Məhkəmə qərarları › İş №2-1(106)-598/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-598/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-598/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-402/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. Nikahın bağlanması haqqında seriya Vİİ-ЖГ 344985 saylı şəhadətnamədən görünür ki, X2 ilə X5 arasında 02 iyun 1997-ci il tarixdə nikah bağlanmışdır və bu barədə nikahın bağlanması akt qeydləri kitabında 15 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) “İzmayılov(a)” soyadı verilmişdir. Seriya УЗБ ******* nömrəli xx.xx.1977-ci tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-xx.xx.1990-cı il tarixlərdə Özbəkistan SSR Sır-Dərya vilayəti, X6 müəssisəsi, Kommunizm kolxozunda (13 il 1 ay 28 gün) işləmişdir. Əmək kitabçasında işlədiyi illər, minimum illik əmək iştirakı, illik əmək iştirakının yerinə yetirilməsi, qeydin nəyin əsasında yazılması aşağıdakı kimi göstərilmişdir. Qeyd İllər İctimai İctimai İctimai Qeyd nəyin № təsərrüfatlar təsərrüfatlar təsərrüfatlar əsasında yazılmışdır da kolxozun da minimum da minimum (sənəd, onun tarixi qəbul etdiyi illik əmək illik əmək və nömrəsi) minimum illik iştirakının iştirakının əmək stajı yerinə yerinə yetirilməsi yetirilməməs inin səbəbi 1 1977 180 37 371 Əmr № 1 /imza var/ 2 1978 187 221 659 Əmr № 2 /imza var/ 3 1979 180 -- -- Əmr № 02 /imza var/ 4 1980 180 103 760 Əmr № 02 /imza var/ 5 1981 170 282 773 Əmr № 02 /imza var/ 6 1982 180 246 575 Əmr № 08 /imza var/ 7 1983 180 254 1331 Əmr № 04 /imza var/ 8 1984 180 265 1188 Əmr № 08 /imza var/ 9 1985 180 272 906 Əmr № 07 /imza var/ 10 1986 180 337 943 Əmr № 02 /imza var/ 11 1987 180 354 1080 Əmr № 07 /imza var/ 12 1988 180 314 1015 Əmr № 02 /imza var/ 13 1989 180 117 302 Əmr № 01 /imza var/ xx.xx.2008-xx.xx.2018-ci il tarixlərdə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ "xxxx" MMC-də fəhlə işləmişdir (9 il 10 ay 1 gün). Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli S-70-34/2-İxx-xx/2023 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, “...İddiaçı Sabirabad rayon “A.Qurbanov” kolxozun müvafiq sənədlərinə əsasən həmin kolxozda işləməsinə dair aşağıdakı qeydlər vardır: İllər Vəzifəsi Tələb olunan Yerinə İllik əmək Natura kq. Şəxsi hesab Qeyd min.adam yetirilmiş haqqı günü min.adam günü 1990 Kolxozçu 180 148 3075-00 - B2-b-səh 94 İzmayılova 1993 Kolxozçu 180 121 114800-00 - B2-b-səh-151 İzmayılova 1994 Kolxozçu 180 133 445630-00 - B2-4-səh-45 İzmayılova 1995 Kolxozçu 120 086 469700-00 - B2-4-səh-111 Yusipova 1996 Kolxozçu 120 059 889800-00 - B2-7-səh 135 Yusipova 1997 Kolxozçu 120 027 479400-00 - B2-2-səh 74 Yusipova İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2- 33246/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, “...İddiaçı təqdim etdiyi xx.xx.2012ci il tarixli arxiv arayışının surətinə əsasən 1991, 1993-1995, 1997-ci illər üzrə 4 il və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 9 il 9 ay olmaqla ümumilikdə 13 il 9 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “...Təqdim etdiyiniz əmək kitabçanızın, xx.xx.2012-ci il tarixli arxiv arayışının surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajınız 13 il 9 ay təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 4 il sığorta staja uyğun olaraq 3704,64 manat, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 9 il 9 ay sığorta stajına uyğun olaraq 7781,59 manat olmaqla, ümumilikdə 11486,23 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə (xx.xx.2023-cü il tarixində) qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu (işdən çıxma əmrinin nömrəsi və tarixi qeyd olunmayıb) üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2017-ci il tarixindən çoxuşaqlı qadın kimi yaşa görə sosial müavinət aldığınız üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib.” Məhkəmənin müvafiq sorğusu əsasında Sabirabad Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 119 saylı məktubu ilə İzmayılova (Yusipova) Xədicə Abdulla qızının 1990-1997-ci illərdə Sabirabad rayon “A.Qurbanov” adına kolxozda işləməsi barədə arxiv sənədləri (minimum adam günü, yerinə yetirilmiş minimum adam günü və s.) məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasında və arxiv araışları təsdiq edir ki, 25 ildən çox sığorta stajı var. Bu səbəbdaən ona 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdehin iddiaya dair etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-402/2025 nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili iddianın dəlili ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-402/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-402/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 70. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün onun tələb olunan 25 il sığorta stajı yoxdur və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən azdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmyaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçıya aid əmək kitabçasında onun xx.xx.1977-xx.xx.1990-cı il tarixlərdə Özbəkistan SSR Sır-Dərya vilayəti, X6 müəssisəsi, Kommunizm kolxozunda işləməsi barədə qeyd var. Həmin qeyd hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Əmək kitabçasının doldurulma qaydasında hər hansı bir səhvin olması işçinin sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Bu o zaman işçi üçün mənfi nəticə yaradar ki, əmək kitabçasındakı qeydlərin mötəbərliyi digər sübutlar əsasında təkzib edilsin. Hazırki işdə belə bir hal yoxdur. Əksinə, iddiaçının əmək kitabçasında işlədiyi illər, minimum illik əmək iştirakı, illik əmək iştirakının yerinə yetirilməsi, qeydin nəyin əsasında yazılması barədə qeydlər var və həmin məlumatlar yuxarıda göstərilmiş, hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə kollegiya hesab edir ki, xx.xx.1977-xx.xx.1990-cı il tarixlər üzrə iddiaçının iş stajı 1978, 1981-1988-ci illər üzrə tam şəkildə (9 il); 1977, 1980 və 1989-cu illərə münasibətdə 17 ay 13 gün (37+103+117x12/180=17.13) 1 il 5 ay 13 gün götürülməli: 1979-cu il isə nəzərə alınmamalı, qeyd edilən illər üzrə cəmi 10 il 5 ay 13 gün iş stajı nəzərə alınamlıdır. Cavabdeh tərəfindən iddiaçının 1991, 1993-1995, 1997-ci illər üzrə 4 il və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 9 il 9 ay olmaqla ümumilikdə 13 il 9 ay mübahisələndirilməyən sığorta stajı qəbul edilir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddaçının sığorta stajının düzgün hesablanmamasına səbəb onun 1990 və 1996-cı illərdə Sabirabad rayon “A.Qurbanov” kolxozunda işlədiyi müddətin nəzərə alınmaması olmuşdur. Daha doğrusu Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli S-70-34/2-İ-xx-xx/2023 nömrəli arxiv arayışında qeyd edilmiş illərə nə birinci instansiya məhkəməsi, nədə ki, cavabdeh inzibati orqan tərəfindən münasibət bildirilməmişdir. Halbuki, İPM-in 12, 57-ci maddələrinə əsasən qeyd edilən halın araşdırılması məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. Eyni zamanda, inzibati orqanda “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbi baxımından icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Belə bir vəziyyətdə iddiaçının 1990 və 1996-cı illərdə Sabirabad rayon “A.Qurbanov” kolxozunda işlədiyi müddət 1990-cı ilə münasibətdə 9 ay 8 gün (148x12/180=9.8); 1996-cı ilə münasibətdə isə 5 ay 9 gün (59x12/120=5.9), cəmi 1 il 2 ay 17 gün nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliklə tələb olunan yaşda (63 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün azı 25 il (10 il 5 ay 13 gün + 13 il 9 ay + 1 il 2 ay 17 gün = 25 il 5 ay) sığorta stajına malik olmuşdur. Bu səbəbdən iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləməmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(120)-402/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar