərəfindən X4 adına Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023 tarixli, ********** qeydiyyat, **********67-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonu, Şiləvar kəndində mübahisəli torpaq sahəsində qonşuların və kənd sakinlərinin şahidliyi ilə tərəfindən tikilmiş fərdi yaşayış evində 23 ildir ki, qeydiyyatda olmaqla ailəsi ilə yaşayır. Bu illər ərzində adına olduğu üçün kommunal xidmətlər vaxtlı-vaxtında ödəmişdir. 2000-ci illərdən əvvəl Rusiya Federasiyasında daimi yaşayan X3 ilə həm ustalıq, həm də oğlanları ilə musiqi ilə məşğul olmuşdur. 1997-1998-ci illərdə qardaşı tərəfındən ona 1200 dollar pul borcu yaranmışdır. Yaşadığı, yoldaşının adına olan Lənkəran rayonu, Bəlləbur kəndində 1998-ci ilin avqust ayında güclü zəlzələ nəticəsində 12 evlə yanaşı onların evi də yararsız vəziyyətə düşmüşdür. Həmin evdə yaşamaq mümkün olmadığı üçün Rusiya Federasiyasının vətəndaşı olan qardaşı Mirhəsənin evinə getmişdir. Bununla əlaqədar 2000-ci ilin aprel ayında ona 1200 dollar borclu olduğu pulun əvəzində qardaşı Şiləvar kəndindəki bir otaqlı və bir mətbəxdən ibarət olan yarımçıq sənədsiz evinə aid 2000-ci il 18 apreldən ona etibarnamə vermişdir. Həmin etibarnamə ilə evə dair bütün səlahiyyətlər ona verilmşdir. O, da yarımçıq Şiləvardakı evinə ailəsi ilə birlikdə köçmüş, qardaşı tərəfındən ona verilmiş səlahiyyətlərdən istifadə edərək mənzilə köçmə və oradan istifadə etmək hüququnu əldə etmişdir. O, da yoldaşının adına olan Bəlləbur kəndində olan evi söküb, Şiləvardakı evi öz vəsaiti hesabına tikmiş, ustası da özü olmuşdur. 2004-cü ilə kimi hissə-hissə tikinti işlərini aparmış və 2004-cü ildə ailə üzvləri ilə yaşadığı və qeydiyyatda olduqlar 3 otaqlı iki mərtəbəli fərdi yaşayış evini tikib yekunlaşdırmışdır. X12 Lənkəran rayonuna qonaq gələndə digər qohumlar kimi onların evlərinə də gəlmiş, lakin evin və torpaq sahəsinin ona məxsus olması və aralarında olan 2000-ci ildəki razılaşmanın pozulması ilə bağlı heç bir söhbət aparmamışdır. 2017-ci ilin aprel ayının 30da Mirhəsən Lənkəran rayonunda olarkən evin əvvəl onun adına sənədləşdirilərək, sonra isə bağışlama və ya alğı-satqı yolu ilə onun mülkiyyətinə keçirmək qərarına gəlmişdirlər. Qardaşı evin və evin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi üçün bir neçə yerə gedib kimlərləsə görüşüb danışmış, evə gəldikdən sonra vaxtının olmadığını, sonra növbəti dəfə gələndə evi və torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyini bildirərək Rusiya Federasiyasına qayıtmışdır. 2022-ci ilin oktyabr ayında yenidən Lənkəran rayonuna gələn Mirhəsən evi və torpaq sahəsini sənədləşdirəcəyini, lakin həmin əmlakları ona verməyəcəyini bildirdikdə aralarında mübahisə yaranmışdır. X3 1986-cı ildən Rusiya Federasiyasının vətəndaşı olmaqla Rusiya Federasiyası, X8 rayon, Dalenovka kəndində qeydiyyatadır və hazırda da orada ailəsi ilə birlikdə yaşayır. Mirhəsənin Rusiya Federasiyasının vətəndaşı ola-ola islahat komissiyasının qərarı ilə ona torpaq verilməsi qanuni hesab edilə bilməz. Eyni zamanda, qardaşının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamədə rayon torpaq şöbəsinin razılığı və möhürü yoxdur, torpaq sahəsinin reyestr kitabında hansı nömrə ilə qeydə alınma barədə məlumat qeyd edilməmişdir. Belə olan halda həmin şəhadətnamənin qanuniliyi şübhəlidir. Məsələ ilə bağlı cavabdeh orqana müraciət etsədə, məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: İddiaya qarşı cavabdehin etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(120)-498/2025 nömrəli qərardadı (hakim Fehruz Abbasov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə mülkiyyətinə verilmiş və adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin əslini və 2000-ci ildə Mirhəsənin ona verdiyi evin plan-ölçüsünün layihəsi 2017-ci ilin aprel ayında qardaşı onlarda qonaq olarkən gizlincə götürmüşdür. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştiraklarıı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxs X9 apellyasiya şikayətini qəbul etməyərək, Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(120)-498/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X7 verilmiş torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin tərtib edilməsinə əsas Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı olmuşdur. Həmin qərar qüvvədə olduğu müddətdə onun əsasında tərtib edilmiş mübahisələndirilən şəhadətnamə ləğv edilə bilməz. İddiaçının iddia tələbinin və cavabdehin dəyişdirilməsindən imtina etməsi səbəbindən məhkəmə mübahisəyə irəli sürülən tələb üzrə mahiyyəti üzrə baxılıb, hüquqi qiymət verilməsini mümkün hesab etmir. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında Lənkəran rayonu, Şiləvar kəndi ərazisində ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə həm İddiaçı, həm də üçüncü şəxs X7 tarixi, nömrəsi və bütün göstəriciləri tamamilə eyni olan JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” iki şəhadətnamə verilmişdir ki, bu hal həmin şəhadətnamələrdən birinin “İnzibati icraat haqqında” Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq etibarsız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən, həmçinin iş üzrə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdən, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində torpaq islahatı aparılarkən İddiaçı həmin kəndin sakini olmamış, Lənkəran rayonu, Bəlləbur kənd sakini olmuş, 1998-ci ilin avqust ayında, yəni Şiləvar kəndində torpaq islahatı başa çatdıqdan iki ay sonra (iyun 1998-ci il) zəlzələ nəticəsində yaşadığı ev yararsız vəziyyətə düşdüyündən X3nun mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndindəki evinə getmişdir. Qanunvericiliyə əsasən Lənkəran rayonu, Şiləvar kəndi ərazisində torpaq islahatı aparılarkən həmin kənddə yaşamadığı və kənd sakini olmadığı üçün İddiaçı adı yerli aqrar islahat komissiyası tərəfindən torpaq sahəsi verilməsi nəzərdə tutulan kənd sakinlərinin siyahısına daxil edilə bilməzdi. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə İddiaçı adına həmin şəhadətnamənin verilməsinə əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud olmadan qanunvericiliyinin tələblərinə zidd olaraq tərtib edilmişdir. Bu səbəbdən etibarsızdır. İddiaçının hazırkı tələb üzrə subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının tələbi Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X6 Lənkəran rayonu, Şiləvar kəndində 0.06 ha həyətyanı torpaq verilməsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin və xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsindən ibarətdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X4 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsinin verilməsinə görə tərtib edilmiş və mülkiyyət hüququ qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67- 10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamə, Lənkəran Rayon İcraiyyə Komitəsinin 15 may 1981-ci il tarixli 9 №-li iclas protokolundan çıxarış (qərar) olmuşdur. Təbii ki, iddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X4 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsinin verilməsi barədə qərarı mübahisələndirməli idi. Həmin qərar qüvvədə ola-ola onun arzuladığı nəticəyə nail olması mümkün deyil. Qeyd edilən məsələ ilə bağlı ona hüquqi yardım göstrəlisədə (səh. 126), iddiaçı iddiasını dəyişdirməmiş, bu səbəbdən də məhkəmə mübahisəyə irəli sürülən tələb üzrə mahiyyəti üzrə baxıb, hüquqi qiymət vermişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 6.2-ci bəndində göstərilmişdir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X4 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsinin verilməsi barədə qərarı mübahisələndirsə idi, onun həmin mübahisə üzrə subyektiv hüququnun olmaması məsələsi ortaya çıxardı. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdikləri ilə mübahisəli torpaq sahəsinin üçüncü şəxsə (X7) məxsus olmasını dolayı yolla etiraf edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “... Yaşadığı, yoldaşının adına olan Lənkəran rayonu, Bəlləbur kəndində 1998-ci ilin avqust ayında güclü zəlzələ nəticəsində 12 evlə yanaşı onların evi də yararsız vəziyyətə düşmüşdür. Həmin evdə yaşamaq mümkün olmadığı üçün Rusiya Federasiyasının vətəndaşı olan qardaşı Mirhəsənin evinə getmişdir.” Göründüyü kimi islahat vaxtı, daha dəqiq deyilsə Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X4 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsi (hazırkı mübahisəli torpaq sahəsi) verilərkən iddiaçı Lənkəran rayonu, Bəlləbur kəndində yaşayırdı və o, iddia ərizəsində qeyd etdiyi kimi X3na məxsus olan hazırkı mübahisəli torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə sonradan 1998-ci ildə gəlmişdir. İddiaçıya yaşadığı evin də, evin yerləşdiyi torpaq sahəsinin də qardaşına (üçüncü şəxsə) məxsus olması ən geci elə həmin vaxt məlum idi. Digər bir məsələ Lənkəran Rayon İcraiyyə Komitəsinin 15 may 1981-ci il tarixli 9 №-li iclas protokolundan çıxarışdan (qərardan) görünür ki, Şiləvar kənd sakini X2 evinin sökülüb, yenidən tikməsi haqqında Kərgəlan kənd XDS icraiyyə komitəsinin 15/İ-1981-ci il tarixli İ №-li qərarı təsdiq edilmiş, ona RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Qeyd edilən məsələ bir daha mübahisəli torpaq sahəsinin X7 məxsusluğunu təqsdir edir. Belə ki, torpaq sahəsi onun qanuni sahibliyində olmuş, sonradan islahat vaxtı da Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə ona verilmişdir. Əks, yanaşma o anlama gələr ki, Lənkəran Rayon İcraiyyə Komitəsinin 15 may 1981-ci il tarixli 9 №-li iclas protokolundan çıxarış (qərar) ilə Şiləvar kənd sakini X7 başqasına məxsus torpaq sahəsində fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İddiaçının göstərdiyi - mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması, evə dair kommunal sənədlərin onun adına tərtib edilməsi, kommunal xidmətlərin onun tərəfindən ödənilməsi məsələsinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə üzrə həmin məsələlər daşınmaz əmlak üzərində hüququn yaranması üçün əsas deyil və həmin məsələ ilə bağlı əlavə araşdırmaya ehtiyac yoxdur. Apellyasiya şikayətinin dəlilləri olan - X4 Rusiya Federasiyasının vətəndaşı olduğu halda islahat vaxtı ona torpaq sahəsinin verilməsinin qanunsuzluğu, onun adına tərtib edilmiş Dövlət aktının tərtibində nöqsanlara yol verilməsi ilə bağlı məsələlərə münasibətdə kollegiya qeyd edir ki, hazırkı iddia üzrə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən onun qaldırdığı iddia üzrə həmin məsələlər araşdırma predmeti ola bilməz. Kollegiya qeyd edir ki, hətta, iddiaçının Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə X4 mülkiyyətinə Lənkəran rayonu, Şiləvar kəndi ərazisində 0.06 hektar torpaq sahəsinin verilməsi ilə bağlı qərarı mübahisəndirməyə subyektiv hüququ olmuş olsa idi, bu iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti baxımından yenə də iddianın mümkünsüzlüyünə səbəb olacaqdı. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (mad. 38.1. 24.4). İddiaçının mülkiyyət hüququna dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin kserosurətinə münasibətdə kollegiya qeyd edir ki, həmin akt, aktın tərtib edilməsinə əsas olmuş iddiaçıya torpaq sahəsi verilməsi ilə bağlı islahatın qərarı və ya torpaq sahələrinə aid cədvəl müvafiq Dövlət orqanlarında mövcud deyil, aktın əsli və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiqlənmiş surəti məhkəməyə təqdim edilməmiş, iddiaçının özündə də yoxdur, nə vaxt və hansı şəraitdə tərtib edilməsi məlum deyil. İşin araşdırılması ilə bağlı verilmiş ekspert rəyindən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə mövcüd baza və arxiv məlumatlarında məlumatların aşkar olunmaması səbəbindən həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatları müəyyən etmək mümkün olmamış, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı İddiaçı tərəfindən iddia olunan 0.06 ha torpaq sahəsinin faktiki koordinatları ilə JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə (eyni torpaq sahəsi olması) düşməsi müəyyən olunmuşdur. Lənkəran Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 25 saylı qərarı əsasında JN-704A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi olması müəyyən edilmişdir. “Torpaq islahatı haqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək (16 iyul 1996cı il) daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət gösətər təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslərdir. İddia ərizəsindən, həmçinin işdə olan digər sübutlardan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində torpaq islahatı aparılarkən İddiaçı həmin kəndin sakini olmamış, Lənkəran rayonu, Bəlləbur kənd sakini olmuş, 1998-ci ilin avqust ayında zəlzələ nəticəsində yaşadığı ev yararsız vəziyyətə düşdüyündən X3nun mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndindəki evinə getmişdir. İddiaçının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamədə torpaq sahəsinin ona Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 25 saylı qərarı ilə verilməsi və onun Lənkəran rayonu, Şiləvar kənd sakini olması qeyd edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi iddiaçı iddia ərizəsində etiraf edir ki, o, 16 iyun 1998-ci il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində deyil, Lənkəran rayonu, Bəlləbur kəndində yaşamışdır. Qeyd olunanlar iddiaçının adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-704A, Kod 80213018 saylı şəhadətnamənin etibarsız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2-1(120)-498/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-589/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-589/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver