Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-594/2025 09.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət məhkəmə tərkibində, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin əlilliyin ləğv edilməsi ilə bağlı 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(120)- 605/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 nömrəli qərarının ləğv edilməsi və ona təyin olunmuş əlilliyin xx.xx.2023-cü il tarixədək bərpa edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin ləğv edilməsi ilə bağlı 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-605/2025 nömrəli,xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “Tibbi-Sosial Ekspert Komissiyasının 08 fevral 2023-cü il tarixli xxxxxxx0006 nömrəli qərarının ləğv edilməsi və ona təyin olunmuş əlilliyin xx.xx.2023-cü il tarixədək bərpa edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixdə ona 2-ci dərəcə əlillik qrupu verilmişdir. Həmin 2-ci dərəcə əlilliyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona əlilliyə görə əmək pensiyası təyin olunmuş və əlilliyə gorə əmək pensiyası almağa başlamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsindən ünvanına daxil olan 18 may 2020-ci il tarixli **********3 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən müayinədən keçməyi ondan xahiş olunmuşdur. Ünvanına daxil olan bu məktubdan sonra, ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının may ayından etibarən ödənişləri hesabına köçürülməmişdir. Əlilliyi qanunsuz olaraq etibarsız sayıldığı üçün, mübahisə ilə bağlı Bakı İnzibatı Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək «Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə əlilliyinin bərpa edilməsi öhdəliyinin Dövlət Tıbbı-Sosıal Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi» barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması (ləğvi) ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və əlilliyinin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra olunaraq əlilliyi bərpa olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə əyani müayinədən keçməyi ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ünvanına müraciət daxıl olmuşdur. Həmin vaxtı səhhətində olan problemlərlə bağlı intensiv müalicə aldığı uçun xx.xx.2023-cü il tarixli əyani müayinədə üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, müayinənin başqa vaxta keçirilməsini və sonrakı müayinəyə gələ biləcəyini onlara yazılı şəkildə bildirib. Həmçinin həmin müraciətində bildirdi ki, müraciətlərində əlilliyinin qiymətləndirilməsi ilə bağlı TSEKin qərarında əsaslı şübhələrin olduğu və sənədlərin təqdim olunması göstərilmişdir. Lakin əlilliyin qiymətləndirilməsində hansı uyğunsuzluğun olduğu və hansı sənədlərin təqdim olunması barədə məlumat verilməmişdir. Bu barədə ətraflı və dəqiq məlumatın verilməsini xahiş etmişdir ki, müayinəyə gedəndə ona uyğun sənədləri tərəfindən təqdim etmək mümkün olsun Lakin xəstəliyi ilə bağlı məlumat verməyinə baxmayaraq əyani müayinənin vaxtı dəyişdirilməmiş və bu barədə ona məlumat verilmədən əlilliyinin qiymətləndirilməsi aparılaraq əlilliyi qanunsuz şəkildə ləğv edilmişdir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ünvanına daxil olan xx.xx.2023 cü il tarixli məktubla ona məlumat verilmişdir. Qeyd etmək istəyir ki, həmin məktubu xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyinin ləğv edilməsi ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, əlilliyin qiymətləndirilməsinin onun iştirakı olmadan aparıldığı tarixdə o, xəstə olmuş, xəstəxanada müalicə almışdır. Bununla bağlı Agentliyə məlumat versə də, buna əhəmiyyət vermədən qanunsuz olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası. OU-Tor qişanın mərkəzi distrofiyası. Mürəkkəb hipermetorpik astiqmatizm. VİSOD=0.05k/etmir (yüzdə beş). VlSOS=0.07k/etmir (yüzdə yeddi). Mərkəzə göndərilmənin-İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Biləsuvar rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.10 bəndinə müvafiq olaraq Ümumi xəstəlikGözdən əlil səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (ESDAS: **********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı İəğv edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-605/2025 nömrəli qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(120)-605/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı daha əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşıBakı İnzibati Məhkəməsində “əlilliyin bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının dayandırılmış ödənişinin bərpa edilməsi” tələbinə dair Agentliyə qarşı iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1917/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və Agentliyin əlilliyin ləğvi ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş, və Agentliyin üzərinə iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarından tərəfimizdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2243/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməmiş, şikayətin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadından tərəfimizdən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-2370/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-2243/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsi xx.xx.2021-ci il tarixli 2- 1(112)-1917/2021 nömrəli qərar qəbul edərkən aşağıdakı hallara əsaslanmışdır. - ikinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi bununla bağlı müvafiq əsaslar olduqda, bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) ləğv etsə və ya etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın ləğv edilməsini və ya etibarsız sayılmasını, buna əsaslar olub-olmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmamış və rəsmiləşdirməmişdir. - iddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın ləğv edilməsi və ya etibarsızlığı üzrə qanunvericiliklə («Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 3.7-ci bəndi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Əlilliyin təyn olunması üzrə sənədlərdəki uyğunsuzluq, yəni əməık haqqı ödənilməsi, müalicə tarixlərinin uyğun gəlməməsinin hansı səbəbdən əlilliyin qanunsuz olmasına səbəbdir, məlum deyil. Həmin halların iş yeri tərəfindən verilmiş əmək haqqının qaytarılmasına, xəstəlik dövrü kimi təqdimolunmuş müddətlərdə əsassız işburaxma kimi nəticələrin istisna təşkil etməsi aparılmış inzibati icraatda araşdırılmamışdır. Həmin inzibati aktın ləğvinə və ya etibarsızlığına gəldikdə isə, «İnzibati icraat haqqında» AR Qanununun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstəriıən hallar da hazırkı iş üzrə müəyyən edilmir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti 24 avqust 2023- cü il tarixdə başa çatır; - iddiaçıya onun təkrar müayinəyə cəlbi barədə bildiriş (müraciət) digər qurum DSMF Biləsuvar rayon şöbəsi tərəfindən verilmişdir, halbuki belə xəbərdarlığın verilməsi inzibati icraatda aparılmalı hərəkətlərdən biridir və hazırkı cavabdeh tərəfindən həyata keçirilməli idi; Yuxarıda qeyd edilən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1917/2021 nömrəli qərarı tərəfimizdən icra edilərək vətəndaşın əlilliyi bərpa edilmiş və şəxs barəsində məhkəmə qərarında da qeyd edildiyi kimi inzibati icraat həyata keçirilməsi üçün vətəndaş yenidən əyani müayinəyə dəvət edilmişdir. Məlumolduğu kimi,məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən əlillik dərəcəsi əlillik altsistemində etibarsız edilmiş vətəndaşlarla bağlı “əlillik dərəcəsinin bərpa edilməsi” öhdəliyi müəyyən edilmiş məhkəmə qərarları icra edildikdən sonra Agentlik tərəfindən həmin şəxslərin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsini müəyyən etmək üçün əyani müayinəyə cəlb edilirlər. Əlavədə təqdim olunmuş 126 (yüz iyirmi altı) vətəndaşın ( siyahıda İddiaçı da adı vardır ) əlillik dərəcəsinin bərpa edilməsi barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasındaəyani müayinəsinin həyata keçirilməsi üçün müvafiq qaydada qeydiyyat ünvanlarına dəvət məktubu göndərilmiş İddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir.Bu səbəbdən onunla bağlı qəbul edilən qərar hesab edirik ki, qanunidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək bildirmək istəyirik ki, tərəfimizdən lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etmək üçün zəruri bütün addımlar aparılmış, lakin vətəndaş sözügedən canlı müayinədən yayınmışdır. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-605/2025, saylı, 22 may 2025-ci il tarixli qərarı ilə işin bütün zəruri halları araşdırılmamış və qanunsuz, əsassız qərar qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-605/2025, saylı, 05 iyun 2025-ci il tarixli qərarının ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı etiraz irəli sürülərək bildirmişdir ki, cavabdeh orqan mənim dinlənilmə hüququmu pozaraq inzibati icraat aparmış və bu pozulmuş icraat çərçivəsində qanunsuz qərar qəbul etmişdir. Hansı ki, məni dəvət etdikləri tarixdə xəstə olduğum və müalicə aldığıma görə onlara əyani müayinə tarixini dəyişmək üçün rəsmi qaydada müraciət etdim və xəstəlik sənədimi də inzibati orqana göndərdim. Lakin müraciətimə əhəmiyyət verilmədən, mənim dinlənilmə hüququm həyata keçirilmədən hazırkı qərarı qəbul etmişdirlər. İş materiallarından göründüyü kimi, cavabdeh həm mənim əyani müayinəmi həyata keçirməyib, həm də yalnız xəstəlik müddətində mənə əmək haqqının ödənilməsini əsas götürərək əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, icmal məktubun məzmunundan da başa düşüldüyü kimi, müalicə müddətində əmək haqqının ödənilməsi əlilliyin ləğv edilməsi barədə icraatın başlanılması üçün əsaslı səbəb hesab oluna bilməz. Çünki, inzibati orqan mənim hansı qaydada müalicə aldığımı və işlərimi hansı qaydada icra edib əmək haqqı aldığımı araşdırmadan, sadəcə əmək haqqı köçürülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan keçmiş qərarla bağlı yenidən inzibati icraat aparmışdır. Bununla yanaşı görünür ki, cavabdeh əlilliyimin müddətinin bitməsinə 6 ay qalmış, yəni əlilliyin təyin olunmasından 4 il 6 ay keçdikdən sonra təkrar qiymətləndirməyə çağırmaqla həm qanunvericiliyin, həm də Ali Məhkəmənin icmal məktubunun 89-cu bəndində qeyd etdiyi və məhkəmə təcrübəsi ilə formalaşdırdığı qanunvericiliyin tələblərinin pozulmasına yol vermişdir. Eyni zamanda bütün bunlar etimad hüququ prinsipinin pozulması ilə nəticələnir. Göstərilən məhkəmə qərarındakı hüquqi mövqelərə istinad edərək qeyd edirəm ki, cavabdeh inzibati orqan mövcud olduğunu iddia etdiyi halın ona məlum olmasından 1 ildən çox müddət keçdikdən sonra hazırkı mübahisələndirilən inzibati aktı qəbul etməklə yuxarıda qeyd olunan qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə mənə 2ci dərəcə əlillik qrupu verilmişdir. İlk dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsindən ünvanıma daxil olan 18 may 2020-ci il tarixli **********3 №-li məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində yenidən müayinədən keçməyim mənə bildirilmişdir. Ünvanıma daxil olan bu məktubdan sonra, mənə təyin olunmuş əlillik altsistemdə etibarsız hesab olunmuşdur. 2020-ci ildə qəbul edilən qərarla 2023-cü ildə qəbul edilən qərar eyni fakta istinad olunmaqla qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2018-ci ildəki inzibati akt qanunsuz hesab olunmuş və əlilliyim altsistemdə bərpa edilmişdir. Bunun üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra - 2023-cü ildə təkrarən eyni əsasla barəmdə birtərəfli inzibati icraat aparılmışdır. Beləliklə görünür ki, əlilliyimin ləğv edilməsi üçün əsas göstərdikləri hal onlara 2020-ci ildən məlum olsa da əlilliyin ləğvi ilə bağlı qərar 2023-cü ildə qəbul edilmişdir. Beləliklə cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş 1 illik müddəti pozmaqla qanunsuz inzibati icraat aparmış və nəticədə qanunsuz inzibati akt qəbul etmişdir. Ümumilikdə göstərilən hallara əsaslanaraq yekunda qeyd edirəm ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həm dinlənilmə hüququm pozulmuş, həm əlilliyin müddətinin bitməsinə 6 ay qalmış və şübhə yaradan heç bir əsaslı səbəb olmadan təftiş aparılmış, həm etimad hüququ prinsipləri pozulmuş, həm də ləğv üçün göstərdikləri halın onlara məlum olmasından sonra 1 illik müddəti ötürməklə 3 il keçdikdən sonra inzibati icraat aparılmış və bununla da barəmdə qanunsuz inzibati akt qəbul etmişdir. Yuxarıdakılar nəzərə alınaraq iddiaçı tərəfindən apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-594/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Tibbi-Sosial Ekspert Komissiyasının 08 fevral 2023-cü il xxxxxxx0006 nömrəli qərarının ləğv edilməsi və ona təyin olunmuş əlilliyin xx.xx.2023-cü il tarixədək bərpa edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının iştirakı olmadan, müayinəsi həyata keçirilmədən əlverişsiz inzibati akt qəbul edilərək onun qüvvədə olan əlillik təyini barədə qərarı ləğv edilmişdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Qeyd edilənləri nəzərə alaraq siz 8 fevral 2023-cü il saat 12:10-da Agentliyə əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gəlmədiyiniz halda iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul olunacaqdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbisosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz 08.02 2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyiniz halda iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə xx.xx.2018-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “İnzibati icraat haqqında” Qanunun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. İş materiallarında olan iddiaçının cavabdeh inzibati orqana ünvanladığı 30 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 08 fevral 2023-cü il tarixdə əyani müayinədən keçməyimlə bağlı tərəfinizdən məktub ünvanlanmışdır və bildirirəm ki, səhhətimdə olan problemlərlə bağlı intensiv müalicə aldığım üçün qeyd olunan tarixdə əyani müayinədə üzrlü səbəbdən iştirak edə bilməyəcəyəm, eyni zamanda müraciətdə əsaslı şübhələrin və əlilliyin qiymətləndirilməsində uyğunsuzluqların olduğu qeyd edilmişdir, lakin məlumat verilməmişdir. Qeyd olunanlar barəsində mənə məlumat verilməsini xahiş edirəm ki, ona uyğun sənədləri təqdim edə bilim. Aldığım müalicələr bitdikdən sonra təkrar müayinədən keçmək üçün tədbirlər görəcəm. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1917/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlilliyin bərpa edilməsi» barədə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq ümumi xəstəlik-gözdən əlil səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların araşdırılması çərçivəsində vətəndaş əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Bununla əlaqədar, ünvanına xx.xx.2023-cü il tarixli 3-17-4/2-M-698/2023 nömrəli bildiriş məktubu göndərilmişdir. Lakin cari tarixə kimi müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 nömrəli Qərarına əsasən, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilmişdir. İş materiallarında olan iddiaçıya dair qiymətləndirmə məlumatlarından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ümumi xəstəlik-gözdən əlil səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 22 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunsa da, lakin müraciəti qeydə alınmamış, onunla əlaqə saxlanması mümkün olmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemındə tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barada qüvvədə olan qararı ləğv edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemi məlumat bazasından əldə edilən məlumatlara əsasən İddiaçı 24 avqust 2018-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə İİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası təyin edilib. Vətəndaşın pensiyasının ödənişi onun əlilliyinin Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən etibarsız edilməsi səbəbindən 1 aprel 2023-cü il tarixindən dayandırılıb. Məlumat üçün bildiririk ki, İddiaçı 21 avqust 2023-cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır, odur ki, sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır. İşin faktiki hallarından məlum olur ki, xx.xx.2018-ci il tarixli qərarla iddiaçıya ümumi xəstəlik-gözdən əlil səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və təkrar müayinə tarixi 24 avqust 2023-cü il olaraq müəyyən edilmişdir. Əlillik təyinatı barədə qəbul edilmiş həmin qərarın qüvvədə olma müddəti başa çatmadan cavabdeh həmin qərarın əsaslılığına şübhə yaradan halların araşdırılması məqsədilə iddiaçını müayinə üçün xx.xx.2023-cü il tarixinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət etmişdir. İddiaçı əyani müayinədə üzrlü səbəbdən iştirak edə bilməmişdir. Lakin buna baxmayaraq Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onun əlilliyi xx.xx.2023-cü il tarixli qərarla ləğv edilmişdir. Hazırda iddiaçı onun barəsində əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsinə dair Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və əlilliyinin bərpa edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin olaraq inzibati aktın qanunauyğunluğunun qiymətləndirilməsi zəruridir. Bu zaman iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərarın qanuni əlverişli inzibati akt, yoxsa qanunsuz əlverişli inzibati akt olması müəyyən edilməlidir. Yəni, bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallara bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı özünün əvvəlki qərarın qanunsuz, yoxsa qanuni əverişli inziabti akt kimi ləğv edilmişdir. Çünki, xx.xx.2018-ci il tarixli qərar qanuni əlverişli inzibati akt olduğu halda onun ləğvi “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin tələblərinə uyğun, qanunsuz əlverişli inzibati akt olması halında isə həmin Qanunun 67-ci maddəsinin tələbi baxımından hüquqi qiymət verilməlidir. Başqa sözlə, əgər inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsinə dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Məsələn, şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, cavbabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci iİ 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsaslanaraq (əlilliyin qiymətləndirilməsi barədə Tibbisosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda) iddiaçını əyani müayinəyə cəlb etmişdir. Başqa sözlə, cavabdeh əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli qərarın düzgünlüyünə şübhə ilə yanaşır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki halda cavabdeh əlilliyin təyin edilməsi ilə bağlı qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı qanunsuz əlverişli inzibati akt kimi qəbul edərək onu ləğv etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, əlilliyin təyini ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Hazırkı halda isə inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. İşin hallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə əyani müayinəyə çağırılmış, lakin faktiki müayinə olunmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehin müraciətində əsaslı şübhələrin və əlilliyin qiymətləndirilməsində uyğunsuzluqların nədən ibarət olduğu barədə iddiaçıya məlumat verilməmişdir. Hətta, iddiaçı məktubla cavabdehə müraciət ünvanlayaraq şübhəli hallar və uyğunsuzluq barədə məlumatın ona göndərilməsini xahiş etmiş, həmçinin səhhətiylə əlaqədar xəstəxanada müalicə olunduğu üçün əyani müayinədə hal-hazırda yox, daha sonra iştirak edəcəyini bildirmişdir. Lakin, cavabdeh tərəfindən həmin məlumatları iddiaçıya təqdim edilməmiş və iddiaçının iştirakı olmadan, müayinəsi həyata keçirilmədən əlverişsiz inzibati akt qəbul edilərək onun qüvvədə olan əlillik təyini barədə qərarı ləğv edilmişdir. Belə olan halda cavabdeh tərəfindən Əsasnamənin göstərilən bəndinə yalnız formal olaraq riayət edilmiş, əyani müayinə həyata keçirilmədən iddiaçıya təyin edilmiş əlillik ləğv edilmişdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, itabiznİ“ icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların məcmusunda belə qənaətə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hərəkətləri və qəbul etdiyi qərarı qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedur qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsə əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırkı iş üzrə cavabdeh 1 (bir) illik müddət daxilində hərəkət etdiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1157/2024 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, "Lazımi idarəetmə" prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə "səhv"in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlannı tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntulanndan fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 18 may 2020-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçı müayinəyə dəvət olunmuşdur. İddiaçı haqqında cavabdeh tərəfindən hazırkı işdə olduğu kim yenə birtərəfli inzibati icraat aparılmış, iddiaçıya təyin olunmuş xx.xx.2018-ci il tarixli əlilliyə görə əmək pensiyasının ödənişləri dayandırılmışdır. İddiaçı həmin hərəkətlərin qanunsuz hesab edilməsi məqsədiylə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1917/2021 saylı qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyinin etibarsız sayılması (ləğvi) ilə bağlı hərəkətləri qanunsuz sayılmış və əlilliyinin bərpa edilməsi öhdəliyi Xidmətin üzərinə qoyulmuşdur. Başqa sözlə Bakı İnzibati Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli əlillik qərarı qanuni sayılmışdır. Hazırkı iş üzrə cavabdehin eyni əlillik qərarı ilə bağlı qanunsuz hərəkətləri deyil, qanunsuz aktı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərarla müəyyən olunmuş hallar İPM-in 78-ci maddəsinə əsasən iddiaçı və cavabdeh üçün preyudisial əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat təzələnərək iddiaçının həmin icraat çərçivəsində dinlənilmə hüququ təmin edilməmiş və o əyani müayinə olunmadan əlilliyin təyin edilməsi ilə bağlı ilkin əlverişli inzibati akt ləğv edilmişdir. Bununla da iddiaçının hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı konstitusion hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Beləliklə də İddiaçı əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli əlilliyin 5 illik müddətə təyin edilməsi haqqında qərar bərpa edilməli, həmin qərarı ləğv edən 08 fevral 2023-cü il tarixli qərar isə ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli qərarın ləğvinə dair cavabdehin hərəkətləri və qəbul etdiyi qərarı qanunsuz olmuş, əlilliyin bərpa edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(120)-605/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-594/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-594/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver