Məhkəmə qərarları › İş №2-1(106)-599/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-599/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-599/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin mümkün sayılmaması barədə) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdehnə qarşı (üçüncü şəxs: Lənkəran rayon Zövlə kənd tam orta məktəbi) “müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)-1479/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Lənkəran rayon Zövlə kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirakının təmin edilməsi öhdəliyinin cavabdeh Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X5 üzərinə qoyulması, Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X5 və üçüncü şəxsin qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddianın dəqiqləşdirərək cavabdeh qismində qeyd olunan Lənkəran rayon Zövlə kənd tam orta məktəbin cavabdeh sırasında çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını, üçüncü şəxs qismində qeyd olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üçüncü şəxs sırasından çıxarılaraq cavabdeh qismində qeyd olunması, həmçinin iddia tələbinin dəyişdirilərək “İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində qeyd olunan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh üçüncü şəxs sırasından çıxarılaraq cavabdeh qismində qeyd olunması, iş üzrə cavabdeh qismində qeyd olunan Lənkəran rayon Zövlə kənd tam orta məktəbi cavabdeh sırasında çıxarılaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması, iş üzrə iddia tələbi dəyişdirilərək “İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılmamasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək İddiaçı müəllimlərin sertifikatlaşdırılması imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 “İngilis dili” ixtisasını bitirmiş, 2006-cı ildən ixtisası üzrə Lənkəran rayon Zövlə kənd tam orta məktəbin ingilis dili müəllimi işləmiş, sonradan dərs yükünün az olması ilə əlaqədar ixtisası üzrə müəllim işləməyi ilə bərabər Uşaq Birliyinin rəhbəri vəzifəsi də ona həvalə olunmuşdur. Həmin dövrdə ixtisası üzrə 6 saat dərs yükü ilə işləmiş, xx.xx.2006-cı il tarixdə bağlanmış əmək müqaviləsində göstərilir ki, həmin vaxtdan ingilis dili müəllimi vəzifəsini icra edir. Həmin müqavilə müddətsiz bağlanmışdır və qüvvədədir. Bundan sonra Uşaq Birliyi rəhbəri vəzifəsinə təyin edilmiş, bu barədə aralarında əmək müqaviləsi bağlanmış və həmin müqavilədə müddətsiz bağlanmışdır. Həmin vaxtı işlədiyi dövrdə məktəbin direktoru başqa şəxs olmuş və onunla heç bir problem olmamışdır. Sonradan 2015-2016-cı dərs ilində məktəbə yeni direktor kimi X10 təyin edilmişdir. O, məktəbə direktor təyin olunandan sonra onun üçün problemlər yaratmağa başlamış və müəllimlərin dioqnostik qiymətləndirmə imtahanında iştirak etmək istəyirsənsə, öz ərizənlə Uşaq Birliyi rəhbəri vəzifəsindən imtina etməsini bildirmişdir. Nemət Cəfərov bunun səbəbi kimi onun müəllim və Uşaq Birliyi rəhbəri vəzifəsində eyni vaxtda işləməyinin qanunsuz olduğunu, ondan eyni vaxtda iki vəzifədə işləməyinin qanunsuz olması barədə rəsmi sənəd tələb etdikdə, heç bir sənəd təqdim etməmişdir. Həm “ingilis dili” müəllimi kimi, həm də eyni vaxtda Uşaq Birliyi rəhbəri vəzifəsini icra etməsinə baxmayaraq, məktəbin direktoru Nemət Cəfərov onun adını müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında iştirak edənlərin siyahısına daxil etməmişdir. Həmin ili “ingilis dili” müəllimi kimi dərs saatları olmuş və “ingilis dili” müəllimi kimi qeyd olunan imtahanlarda iştirakı qanunda nəzərdə tutulmuşdur. Növbəti 2017-2018-ci dərs ilində isə məktəbin direktoru daha irəli gedərək heç bir əsas gətirmədən və rəsmi xəbərdarlıq etmədən “ingilis dili” müəllimi kimi işlədiyi halda və əmrdə də “ingilis dili” müəllimi olduğuna baxmayaraq, qanunsuz olaraq dərs yükü ayrılmamışdır. Məcburiyyət qarşısında qalaraq yuxarı təşkilatlara müraciət etmiş və bundan sonra məktəbin direktoru Nemət Cəfərov ona dərs yükü ayırmağa məcbur olmuşdur. Bundan sonra məktəbin direktoru tərəfindən “ingilis dili” müəllimi kimi dərs yükü ayrılsa da, uşaqlara “ingilis dili” müəllimi kimi dərs tədris etsə də, jurnallar tərəfindən yazılsa da, bunun müqabilində əmək haqqı yazılmamışdır. Onun tədris etdiyi dərs saatlarının əmək haqqısını başqa müəllimlərə verilmişdir. Məktəbin direktoru səbəb kimi dərs yüklərinin bölündüyündən hazırda dəyişikliyin edilməsinin mümkün olmadığını bildirmişdir. Lənkəran Şəhər Təhsil şöbəsində də ona eyni cavab verilmiş və yeni dərs ilində dərs yükünün veriləcəyi bildirilmişdir. Məktəb direktorunun ona qarşı qərəzli hərəkətlərinə biganə qala bilməyən atası X7 aidiyyəti orqanlara müraciət etmişdir. Eyni vaxtda həm ingilis dili müəllimi, həm də Uşaq Birliyinin rəhbəri kimi işləməsində heç bir qanunsuzluq yoxdur. 2015-2016-cı dərs ilində ixtisası üzrə “ingilis dili” müəllimi, eyni zamanda Uşaq Birliyi rəhbəri vəzifəsində işləməsinə baxmayaraq, Nemət Cəfərov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi prossesindən kənarda saxlayır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə ona “ingilis dili” müəllimi kimi 9 saat dərs yükü təyin edilmiş və məktəbin direktoru da məcbur olaraq “ingilis dili” müəllimi kimi 12 saat dərs yükü vermişdir. Bu yaxınlarda onlarla işləyən müəllimlər qanuna uyğun olaraq sertifıkasiyadan keçmək üçün imtahan verirmişdilər. Sertifikasiyadan keçmək üçün imtahan verəcək müəllimlərin ilkin siyahısında onun adı da olmuşdur. Bununla bağlı şəxsi portalına mesaj da gəlmişdir. Lakin buna baxmayaraq, M.Qarayev adına Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktoru X10 ona bildirmişdir ki, bəs Lənkəran Şəhər Təhsil şöbəsi İddiaçı müəllimlərin sertifikasiyasında keçmək üçün imtahanlara buraxılmayacaq və bununla bağlı təhsil şöbəsinə müraciət olunmalıdır. Bununla bağlı Lənkəran Şəhər Təhsil Şöbəsinə şifahi müraciət etmiş, lakin Fərhad müəllim ona şifahi heç nə deyə bilmədiklərini, yazılı formada rəsmi müraciət olunmasını bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)-1479/2025 saylı qərarı ilə (hakim Hilal Nəcəfov) iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək 12 mart 2025-ci il tarixli 2- 1(120)-1479/2025 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2023-2024-cü tədris ilində dövlət ümumi təhsil müəssisələrində çalışma stajı 3 ildən başlayan, hazırda müddətsiz əsaslarla işləyən (ilk işə qəbul müddətli və ya müddətsiz müqavilə ilə ola bilər) riyaziyyat, xarici dil fənnini tədris edən müəllimlərin və 0,5 ştat vahidi ilə direktor müavinlərinin (yalnız tədris işləri üzrə direktor müavinləri) sertifikatlaşdırılması imtahanında iştirakı nəzərdə tutulmuşdur. Müəllim və ya 0,5 ştat vahidi ilə direktor müavini olmayan digər vəzifəli şəxslər isə 2023-2024-cü tədris ilində keçiriləcək sertifikasiya imtahanına cəlb edilmirlər. İddiaçı ilə bağlanılmış əsas əmək müqaviləsi X12 rəhbəri olduğu üçün hazırda sertifikasiya imtahanında iştirakı nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, məhkəmə aktından məlumatlı olduqdan sonra apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti verilməsi üçün müddət ötürülməmişdir. İddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüşdür. Sonda M.Q.Ağayev apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Apellyasiya şikayətinin mümkünlüyünə dair məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqların pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin, qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)-1479/2025 saylı qərarı 27 mart 2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdehnə məxsus elektron kabinetə yerləşdirilmiş, qərar xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)-1479/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 07 iyul 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd edilən sübutlardan müəyyən olunur ki, İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)-1479/2025 saylı qərarı 27 mart 2025-ci il tarixdə saat 15:51-də cavabdehə məxsus elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş və həmin şikayət 07 iyul 2025-ci il tarixdə imzalanmış və cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 07 iyul 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Halbuki, şikayətin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin sonuncu günü 28 aprel 2025-ci il tarixində bitir. Yəni, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həmin qərarın rəsmi qaydada təqdim edildiyi gündən 30 gündən gec cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan İnzibati Məhkəməsinə ünvanlanmışdır. Başqa sözlə, verilmiş apellyasiya şikayəti, qanunla şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətdən 2 ay 9 gün gec verilmişdir. Bununla da, cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının mövqeyinə görə təqdimetmə qanunla nəzərdə tutulmuş formada tərtib edilən və həyata keçirilən bir hərəkətdir ki, bunun vasitəsilə ünvanlanan şəxsə hər hansı bir sənədlə bağlı münasibət bildirmək imkanı yaradılır. Təqdimetmə müvafiq sənədin onun ünvanlandığı şəxs tərəfindən alınmasının təsdiq olunmasına və müddətlərin hesablanmasına xidmət edir. Tərəflərə aid olan müddətləri isə qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Əlbəttə ki, proses iştirakçılarına məhkəmə qərarları müxtəlif günlərdə təqdim edilərsə, onlar üçün müddət axımının başlanma anı müxtəlif ola bilər. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü və 22.1-ci maddələrinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir və müddətin axımı təqdim edilmə anından başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan hüquq normalarının tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, məhkəmənin yekun aktı cavabdehin elektron kabinetinə 27 mart 2025-ci il tarixdə saat 15:51-də yerləşdirildiyindən və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 07 iyul 2025-ci il tarixində imzalandığından və 07 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edildiyindən, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddət ötürülmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş və iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27, 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(120)- 1479/2025 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar