Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-598/2024 09.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Cavabdehin nümayəndəsi X3 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-580/2024 nömrəli qərarından cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı 28 iyul 2022-ci il tarixdə cavabdeh X2 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. X2 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətdən imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fləmin Qanunun 7-ci maddəsinə əsasən: 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta slajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə təqdim etdiyiniz 10 oktyabr 1977ci il tarixli ******* nömrəli əmək kitabçanızda xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinizə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq sənədlər tərəfinizdən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. Müraciətindən imtina edilməsindən sonra İddiaçı cavabdeh X2 qarşı “hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə çıxış etmişdir. İddia tələbinin əsaslarına görə, o, 16 avqust 1960-cı ildə anadan olmaqla 20 iyul 1977-ci ildə əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətlə birlikdə 25 ildən artıq iş stajı vardır. Əmək fəaliyyətinin çox hissəsi sağlamlıq üçün zərərli sahə ilə bağlı olmuşdur. Odur ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin tələbi təmin edilməmiş, ondan işlədiyi dövrə dair arxiv arayışları tələb edilmişdir. Halbuki işlədiyi müəssisənin sənədləri arxivə verilmədiyindən və müəssisə hazırda mövcud olmadığından bu mümkün deyildir. Ancaq onun sözügedən müəssisədə işləməyi əmək kitabçasinda əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasıınn 38-ci maddəsinin 3-cü bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə əsasən işlədiyi sahə xüsusi zərərli və ağır iş olduğundan bu sahədə çalışdığı müddət xx.xx.1977-xx.xx.1979-cu və xx.xx.1982xx.xx.2004-cü illər isə 24 ildən artıq olmaqla (halbuki zərərli ağır işlər üçün 12 il 6 ay kifayət idi) təhsil və hərbi xidməti də nəzərə alınsa ümumi stajı 25 ildən artıq olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyinatı həyata keçirilməlidir. Lakin cavabdeh qurum müraciətini təmin etməmiş və işlədiyi dövrün 1998-2004-cü illərə dair arxiv arayışının olmamasına istinad etmişdir. Qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mövcud mübahisə bağlı X2 xx.xx.2023-cü il tarixli iddia tələbinə etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (19 il, 11 ay, 1 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il,xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1984-cü il, xx.xx.1984- 21, 06.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 12 il 6 aydan az 5 il 6 ay 7 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1982-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Həmçinin adı çəkilən şəxsin 01 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18447,18 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan əlavə cavabdeh X2 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 141009/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 20 il, 9 ay, 5 gün (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1983cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə ona dair 10 oktyabr 1977-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim olunduqdan sonra yenidən baxılacaqdır. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-580/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən 3 il geriyə, yəni 28 iyul 2019-cu il tarixindən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmənin mövqeyinə görə müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan X2 tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-580/2024 nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı "güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün bu elementlər mövcud olmalıdır: -İddiaçının 57 yaşının tamam olması; -57 yaşı tamam olanadək, yəni xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajının olması; -bu müddətin azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1 -ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Fondun Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubuna əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə təqdim etdiyi 10 oktyabr 1977-ci il tarixli ******* nömrəli əmək kitabçasında 28 avqust 1998-ci il tarixdən 25 avqust 2004-cü il tarixədək Bakı şəhər Təmir- Tikinti sahəsinin Montaj briqadasında elektrik-qaynaqçısı vəzifəsində işlədiyini iddia etdiyi dövrlər ilə bağlı aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi filiala təqdim olunduqdan sonra baxılacağı bildirilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az ((20 il 09 ay 05 gün (xx.xx.1976-xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985- ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-01.01,1997-ci il, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az ((05 il 06 ay 07 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-21,06.1985-ci il tarixləri arasındakı dövrlər)) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-ci ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Bakı şəhəri "Təmir-Tikinti” Sahəsinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində Bakı şəhəri “Təmir-Tikinti” Sahəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-580/2024 nömrəli məhkəmə qərarının ləğv olunması xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabdeh nümayəndəsi X3 şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işin hallarına görə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1- ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Qeyd edilən Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixində 7 nömrəli Sumqayıt Peşə Məktəbinin “Elektrik qaynaqçısı” ixtisas qrupuna daxil olmuş və xx.xx.1977-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. -İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1977-ci ilə kimi 7 saylı DTPM-də təhsil alıb, xx.xx.1977-xx.xx.1977-ci ilə kimi fəhlə, xx.xx.1977-ci ildə 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1978-ci ildən 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1979-cu ildə Sovet Ordusu sıralarına çağırışı ilə əlaqədar işdən azad edilib, xx.xx.1982-ci il tarixdən Masallı TTU-13 4-cü dərəcəli elektrik qaynaqçı işinə qəbul edilib, xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilib, xx.xx.1983-cü il tarixdə Masallı raykəndkimya birliyinə müvəqqəti olaraq 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1984-cü ildə 13 №-li Tikinti sahəsinə elektrik qaynaqçısı işinə qəbul edilib və xx.xx.1985-ci ildə öz xahişinə əsasən işdən azad edilib. xx.xx.1986-cı ildə Masallı rayon İstehsalat birliyinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1988-ci ildə Müəssisənin ləğvi ilə əlaqədar işdən azad edilib. xx.xx.1988-ci ildə Masallı rayon Təmir İstehsalat birliyinə qaynaqçı peşəsinə qəbul edilib və xx.xx.1990-cı ildə AR SSR Əmək Məcəlləsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1990-cı ildə Keçəkli sovxozuna qaynaqçı peşəsinə qəbul edilib və xx.xx.1997- ci ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1997-ci ildə 4 №-li Təmir-Tikinti İdarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.1998-ci ildə Bakı şəhər Təmir-Tikinti sahəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilib. xx.xx.1998-ci ildə Bakı şəhər Təmir-Tikinti sahəsinin Montaj briqadasına elektrik-qaynaqçısı işinə qəbul edilib və xx.xx.2004-cü ildə Tikinti işlərinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/258 nömrəli güzəştli qeyd edilmişdir ki, İddiaçı xx.xx.1977-ci ildə "xxxx" Müəssisəsinin 1 №-li Trestinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1982-ci ildə 13 №-li Təmir-Tilinti İdarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1983-cü ildə Masallı rayon “Kəndkimya” Birliyinə elektrik qaynaqçısı işinə qəbul edilib və xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1984-cü ildə 13 №-li Tikinti sahəsinə elektrik qaynaqçısı işinə qəbul edilib və xx.xx.1985-ci ildə öz xahişinə əsasən işdən azad edilib. xx.xx.1986-cı ildə Masallı rayon İstehsalat birliyinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1988-ci ildə Müəssisənin ləğvi ilə əlaqədar işdən azad edilib. xx.xx.1988-ci ildə Masallı rayon Təmir İstehsalat birliyinə qaynaqçı peşəsinə qəbul edilib və xx.xx.1990-cı ildə AR SSR Əmək Qanunları Məcəlləsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1990-cı ildə Keçəkli savxozuna qaynaqçı peşəsinə qəbul edilib və xx.xx.1997-ci ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1997-ci ildə 4 №-li Təmir-Tikinti İdarəsinə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilib və xx.xx.1998-ci ildə Bakı şəhər Təmit-Tikinti sahəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilib. xx.xx.1998-ci ildə Bakı şəhər Təmir-Tikinti sahəsinin Montaj briqadasına elektrik- qaynaqçısı işinə qəbul edilib və xx.xx.2004-cü ildə Tikinti işlərinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Yuxarıda göstərilən tikinti sahələrində işlədiyi elektrik qaynaqçısı (qaynaqçı peşəsi bu kateqoriyaya aid deyildir) peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi ilə eynidir və xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə ( şifrə-********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 13 il, 01 ay, 26 gün təşkil edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402№-li , 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. -xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Belə ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iddiaçının 57 yaşının tamam olması; 57 yaşı tamam olanadək, yəni xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajının olması; bu müddətin azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş və xx.xx.2017-ci il tarixdə tələb olunan 57 yaşına çatmışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Cavabdeh tərəfin inzibati orqanın imtina məktubunda mübahisələndirdiyi illər iddiaçının xx.xx.1998-xx.xx.2004-cü il tarixlərdə Bakı şəhər Təmir-Tikinti sahəsinin Montaj briqadasında elektrik-qaynaqçısı vəzifəsində işlədiyi dövrü əhatə edir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur, cavabdeh tərəfindən bununla bağlı sübutu yoxdur. Odur ki, həmin qeydlər mötəbər hesab olunmalıdır. İşin mötəbər hallarına əsasən iddiaçının təhsil dövrü, hərbi xidmət dövrü və işlədiyi illər üzrə ümumi iş stajı qanunvericiliyə uyğun olaraq xx.xx.2006-cı il tarixdək 25 ildən çox təşkil edir. İddiaçının güzəştli iş stajı ilə bağlı cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1998-xx.xx.2004-cü illərdə elektrik-qaynaqçısı vəzifələrində işləməsi, həmin vəzifə və sahənin "xxxx" ASC-nin də təqdim etdiyi arayışa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi ilə eyniliyini və xüsusi zərərli əmək şəraitində işlərə aid olması əsas verir ki, İddiaçı güzəştli şərtlərlə pensiya hüququna malikdir və güzəştli pensiya üçün stajı 01 yanvar 2006-cı il tarixə kimi ümumilikdə 12 il, 06 aydan çox təşkil edir. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-580/2024 nömrəli qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-598/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-598/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver