Məhkəmə qərarları › İş №2-1(106)-59/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-59/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-59/2025 03.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-2332/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardad qəbul etdi. İ.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sorğunun cavablandırılması və xx.xx.2019- cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi bаrədə qərаr çıхаrılmаsı iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-2369/2022 nömrəli qərardadı ilə zəruri cəlb etmə qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X4 Filialı adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbinin əsaslarına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünəməşğulluq proqramina cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılmışdır. Hər bir keçi üçün ayrılan vəsait göstərilməklə, ümumilikdə nə qədər vəsait ayrılması və ayrılmasına dair sənədlərin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Artıq bu tələblə məhkəməyə 3-cü dəfədirki müraciət edir. Lakin hec bir müraciətimə düzgün cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərini kobut şəkildə pozur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verdiyim sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsait ayrılması barədə məlumatın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 18 may 2024-cü il tarixli, 2-1(120)-1707/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X4 Filialı üçüncü şəxs qismində cəlb edilməklə) qarşı sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın verilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, məhkəmənin qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Məhkəmə iş üzrə tərəfimdən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış, cavabdehin mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq" altsistemində 27 noyabr 2019-cu il tarixdə iş axtaran kimi qeydiyyata alınmışdır. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünəməşğulluq proqramina cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuş, bununla əlaqədar 22 (iyirmi iki) baş keçi üçün ayrılan vəsait göstərilməklə, ümumilikdə nə qədər vəsait ayrılması və ayrılmasına dair sənədlərin surətinin ona təqdim olunmasını xahiş etmişdir. Artıq bu tələblə məhkəməyə 3-cü dəfədirki müraciət edir, lakin hec bir müraciətinə düzgün cavab verilməmişdir. Bu isə “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərini kobut şəkildə pozur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Nazirliyin tabeliyində X3 X4 filialında işaxtaran kimi qeydiyyata alınaraq özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmişdir. Seçim mərhələsindən sonra sözügedən proqramda iştirakı məqsədəmüvafiq hesab edilmiş və 19 noyabr 2019-cu il tarixdə təşkil olunmuş təlim kursunda iştirak edərək biznes planını uğurla müdafiə etmişdir. xx.xx.2019-cu il tarixdə müvafiq aktı imzalamaqla təchizatçı şirkət tərəfindən aktivlərlə təmin olunmuşdur. Eyni zamanda, aktivlərin dəyərinin özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müdafiə etdiyi biznes planındakı məbləğlər əsasında deyil, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq imzalanan müqavilə əsasında müəyyən olunduğu izah edilmişdir. Bundan əlavə, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 məhkəməyə ünvanladığı xx.xx.2023- cü il tarixli, 3- 17-2/2-15694/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxs qismində Nazirliyin tabeliyində X3 Mıl- X8 filialına qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqavilə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın ona verilməsi barədə” iddia tələbi ilə əlaqədar inzibati məhkəmə işi üzrə tərəfindən Nazirliyə ünvanlanan 23 dekabr 2022-ci il tarixli 2-1(120)-3469/2022 nömrəli məhkəmə sorğusuna Agentlikdə, baxılmışdır. İddiaçı teleqram vasitəsilə etmiş olduğu xx.xx.2022-ci İİ, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri uyğun olaraq xx.xx.2022 tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktublarla cavablandırılmışdır (əlavə olunur).Özünüməşğulluq proqramı çərçivəsində xx.xx.2019-cu il 191 nömrəli tarixli müqaviləyə əsasən "Keçiçilik təsərrüfatı" zərfinə daxil olan əmlaklar (20 baş keçi, 2 baş təkə) İddiaçı istifadəsinə verilmişdir. Qanunvericiliyə uyğun olaraq tərəflərarası müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə vətəndaşın fəaliyyətinə yekun monitorinq keçirilmiş və əmlaklar İddiaçı mülkiyyətinə verilmişdir. Göründüyü kimi onun 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə sorğusuna və məhkəmənin sorğusuna aidiyyəti üzrə cavab verməyərək ümumi məlumat vermişdir, həmçinin cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda da onun ərizəsinə dəqiq cavab verməmişdir. Gsötərilən əsaslara görə, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-2332/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının iştirakı: İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin olunmamasını xahiş etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “İnformasiya əldə etmək haqqında” Qanun; Maddə 2. İnformasiya əldə etmək azadlığı. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. İddiaçı informasiya sorğusunun inzibati orqan tərəfindən cavablandırılmasını tələb edir. Lakin informasiya sorğusuna baxılan zaman iddiaçının həmin sorğunu hansı məqsədlə, hansı hüquqi marağa əsasən tələb olunduğunun qeyd edilmədiyi müəyən edilir Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 21.3. İnformasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Maddə 37. İnformasiyanın xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edilməsinə qoyulan məhdudiyyətlər. 37.1. Bu Qanunun 9.1-ci maddəsində göstərilən informasiya sahibləri aşağıdakı informasiyaları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilməzlər: 37.1.6. informasiya sahibinin fəaliyyəti haqqında hesabatlar, o cümlədən vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti və buraxılan nöqsanlar barədə; 37.1.7. dövlətin vətəndaşlara, vəzifəli şəxslərə, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərə verdiyi imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında; V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddianın mümkünlüyünə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. İşə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin hallarına əsasən birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edilməli, qəbul edimiş qərardadın nəticələri ilə kifayətlənmək mümkündür. Özünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə mümkün hesab edilməmişdir. Həmin qənaətli bağlı məhkəmə qərardadında qeyd olunmuşdur ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından (məsələn, Limanın fəaliyyəti ilə bağlı hər hansı tədqiqat layihəsi üçün lazım olması və həmin tədqiqat haqqında məlumatı ictimaiyyətə çatdırmaq məqsədilə sorğu edilməsinə dair maraqlardan) irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə, ifadə etməmişdir. İddiaçının sorğularına cavab olaraq Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X4 Filialının iddiaçıya ünvanladığı 30 sentyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, müraciətinin araşdırılması məqsədilə xx.xx.2022-ci il tarixində Filialın əməkdaşı aparıcı mütəxəssis - X7 tərəfindən (***-***-**-**) telefon (***-***- **-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğunu özünüməşğulluq proqramı üzrə ona verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 27 noyabr 2019-cu il tarixdə işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X4 Filialının iddiaçıya ünvanladığı 03 noyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş müraciətə Nazirliyin tabeliyində X3 X4 filialında baxılmışdır. Müraciətin araşdırılması məqsədilə xx.xx.2022-ci ii tarixində Fiiialın əməkdaşı böyük mütəxəssis - X7 tərəfindən (055- 900-18-38) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğu özünüməşğulluq proqramı üzrə verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində 27 noyabr 2019-cu il tarixdə işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmışdır. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq ona aktivlər verilərkən təhvil-təslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Nazirliyin tabeliyində X3 X4, filialında işaxtaran kimi qeydiyyata alınaraq özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət etmişdir. Seçim mərhələsindən sonra sözügedən proqramda iştirakı məqsədəmüvafiq hesab edilmiş və xx.xx.2019-cu il tarixdə təşkil olunmuş təlim kursunda iştirak edərək biznes planını uğurla müdafiə etmişdir. xx.xx.2019cu il tarixdə müvafiq aktı imzalamaqla təchizatçı şirkət tərəfindən aktivlərlə təmin olunmuşdur. Eyni zamanda, aktivlərin dəyərinin özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müdafiə etdiyi biznes planındakı məbləğlər əsasında deyil, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq imzalanan müqavilə əsasında müəyyən olunduğu izah edilmişdir. Agentliyin təqdim etdiyi məlumata əsasən ona verilmiş aktivlərin tələf olması ilə bağlı Filiala heç bir sənəd təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 məhkəməyə ünvanladığı 10 xx.xx.2023-cü il tarixli, 3-17-2/2- 15694/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və üçüncü şəxs qismində Nazirliyin tabeliyində X3 X4 filialına qarşı “sorğunun cavablandırılması və xx.xx.2019-cu il tarixli, 191 nömrəli müqaviiə ilə ona verilmiş 22 (iyirmi iki) baş keçi üçün nə qədər vəsaitin ayrılması barədə məlumatın ona verilməsi barədə” iddia tələbi ilə əlaqədar inzibati məhkəmə işi üzrə tərəfindən Nazirliyə ünvanlanan 23 dekabr 2022-ci il tarixli, 2-1(120)- 3469/2022 nömrəli məhkəmə sorğusuna Agentlikdə baxılmışdır. İddiaçı teleqram vasitəsilə etmiş olduğu xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri uyğun olaraq xx.xx.2022 tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli **********9 nömrəli və xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktublarla cavablandırılmışdır. Özünüməşğulluq proqramı çərçivəsində xx.xx.2019-cu il 191 nömrəli tarixli müqaviləyə əsasən “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan əmlaklar (20 baş keçi, 2 baş təkə) İddiaçı istifadəsinə verilmişdir. Qanunvericiliyə uyğun olaraq tərəflərarası müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə vətəndaşın fəaliyyətinə yekun monitorinq keçirilmiş və əmlaklar İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X4 Filialının iddiaçıya ünvanladığı 12 oktyabr 2023-cü il tarixli, 3-17-2/2-S-62656/2023 nömrəli məktubundan görünür ki, müraciətinin araşdırılması məqsədilə 11 oktyabr 2023-cü il tarixdə Filialın əməkdaşı tərəfindən (***-***-**-**) telefon (***-***-**-**) əlaqəsi saxlanılaraq onunla ətraflı söhbət aparılmışdır. Danışıq zamanı istəyinin cəlb olunduğunu özünüməşğulluq proqramı üzrə ona verilən aktivlərin dəyəri barədə məlumatın verilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlara aktivlər Nazirlik tərəfindən mərkəzləşdirilmiş şəkildə keçirilən tenderdə qalib gələn təchizatçı şirkət tərəfindən alınaraq təhvil verilir. Dövlət Məşğulluq Xidmətinin ləğv edilmiş Sabirabad rayon Məşğulluq Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixdə 191 nömrəli müqavilə ilə özünüməşğulluq proqramına cəlb olunaraq 22 (iyirmi iki) baş keçi aktivləri və 400 kq qarışıq yem ilə təmin olunmuşdur. Verilən aktivlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kliniki baxış keçirilmiş aktivlərin sağlam olması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq ona aktivlər verilərkən təhviltəslim ilə bağlı video çəkiliş aparılmış çəkiliş zamanı tam razı qaldığı bildirmişdir. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, Məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilib-yetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək, yəni subyektiv hüququ yaranmır. Qeyd olunan hal iddia tələbinə baxılmasına prosessual maneə yaradır və iddianın mümkünlük şərtinə cavab vermir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-2332/2024 nömrəli qərardadı qüvvəsində saxlanılsın. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar