Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-593/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(120)-2456/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı qərarın ləğv edilməsi və şəhid olmuş övladına münasibətdə verilən ödənişlərin tam şəkildə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının ləğv edilməsi və İmişli Rayon Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə mindiyi 12 sentyabr 2022-ci il tarixdən şəhid olmuş övladı X3 münasibətdə verilən ödənişlərin tam şəkildə ona yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 03 sentyabr 2024-cü il tarixli, 2- 1(120)-2456/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi ilə X6 şəhid X2 vərəsə ola bilməyən valideyni hesab edilməsinə baxmayaraq, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün miras əmlaka daxil olmadığını və X6 şəhid ailəsi statusundan və müvafiq qanunvericiliyə əsasən valideyn hüququndan mərhum edilmiş hesab olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, X8 şəhid X2 valideyni kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyinatı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 20 oktyabr 2022-ci il tarixli, 12848 saylı qərarının qəbul olunmasında qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının pozulması hallarına yol verilməmiş, mübahisələndirilən qərarın ləğv edilməsi tələbinin hüquqi əsası yoxdur və həmin təqaüdün tam şəkildə yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunamüvafiq deyildir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onunla X10 arasında olan nikahları İmişli Rayon Məhkəməsinin 10 iyul 2000-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ümumiyyətlə ailə qurduqları vaxtdan Məmmədov Valeh ailəsinə baxmamış, ailəsı ilə maraqlanmamışdır. Nikahları pozulduqdan sonra daha da vəziyyəti çətinləşmiş, məhkəmənin təyin etdiyi aliment pullarını da ödəməyərək, bir ana kimi onu açınacaqlı vəziyyətə qoymuşdur. Uşaqlarını təkbaşına böyüdərək, özü onları boya başa çatdırmışdır. Heç vaxt uşaqlarından, ailəsindən xəbəri olmayan Məmmədov Valeh uşaqlara heç vaxt atalıq etməyərək, tüfeyli, səfalət içində həyat yaşamış, uşaqlarının kim olduğunu, nə iş gördüyündən məlumatı olmamışdır. Bunun nəticəsidir ki, hər iki oğlu Qarabağ uğrunda gedən döyüşlərə iştirak etmək üçün gedərkən onları belə yola salmağa gəlməmiş, onların hara getdiyindən belə xəbəri olmayan ləyaqətsiz ata olmuşdur. Övladlarından biri X7 döyüşlərdə şəhid olarkən onun yas mərasimində iştirak etməmiş, ləyaqətsiz davranmışdır. X6 bu davranışlarına görə onun şəhid olmuş övladı X7 ilə bağlı, qanun üzrə vərəsə ola bilməyən şəxs olması barədə İmişli Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. İddia tələbi İmişli Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə tam şəkildə təmin edilərək, 07 oktyabr 2020-ci il tarixdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuş övladı X3 münasibətdə X10 qanun üzrə vərəsə ola bilməyən valideyn hesab olunmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra üçüncü şəxsə şəhid övladına münasibətdə heç bir ödənçlər verilməyəcəyi barədə cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 28 sentyabr 2022-ci il tarixdə məktub gündərilmiş, məktubda X8 verilən ödənclərin dayandırılması, yenidən hesablanaraq tam şəkildə anaya verilməsi barədə qərar qəbul edildiyi qeyd olunmuşdur. Eyni zamanda 22 oktyabr 2022-ci il tarixdə cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən X8 yenidən məktub göndərilərək, qanun üzrə vərəsə ola bilməyən valideyn hesab olunduğundan, artıq ödənilmiş vəsaitləri Döslət Sosial Müdaliə Fonduna geri qaytarılmasını təmin etməyini, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Göründüyü kimi bu barədə qanuni qüvvəyə minmiş qətnamə, AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən qəbul olunmuş qərarlar olduğu halda, cavabdeh özü öz qərarlarını icra etməmiş, yerinə yetirməmişdir. X10 şəhid övladına münasibətdə aylıq ödənişləri almaqda davam edir. Cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondunun laqeyd, səhlənkar münasibətləri nəticəsində kobud hüquq pozuntuları baş verir, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları icra olunmur. Bununla əlaqədar 04 may 2023-cü il tarixdə cavabdeh AR ƏƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fonduna bu barədə rəsmi ərizə ilə müraciət edərək bu özbaşınalıqlara son qoymağa, məhkəmə qərarlarını icra etməyən şəhid övladı ilə bağlı ödənişləri var ola bilməyən atasına verməməyi tələb etsə də, onlar cavab verməyərək, ödənişləri X8 verməyə davam etmişlər. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, X10 şəhid ailə üzvlərinə münasibətdə valideyn hüququndan mərhum edilmiş hesab olunmadığından onun Prezident təqaüdünün ödənişinin dayandırılaraq İddiaçı tam pay ödənilməsi mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə uyğun olaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda şəhidin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək almaq hüququ vardır. Sözügedən Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 493 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1972 nömrəli Fərmanına əsasən sözügedən təqaüdün məbləği xx.xx.2023-cü il tarixdən 600 manata çatdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 300 manat (X6 hüququ nəzərə alınmaqla) məbləğində olmaqla ödənilməkdədir. İddiaçı İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi ilə X6 şəhid X2 vərəsə ola bilməyən valideyni hesab edilməsi barədə qətnaməsinə istinad edərək X6 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq hüququndan məhrum olduğunu iddia etmişdir. Lakin şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü miras əmlaka daxil olmadığından, eyni zamanda X10 şəhid ailə üzvlərinə münasibətdə vərəsəlik hüququndan mərhum edilmiş valideyn hesab edilməsinə baxmayaraq müvafiq qanunvericiliyə əsasən valideyn hüququndan mərhum edilmiş hesab olunmadığından onun Prezident təqaüdünün ödənişinin dayandırılması qanunamüvafiq hesab edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş XXİ –ЖГ № 297903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə İmişli rayonunda doğulmuş, akt qeydinin ata qrafasında X10, ana qrafasında anası X9 yazılmışdır. -18 fevral 2021-ci il tarixli, AZ-İİ № 137495 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 07 oktyabr 2020-ci ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli, № 005451 nömrəli və xx.xx.2021-ci il tarixli, № 003371 nömrəli vəsiqələrin surətindən görünür ki, İddiaçı və X8 Şəhid ailəsinin üzvünün vəsiqəsi verilmişdir. -İmişli Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh X8 qarşı “vərəsə ola bilməyən valideyn hesab edilmə” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X6 İddiaçı doğulmuş 20 sentyabr 1997-ci il təvəllüdlü X1 üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırmasının təsdiq olunması və ona 07 oktyabr 2020-ci il tarixdə həlak olaraq ölmüş X3 münasibətdə qanun üzrə vərəsə ola bilməyən valideyn hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. -İmişli Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(036)-1439/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. -Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, X10 ona Şəhid ailəsinin üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi barədə xx.xx.2022-ci il tarixdə ******* nömrə ilə qeydiyyata alınmış ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, həmin inzibati orqanın xx.xx.2022-ci il tarixli 12848 nömrəli qərarı ilə ərizə təmin edilmiş və xx.xx.2022-ci il tarixdən ona təqaüd təyin olunmuşdur. Beləliklə, iş materiallarına əsasən İddiaçı və X8 xx.xx.2020-ci il tarixdən şəhid ailəsinin üzvlərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-1343/2022 saylı qətnaməsi əsas götürülərək Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının “Təqaüdün dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 12848 nömrəli qərarı ilə X8 təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmış, X6 müraciətinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli 12848 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdən ona həmin təqaüd yenidən təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci və 3-cü bəndlərinə uyğun olaraq “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda şəhidin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək almaq hüququ vardır. Həmin Qaydaların 6-cı bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, ödənilən təqaüd miras kütləsinə daxil olan əmlak hesab edilmədiyindən, üçüncü şəxsin şəhidin vərəsəsi olub-olmamasından asılı olmayaraq onun da bu təqaüdü almaq hüququ var. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia ərizəsinin dəlilləri təkrarlanmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli, 2-1(120)-2456/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-593/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-593/2024
04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver