Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-595/2025 16.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(120)-258/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya ilkin olaraq xx.xx.2010-cü ildə “qarının küt travması nazik və enən çənbər bağırsağının cırılmasına görə laporatomiya və bağırsaqların əməliyyatdan sonrakı vəziyyəti” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2014-cü ildə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə, xx.xx.20215-ci ildə yoğun bağırsağın divertikulyar x-yi, deşilmə və abses ilə, yoğun bağırsağın fleqmonası, kor bağırsağın perforasiyası diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il və xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Kürdəmir Rayon Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00068796DSC nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K51-Xoralı kolit, xoralı kolit ileotramsversioanastomoz, hipotrofiya (çəki defısiti), Ağırlaşma: K59.1- Funksional ishal, davamlı ishal, Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yoğun bağırsağın fleqmonasına görə stoma qoyulması və stomanın ləğvi əməliyyatından sonrakı vəziyyət” müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göyçay Rayon Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli P00254271SDD nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K50.0 Nazik bağırsağın kron xəstəliyl, kron xəstəliyi (xorali ileit) tez-tez qanaxma ilə fəsadlaşan, Ağırlaşmalar: Z98.0 Bağırsaq anastomozunun olması, illeo-transverro-anastomozun çapıq daralması (7 mm-dək). Babasil 2 dərəcə, K59.1 Funksional ishal, İshal (mütəmadi), Z 98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya və ağırlaşmasına görə aparılmış appendektomiya, stomanın qoyulması və ləğvi, sağ tərəfli hemokolostomadan sonrakı vəziyyət, K92.1 Melena, Melena müəyyən edilmiş; göndərişin “Status localis” adlanan bölməsində göstərilmişdir ki, 2008-ci il tarixində xestə “Appendektomiya” əməliyyatı keçirib. Sonradan ağırlaşmaya görə stomanın çıxarılması və ləğvi, sağ tərəfli hemikolostomiya, ileo-transverso anastomozun qoyulması əməliyyatı icra olunub. Bu zaman aparılan müayinələr nəticəsində “Kron” xəstəliyi aşkar olunub. 2009-cu il tarixdən yaşadığı yer üzrə poliklinikada qeydiyyata götürülmüş və ambulator müalicələr təyin olunmuşdur. Özünü davamlı olaraq 2008-ci il tarixdən xəstə hesab edir. Xəstə davamlı olaraq halsızlıq gündə 5-10 dəfə arası qanlı irinli ishaldan köpmədən, iştahsızlıqdan, arıqlama, qanlı-irin ishal zamanı qarın nahiyyəsində ağrılardan şikayət edir. Aparılmış müalicə: Xəstəyə xəstəliyin kəskinləşməsi mərhələsində “Kron” xəstəliyi əleyhinə daima müalicələr aparılmışdır. Xəstə Mesalazol 500-21 x 3 dəfə 1 ay sonra gündə 2 dəfə, Prednizalon 5 mg 1k x 5 dəfə sxem ile və s müalicələr qəbul edir. Son bir ildə 4 dəfə ambulator olaraq qastroenretoloqa müraciət etmiş ve kron xesteliyi tez-tez qanaxma ilə fəsadlaşmış müalicə almışdır. Son bir ildə xəstə xx.xx.2024-xx.xx.2025-ci il tarixədək ixtisaslaşmış müəsisədə kron xəstəliyi (xoralı ileit) tez-tez qanaxma ilə fəsadlaşan diaqnozu ilə stasionar müalicə almışdır. Dəri və selikli qişaları avazıyıb, dərialtı piy toxuması zəif inkişaf edib. Kaxektik vəziyyətdədir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə “Göndərişin natamam doldurulması”; xx.xx.2025-ci il tarixdə isə “Diaqnoz öz təsdiqinini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli T575/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun adına “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”ndan tərtib edilmiş xx.xx.2023-ci il tarixli M0006879DSC nömrəli (Forma 88-də) göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: K51- Xoralı kolit, xoralı kolit ileotramsversioanastomoz, hipotrofiya (çəki defısiti). Ağırlaşma: K59.1-Funksional ishal, davamlı ishal, Z98.8-yoğun bağırsağın fleqmonasına görə stoma qoyulması və stomanın ləğvi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə vətəndaşın DTSERA-da əyani müayinəsində baxış zamanı BKİ (bədən kütlə indeksi) 18.49 kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən çəki defisiti, xroniki həzm pozğunluqları əlamətləri və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə özünün əyani müayinəsi zamanı BKİ (bədən kütlə indeksi) 17.09 (on yeddi tam yüzdə doqquz) kimi müəyyən edilmişdir. Xroniki kolitin etiologiyası hələ də tam aydınlaşdırılmasa da hesab olunur ki, onun inkişafında infeksiya, sinir-endokrin requlyasiyanın pozulması və qeyri-rasional qidalanma müəyyən rol oynayır. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar hal-hazırda əlavə müalicəyə ehtiyacı vardır. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.” Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2024-cü il tarixdə aşağıda adlar göstərilən 3 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir.... İddiaçı barəsində yalnız X4 “Əməliyyatdan sonrakı vəziyyət. Davamlı ishal. Xoralı kolit. ileotramsversioanastomoz hipotrofiva (çəki defsiti)” diaqnozlu xx.xx.2022 xx.xx.2023-cü il tarixli C4949 nömrəli epikrizini təqdim etmiş, xx.xx.2023-cü il tarixində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında vətəndaşa aparılmış kolonoskopiya müayinəsinin nəticəsi isə “Xoralı proktosictmoid (qanaxma ilə), Qevri-spesifik xoralı kolit kimi müəyyən edilmişdir. “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “....Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-9/2-2970/2025 saylı məktubuna baxılmışdır. Məlumat üçün bildiririk ki, Kürdəmir rayonu Xırdapay kənd sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən həkim-cərrahın qeydiyyatındadır. Diaqnoz: K50.0 Nazik bağırsağın kron xəstəliyi. İddiaçı K50.0 Nazik bağırsağın kron xəstəliyi diaqnozu təyin edilmişdir. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə təşkil edilən Həkim məsləhət komissiyasında iştirak etmişdir. İddiaçı təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” və xx.xx.2022-ci il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun hazırlanaraq TSERAS-yə yüklənilərək rəsmiləşdirilmişdir. Əsas diaqnoz: K51 Xoralı kolit. İleotramsversioanatomoz hipotrofiya (Çəki defsiti). Funksional ishal, davamlı ishal. Yoğun bağırsağın fleqmanasına görə stoma. Qoyulması və stomanın ləğvi əməliyyatdan sonrakı vəziyyət. İmtina edilib: Səbəb - Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstəyə əlavə müalicə məsləhət görülür. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə təşkil edilən Həkim məsləhət komissiyasında iştirak etmişdir. Hazırlanmış sənədlərlə birlikdə xx.xx.2025-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən mərkəzləşmiş Həkim məsləhət komissiyasında iştirak edərək, TSERAS-də rəsmiləşdirilmişdir. TSEK-in cavabı: İmtina edilib. Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz təsdiqini tapmadı qərarı qəbul edilmişdir. Qeyd edək ki, vətəndaş həmin tarixdən etibarən Həkim məsləhət komissiyasına müraciət etməmişdir. İddiaçı təyin edilmiş xx.xx.2023-cü il tarixli göndərişdəki əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3 bəndinə uyğundur. (Qeyri-infeksion enterit və kolit “K50-K52”).” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Bakı Şəhəri Sabunçu rayonunda yerləşən 3 saylı Xəstəxanasında yoğun bağırsaqdan əməliyyat olunmuşdur. Ona 2009-cu ildə ikinci dərəcli əlillik təyin edilmişdir. xx.xx.2022-xx.xx.2023 cü il tarixlərdə Sabunçu Rayon Mərkəzi Xəstəxanasında tam müayinə olunmuş və əlilliyinin bərpa edilməsi üçün aidiyyəti onrqana müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən əlavə müalicə ehtiyacın olması səbəbilə əlilliyin təyin olunmasından imtina edilmişdir. Təqdim etdiyi müayinə sənədlərinə əsasən ona əlilik təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(120)-258/2025 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə iş üzrə ekspert rəyinə əsaslansa da, nəzərə almamışdır ki, əlillik vəziyyəti barədə K51 xəstəlik kodu üzrə araşdırmada Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xəstədə xoralı kolitin əlilliyə əsas verən qida və zülal çatışmazlığı nəticəsində əmələ gələn bədən kütlə indeksi (BKİ) əyani müayinədə 18.49 səviyyəsində müəyyən olunmuşdur. Hansı ki, bu göstərici 17.5 səviyyəsindən aşağı olduqda və digər funksional pozuntu (gündə 4-6 dəfə baş verən ishal) ilə birlikdə aşkar olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğunluq təşkil edir və funksional pozuntu əlillik səviyyəsində dəyərləndirilir. K59.1 kodu bağırsaqların funksional pozuntusunu nəzərdə tutur. Bu hal əsasən qidalanma ilə əlaqədar olub, davamlı və uzun müddətli hal olmayıb, əksər halda bərpa olunduğundan (bunu BKİ-nin normal olması da sübut edir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmamışdır. Z98.8 kodu isə bağırsağın rezeksiyası, stomanın qoyulması və ləğvi əməliyyatın nəzərdə tutur. Bu qeyd edilənlər də cərrahi əməliyyatın mərhələlərinə aiddir və əlilliyin qiymətləndirilməsində əhəmiyyətli hal kimi nəzərə alınmır. Gündə 4-6 dəfədən az olmayaraq ishal BKİ 17.5-dən aşağı olduqda orqanizmin funksiyalarının pozulması əlillik səviyyəsində qiymətləndirilir. Bu halda isə BKİ 18.49 səviyyəsində müəyyən olunmuşdur. Məhkəmənin sonuncu ekspert rəyində qeyd edilmiş, bədən kütlə indeksinin 17.09 olduğuna istinad etməklə iddianı təmin etməsi qanuni və əsaslı deyil. Belə ki, iddiaçının DTSERA-da əyani müayinəsi zamanı şəxsin bədən kütlə indeksinin 17.5-dən aşağı olmadığı müəyyən edildiyi halda, sonradan işə məhkəmədə baxıldığı zaman onun bədən kütlə indeksinin dəyişməsi ona inzibati orqanın imtinasının əsassız olduğu qənaətinə gəlməyə əsas verə bilməz. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”
3.3 Qeyri-infeksion enterit və kolit K50-K52 Seliakiya K90.0 Qiymətləndirmə həzm funksiyasının mülayim pozulması xəstəliklərin orta ağır təzahürü, tez-tez 35- 3.3.1. ishal (gündə 4-6 dəfə), İİ dərəcə zülal- 2 il 60 enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hal
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərilişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2010-cü ildə “qarının küt travması nazik və enən çənbər bağırsağının cırılmasına görə laporatomiya və bağırsaqların əməliyyatdan sonrakı vəziyyəti” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2014-cü ildə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə, xx.xx.20215-ci ildə yoğun bağırsağın divertikulyar x-yi, deşilmə və abses ilə, yoğun bağırsağın fleqmonası, kor bağırsağın perforasiyası diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il və xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Kürdəmir Rayon Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli M00068796DSC nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K51-Xoralı kolit, xoralı kolit ileotramsversioanastomoz, hipotrofiya (çəki defısiti), Ağırlaşma: K59.1-Funksional ishal, davamlı ishal, Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yoğun bağırsağın fleqmonasına görə stoma qoyulması və stomanın ləğvi əməliyyatından sonrakı vəziyyət” müəyyən edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göyçay Rayon Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli P00254271SDD nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K50.0 Nazik bağırsağın kron xəstəliyl, kron xəstəliyi (xorali ileit) tez-tez qanaxma ilə fəsadlaşan, Ağırlaşmalar: Z98.0 Bağırsaq anastomozunun olması, illeo-transverro-anastomozun çapıq daralması (7 mm-dək). Babasil 2 dərəcə, K59.1 Funksional ishal, İshal (mütəmadi), Z 98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya və ağırlaşmasına görə aparılmış appendektomiya, stomanın qoyulması və ləğvi, sağ tərəfli hemokolostomadan sonrakı vəziyyət, K92.1 Melena, Melena müəyyən edilmiş; göndərişin “Status localis” adlanan bölməsində göstərilmişdir ki, 2008-ci il tarixində xestə “Appendektomiya” əməliyyatı keçirib. Sonradan ağırlaşmaya görə stomanın çıxarılması və ləğvi, sağ tərəfli hemikolostomiya, ileo-transverso anastomozun qoyulması əməliyyatı icra olunub. Bu zaman aparılan müayinələr nəticəsində “Kron” xəstəliyi aşkar olunub. 2009-cu il tarixdən yaşadığı yer üzrə poliklinikada qeydiyyata götürülmüş və ambulator müalicələr təyin olunmuşdur. Özünü davamlı olaraq 2008-ci il tarixdən xəstə hesab edir. Xəstə davamlı olaraq halsızlıq gündə 5-10 dəfə arası qanlı irinli ishaldan köpmədən, iştahsızlıqdan, arıqlama, qanlı-irin ishal zamanı qarın nahiyyəsində ağrılardan şikayət edir. Aparılmış müalicə: Xəstəyə xəstəliyin kəskinləşməsi mərhələsində “Kron” xəstəliyi əleyhinə daima müalicələr aparılmışdır. Xəstə Mesalazol 500-21 x 3 dəfə 1 ay sonra gündə 2 dəfə, Prednizalon 5 mg 1k x 5 dəfə sxem ile və s müalicələr qəbul edir. Son bir ildə 4 dəfə ambulator olaraq qastroenretoloqa müraciət etmiş ve kron xesteliyi tez-tez qanaxma ilə fəsadlaşmış müalicə almışdır. Son bir ildə xəstə xx.xx.2024-xx.xx.2025-ci il tarixədək ixtisaslaşmış müəsisədə kron xəstəliyi (xoralı ileit) tez-tez qanaxma ilə fəsadlaşan diaqnozu ilə stasionar müalicə almışdır. Dəri və selikli qişaları avazıyıb, dərialtı piy toxuması zəif inkişaf edib. Kaxektik vəziyyətdədir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə “Göndərişin natamam doldurulması”; xx.xx.2025-ci il tarixdə isə “Diaqnoz öz təsdiqinini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 09 sentyabr 2024-cü il tarixli T575/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı kifayət qədər tibb müəsissələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun adına “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası”ndan tərtib edilmiş xx.xx.2023-ci il tarixli M0006879DSC nömrəli (Forma 88-də) göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: K51-Xoralı kolit, xoralı kolit ileotramsversioanastomoz, hipotrofiya (çəki defısiti). Ağırlaşma: K59.1-Funksional ishal, davamlı ishal, Z98.8-yoğun bağırsağın fleqmonasına görə stoma qoyulması və stomanın ləğvi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2024-cü il tarixdə vətəndaşın DTSERA-da əyani müayinəsində baxış zamanı BKİ (bədən kütlə indeksi) 18.49 kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən çəki defisiti, xroniki həzm pozğunluqları əlamətləri və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə özünün əyani müayinəsi zamanı BKİ (bədən kütlə indeksi) 17.09 (on yeddi tam yüzdə doqquz) kimi müəyyən edilmişdir. Xroniki kolitin etiologiyası hələ də tam aydınlaşdırılmasa da hesab olunur ki, onun inkişafında infeksiya, sinir-endokrin requlyasiyanın pozulması və qeyrirasional qidalanma müəyyən rol oynayır. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar halhazırda əlavə müalicəyə ehtiyacı vardır. Vətəndaş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.” Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2024-cü il tarixdə aşağıda adlar göstərilən 3 nəfər vətəndaşın məhkəmə qərardadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir.... İddiaçı barəsində yalnız X4 “Əməliyyatdan sonrakı vəziyyət. Davamlı ishal. Xoralı kolit. ileotramsversioanastomoz hipotrofiva (çəki defsiti)” diaqnozlu xx.xx.2022 -xx.xx.2023-cü il tarixli C4949 nömrəli epikrizini təqdim etmiş, xx.xx.2023-cü il tarixində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında vətəndaşa aparılmış kolonoskopiya müayinəsinin nəticəsi isə “Xoralı proktosictmoid (qanaxma ilə), Qeyri-spesifik xoralı kolit kimi müəyyən edilmişdir. Məhkəmənin sorğusu əsasında daxil olmuş “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “....Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3-9/2-2970/2025 saylı məktubuna baxılmışdır. Məlumat üçün bildiririk ki, Kürdəmir rayonu Xırdapay kənd sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən həkim-cərrahın qeydiyyatındadır. Diaqnoz: K50.0 Nazik bağırsağın kron xəstəliyi. İddiaçı K50.0 Nazik bağırsağın kron xəstəliyi diaqnozu təyin edilmişdir. ...İddiaçı təyin edilmiş xx.xx.2023-cü il tarixli göndərişdəki əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.3 bəndinə uyğundur. (Qeyri-infeksion enterit və kolit “K50-K52”).” Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndərişlər, məhkəmə sorğusunun cavablandırılması və s.), o cümlədən 09 sentyabr 2024-cü il tarixli T575/2024 saylı ekspert rəyi ilə sübut edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin nümayəndəsinin iştirakı səbəbindən (ekspert rəyinin tərtib edilməsində) xx.xx.2023-cü il tarixli ekspert rəyini sübut kimi qəbul etməmişdir. İddiaçıda hazırda olan xəstəlik ona əvvəlki illərdə təyin edilmiş əlillik diaqnozu ilə oxşardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Təbii ki, iddiaçı barəsində ayrı-ayrı vaxtlarda, o cümlədən Göyçay Rayon Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli P00254271SDD nömrəli göndəriş verilərkən onun tibbi vəziyyəti yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun əlilik təyin edilməsinə əsas verir. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərardan sonra xx.xx.2024-cü il tarixli “Diaqnoz öz təsdiqinini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilsədə, iddiaçı sonuncu qərardan əvvəlki qərarı mübahisələndirdiyi üçün əlillik təyinatı həmin qərarın tarixindən təyin edilməlidir. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2-1(120)-258/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.